10 sen 15:36olke

Şarples BOS-da çalışan şirkətlərə məsləhət verəcək

Şarples BOS-da çalışan şirkətlərə məsləhət verəcək
“Roma” ilə oyunda durum qənaətbəxş olacaq
Bu gedişlə ya Azərbaycandakı futbol meydançalarının hamısı ağ günə çıxacaq, ya da Fil Şarplesin ürəyi dayanacaq. İllər öncə Qəbələdəki meydançaların salınmasına və məqsədyönlü inkişafına görə Azərbaycana dəvət olunan ingilis mütəxəssis bu gün həm də paytaxtdakı qazonları “xəstəlik”dən qurtarmaqdadı. Son bir ildə Tofiq Bəhramov adına Respublika stadionunun və “Azərsun Arena”nın örtüklərinə nəzarət edən Şarples həm də hər həftə Qəbələyə gedib gəlir. Bu azmış kimi, bundan sonra Bakı Olimpiya Stadionunun (BOS) bərbad qazonunu da ideal duruma gətirməlidi. Hər halda, “Qarabağ”la müqaviləsi var və ağdamlılar Çempionlar Liqasının qrup mərhələsində rəqiblərini ölkənin bir nömrəli arenasında qəbul etməlidi. Şarplesin işi isə qonaqların qarşısına “dadlı məhsul” qoymaqdı. Artıq işlərə start verilib. Sentyabrın 27-nə, yəni “Roma” ilə matça qədər BOS-un əsas meydançası ideal durumda olmalıdı. Alınacaqmı? Bu və digər sualların cavabını səbəbkarla söhbətdə eşitmək istədik.
- Bildiyimə görə, Respublika stadionunun ardınca indi də BOS-dakı çatışmazlıqları aradan qaldırmalısız.
- Nə etməli, işimiz bundan ibarətdi. Əvvəlkilərdən fərqli, bu dəfə məsləhətçi rolunda olacam. Savad və təcrübəmi həmkarlarımla bölüşməliyəm.
- BOS-da olmusuz? Hansısa məlumatlara sahibsiz?
- Təbii ki, olmuşam və lazım olan bilgiləri toplamışam. Belə deyim, qazonun durumu ölümcül dərəcədə bərbad deyil. Amma ideal saymaq da olmaz. Təcili surətdə görülməli işlər, aradan qaldırılmalı olan nöqsanlar var. Artıq bu yöndə əməli fəaliyyətə başlamışıq. Qarşıda üç həftəyə yaxın vaxtımız var.
- İşə nə vaxt başlamısız?
- İşlər xeyli vaxtdı davam edir. Yəni buranın öz işçi qrupu, qazonun sağlamlığına cavabdehlik daşıyan şirkəti var. Sadəcə, mən yeni gəlmişəm. Yoldaşlara kömək etmək üçün məsləhətlər verəcəm. Belə deyim, digər stadionlardakı kimi qollarımı çırmalayıb meydançada tər axıtmayacam. Bir-birimizə diqqətlə qulaq assaq, deyilənləri olduğu kimi və vaxtında yerinə yetirsək, heç bir problem olmayacaq. Dediyim kimi, otun durumu ölümcül dərəcədə pis deyil.
- BOS-un meydançalarına SİS şirkəti cavabdehlik daşıyır. Onlarla birgə çalışacaqsız?
- Bəli, həmçinin “Aqrosport” şirkəti də var.
- Fürsət düşmüşkən, bir suala cavab tapmaq istəyirəm.
- Buyurun.
- Bu yay BOS-da futbol oyunları keçirilməsə də, qazon bərbad durumdadı. Bu nəylə bağlıdı?
- Cavabdehlik daşıyan şəxs olsaydım, hansısa mənada cavab verərdim. Amma bu mənə aid sual deyil. Yəqin mənim bilmədiyim hansısa səbəblər var.
- Sentyabrın 27-dək qazon istənilən səviyyədə olacaq?
- “Roma” ilə oyunda durum qənaətbəxş olacaq. Amma “Çelsi” və “Atletiko” ilə qarşılaşmalarda mükəmməl meydança görəcəksiz. Həmişə dediyim kimi, otun yerinə “oturmasına” vaxt lazımdı. “Kopenhagen”lə matçda “Tofiq Bəhramov”dakı qaqzon xoşunuza gəldi?
- Avqust ayı üçün mükəmməl idi.
- Sağlıq olsun, BOS-dakı vəziyyəti də o cür yaxşıya doğru dəyişəcəyik. Martın sonlarında keçirilən Azərbayca – Almaniya oyunundan sonra almanların rəsmisi “bu meydança Avropada ən yaxşılardandı” demişdi. Həmin vaxt qazon hələ tam hazır deyildi, yəni mən istəyən səviyyəyə çatmamışdı. İyul və avqust aylarında isə istədiyimin 70-80 faizini ala bilmişdim.
- “Roma” ilə oyunun BOS-da keçiriləcəyini eşidəndə təəssüfləndiz?
- Xeyr, əksinə sevindim. Niyə təəssüflənim ki?
- Hər halda, Respublika stadionunda o qədər iş görmüşdüz. Avropanın aparıcı komandaları əməyinizdən yararlanacaqdı.
- İş görmək mənim borcumdu. Bunu havayı etmirəm, əvəzində pul alıram. Ona görə də ilk növbədə özümü yox, azarkeşləri düşünürəm. “Çelsi”, “Roma”, “Atletiko” kimi komandaların oyunlarını canlı izləmək istəyənlərin sayı həddən artıq çoxdu. O qədər insan “Tofiq Bəhramov”a yerləşməzdi. Ona görə də BOS ən ideal variant idi. Biri var “Qarabağ”ı 30 min tərəfdar dəstəkləsin, biri də var 60-70 min.
- Gəncədəki stadionun yeni meydançasını da SİS şirkəti döşəyir.
- Bilirəm, xəbərim var. Hazırda Gəncədə çalışan qrupda mənim yanımda yetişmiş azərbaycanlı yoldaş yer alıb. Uzun illər Qəbələdə yanımda olub. SİS öz işini görüb qurtarandan sonra həmin yoldaş Gəncədə qalıb qazona nəzarət edəcək. Bacarıqlıdı, ümid edirəm ki, problem olmayacaq.
- SİS-dən sizinlə əlaqə saxlayıb, məsləhətləşirlər?
- Xeyr. Özləri nə etmək lazım olduğunu yaxşı bilir. Fikrimcə, Gəncədə mükəmməl örtük olacaq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar