09 yan 19:37olke, manset

“Neftçi” rəsmisinin bazadakı kubokların sayından xəbəri yoxdu

 “Neftçi” rəsmisinin bazadakı kubokların sayından xəbəri yoxdu
Mehman Rəsulov: “Bakıya qayıdandan sonra dəqiq məlumat verə bilərəm”
“Neftçi”nin Sadıq Sadıqovun dönəmində qazandığı 5 kubokun (3 ölkə çempionluğu, 2 ölkə kuboku) hazırda sabiq prezidentin rəhbərlik etdiyi qurumun - “Neftçi” İSM-in muzeyində olması az səs-küyə səbəb olmadı. Bununla bağlı hər iki tərəfin fikrini öyrənəndə məlum oldu ki, səbəb “Neftçi”nin muzeyinin olmamasıdı. Yəni sabah klubun öz muzeyi olsa, həmin kuboklar ora göndəriləcək. Əsas odu, oğurlanmayıb, itməyib, hesabdan silinməyib. Kuboklar göz qabağındadı, yeri də məlumdu. Bu məsələnin bir tərəfi.
Qəzetimizin ötən sayına açıqlama verən Cüdo Federasiyasının mətbuat katibi Elnur Əşrəfoğlu daha bir maraqlı məqama toxunmaqla bizə mövzu vermiş oldu: “İkinci sual yaranır: bəs qalan 5 kubok hardadı? Onlar haqda niyə yazılmır? Onları niyə axtaran yoxdu? Yaxşı olar ki, həmin kuboklar da üzə çıxarılsın. Rəhmətlik Rasim Rəfiyevin də, Aydın İbrahimovun da dönəmində “Neftçi” çempion olub. Bəs hardadı o vaxtın kubokları?”
Elnur bəyin bu sözləri dilə gətirməsi boşuna deyil. Vaxtilə “Neftçi”də departament rəhbəri və klub prezidentinin müşaviri vəzifələrində çalışmış birinin, təbii ki, bildiyi nəsə var. Çox güman, “Neftçi”li günlərində bu sualları özünə və yanındakılara da verib. Sadəcə, məsələ bu dərəcədə aktuallaşdığından indi eyni sualı jurnalistə ünvanlayır və cavab tapılmasını istəyir. Belədisə, təəccüblü suala cavab tapmaq, son duruma aydınlıq gətirmək bizim də borcumuzdu. “Ağ-qaralar” müstəqillik əldə olunandan bəri nə az, nə çox – düz 18 müxtəlif kubok qazanıb. 8 dəfə çempion olub, 6 dəfə ölkə kubokunu, 2 dəfə superkuboku, bir dəfə olmaqla “Birlik kuboku” və “CBC Sport kuboku”nu əldə edib. Deyək ki, bunlardan 5-i “Neftçi” İSM-in muzeyindədi. Maraqlıdı, qalan 13-ü hardadı? “Neftçi”nin bazasının girişində yaradılmış guşədə bu kubokların hər biri yer alıbmı? Sualı ölkənin ən köklü klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulova ünvanlasaq da, yekun nəticə əldə edə bilmədik. Klub rəsmisinin bazadakı kubokların sayını bilməməsi azmış kimi, sayı dəqiqləşdirib bizə demək üçün Bakıda bir nəfəri belə tapa bilmədi: “Daha öncə bildirmişdim ki, muzeyimiz istifadəyə veriləndə bütün kuboklar orda yer alacaq. O ki qaldı hazırda bazada neçə kubokun olmasına, bu dəqiqə məsul şəxslərin hamısı Antalyadadı. Bununla bağlı sizə Bakıya qayıdandan sonra dəqiq məlumat verə bilərəm. Bazanın girişindəki guşə həcm etibariylə kiçik olduğundan, heç də bütün kuboklar ora qoyulmayıb. Bazada başqa bir yerdə saxlanılır. Hazırda komanda təlim-məşq toplanışındadı və hər kəs hazırlığa köklənib”.
Hər şey öz yerində, amma klubun mətbuatla əlaqələndiricisinin jurnalistin sualına cavab tapmaq əvəzinə komandanın hazırlığa köklənməsini deməsi faciədən də betərdi. Çünki o “betər”in adı yoxdu. Görünür, Mehman Rəsulov da komanda üzvləri ilə birgə gərgin məşqlərdə iştirak edir. Ya da başı transfer çalışmalarına qarışıb. Kim bilir, bəlkə də baş məşqçi səlahiyyətlərini icra edir. Başı nəyə qarışıbsa, xeyirli olsun. Amma bazadakı kubokların sayını bilməməyin komandanın hazırlığına dəxli yoxdu, çox hörmətli Rəsulov...
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir Bu gün, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi Bu gün, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" Bu gün, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi Bu gün, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı Bu gün, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı Bu gün, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi Bu gün, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq Bu gün, 18:55 Yarım mövsümün rəqəmli tablosu Bu gün, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür Bu gün, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş Bu gün, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq Bu gün, 18:49 Məkan və saat dəqiqləşdi Bu gün, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı Bu gün, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi Bu gün, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc Bu gün, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq Bu gün, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb Bu gün, 18:37 "Keşlə"də daha bir ukraynalı Bu gün, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi Dünən, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü Dünən, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı Dünən, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi Dünən, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək Dünən, 18:48 Seqoviya haqq yoluna gəlir Dünən, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu Dünən, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” Dünən, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub Dünən, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı Dünən, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb Dünən, 18:33 “Binə”nin yeni baş məşqçisi planlardan danışdı Dünən, 18:24 Qabriel Matey “Zirə”ni seçərkən tələsib Dünən, 18:22 “Neftçi” - yarım mövsümün antirekordçusu! Dünən, 18:21 Vitali Borisov məşqlərə qoşuldu Dünən, 18:19 Liderlər sürprizə imkan vermədi Dünən, 18:18 “Marafon”lular Renatın etirazına qoşuldular Dünən, 18:16 Türkiyədəki legionerlər üçün üzücü həftə Dünən, 18:09 Çilingərin futbola gətirdiyi sex rəisi Dünən, 18:06 “Qarabağ”ın oyununun vaxtı dəqiqləşdi Dünən, 18:04 “Səbail” “Xəzər”ə qalib gəldi 16-01-2018, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı 16-01-2018, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi 16-01-2018, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi 16-01-2018, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi 16-01-2018, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır 16-01-2018, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək 16-01-2018, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı 16-01-2018, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı 16-01-2018, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər 16-01-2018, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi 16-01-2018, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu 16-01-2018, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu 16-01-2018, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi 16-01-2018, 15:08 Araz 89 dəqiqə oynasa da... 16-01-2018, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir 16-01-2018, 15:04 Fasiləyə iki liderlə 16-01-2018, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bütün xəbərlər
Ən çox oxunanlar