14 sen 20:28olke

Rəşad Sadıqovun komandası bir hissə dözdü

Rəşad Sadıqovun komandası bir hissə dözdü
“Çelsi”nin çalışdırıcısı “Qarabağ”ı oyunu çirkinləşdirməkdə qınadı
Çərşənbə axşamı “Qarabağ”ın əsas komandası ilə yanaşı, 19 yaşlıları da beynəlxalq görüşdə qüvvəsini sınadı. Rəşad Sadıqovun yetirmələri İngiltərənin cənub-şərq regionunda yerləşən Surrey qraflığında “Çelsi”li həmyaşıdaları ilə üz-üzə gəldi. Qeyd edək ki, sözügedən regionda “zadəganlar”ın Kobhem təlim-məşq bazası yerləşir. UEFA Gənclər Liqası çərçivəsində keçirilən matçın start fiti Bakı vaxtı ilə saat 16.05-də səsləndi. Qeyd edək ki, qarşılaşma London klubunun televiziyası vasitəsilə yayınlanırdı.
UEFA Gənclər Liqası
C qrupu, 1-ci tur
Çelsi (İngiltərə) – Qarabağ 5:0 (0:0)

Çelsi: 1. Ceymi Kamminq, 2. Ris Ceyms, 3. Jozef Kolli, 4. Trevo Çaloba (17. Konor Qallaher, 65), 5. Koul da Silva, 6. Etan Ampadu, 7. Duyon Sterlinq, 8. Luk Makkormik (k) (15. Corc Makikran, 78), 9. Martell Teylor-Krossdeyl (14. Çarli Braun, 58), 10. Ceykob Meddoks, 11. Kallum Hadson-Odoi.
Ehtiyat oyunçular: 13. Martsin Bulka, 12. Xuan Familio-Kastilyo, 16. Mark Qei, 18. Coşua Qrant.
Baş məşqçi: Co Eduards.
Qarabağ: 40. Məmməd Hüseynov, 3. Turan Manafov (54. İbrahim Hüseynov, 83), 28. Süleyman Əhmədov (38. Famin Əliyev, 56), 31. Oliver Stoymenovski, 39. Zaur Fərzəliyev (k), 47. Əsgər Hüseynov, 48. İbrahim Qədirzadə, 49. İbrahim Əliyev (72. Taleh Rzayev, 74), 51. Elçin Əsədov, 59. Boyan Miovski, 80. Yusif Həsənov.
Ehtiyat oyunçular: 63. Rəhim Rəhimli, 26. Rahid Ağazadə, 27. Ülvi İbrahimov, 36. Əli Əliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Qollar: K.Hadson-Odoi, 54 (1:0). L.Makkormik, 63 (2:0). L.Makkormik, 71 (3:0). L.Makkormik, 74 (4:0). Ç.Braun, 80 (5:0).
Vərəqələr: E.Ampadu, 21. T.Manafov, 40. M.Teylor-Krossdeyl, 44. İ.Qədirzadə, 45+5. Y.Həsənov, 53 - sarı. İ.Qədirzadə, 49 – qırmızı (ikinci sarı).
Hakimlər: ROBERT HENNESSİ, Darraq Kiqan, Darren Keri (hamısı İrlandiya), Con Basbi (İngiltərə).
Hakim-inspektor: Peter Cons (İngiltərə).
UEFA nümayəndəsi: Bert Andersson (İsveç).
12 sentyabr. Surrey. “Çelsi”nin Kobhem təlim-məşq bazasının stadionu.
Birinci hissəyə 5, ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
Ölkə çempionu olan “Qarabağ”ın U-19 komandası Azərbaycan futbolu tarixində ilk dəfə UEFA Gənclər Liqasının qrup mərhələsində çıxış edir. Bu baxımdan start böyük maraq doğururdu. Futbolçularla yanaşı, baş məşqçi Rəşad Sadıqov üçün də matçın önəmi böyük idi. Əsas komandanın üzvü ola-ola, belə bir turnirdə iştirak ciddi məsuliyyət deməkdi. Təbii, Sadıqovun məşqçi kimi yiyələnəcəyi təcrübə də gələcəkdə onun işinə yarayacaq. Yadınızdadısa, hələ oyuna 10 gün qalmış qəzetimizə müsahibə verən yığmanın kapitanı belə demişdi: “Komandanı əvəzedicilərin baş məşqçisi Aftandil Hacıyevlə birgə hazırlayırıq. Mən də olmasam, komandanı oyuna o çıxaracaq. Ola bilsin, texniki zonada özüm oldum. Açığı, belə istəyim var. Qurban Qurbanovla söhbətim olacaq, icazə versə, məsləhət bilsə, özüm çıxaracam”. Görünür, məhz Rəşadın komandanın yanında olması lazım bilinib. Düzdü, Hacıyev də texniki zonada idi. Lakin göstərişləri Sadıqov verirdi və demək olar, matçı əvvəldən-sonadək ayaqüstə izləyən Rəşadı belə bir çətin görüşdə məşqçi kimi görmək maraqlı idi.
Oyuna gəlincə, fərqli iki hissə izlədik. İlk yarıda Sadıqovun komandası normal çıxış etdi. Hətta ilk təhlükəni də “Qarabağ” yaratdı. 11-ci dəqiqədə Fərzəliyevin aşırma zərbəsindən sonra meydan sahiblərinin qapıçısı topu tirin üzərindən aşıra bildi. Düzdü, üstün tərəf “Çelsi” idi. Ancaq qonaqların tam müdafiəyə qapandığını demək düzgün olmaz. Londonluların həmlələri o qədər də qorxulu deyildi. “Gənc zadəganlar” ən real qol vəziyyətini 28-ci dəqiqədə yaratdı. Makkormikin qüvvətli vuruşunu Hüseynov zərərsizləşdirdi. Onu da qeyd edək ki, ilk yarıda daha çox dayanmalar olurdu. Bu əsasən qayda pozuntuları ilə bağlı idi. Hər halda, hakimin əlavə etdiyi 5 dəqiqədə də hesab açılmadı.
İkinci hissənin ssenarisi isə heç də xoş olmadı. İlk yarıda qayda pozuntusuna görə “sarı” ilə cəzalanan Qədirzadə 49-cu dəqiqədə ikinci dəfə kobud oyuna görə hakimin qəzəbinə tuş gəldi. İkinci “sarı”dan sonra meydandan qovulan yarımmüdafiəçi komandasını pis vəziyyətdə qoydu. Say üstünlüyündən yararlanan Eduardsın yetirmələri təşəbbüsü tam ələ aldı. “Qırmızı”dan sonra Sadıqovun komandası meydan sahiblərinin təzyiqinə uzun müddət davam gətirə bilmədi. 54-cü dəqiqədə Hadson-Odoi cərimə zərbəsindən topu birbaşa qapıya ünvanladı. Həmin epizodda “çərçivə qoruyucusu”nun da səhvi hesabın açılmasına şərait yaratdı. Təbii, azlıqda olan komandanın belə qol buraxması psixoloji cəhətdən də futbolçulara təsir edir. Bu vəziyyətdə “Çelsi”nin kapitanı səhnəyə çıxdı. Makkormik cəmi 12 dəqiqə ərzində het-trik etməyi bacardı. O, 63-cü dəqiqədə cərimə meydançasının həndəvərindən qüvvətli zərbəylə “9-luğ”u dəqiq nişan aldı. Makkormik 71-ci dəqiqədə heç kimin onu bağlamamasından maksimum yararlanıb, bu dəfə yerlə dublunu rəsmiləşdirdi. Bundan 3 dəqiqə sonra isə meydan sahiblərinin kapitanı Konorun qapı önünə asmasını dəqiq baş zərbəsi ilə tamamladı. Lakin “Çelsi”nin gəncləri bu hesabla da kifayətlənmədi. Braun 80-ci dəqiqədə Ceymsin hava ötürməsindən sonra başla fərqləndi. Beləliklə, əsas komandası kimi, “Qarabağ”ın U-19-u da qrup mərhələsinə böyükhesablı məğlubiyyətlə start verdi.
Yeri gəlmişkən, “Qarabağ”ın mübarizə apardığı C qrupunun digər oyunu İtaliyada keçirilib. “Roma” ilə “Atletiko”nun duelində ispanlar 2:1 hesablı qələbə qazanıb. Həmin görüşdə qonaqların heyətində 62-ci dəqiqədə Alberto Salido, 7 dəqiqə sonra isə Covanni Navarro fərqlənib. 73-cü dəqiqədə “Atletiko” azlıqda qalıb, Fransisko Montero ikinci sarı vərəqədən sonra meydandan qovulub. Bundan 3 dəqiqə sonra Keres Masanqunun qolu ilə “Roma” hesab arasındakı fərqi azaltsa da, “canavarlar” məğlubiyyətdən qaça bilməyib. Qeyd edək ki, növbəti tur sentyabrın 27-də baş tutacaq. Həmin gün “Qarabağ” “Azərsun Arena”da “Roma”nı qəbul edəcəksə, “Çelsi” “Atletiko”nun qonağı olacaq.
FARİZ

Maraqlıdı...
Bu yenilgi təmsilçilərimizin UEFA Gənclər Liqasında 3-cü böyükhesablı məğlubiyyəti oldu. “Çelsi”yə 5 cavabsız qolla uduzan Rəşad Sadıqovun komandası antirekorda şərik olub. “Qarabağ”ın gəncləri ən böyükhesablı məğlubiyyətimizi təkrarlayıb. Belə ki, indiyədək ən ağır məğlubiyyət ötən il Moskvada qeydə alınmışdı. “Qəbələ” yerli “Dinamo”ya 0:5 hesabı ilə uduzmuşdu. “Qırmızı-qaralar” evdə də bu rəqibə yenildi (0:2). İlk darmadağın isə 2 il öncə yaşanmışdı. “Rəvan” digər Moskva təmsilçisi “Spartak”a 4 cavabsız qolla məğlub olmuşdu. Bakıdakı görüşdə isə tərəflər qolsuz heç-heçə etdi.

UEFA Gənclər Liqası
A qrupu
Benfika – ÇSKA 5:1
MY – Bazel 4:3
B qrupu
Seltik – PSJ 2:3
Bavariya – Anderlext 1:0
C qrupu
Çelsi – Qarabağ 5:0
Roma - Atletiko 1:2
D qrupu
Barselona – Yuventus 1:0
Olimpiakos – Sportinq 2:2
E qrupu
Maribor – Spartak 1:0
Liverpul – Sevilya ?4:0
F qrupu
Şaxtyor – Napoli 1:2
Feyenoord – MS 0:2
G qrupu
Leyptsiq – Monako 1:4
Porto - Beşiktaş 5:1
H qrupu
Real – APOEL 10:0
Tottenhem – Borussiya D 4:0

Reaksiyalar
Co Eduards: “Müdafiədə oturan, qapalı komandalara qarşı oynamaq asan deyil. “Qarabağ”la qarşılaşmada komandamızın nizam-intizamı yüksək səviyyədə idi. Ən çox bu ürəyimcə oldu. “Qarabağ” ritmimizi pozmaq istəyirdi. İlk yarıda tez-tez fasilə yarandı. Rəqib dəfələrlə qayda pozuntusu etməklə oyunu çirkinləşdirirdi və bu yolla nəticə əldə etmək istəyirdi. Belə hallarda komandamızın öz oyununu göstərməsi çətinləşirdi. Futbolçular bir neçə epizodda bu baxımdan problemlə üzləşsələr də, tapşırığın öhdəsindən gələ bildilər. Təbii ki, 5 qol vurmağımız bizi sevindirir. Amma keyfiyyətli futbolu ikinci hissədə göstərə bildik. Fasilədə dəyişiklik etdik, 4-3-3 taktiki sxeminə keçdik. Bu da bəhrə verdi. Qırmızı vərəqə oyunun bir hissəsidi. Bununla belə, fasilədə uşaqlara matçı 11 nəfərlə bitirməli olduğumuzu başa saldım. Mənə elə gəldi ki, “Qarabağ” bizi buna çəkirdi. Lakin futbolçularım buna imkan vermədilər. “Qarabağ”a qarşı hörmətsizlik kimi çıxmasın, amma qrupdan növbəti mərhələyə adlamağı hədəfləyən 3 böyük komanda var. Bizim üçün uğurlu başlanğıc önəmli idi. Startda 5:0 hesablı qələbə əladı. Bu qollar qrup mərhələsinin sonunda komandanın işinə daha çox yaraya bilər”.
Rəşad Sadıqov: "İlk dəfə komandamız bu cür beynəlxalq oyunda təcrübə toplayırdı. Birinci oyunumuz səfərdə Avropanın ən güclü klubuna qarşı idi. "Çelsi"nin U-19-u son 3 ildə iki dəfə Çempionlar Liqasının qalibi olub. Həmçinin bu yaş qrupu üzrə İngiltərə millisi iki ay öncə Gürcüstanda Avropa çempionu oldu. Həmin heyətdən 5-6 nəfər "Çelsi"dədi. Bir sözlə, güclü komandaya qarşı oynayırdıq. Nəticəyə baxmayaraq, uşaqlardan razı qaldım. İlk dəqiqələrdən əzmkar mübarizə apardıq. Birinci hissədə, demək olar, bərabər səviyyədə oynadıq. Düzdü, üstünlük "Çelsi"dəydi, anca biz də çalışırdıq ki, əks-hücumlara çıxaq. Müdafiədə də səhvsiz oynayıb, qol buraxmamağa çalışdıq. İkinci yarıya da pis başlamadıq, düşünürdüm ki, fasilədən sonra əks-hücumlarımız daha effektli olar. Çünki rəqib məcbur olub irəli atılacaqdı. Təəssüf ki, qırmızı vərəqə alıb azlıqda qaldıq. Onsuz da bu rəqibə qarşı müdafiə olunmaq asan deyildi. Bir nəfər azlıqda isə işimiz daha da çətinləşdi. Standart vəziyyətdən buraxdığımız ilk qol komandanı "sındırdı". Lakin hər şeyə rəğmən, uşaqlardan razı qaldım. İnandılar ki, bu cür güclü rəqibə qarşı oynamaq, əzmkar mübarizə aparmaq olar. Qarşıda bizi “Roma” ilə evdə oyun gözləyir. Həmin matça yaxşı hazırlaşıb, daha yaxşı nəticə əldə etməyə çalışacağıq".
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:27 Karantin Ruslanın “başına oyun açıb” Bu gün, 12:11 AİJF Baş nazirə müraciət etdi Bu gün, 12:06 “9 aydan sonra doğuş sayında inanılmaz artım yaşansa, təəccüblənmərəm” Dünən, 21:12 Teymur Rəcəbov 100 min dollar ziyana düşüb Dünən, 21:09 Fərid Qayıbov payızı nişan verdi Dünən, 20:59 Yaşar Vahabzadəni bu gün hamıdan tez nəvəsi təbrik edib Dünən, 16:03 Mourinyo və oyunçular parkda məşq etdi Dünən, 15:59 Terim koronavirusdan qurtuldu! 7-04-2020, 22:15 Belarus çempionatında futbolçular nə qədər qazanır? 7-04-2020, 21:54 Koronavirus Qvardiolanın anasını öldürdü 7-04-2020, 21:50 Rusiya və Qətər mundialı pulla alıb? 7-04-2020, 21:40 “Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm” 7-04-2020, 21:28 “Qarabağ” boş dayanmır 7-04-2020, 21:19 “Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil” 7-04-2020, 21:07 Kimdi günahkar? 7-04-2020, 20:51 Evdə qal, yemək bişir! 7-04-2020, 15:17 Arif Rəhimov dəqiqliyin tərəfdarıdı 7-04-2020, 15:11 Klublarda qeyri-müəyyənlik davam edir 7-04-2020, 15:07 Azarkeş qrupları imkansızları sevindirməkdə davam edir 7-04-2020, 15:02 “Zaqatala”dan örnək addım 6-04-2020, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür 6-04-2020, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı 6-04-2020, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır 6-04-2020, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! 6-04-2020, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” 6-04-2020, 16:30 Karius FIFA-ya şikayət etdi 6-04-2020, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” 6-04-2020, 16:20 Tramp da videokonfrans keçirdi 6-04-2020, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı 6-04-2020, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? 6-04-2020, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib 6-04-2020, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan 5-04-2020, 11:22 Fonda daha hansı klub pul köçürəcək? 5-04-2020, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb Bütün xəbərlər
Ən çox oxunanlar