17 sen 18:56olke

Birinci divizionun debütantları hədəflərdən danışdı

Birinci divizionun debütantları hədəflərdən danışdı
Rövşən Qasımov: “Murdar işlərlə məşğul olan çoxluqdansa, təmiz azlıq yaxşıdı”
Növbəti mövsümdə birinci divizionda 10 komanda çıxış edəcək. Halbuki iştirakçıların sayı 14 və ya 16 da ola bilərdi. Lakin AFFA cəmi 10 kluba lisenziya verdi. Bunlardan dördü debütantdı. Ötən mövsüm premyer-liqada sonuncu yeri tutaraq aşağı dəstəyə yuvarlanan və “Şüvəlan” adlandırılan AZAL, yeni yarananlar – “Binə”, “Vətən” və “Xəzər”. Maraqlıdı, bu komandaların aşağı dəstədə hədəfi nə olacaq? Ümumiyyətlə, 10 komandalı çempionat debütanatları qane edirmi? Bu və başqa suallara cavab tapmaq üçün dörd komandanın baş məşqçiləri ilə danışmağı lazım bildi. Cavabları belə oldu.
Mehman Babayev, “Binə”nin çalışdırıcısı: “Birinci diviziona çıxdığımıza görə çox sevinirik. İlk dəfə Binədə böyük futbol olacaq. Qəsəbəmizin peşəkar komandası PFL-in bayrağı altında təşkil olunan turnirdə çıxış edəcək. Bu, bizim üçün çox böyük məsuliyyətdi. Yaxşı dərk edirik. Azarkeşlərimizin sayı da çoxdu. Onlar səbirsizliklə birinci divizionda yeni mövsümün başlamasını gözləyirdilər. Tərəfdarlarımızın üzünü ağa etməyə çalışacağıq. Komanda çox yaxşı vəziyyətdədi. Normal hazırlıq keçmişik. Öncədən də deyildiyi kimi, medallar uğrunda mübarizə aparacağıq. Bu məqsəd dəyişməyib. Düzdü, daha çox komandanın çempionatda iştirakı gözlənilirdi. Amma 10 komandaya vəsiqənin verilməsi aşağı dəstədə mübarizənin gərgin keçəcəyindən xəbər verir. Bu qədər komandanın iştirakının pis və ya yaxşı olmasına şərh verə bilmərəm. Bu haqda AFFA qərar verib. Onlar bu qərarı niyə verdiklərini çox yaxşı bilirlər. İlk növbədə şəxsən mən istərdim ki, bütün regionlarda futbol olsun. Regionlarda futbolun olması bütün Azərbaycan futbolu üçün yaxşıdı. 4 bölgə klubu lisenziya azalmadı. Düşünə bilərsiz ki, uzaq səfərlərə getməyəcəyik. Bu həm büdcəmiz üçün xeyirdi, həm də komandada yorğunluq olmayacaq. Amma biz bunu fikirləşmirik. Bizim büdcəmiz də normaldı, heyətimiz də peşəkar oyunçulardan qurulub. Qusara, Qazaxa və ya Mingəçevirə getməkdə hansısa problemimiz olmazdı. Ən əsas məsələ ölkə futbolunun təmizliyidi. AFFA-nın verdiyi qərarla razılaşmalıyıq. Məsləhət belə olub. Bizim üçün regionlarda və ya Bakıda oynamağın heç bir fərqi yoxdu. Bütün regionlarda futbol olsa, daha yaxşı.70-80 faiz mövsümə hazırıq. Çempionatın startından sonra hər komandaya iki-üç tur lazımdı ki, ritmi tuta bilsin. Bu məqam bizim üçün də vacibdi. Hazırda bir mövqeni gözləndirməyi düşünürük. Hücumçu axtarışına başlamışıq. Başqa bir transfer haqda düşünmürük. Qış fasiləsinə kimi hansısa dəyişiklik planlaşdırmırıq. Ola bilər ki, növbəti “transfer pəncərəsi”ndə müəyyən dəyişikliklər etdik. Birinci divizionda ən vacib və hər il müzakirə olunan məsələ oyun alğı-satqısı ilə bağlıdı. Aydın məsələdi ki, “Binə”də bu baş verməyəcək. Bizdə belə şey mümkün deyil. Azarkeşlərimiz də bunu qəbul etməzlər. İnanmıram ki, mənə də kimsə bu cür təklif etsin. Məni tanıyanlar bilir necə adamam. Təklif olsa, ağır cavab alacaqlar. Binədə təmiz və şəffaf bir komanda fəaliyyətdə olacaq. Öz hərəkətlərimizlə AFFA-nın da üzünü ağ etməyə çalışacağıq. Futbolçu yığımı zamanı da diqqətli olmuşuq. Üzərində şübhəsi olmayanları komandamıza gətirmişik. Ona görə qəti narahat deyilik”.
Aqil Nəbiyev, “Şüvəlan”ın baş məşqçisi: “Yayda komandamızın adı dəyişdi. İndi “Şüvəlan” kimi çıxış edirik. Ötən mövsüm AZAL premyer-liqadan düşdü. Bu üzdən aşağı dəstədə çıxış etməli olduq. Sıfırdan komanda yığdıq. Yay fasiləsi dönəmincə çox yaxşı hazırlıq keçmişik. Yüz faiz hazır olduğumuzu deməzdim. Amma 60-70 faiz hazırıq. Artıq çempionatın başlamasını gözləyirik. Uşaqlar uzun müddətdi rəsmi matçlara çıxmırlar. Rəhbərlik konkret hansı yeri tutacağımızla bağlı qarşımıza məqsəd qoymayıb. Bizə deyilib ki, yaxşı və döyüşkən kollektiv formalaşdırmalıyıq. Bəli, yenidən premyer-liqaya qayıtmaq istəyirik. Bilirsiz ki, komandamızın çox yaxşı şəraiti var. Bazası, yeməkxanası, stadionu və başqa şəraiti. Bizdə olan şərait bəzi premyer-liqa klublarında yoxdu. İnanıram ki, ilk “3-lüy”də düşsək, yenidən elitaya yüksələ bilərik. Birinci divizionda 10 komanda oynayacaq. Ötən il bu say 14-ə bərabər idi. Son zamanlar həm premyer-liqada, həm də aşağı dəstədə komandaların sayının azalması prosesi gedir. Bu da klubların sponsorunun olmaması ilə bağlıdı. Kimsə lisenziya ala bilmirsə, günahı yalnız AFFA və ya PFL-in boynuna atmaq doğru deyil. Çünki bu qurumlar hər komandaya kömək göstərə bilməz. Komanda sayı nə qədər çox olsa, təbii ki, yaxşıdı. Amma AFFA-nın bu qərarına hörmətlə yanaşmaq lazımdı. Səbəbləri yəqin ki, olub və aydınlaşdırıblar. Kim istəməz ki, regionlarda komanda olsun? Az komandalı çempionat ölkə futbolu üçün yaxşı hal deyil. Futbol azarkeşlər üçün oynanılan oyundu. Bu üzdən bölgələri də futbolsuz qoymaq doğru deyil. Lakin klubların maliyyə durumunu da nəzərə almaq lazımdı. Reallıq ortadadı. İndiki 10 komandanın, demək olar ki, hamısı eyni səviyyəlidi. Çox maraqlı çempionatın keçəcəyinə inanıram. Son vaxtlar oyun alğı-satqısı ilə bağlı məlumatlarla çox rastlaşıram. Halbuki biz futbol oynadığımız dönəmlərdə bu cür xəbərlər yox səviyyəsində idi. Belə şeylər utandırıcıdı. Bu cür işlərlə məşğul olan insanların və klubların olması yaxşı hal deyil. Bu cür mövzular haqda danışmağa belə utanıram. Biz sağlam kollektiv formalaşdırmağı qarşımıza məqsəd qoymuşuq. Hər bir futbolçumun keçmişi mənim üçün çox önəmlidi. Bir insan güvənəcəyi insanları yanına yığmalıdı. Hər bir yetirməmə özüm qədər inanıram. Ona görə onları komandaya cəlb etmişəm. İnsan həyata bir dəfə gəlir. Ona görə də vicdanlı və dürüst yaşamaq lazımdı. Pulu da, vəzifəni də çox vaxt tapmaq olar. Lakin inamı, güvəni, təmizliyi hər zaman tapmaq mümkün deyil. Pul üçün hər cür hərəkət etməyə dəyməz. Ümid edirəm ki, belə hərəkətlərlə məşğul olan insanlardan hər zaman uzaq olacağıq”.
Arif Əsədov, “Vətən”in baş məşqçisi: “Komanda olaraq ilk gündən yığışdığımız zaman bilirdik ki, birinci divizionda çıxış edəcəyik. Buna şübhəmiz yox idi. İşimizi planlı qurmuşduq. Sürpriz olmasa da, bizə icazə verildiyinə görə sevinirik. “Vətən” yeni yaradılan, amma qarşısında böyük məqsədlər olan komandadı. Maliyyə dayaqlarımız çox güclüdü. Komanda qurulanda xüsusən buna diqqət yetirmişdik. Əsas hədəfimiz yaxşı oyun sərgiləməkdi. Komandanın qurulması mövsümboyu davam edəcək. Rəhbərlik qarşımıza yerlə bağlı hansısa hədəf qoymayıb. Mütləq birinci və ya ikinci yer tutmalıyıq deyə bir şey yoxdu. Lakin bilirsiz ki, general olmaq istəməyən əsgər uğurlu ola bilməz. Bütün işləri yüksək səviyyədə qurmağa çalışacağıq. Öz hədəfimiz gəncləri üzə çıxarmaq olacaq. Qısa müddət ərzində müəyyən qədər istədiyimiz heyəti formalaşdıra bildik. Komanda tam ideal formada deyil. Çempionata 60 faiz hazırıq. Hələlik təlim-məşq toplanışımız davam edir. Bitəndən sonra nə dərəcədə hazır olduğumuzu dəqiq söyləyə bilərəm. 10 komandanın çıxış etməsi ilə bağlı nəsə deyə bilmərəm. Amma komanda nə qədər çox olsa, bir o qədər yaxşıdı. Bir məqamı da unutmayaq. Çox komanda iştirak edir, amma çempionatın yarısında mübarizəni dayandırır. Üstəlik, bəzi klublar xoşagəlməz işlərlə məşğul olurlar. Bunlardansa, elə təmiz 10 komanda çıxış etsə, daha məqsədəuyğundu. Regionlarda klubların azalması yaxşı deyil. Səfərlərimizi heç düşünmürük. Bu komanda yaradılanda hər şeyi götür-qoy etmişdik. Komandanın rayonlara getmək şəraiti var. Rayonlarda komandaların çoxluğu bölgələrdə futbolun inkişafına töhfə verir. Komandaların sayının az olması məsələsində şəffaflıq da nəzərə alınıb. Hər yerdə təmiz insanlar işləməlidi. Birinci divizion mənim üçün bir ilk olacaq. Ona görə də maraqlı və mübarizəli olacağını düşünürəm”.
Rövşən Qasımov, “Xəzər”in baş məşqçisi: “Yeni mövsümə hazırıq. Gec başladıq, amma yaxşı hazırlıq keçdik. Tam da olmasa, heyət yığdıq. Çətinlik olmasa, marağı olmaz. Qismət belə imiş. Lakin komandanı formalaşdırmaqda davam edirik. Hazırda sərbəst futbolçular var. Onlardan bəziləri ilə danışıqlar aparırıq. Limit məsələsi də var. Ona uyğun davranmağa çalışırıq. Əsas prioritet gəncləri üzə çıxarmaqdı. Milli üçün uşaqlar yetişməlidi. Yalnız bunun üçün çalışacağıq. Hədəfimiz ilk sıralarda qərarlaşmaqdı. Güclülər dəstəsinə yüksəlmək istəyirik. Çətin olacaq. Lakin mübarizə aparacağıq. Rəhbərlik komandaya lazımi şəraiti yaradıb. Xeyli pullar xərclənilib. Ona görə də məsuliyyətli olmaq lazımdı. Aşağı dəstədə komandalar nə qədər çox olsa, o qədər yaxşıdı. Mən bunun tərəfdarıyam. Amma bəzi məsələlərə görə bu baş vermədi. Qoy az olsun, amma təmiz olsun. Murdar işlərlə məşğul olan çoxluqdansa, təmiz azlıq yaxşıdı. Ötən mövsüm də birinci divizionda çalışmışam, bu dəfə də işləyəcəm. Təmizlik hər şeydən vacibdi. Rövşən Qasımov olaraq söz verirəm ki, mən “Xəzər”in təmizliyinə tam cavabdeh olacam. Bütün məsuliyyəti öz üzərimə götürürəm. Bir çox komandaları tanıyıram. Onların da belə iş görəcəyinə inanmıram. Təmiz oyunlarda siftəni “Xəzər” edəcək. Biz hər zaman çirkablardan uzaq olmuşuq”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür Bu gün, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı Bu gün, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır Bu gün, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! Bu gün, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” Bu gün, 16:30 Karius FIFA-ya şikayət etdi Bu gün, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” Bu gün, 16:20 Tramp da videokonfrans keçirdi Bu gün, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı Bu gün, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? Bu gün, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib Bu gün, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan Dünən, 11:22 Fonda daha hansı klub pul köçürəcək? Dünən, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür Bütün xəbərlər
Ən çox oxunanlar