22 sen 23:59olke

Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb

Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb
“Bu yay Elxan Abdullayev Kərimi “Neftçi”də görmək istəyirdi”
Nə qədər futboldan danışmaq, yazmaq olar? Sizi heç demirəm, bəzən özüm “o atdı, bu tutdu, filankəs filan kluba keçdi” yazıb-oxuyanda bezirəm. Ona görə də bundan sonra ayda bir dəfə altında imzam olan müsahibədə fərqli suallara fərqli cavablarla tanış olacaqsız. Buna qədər futbolçuların xanımları ilə müsahibələrim olmuşdu. Daha sonra futbol adamları ilə futboldankənar mövzularda söhbətlərim baş tutmuşdu. Lakin bu gündən başlayaraq “Oğul atası” rubrikası altında futbolçuların atalarını sorğu-suala çəkəcəm. İlk müsahibim hər kəsin futbolçu və məşqçi kimi yaxşı tanıdığı, Coşqun və Kərimin atası Şahin Diniyevdi. Suallara keçməmiş şərt kəsdik ki, heç bir sualı “yola verməyəcək”, ağlında olanı dilinə gətirəcək. Sağ olsun, verdiyi sözə əməl etməyə çalışdı.
- Övlad şirin olur, birini digərindən ayırmaq mümkün deyil. Amma eləsi var ki, ürəyə bir addım yaxındı. Coşqun idi?
- Mürəkkəb sualdı. Çünki konkret cavabı yoxdu. Mən balalarımı əlimdəki barmaqlara bənzədirəm. Biri böyük, digəri balaca olsa da, hərəsinin öz yeri var. Sonuncu barmağı kəsib ata bilməzsən ki, mənə lazım deyil. Lazım olmasa da, ağrı verəcək, dözə bilməyəcəksən. Yaxud baş barmaq. O da onun kimidi. Ona görə də mənim üçün hərəsinin öz yeri var. Coşqun da balamdı, Kərim də.
- Hansı dəcəl olub?
- Coşqunun “ipinin üstünə odun yığmaq” olmurdu. Olduqca nadinc idi. Coşquna görə “Terek”dəki işimi yarımçıq qoyub Bakıya qayıtdım. Halbuki komandanın baş məşqçisi təyin olunmuşdum. Böyüyürdü, qan qaynayan vaxtı idi. Yanında mütləq böyük olmalıydı. O dönəmdə Coşqunu başsız qoya bilməzdim.
- Hər ikisi uşaq yaşlarından futbolla məşğul olub. Hansının parlaq gələcəyinə ümid edirsiz?
- Belə deyim, Coşqun anadan futbolçu kimi doğulmuşdu. Amma Kərimdə hədsiz istək, mübarizlik vardı. Futbolçu olmaq üçün alışıb-yanırdı. Kərimin adı Rusiya premyer-liqasında ən gənc futbolçu kimi sifariş olunmuşdu. O vaxt “Terek”ə qoşulanda 15 yaşı var idi. Öz üzərində çox çalışırdı.
- Məktəbdə üzünüzü ağ edən hansı idi?
- 6-cı sinfə qədər ikisi də yaxşı oxuyub. Sonradan Coşqun nisbətən soyumağa başladı, Kərim isə dərslərini unutmurdu. Coşqun həm klubda oynayırdı, həm də millilərdə. Tez-tez səfərlərdə olurdu deyə, alınmırdı. Kərim savad baxımından Coşqunu üstələyir.
- Hansı ata tərəfə çəkib, hansı Allah rəhmət eləsin, ana tərəfə?
- Kərim ana tərəfə oxşayıb, dayılarına. Coşqun mənə oxşayır.
- Hansı bədxərcdi?
- Bu baxımdan onların arasında yerlə göy qədər fərq var. Kərim “bərkdi”, Coşqun yox. Kərim pula məsuliyyətlidi, sabahı düşünəndi. Coşqun isə bu günlə yaşayır. Azərbaycanda Coşqun kimi bədxərc ikinci futbolçu tanımıram. Əlində olanı axırıncı qəpiyinə qədər paylayacaq. O qədər əliaçıq uşaqdı... Bəzən saytlarda oxuyuram ki, kiməsə yardım edib, hansısa sosial tədbirdə iştirak edib. Hər şeyin həddi var. Əliaçıq olmaq yaxşıdı, amma dərəcəsində. Yenə də öz bildiyini edir.
- Kərimi evləndirdiz, Coşqun nə vaxt “tərpənir”?
- Bu haqda ilk dəfə sizə deyirəm. Coşqunu iyulun 12-də, öz ad günümdə nişanladım. Allah qismət eləsə, dekabrın 16-da toyu olacaq.
- Hansı restoranda?
- “Park Meridian”ı danışmışıq.
- Futbolçu kimi Kərimdə nə var ki, Coşqunda yoxdu, ya da əksinə?
- Məşqçi olmasaydım, bu suala cavab verməkdə çətinlik çəkərdim. Amma indi rahat cavablaya bilərəm. Coşqun texnikalıdı, cəlddi, sürətlidi. Kərimdə bunlar qardaşındakı qədər deyil. Elastiklik çatmır. Kərimdə boy-buxun, fiziki göstəricilər, belə deyim, dağıdıcılıq var ki, Coşqunda yoxdu.
- Hansının göz-qaşı “oynayırdı”?
- Bu suala dəqiq cavab verə bilməyəcəm. Çünki subay vaxtlarında yanlarında olmamışam (gülür). İndi birinin ailəsi var, biri də nişanlıdı. Məni təxribata çəkmə.
- Hansısa qızın valideyni üstünüzə gəlməyib?
- Bu cəhətdən balalarımla fəxr eləmişəm. Nə hansısa valideyn qapımı döyüb, nə də müəllim.
- Coşqun “Coşu”du, bəs Kərim?
- “Kəroş” deyirdik.
- Həyat yoldaşının dəmlədiyi çay daha dadlı olur, yoxsa gəlinin?
- Deyəsən, evimizdə qırğın salmaq istəyirsən (gülür).
- Allah eləməsin. Müsahibənin əvvəlində səmimi söhbətə söz vermişdiz...
- Belə deyim, hərəsinin öz dadı var. Hər ikisi yaxşı bacarır, amma gəlinin çayı həyat yoldaşımın dəmlədiyinin yerini verməz. Kərim ayrı yaşayır deyə, çayı ən çox öz evimdə içirəm. Ona görə də... (gülür)
- 2015-in yayında Coşqunun “Neftçi”yə keçmək söhbəti vardı. Lakin “Qarabağ”ı seçdi. Belə olmasını atası istədi?
- Elnur Məmmədovla Vəli Qasımovun “Neftçi”də işlədiyi dönəm idi. Mənə zəng vurub Coşqunun xidmətində maraqlı olduqlarını dedilər. O vaxt “İnter”in dağılmaq söhbəti var idi deyə, “Neftçi”yə “hə” demişdim. Lakin sonradan ortaya “Qarabağ” və “Qəbələ” variantları çıxdı. Hər ikisi yaxşı şərtlər irəli sürmüşdü. Coşqunun fikrini soruşdum, “Qarabağ” dedi. Halbuki “Neftçi”yə söz vermişdim. Amma futbol elədi ki, futbolçunu məcbur edə bilmərsən. Məni “Neftçi” rəhbərliyinin yanında pis vəziyyətdə qoysa da, “Qarabağ”a keçdi. Öz qərarı idi. Seçimlərinə heç vaxt qarışmamışam.
- Son iki ildə gəncəli azarkeşlər Kərimə görə sizi az tənqid etməyib. Oyun alınmayanda, “Kəpəz” uduzanda oğlunuza görə sizi “asıb-kəsirlər”. Kərimi yanınızda saxladığınıza görə peşman deyilsiz?
- Xeyr, heç vaxt. Meydanda mənim üçün oğul anlayışı yoxdu. Kim fayda verirsə, ona güvənirəm. Görsəm ki, Kərimdə alınmır, yanımda oturdaram. Sadəcə, Kərimin mövqeyi elədi ki, dağıdıcılıqla məşğuldu, ona görə də diqqəti çəkmir. Halbuki oyun vaxtı çox əziyyət çəkir, güc sərf edir. Ola bilsin, ilk dönəmlərdə tam istədiyimi ala bilmirdim. Get-gedə “artırır”, özünü göstərməyə başlayıb. Sizə daha bir sirr açım ki, bu yay Elxan Abdullayev Kərimi “Neftçi”də görmək istəyirdi. Seçimi öz öhdəsinə buraxdım. Getmədi, “ata, sənin yanında qalmaq, kömək etmək istəyirəm” dedi.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı Dünən, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi Dünən, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” Dünən, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu Dünən, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı Dünən, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir Dünən, 16:26 “Sabah”dan darmadağın Dünən, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər Dünən, 14:50 Birinci divizionda ilk istefa Dünən, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı Dünən, 14:47 Abasov yetirmələrini təriflədi Dünən, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu Dünən, 14:42 “Araz” mübarizəni dayandırdı... Dünən, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı Dünən, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq Dünən, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi Dünən, 14:34 Antalyada ikiqat uğur Dünən, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” Dünən, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu Dünən, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı 15-10-2017, 12:36 Gürcü mütəxəssis Cavid Çələbiyevi fərqləndirdi 12-10-2017, 18:20 ABF-nin vitse-prezidentləri arasında fikir ayrılığı 12-10-2017, 18:19 Natalya Məmmədova Rusiyaya iddialı yollanıb 12-10-2017, 18:15 Nicat Muxtarov psixoloji müalicə alır 12-10-2017, 18:14 Rahidin himni oxumamasına sərt münasibət 12-10-2017, 18:13 “CBC Sport”un superliqa fiaskosu 12-10-2017, 18:12 “Qarabağ” rəsmisi Avropa Klublar Birliyinin işçi qrupuna seçildi 12-10-2017, 18:09 UEFA klubları sevindirdi 12-10-2017, 18:06 Divizionun kisəsindən 200 manat çıxdı 12-10-2017, 18:02 İK üzvləri Prosineçki ilə bağlı mövqeyini açıqladı 12-10-2017, 18:00 Prosineçki Bakıya gələn həftə gələcək 12-10-2017, 17:58 U-19 penaltilərlə yıxıldı 12-10-2017, 17:57 Siyasət Əsgərov U-17-nin şansının olduğunu düşünür 12-10-2017, 17:55 Millətlər Liqasında mənzərə aydınlaşdı 12-10-2017, 17:52 U-17-ni də kötəklədilər 12-10-2017, 17:50 BOS-da monitorlar üçün kabellər quraşdırılıb 12-10-2017, 17:47 Kubok mövsümünə start verildi 12-10-2017, 17:44 Veteranlar jurnalistlərə güzəşt etmədi 12-10-2017, 17:36 Yubileyə maliyyə problemləri ilə 12-10-2017, 17:35 Tərlan Əhmədovlu “Neftçi”nin avazı yaxşı gəlir 12-10-2017, 17:32 Rəşad məşqlərə başlayıb, Səlahət də qayıdır Bütün xəbərlər
Ən çox oxunanlar