21 sen 20:38olke

“Araz” təbrizlilərə rəhm etmədi

“Araz” təbrizlilərə rəhm etmədi
Alesio: “Sevindiricidi ki, işimizin bəhrəsini görürük”
"Araz"ın çərşənbə axşamı İran təmsilçisi "Mes Sunqun" ilə yoxlama oyunu keçirəcəyini xəbər vermişdik. Ötən həftə yerli komandalarla üç sınaq matçı keçirən Naxçıvan təmsilçisi üçün İranın vitse-çempionu "Mes Sunqun" ilə oyun daha sanballı hesab olunurdu. Hər halda, Joze Alesio da Silvanın komandası "Marafon"a (8:0), "İtaldizayn"a (10:1) və "Ekol"a (3:0) heç bir şans verməmişdi. Bəribaşdan qeyd edək ki, "Mes Sunqun" da eyni aqibəti yaşadı.
"Mes Sunqun" Təbriz komandasıdı?
"Bakıya İran çempionatında 2-ci yeri tutan Təbriz komandası gəlir" xəbərini alanda araşdırma aparmışdıq. Son mövsümdə İran superliqasında Cənubi Azərbaycanın iki təmsilçisi mübarizə aparıb. "Dabiri" Təbriz, "Mes Sunqun" isə tarixi şəhərimizə yaxın olan Varzaqanın komandasıdı. Ancaq ikincilər də bir neçə ildi Təbrizdə məskunlaşıb. Ötən birincilikdə çempiondan 1 xal az toplayan "Dabiri" 2-ci, "Mes Sunqun" isə 3-cü yeri tutaraq, mükafat əldə ediblər. Ancaq "Dabiri" artıq yoxdu. Daha doğrusu, superliqadan uzaqlaşdırıblar. Bunu bizə özünü "Mes Sunqun"un rəisi kimi təqdim edən Əbəlfəz İsmaili dedi: "Biz də elə Təbriz komandası sayılırıq. Varzaqan Təbrizdən bir neçə kilometr aralıdı. "Dabiri" bu çempionatda yarışmır. Federasiya ilə problemləri oldu, uzaqlaşdırdılar superliqadan".
İsmaili: “Qardaşlarımızın yanına gəlmişik, qonaq sayılmarıq”
Oyundan əvvəl söhbətləşdiyimiz Əbəlfəz İsmailidən aldığımız bilgilər əsasında "Mes Sunqun"u daha ətraflı tanıdaq: "Əslində klubumuzun yaranma tarixi daha uzağa gedir. Ancaq 2014-cü ildən superliqada yarışırıq. İştirak etdiyimiz üç mövsümdə də mükafatçılar sırasına düşmüşük. Bir dəfə 2-ci, iki dəfə 3-cü yeri tutmuşuq. İranın iddialı komandalarındanıq. Hazırda 5 üzvümüz İran millisində çıxış edir. Yeri gəlmişkən, millimiz hazırda Türkmənistanda təşkil olunan 5-ci Asiya Oyunlarında iştirak edir. Hansı ki, əvvəlki yarışların hamısında İran çempion olub. Bu dəfə də bizimkilər turnirə yaxşı başlayıblar. Taitini 16:1, İordaniyanı 7:3 hesabıyla yeniblər. Yığmada oynayan 5 futzalçımızı bu səbəbdən Bakıya gətirə bilmədik. Ancaq hazırki heyətdə də istedadlı oyunçularımız çoxdu.“Mes Sunqun” Təbrizdə məskunlaşıb. Əslində Varzaqan məntəqəsi elə Cənubi Azərbaycan sayılır. Təbrizə yaxınıq, 60-70 kilometr aramız var. Oyunlarımızı “Şahid Pur Şərifi” sarayında keçiririk. 6000 yerlik arenadı, İran millisi də bəzən bizim saraydan istifadə edir”.
“Mes Sunqun”un rəhbəri “Araz”la oyunun təşkili ilə bağlı məsələyə də aydınlıq gətirdi: “İmkanlı klub sayılırıq. Hər il yayda hərtərəfli təlim-məşq toplanışı keçiririk. Bu il də qərara almışdıq ki, yayda Bakıya gələk. Onu da deyim ki, İran çempionatı iyulda start götürüb. Maşallah, işlərimiz yaxşı gedir, 11 turdan sonra komandamız liderdi. Son çempion “Giti Pasand”ı 4 xal qabaqlayırıq. Bakıda düşərgə salmaq istəyi ilə əlaqələrimizi işə saldıq, burda Asimi (Asim Xudiyevi nəzərdə tutur - M.) tapdıq, fikrimizi bildirdik. Sağ olsun, “Araz”la danışdı, iki oyun razılaşdırdıq.Beş heyət üzvünün millidə olmasına baxmayaraq, bura geniş tərkibdə gəlmişik. 13 oyunçu, məşqçilər korpusu və texniki heyət üzvlərindən başqa bir neçə futzalçı xanımlarını da gətirib. Həm ziyarətə, həm ticarətə gəliblər (gülür). Qardaşlarımızın yanına gəlmişik, qonaq sayılmarıq. Novxanıda “AF Hotel”də məskunlaşmışıq. Yoldaşlar məsafənin uzaqlığını nəzərə almayıblar, məşq və oyuna gəlmək üçün 1 saat yol qət etməli oluruq. Ancaq günah özümüzdədi, naşı davrandıq. Bu dəfə tanıdıq, gələn dəfə Bakının yaxşı yerindən otel tutarıq”.
Riçard Almeyda “Araz”dakı həmyerlilərinə dəstək verdi
Bakı İdman Sarayı Cənubi Azərbaycandan olan qardaşlarımızı “dolu qucaq”la qarşılamadı. Başqa sözlə, arenada çox az adam var idi. Hətta 40-50 nəfərlik tamaşaçıların yarısını “o tay”dan gələnlər təşkil edirdi. İran yığmasının üzvlərinin 5-6 çarşablı xanımından başqa, bizim yüksək liqada çıxış edən “Marafon”un, “Neftçi”nin, “İtaldizayn”ın 10-12 iranlı üzvü də komandalarına dəstək verirdi. Millimizin və “Qarabağ”ın braziliyalı futbolçusu Riçard Almeyda da xanımı ilə oyuna baxmaya gəlmişdi. Bundan başqa, Serbiya “Ekonomaç”ının azərbaycanlı rəhbəri Turqay Fərzəliyev, sabiq futzal kuratoru kimi tanıdığımız, Cəmşid Naxçıvanski adına Hərbi Litseyin rəisi, polkovnik Rüfət Əmirov, menecer İman Həsənov və başqaları da izləyicilər arasında idi.
“Araz” ikinci hissədə coşdu
Oyuna gəlincə, Joze Alesio da Silva üçün “Mes Sunqun”la arşılaşma əla fürsət oldu. Braziliyalı mütəxəssis güclü rəqiblə görüşdə istədiyi bütün taktiki sınaqları, planları yoxladı. Baxmayaraq ki, 6:0 hesabı rəqibin zəif olmasına dəlalət edir. Ancaq “Araz” bu nəticəni əldə etmək üçün xeyli tərk tökməli, səbir nümayiş etdirməli oldu. Ümumiyyətlə, “Mes Sunqun”un texnikalı futzalçıları birəbir mübarizələrdə Alesionun yetirmələrindən üstün görünürdü. Sadəcə, bizimkilər taktiki cəhətdən intizamlı oynayıb istəyinə çatdı.
“Araz”: Rövşən Hüseynli, Qabriel, Eduardo, Rizvan Fərzəliyev, Tyaqo, Vilela, Qallo, Anar Məmmədov, İsa Atayev, Xətai Bağırov, Ramiz Çovdarov, Oqtay Rüstəmli, Ramil Quliyev.
“Mes Sunqun”: Səid Momini, Fərhad Faqhim, Babək Nasiri, Əlirza Əsgəri, Səid Tağızadə, Səyyad Afzeli, Rodriqo dos Santos, Məhəmməd Peykan, Davud Tacbaxış, Həmzə Kadxuda, Məsud Astaneh, Talıb Ərəbpur, Hüseyn Sabzi.
İlk yarıda cəmi 1 qol vurmaq mümkün oldu. Tyaqo 13-cü dəqiqədə hesabı açdı. İkinci yarıda isə komandamız aşkar üstün oyun sərgilədi. Vilelanın baxımlı qolundan sonra, ümumiyyətlə, təşəbbüs tam “Araz”ın tərəfinə keçdi. Rəqibin yorulması, həmçinin riskə əl ataraq, qapıçını sahə oyunçusu ilə əvəzləməsi həlledici rol oynadı. “Mes Sunqun”un üzvlərinin ikinci yarıda çatdırmaması əbəs deyil. Klub rəsmilərindən biri bunu ağır məşqlə, Novxanı çimərliyində yerinə yetirilən fiziki təmrinlərlə izah etdi. Bundan başqa, rəqib çalışdırıcı Həmid Bikham iki yetirməsini, ümumiyyətlə, meydana buraxmadı. Məsud adlı klub rəsmisi bunun səbəbini qısaca belə izah etdi: “Məşqçimiz düz elədi. Onlar gecə oteldə “şuluqluq” ediblər. Buna görə də cəzalandılar. İntizama hamı əməl etməlidi”.
0:2-dən sonra Həmid Bikham 5-ci meydan oyunçusundan yararlandı. Belədə qollar sıralandı. Tyaqo daha 2 dəfə fərqlənərək, het-trik etdi. Bundan başqa Eduardo və Ramiz Çovdarov da hərəyə bir dəfə fərqləndilər. Amma Alesionun taktiki gedişləri də diqqətdən yayınmadı. Məsələn, rəqib qapıçısız oynayanda, o da Rövşən Hüseynlini çıxarıb Rizvandan 5-ci meydan oyunçusu kimi yararlandı. Baxmayaraq ki, buna elə də ehtiyac yox idi.
Oyunla bağlı Joze Alesionun fikirlərini də öyrəndik: "Komanda şəklində yaxşı oyun nümayiş etdirdik. Bu bizim 4-cü oyunumuz idi. Neçə müddətdi müdafiənin üzərində işləyirdik. Sevindiricidi ki, işimizin bəhrəsini görürük. Dörd oyundan üçündə top buraxmamışıq, rəqiblər cəmi 1 qol vura biliblər. Bundan sonra dinamikanı və hücumda effektliliyi artırmalıyıq. Standart vəziyyət üzərində də işləməliyirik. İran komandası bizə çətinlik yaratdı, xüsusilə ilk yarı ağır keçdi. Amma belə rəqiblə qarşılaşmaq xeyirlidi".
Qeyd edək ki, tərəflər bu gün yenidən üz-üzə gələcək. Bakı İdman Sarayında baş tutacaq görüşün start fiti saat 14.00-da səslənəcək.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı Dünən, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi Dünən, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” Dünən, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu Dünən, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı Dünən, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir Dünən, 16:26 “Sabah”dan darmadağın Dünən, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər Dünən, 14:50 Birinci divizionda ilk istefa Dünən, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı Dünən, 14:47 Abasov yetirmələrini təriflədi Dünən, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu Dünən, 14:42 “Araz” mübarizəni dayandırdı... Dünən, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı Dünən, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq Dünən, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi Dünən, 14:34 Antalyada ikiqat uğur Dünən, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” Dünən, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu Dünən, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı 15-10-2017, 12:36 Gürcü mütəxəssis Cavid Çələbiyevi fərqləndirdi 12-10-2017, 18:20 ABF-nin vitse-prezidentləri arasında fikir ayrılığı 12-10-2017, 18:19 Natalya Məmmədova Rusiyaya iddialı yollanıb 12-10-2017, 18:15 Nicat Muxtarov psixoloji müalicə alır 12-10-2017, 18:14 Rahidin himni oxumamasına sərt münasibət 12-10-2017, 18:13 “CBC Sport”un superliqa fiaskosu 12-10-2017, 18:12 “Qarabağ” rəsmisi Avropa Klublar Birliyinin işçi qrupuna seçildi 12-10-2017, 18:09 UEFA klubları sevindirdi 12-10-2017, 18:06 Divizionun kisəsindən 200 manat çıxdı 12-10-2017, 18:02 İK üzvləri Prosineçki ilə bağlı mövqeyini açıqladı 12-10-2017, 18:00 Prosineçki Bakıya gələn həftə gələcək 12-10-2017, 17:58 U-19 penaltilərlə yıxıldı 12-10-2017, 17:57 Siyasət Əsgərov U-17-nin şansının olduğunu düşünür 12-10-2017, 17:55 Millətlər Liqasında mənzərə aydınlaşdı 12-10-2017, 17:52 U-17-ni də kötəklədilər 12-10-2017, 17:50 BOS-da monitorlar üçün kabellər quraşdırılıb 12-10-2017, 17:47 Kubok mövsümünə start verildi 12-10-2017, 17:44 Veteranlar jurnalistlərə güzəşt etmədi 12-10-2017, 17:36 Yubileyə maliyyə problemləri ilə 12-10-2017, 17:35 Tərlan Əhmədovlu “Neftçi”nin avazı yaxşı gəlir 12-10-2017, 17:32 Rəşad məşqlərə başlayıb, Səlahət də qayıdır Bütün xəbərlər
Ən çox oxunanlar