08 yan 14:00olke, manset

Qurban Qurbanovun siyasəti: “parçala, hökm sür”

Qurban Qurbanovun siyasəti: “parçala, hökm sür”
Baş məşqçi maaş balansının pozulacağından da çəkinir

“Qış pəncərəsi” yeni açılsa da, az qala hər gün transfer xəbəri eşitməkdəyik. “Neftçi”ylə “Qarabağ” bir-birindən (Namiq Ələsgərov - ElşənAbdullayev), ağdamlılar həm də “İnter”dən (Ağabala Ramazanov), “Qəbələ” isə “ağ-qaralar”dan (Araz Abdullayev) futbolçu oğurlayır. Bu mənada çempionun əsas rəqiblərindən birindən bazarlıq etməsi diqqəti çəkdi. Ümumiyyətlə, “Qarabağ”ın Ağabalanı sıralarına qatması birmənalı qarşılanmır.

“Gənclər qəbiristanlığı”
Qurban Qurbanovun daim yerli gənclərə güvənməsi müsbət haldı. Maksim Medvedev, Qara Qarayev, Əfran İsmayılov nümunələri var və onların hər biri karyeralarındakı yüksəlişə görə bu mütəxəssisə borcludular. Ancaq “Qarabağ”da özünü göstərə bilməyən, “yanan” gənclər də az olmayıb. Murad Səttarlının, Cavid Tağıyevin, Namiq Ələsgərovun, Tərlan Quliyevin, Şəhriyar Əliyevin, Azər Salahlının adını çəkə bilərik.
Adıçəkilənlərdən ən çox şans qazanan AZAL-dan transfer edilən Cavid Tağıyev olub. Çalışdırıcı 2014/15 mövsümündə ona daha çox güvənmişdi. Növbəti mövsümdə az şans əldə etdiyini görən Cavid ötən yay “Zirə”nin yolunu tutdu.
Heyətə “Bakı”dan cəlb olunan Namiq Ələsgərov ötən mövsüm “Kəpəz”ə icarəyə verilmişdi. Düzdü, Namiq hələ “Qarabağ”da top qovarkən yığmanın oyununda zədələnmişdi. Bu məqamı qabardıb “zədələnməsəydi, daha çox oynayacaqdı” deyənlər gənc hücumçunun icarədən qayıtdıqdan sonra da kölgədə qalmasına izah tapa bilməzdi. Hərçənd Namiq “Kəpəz”də əla forma yığmışdı. Tərlan Quliyev “Neftçi”dən transfer edilmişdi. Ancaq gənc müdafiəçi premyer-liqada heç on oyuna belə çıxmadı və daha sonra Namiq kimi “Kəpəz”ə icarəyə verildi. Quliyev daha sonra “İnter”ə yollandı. Şəhriyar Əliyev də “Qarabağ”a “Bakı”dan böyük ümidlərlə transfer olunmuş, ancaq cəmi 3 çempionat, 1 kubok matçında iştirak etdikdən sonra “Kəpəz”ə üz tutmuşdu. Salahlının “Qarabağ” karyerası isə 7 oyuna sığmışdı. Ehtiyat oyunçular skamyasında “çürüyən” müdafiəçi, nəhayət, “Sumqayıt”a keçdi.
Bu baxımdan Ağabala Ramazanovun oxşar tale yaşayacağından ehtiyatlanmaq lazım gəlir. Düzdü, o püxtələşib, xüsusilə son 5-6 ayda “İnter”də xeyli təcrübə toplayıb, hətta milliyə də yol tapıb. Ancaq sirr deyil ki, “Qarabağ” burulğanının əsas səbəbi komandadakı səviyyəli legionerlərin bolluğundadı. Gənc yerlilər isə onların kölgəsində qalır, rəqabət yarada bilmirlər. Yarımmüdafiənin solunda Reynaldoyla Muarem, sağında Kintana, ortada Riçardla Miçel, müdafiənin sol cinahında isə Aqolli varsa, sadaladığımız gənclərin onları heyətdən sıxışdıra bilməməsi anlaşılandı.

Səbəb limit deyilsə, bəs nədi?
İndiki halda “Qarabağ”ın yerli futbolçuya ciddi ehtiyacı yoxdu.
(yazı tam halda qəzetin çap variantında)
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi 19-09-2017, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” 19-09-2017, 15:38 5 və 10 manatlıq biletlər tükəndi 19-09-2017, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı 19-09-2017, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi 19-09-2017, 15:35 Kamran yenə ehtiyatda qaldı 19-09-2017, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi 19-09-2017, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı 19-09-2017, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu 19-09-2017, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi 19-09-2017, 15:25 Cüdoçular Mariborda tarix yazdı 19-09-2017, 15:21 Millimiz Bakıda italyanlara uduzdu 19-09-2017, 15:20 Lunyov mövqeyini qorudu 19-09-2017, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir Bütün xəbərlər
Ən çox oxunanlar