17 sen 19:04olke

AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir?

AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir?
Vaqif Sadıqov: “Bu liqa həvəskardan peşəkara keçid xarakteri daşıyır”
Çərşənbə axşamı AFFA-da baş tutan toplantıda 2017/18 mövsümündə birinci divizionda neçə komandanın iştirak edəcəyinə qərar verildi. Belə ki, aşağı dəstədə birincilik uğrunda 10 komanda mübarizə aparacaq. Divizionun debütantları “Şüvəlan”, “Xəzər”, “Binə” və “Vətən”di. Sentyabrın 9-da baş tutan ilk komissiyadan keçə bilməyən 6 komanda isə srağagünkü toplantıda da müsbət cavab almadı. Bunlardan “Bakılı”, “Şahdağ”, “Göyəzən” və “Energetik” ötən mövsüm, eləcə də daha öncə birinci divizionda çıxış edirdi. Bundan başqa, “Göyçə”nin debüt arzusu gözündə qaldısa, illər sonra “dirilən” “Karvan”a “yaşıl işıq yandırmadılar”. Maraqlıdı ki, AFFA və PFL rəhbərliyi aşağı dəstədə çıxış etmək hüququ qazana bilməyən komandalar üçün yeni çempionat düşünüb. Onların oynaması üçün həvəskar statuslu “Region Liqası”nın yaradılması ilə bağlı layihə İcraiyyə Komitəsinə təqdim olunacaq. Bir sözlə, ölkəmizdə daha bir yarış keçirilə bilər.
Qeyd olunduğu kimi, sözügedən birincilik peşəkar statusu daşımayacaq. Belə baxanda, onsuz da bizdə həvəskarlar liqası var idi. Maraq doğuran əsas məqamlardan biri məhz odu ki, bu çempionatların fərqi nə olacaq? Həvəskarlar liqasından fərqlənməyən yarışın təşkilinə nə ehtiyac vardı? Birinci diviziona buraxılmayanlar gedib istədiyi həvəskar çempionatda iştirak edə bilər. Ölkədə iki qeyri-peşəkar liqanın təşkil olunması nə qədər məntiqəuyğundu? Halbuki yeni yaradılacaq çempionata da minimum tələblər fonunda peşəkar statusu vermək olardı. Necə ki, elita ilə birinci divizionun tələbləri fərqlidi, region liqası ilə birinci dəstə arasında da müəyyən fərqlər ola bilərdi. Həmin yarışda qalib olan isə diviziona yüksələrdi. Belədə region liqasında da komandalar vaxt öldürmək üçün yox, hansısa hədəf uğrunda mübarizə aparardı.
Bundan başqa, yarışın adı region liqadısa, bütün komandaların vahid turnirdə mübarizə aparması doğru seçim deyil. Necə ki, Almaniyada və bir sıra başqa ölkələrdə də bu cür liqalar təşkil olunur. Bizdə də şimal, cənub, qərb və paytaxt komandaları ayrı-ayrı qruplarda mübarizə aparar, sonda isə final mərhələsində hər region üzrə qaliblər üz-üzə gələrdi. Komanda sayını düzəltmək üçün həvəskarlar liqasından kimlərisəı bura cəlb etmək olardı. Bunun maddi tərəfdən də müsbət effekti var. Hamıya məlumdu ki, sözügedən komandaların maliyyə imkanları elə də böyük deyil. Hər dəfə digər regionlara səfər təşkil etmək isə əlavə xərc deməkdi. Halbuki qonşu rayonların komandasının mübarizəsində səfər xərcləri minimum səviyyədə olacaq. Belədə klubları cəlb etmək və razı salmaq da asanlaşacaq. Yalnız finalı paytaxtda təşkil etmək olardı.
Bununla bağlı AFFA İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun fikirlərini öyrəndik: “Bunun ən müsbət cəhəti zəncirvari bir sistemin formalaşmasıdı. Artıq 3 çempionat – elita, birinci divizion və regional liqa arasında bağlılıq olacaq. İlk pilləni tutan komandalar özündən üstdəki liqaya vəsiqə qazanacaq. Bu da ümumi işin xeyrinədi. Şəxsən mən İcraiyyə Komitəsinin üzvü kimi həmin ideyanı dəstəkləyirəm. Düşünürəm ki, bu, çox maraqlı bir layihədi. Regional liqa mərhələ xarakteri daşıyır və ordan birinci diviziona vəsiqə qazanmaq mümkün olacaq. Təbii, bizdə həvəskarlar liqası da var. Regional liqaya onlardan da ən yaxşıları cəlb olunacaq. Elə bu vahid sistemə gəlinməsi deməkdi. Düzdü, layihə hələ tam təqdim olunmayıb. Seçim ediləcək və yarışın iştirakçıları müəyyənləşəcək. Belə deyim, komandalar tam peşəkar səviyyəyə yüksəlmək üçün pillə-pillə qalxmalıdı. Bu gün peşəkar statusu almaq istəyən klublar bütün bu mərhələləri keçməlidi. Layihə bizə təqdim olunandan sonra geniş müzakirə etmək olar. Lakin bildiyimə görə, məhz region liqasında ilk yeri tutanlar birinci diviziona yüksələcək. Sözsüz ki, lisenziyalaşdırmanın tələblərinə cavab verməklə. Bu liqa həvəskardan peşəkara keçid xarakteri daşıyır. İddiası, hədəfi olan komandalar üçün bu keçid bir mərhələdi. Belə başa düşürəm ki, bundan sonra kim istəsə, komanda yaradıb birinci divizionda iştirak edə bilməz. İlk öncə region liqanı keçməlisən. Həmin bir ildə özünü təsdiq etməlisən, eyni zamanda lisenziya tələblərinə də cavab verməlisən. O ki qaldı komandaların müxtəlif – şimal, cənub, qərb, paytaxt regional liqalarında mübarizə aparmasına, bizdə tam layihə olmadığından konkret nəsə demək çətindi. Ancaq şəxsən mənim fikrimi soruşsaz, istərdim ki, dediyiniz şəkildə müxtəlif regionlara uyğun qruplar yaradılsın. Bu həm də komanda sayından asılı olacaq. Layihə müzakirə olunanda həmin məsələ də təklif olunacaq. Düz qeyd edirsiz ki, onsuz da maddi durum hər kəsə bəllidi. Hər dəfə cənubu təmsil edən komandanın şimala, qərbə getməsi əlavə xərcdi. Deyək ki, qrupunda ilk pillələri tutanlar yalnız final mərhələsində qarşılaşsın. Məncə, bütün detalların geniş müzakirəyə ehtiyacı var. Hər halda, bu yöndə ilk addım atılıb. İdeyanı təkmilləşdirmək üçün sizli-bizli tövsiyələr irəli sürməliyik. Məşqçilər Komitəsi olaraq layihə ilə bağlı işlərə başlayacağıq. Yekunda İK-nın iclasında bu layihə haqda qərar veriləcək”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:27 Karantin Ruslanın “başına oyun açıb” Bu gün, 12:11 AİJF Baş nazirə müraciət etdi Bu gün, 12:06 “9 aydan sonra doğuş sayında inanılmaz artım yaşansa, təəccüblənmərəm” Dünən, 21:12 Teymur Rəcəbov 100 min dollar ziyana düşüb Dünən, 21:09 Fərid Qayıbov payızı nişan verdi Dünən, 20:59 Yaşar Vahabzadəni bu gün hamıdan tez nəvəsi təbrik edib Dünən, 16:03 Mourinyo və oyunçular parkda məşq etdi Dünən, 15:59 Terim koronavirusdan qurtuldu! 7-04-2020, 22:15 Belarus çempionatında futbolçular nə qədər qazanır? 7-04-2020, 21:54 Koronavirus Qvardiolanın anasını öldürdü 7-04-2020, 21:50 Rusiya və Qətər mundialı pulla alıb? 7-04-2020, 21:40 “Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm” 7-04-2020, 21:28 “Qarabağ” boş dayanmır 7-04-2020, 21:19 “Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil” 7-04-2020, 21:07 Kimdi günahkar? 7-04-2020, 20:51 Evdə qal, yemək bişir! 7-04-2020, 15:17 Arif Rəhimov dəqiqliyin tərəfdarıdı 7-04-2020, 15:11 Klublarda qeyri-müəyyənlik davam edir 7-04-2020, 15:07 Azarkeş qrupları imkansızları sevindirməkdə davam edir 7-04-2020, 15:02 “Zaqatala”dan örnək addım 6-04-2020, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür 6-04-2020, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı 6-04-2020, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır 6-04-2020, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! 6-04-2020, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” 6-04-2020, 16:30 Karius FIFA-ya şikayət etdi 6-04-2020, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” 6-04-2020, 16:20 Tramp da videokonfrans keçirdi 6-04-2020, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı 6-04-2020, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? 6-04-2020, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib 6-04-2020, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan 5-04-2020, 11:22 Fonda daha hansı klub pul köçürəcək? 5-04-2020, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb Bütün xəbərlər
Ən çox oxunanlar