21 sen 20:41olke

UEFA Avroliqanın finalını Bakıya verdi!

UEFA Avroliqanın finalını Bakıya verdi!
Rövnəq Abdullayev: "Bu əlamətdar hadisədi"
Dünən hər kəsin diqqəti İsveçrəyə yönəlmişdi. Belə ki, adı çəkilən ölkədə UEFA-nın 13-cü Növbədənkənar Konqresi, ardınca isə İcraiyyə Komitəsinin yığıncağı baş tutdu. Qitə futbol qurumuna üzv olan 55 milli assosiasiyanın nümayəndəsi, o cümlədən AFFA prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədovun iştirak etdiyi Konqres Cenevrənin “Prezident Vilson” otelində reallaşıb. Ölkəmiz üçün daha önəmli qərar İcraiyyə Komitəsinin Nyondakı Avropa Futbol Evində təşkil olunan toplantısında verilib. Bir sıra vacib məsələlərin müzakirəsini aparan komitə üzvləri 2019-cu ildə Çempionlar Liqasının və Avropa Liqasının final oyunlarına hansı stadionların evsahibliyi edəcəyini də müəyyənləşdirib. Öncə bəzi infornasiyaları diqqətinizə çatdıraq.
UEFA-da yeni təyinatlar
Cenevrədə keçirilən konqresdə bir sıra qərarlar qəbul olunub. Andrea Anyelli (Yuventus) və İvan Qazidis (Arsenal) İcraiyyə Komitəsinə üzv kimi təsdiqlənib. Onlar komitədə Avropa Klublar Assosiasiyasını təmsil edəcəklər. Rusiyalı Aleksey Sorokin FİFA-nın Şurasına Avropa nümayəndəsi kimi seçilib. O, 2021-ci ilə qədər bu funksiyanı yerinə yetirəcək. Bundan başqa, Xose Xuan Pinto Sala (İspaniya) İdman Arbitraj Məhkəməsi, Çarlz Dequara Maltadakı milli audit bürosu üzrə baş müfəttiş kimi təsdiqlənib. Tomas Xollerer (Avstriya) Apellyasiya, İvan Robba (Cəbəllütariq), Edvinas Eymontas (Litva), Neboyşa İvkoviç (Serbiya) Etika və İntizam Komitəsinə üzv seçilib. Daha donra UEFA ilə Avropa Peşəkar Futbol Liqaları (APFL) arasında sıx əməkdaşlıq barədə memorandum qəbul olunub. APFL də gələcəkdə İcraiyyə Komitəsində bir yer alacaq. Toplantıda UEFA-nın yeni vitse-prezidentinin adı da bəlli olub və ispaniyalı Anxel Mariya Vilyarın yerinə kimin təyin olunacağına qərar verilib. Qitə futbol qurumunun prezidenti Aleksander Çeferin bu vəzifəni İtaliya Futbol Federasiyasının baş katibi Mikele Uvanın yerinə yetirəcəyini açıqlayıb. Qeyd edək ki, sabiq vitse-prezident Vilyar adı korrupsiya qalmaqalında hallandığı üçün istefaya yollanmışdı. Qeyd edək ki, növbəti konqres 2019-cu il fevralın 7-də Romada keçiriləcək.
AL Bakıda, ÇL Madriddə, Superkubok İstanbulda
Gələk əsas məsələyə. Məlum olduğu kimi, bu il fevralın 2-də AFFA 2019-cu ildə keçiriləcək Çempionlar Liqası və Avropa Liqasının final oyununun təşkili ilə bağlı Bakı Olimpiya Stadionunun (BOS) namizədliyini irəli sürmüşdü. İlkin mərhələdə ÇL-in həlledici oyununa evsahibliyi etməyə 2 - BOS və "Vanda Metropolitano" (Madrid, İspaniya), Avroliqanın finalını keçirmək üçün isə 7 - BOS, Qlazqodakı “Hampden Park” (Şotlandiya), Sevilyadakı “Roman Sançes Pisxuan” (İspaniya), Tiflisdəki “Dinamo Arena” (Gürcüstan), İstanbuldakı “Vodafon Arena” (Türkiyə), Almaniyanın iki şəhərində – Ştutqart və Frankfurtdakı eyniadlı stadionlar da namizədlər siyahısında idi. Prosedur qaydalarına uyğun olaraq, UEFA 2019-cu ildə keçiriləcək klub turnirlərinin final qarşılaşmasına namizədliyini irəli sürmüş assosiasiyalara "Sifariş kitabı"nı təqdim etmək üçün iyunun 6-na qədər vaxt verib. "Sifariş kitabı"nı təqdim edən assosiasiyalardan ÇL üçün BOS və "Vanda Metropolitano"nun, AL üçün isə BOS, "Roman Sançes Pisxuan" və “Vodafon Arena”nın namizdəliyi qeydə alınıb. Onu da xatırladaq ki, AFFA tərəfindən hər iki turnir üçün ayrı-ayrı "Sifariş kitabı" və videoçarx hazırlanıb. "Sifariş kitabı"nda müxtəlif mövzular əhatə olunub və "final qarşılaşması niyə Bakıda keçirilməlidi" sualına aydınlıq gətirilib. Belə ki, AFFA-nın təşkilatçılığı ilə keçirilən 17 yaşadək qızların dünya çempionatı (2012), ftzal üzrə “dördlər finalı” (2014), U-17-lərin Avropa çempionatı (2016) zamanı görülən işlər həm FİFA, həm də UEFA tərəfindən yüksək qiymətləndirilib. Ötən il qitə birinciliyinin açılış oyununda isə U-17 Avropa çempionatları tarixinin yeni rekordu qeydə alınıb. Olimpiya stadionunda keçirilmiş qarşılaşmanı 33 min azarkeş izləyib. Bu da ölkəmizdə kifayət qədər azarkeş bazasının varlığı, futbola marağın böyük olduğunun göstəricisi kimi qeyd olunub. Eyni zamanda "Sifariş kitabı" hazırlanan zaman dövlət qurumları tərəfindən təminat məktubları alınıb və UEFA-ya təqdim edilib, otellər, yol infrastrukturu, hava limanı, məşq meydançaları, yarışı qəbul etməyə iddialı olan BOS haqda qitənin ali futbol qurumunun rəhbrəliyinə ətraflı məlumat verilib. Qeyd edilib ki, BOS qalib elan edilərsə, bu təkcə Azərbaycanda yox, bölgədə futbola marağın atmasına təkan verəcək, yaxın ərzilərdə yerləşən ölkələrdən minlərlə azarkeş oyunu izləmək üçün Bakıya səfər edəcək. Sentyabrın 5-də isə AFFA-nın prezidenti Rövnəq Abdullayev tərəfindən İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında Bakı şəhərinin final oyunlarına namizədliyi ilə bağlı hazırlanmış xüsusi təqdimat olub, UEFA və AFFA rəhbərliyinin görüşü keçirilib, qitə futbol qurumunun İcraiyyə Komitəsinin namizəd stadionların imkanlarını obyektiv şəkildə araşdıracağına əminlik ifadə edilib. Nəhayət, final qarşılaşmalarını qəbul edəcək stadionların adları açıqlandı. Qısa müddət ərzində istifadəyə verilməsinə baxmayaraq, bir sıra tədbirlərin açılış və bağlanış mərasimlərinə evsahibliyi etmiş BOS iki il sonra keçiriləcək Avropa Liqasının final oyununu qəbul edəcək. Həmin il ÇL-in son qarşılaşması isə "Vanda Metropolitano"da reallaşacaq. Bu turnirlərin qalibi isə "Vodafon Arena"da üz-üzə gələcək. İstanbul digər namizədlər Tirana, Tuluza, Hayfa, Astana, Belfast və Qdanskı üstələyərək, daha çox səs toplayıb. Maraqlıdı ki, səsvermədən bir gün əvvəl İspaniya qəzetləri Madriddəki stadiionun UEFA-nın tələblərinə cavab vermədiyini yazmış və bu üzdən hər kəsdə ÇL-in finalının Bakıda təşkilinə inam oyanmışdı. Ancaq 2018-ci ldə də ÇL-in final görüşünün postsovet məkanı ölkəsində, daha dəqiqi, Kiyevdə keçiriləcəyini nəzərə alsaq, ümidimiz elə də böyük deyildi. ÇL-in finalının ardıcıl iki il sabiq SSRİ respublikalarına verilməsi inandırıcı görünmürdü. Təəssüf ki, elə belə də oldu...
O olmasın, bu olsun!
Düzdü, ÇL-in həlledici oyununun təşkilində yalnız bir rəqib vardı. Ancaq UEFA-nın birdən-birə belə önəmli turnirin finalının Bakıda keçirilməsinə razılıq verəcəyi bir qədər çətin görünürdü. Özü də son vaxtlar qitənin ən nüfuzlu klub turnirində “at oynadan” ispanlarla yolumuz kəsişdiyindən, işlər bir qədər də qəliz idi. Bu cür oyunlara evsahibliyi etmək baxımından da qarşı tərəf daha təcrübəlidi. Odu ki, “Vanda Metropolitano” stadionunun BOS-dan daha şanslı olduğunu söyləməliyik. Doğrudu, sözügedən yarış ÇL adlanandan bəri UEFA daha çox bu yarışın qrup mərhələsində komandası olan ölkələrin xeyrinə seçim edib. Elə bu üzdən də "Qarabağ"ın qitənin ən nüfuzlu klub turnirinin qrupuna vəsiqə qazanması bizləri ümidləndirmişdi. Ancaq Bakıda AL-in finalının keçirilmə variantı daha real görünürdü. Baxmayaraq ki, rəqiblər daha çox idi. Lakin istər klublarımızın Avroliqadakı çıxışı, həmçinin bu yarışın ÇL-lə müqayisədəki nüfuzu paytaxtımızın şansını artırırdı. Özü də burda önəmli bir məqam da var. AFFA-nın eyni zamanda həm ÇL-ə, həm də AL-ə namizədliyi irəli sürməsi boşuna deyildi. Belə ki, assosiasiya rəhbərliyi heç şübhəsiz, “o olmasın, bu olsun” prinsipinin işə düşəcəyinə ümid edirdi. Başqa sözlə, UEFA ÇL-in finalını Madridə həvalə etsə, bəlkə də bizimkilərin könlünü qırmamaq üçün AL-in həlledici görüşünü Bakıya təyin edəcəkdi. Və sonda məhz belə oldu. Halbuki, yuxarıda vurğuladığımız kimi, qərar açıqlanmazdan öncə İspaniya mətbuatı BOS-un ÇL üçün şanslarının daha çox olduğunu yazmışdı. Onlar "Vanda Metropolitano"da 7 min VİP yerin olmasının Madridin əleyhinə işləyəcəyini qeyd etmişdi. Lakin görünən odu ki, bunlar fərziyədən başqa bir şey deyilmiş. ÇL-in finalının bizə verilməməsi nə qədər xoş olmasa da, qitənin ikinci dərəcəli klub turnirini həlledici oyununun Bakıya həvalə olunması müsbət haldı. Bu həm də ən güclülərin final matçına ebsahibliyinə doğru önəmli addımdı. Hər halda, 2019-cu ildə AL-in finalının, növbəti il isə AÇ-nin oyunlarının Bakıda keçirilməsi ölkə futbolu adına sevindirici məqamdı.
Rövnəq Abdullayev: "Bu əlamətdar hadisədi"
AL-in finalının Bakıya həvalə olunması ilə bağlı AFFA prezidenti Rövnəq Abdullayev bunları deyib: “Bu qərar hər birimiz üçün çox sevindiricidi. Bu münasibətlə ölkəmizin bütün futbolsevərlərini təbrik edirəm. Olimpiya stadionunun qitənin mötəbər klub turnirinin final oyununa evsahibliyi etməsi respublikamızın idman həyatında əlamətdar hadisədi. Açıqlanan qərarın Azərbaycanda futbolun inkişafına öz töhfəsini verəcəyinə əminik. Belə bir nüfuzlu turnirin oyunlarına evsahibliyi etməyimiz Respublika prezidenti cənab İlham Əliyevin apardığı uğurlu idman siyasətinin nəticəsidi. Bu işdə əməyi olan hər kəsə təşəkkür edirik. UEFA İcraiyyə Komitəsinə prezentasiyamızı yüksək qiymətləndirdiyinə görə minnətdarlığımızı bildirir və bu etimadı da əməli işimizlə doğruldacağımıza inanırıq”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı Dünən, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi Dünən, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” Dünən, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu Dünən, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı Dünən, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir Dünən, 16:26 “Sabah”dan darmadağın Dünən, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər Dünən, 14:50 Birinci divizionda ilk istefa Dünən, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı Dünən, 14:47 Abasov yetirmələrini təriflədi Dünən, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu Dünən, 14:42 “Araz” mübarizəni dayandırdı... Dünən, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı Dünən, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq Dünən, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi Dünən, 14:34 Antalyada ikiqat uğur Dünən, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” Dünən, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu Dünən, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı 15-10-2017, 12:36 Gürcü mütəxəssis Cavid Çələbiyevi fərqləndirdi 12-10-2017, 18:20 ABF-nin vitse-prezidentləri arasında fikir ayrılığı 12-10-2017, 18:19 Natalya Məmmədova Rusiyaya iddialı yollanıb 12-10-2017, 18:15 Nicat Muxtarov psixoloji müalicə alır 12-10-2017, 18:14 Rahidin himni oxumamasına sərt münasibət 12-10-2017, 18:13 “CBC Sport”un superliqa fiaskosu 12-10-2017, 18:12 “Qarabağ” rəsmisi Avropa Klublar Birliyinin işçi qrupuna seçildi 12-10-2017, 18:09 UEFA klubları sevindirdi 12-10-2017, 18:06 Divizionun kisəsindən 200 manat çıxdı 12-10-2017, 18:02 İK üzvləri Prosineçki ilə bağlı mövqeyini açıqladı 12-10-2017, 18:00 Prosineçki Bakıya gələn həftə gələcək 12-10-2017, 17:58 U-19 penaltilərlə yıxıldı 12-10-2017, 17:57 Siyasət Əsgərov U-17-nin şansının olduğunu düşünür 12-10-2017, 17:55 Millətlər Liqasında mənzərə aydınlaşdı 12-10-2017, 17:52 U-17-ni də kötəklədilər 12-10-2017, 17:50 BOS-da monitorlar üçün kabellər quraşdırılıb 12-10-2017, 17:47 Kubok mövsümünə start verildi 12-10-2017, 17:44 Veteranlar jurnalistlərə güzəşt etmədi 12-10-2017, 17:36 Yubileyə maliyyə problemləri ilə 12-10-2017, 17:35 Tərlan Əhmədovlu “Neftçi”nin avazı yaxşı gəlir 12-10-2017, 17:32 Rəşad məşqlərə başlayıb, Səlahət də qayıdır Bütün xəbərlər
Ən çox oxunanlar