10 sen 15:30olke

“Bakı” elitaya qayıdana qədər legionerlərə olan borcları ödəməyəcək

“Bakı” elitaya qayıdana qədər legionerlərə olan borcları ödəməyəcək
Yaşar Seyidov: “Valehin işində özüm səhvə yol vermişəm”
Birvaxtlar “Bakı”nın bazasında qələbəlik hökm sürərdi. Kimi axtarsan, orda tapardın. Bahalı legionerlər, tanınmış məşqçilər Biləcəridəki meydançalarda “təpik döyərdi”. Bazanın həndəvərindən dollar iyi çəkilməzdi. Birdən-birə çox şey dəyişdi. O səs-küy yoxa çıxdı, ünlü legionerlər və məşqçilər də. Elə yaşıl kağız parçaları da. Ona görə də “Bakı”nın bazası dönüb olub mehmanxana. Məşq etməyə, oyun keçirməyə, qalmağa yer tapa bilməyən komandalar gözünü Biləcəri enişinin sağındakı gözəgəlimli məkana dikir. Xüsusilə birinci divizion təmsilçiləri bu mənada fəallıq göstərir. Xeyli vaxtdı adı olub, özü olmayan “Bakı”nın icraçı-direktoru Yaşar Seyidovla danışmırdıq. Müsahibələrdə səmimiliyini qoruyub saxlamağa çalışan təcrübəli mütəxəssislə dünənki söhbətimiz təkcə bazanı yox, digər mövzuları da əhatə etdi.
- Neçə vaxtdı səs-sorağınız gəlmir. Dedim bəlkə siz də köçüb getmisiz.
- Düzdü, son günlər ölkədə deyildim. Amma indi Bakıdayam.
- Portuqaliyadaydız?
- Portuqaliyaya getməli adam artıq ordadı (gülür). Mən buralardayam, vətəndə. Başqa yerə getmişdim.
- Hara?
- Şəxsi işlərimlə bağlı Dərbənddəydim. Çox uzaqda deyildim.
- Qapınız qonaq-qaralı olsun həmişə. Maşallah, son vaxtlar kimi dindirirsən, ya “Bakı”nın bazasına gedir, ya da ordan qayıdır. Nə məsələdi?
- Futbol adamıyıq. Hər yerdə dost-tanış var. Görürsən kimsə məşq etmək, oyun keçirmək üçün xahiş edir. Pislik etmirik ki, futbolumuza xidmət edirik də.
- Sirr deyilsə, hazırda neçə komanda bazaya sığınıb?
- Bu dəqiqə iki komandadı: MOİK və “Göyçə”.
- “Şərurspor”un aşağı yaş qruplarından ibarət komandalarından xəbər-ətər yoxdu?
- Yox. Nəsə xəbər olmalıdı?
- Klubun prezidenti Sərdar Bağırov qəzetimizə müsahibəsində uşaq futboluna diqqət ayıracaqlarını və “Bakı”nın bazasında məskunlaşacaqlarını demişdi.
- Bu haqda məlumatım yoxdu. Yəqin ki, plan olaraq nəzərdə tutub. Sərdar müəllim nə vaxt desə, oturub söhbət edə bilərik. Ümumiyyətlə, uşaq futbolu ilə bağlı kiminsə köməyə ehtiyacı olsa, heç bir problem yoxdu. Ölkə futboluna xidmət etmək borcumuzdu. Bazadan bir az kənarda 4 təbii örtüklü meydançamız var. Oranı hazır vəziyyətə gətirərik, istifadə edərlər.
- Birinci divizion təmsilçilərindən “Göyçə” ilə MOİK-dən başqa müraciət edən olsa, yenə yer var?
- Dediyim həmin 4 meydançanı qaydasına salsaq, problem olmayacaq. Oranı təmizləyib, toxum səpmək lazımdı. Həmin meydançalarda əlavə 4 komanda da məşq edə bilər. Bir az qulluq lazımdı.
- Meydançaları günlük icarə verirsiz, yoxsa aylıq?
- Orda nə qazanc var, nə də bir şey. Klubların verdiyi icarə haqqı heç kommunal xidmətlərin ödənilməsinə bəs etmir. Bu gün məqsədimiz bazanı, infrastrukturu ayaqüstə saxlamaqdı. İcarə haqqları da ora gedir.
- “Bakı”nın legionerlərə küllü miqdarda borcu vardı. FİFA-dan qalaq-qalaq şikayət məktubları gəlirdi. Axırı necə oldu?
- Deməli, borclarla bağlı vəziyyət belədi. İndiyə qədər FİFA-nın Mübahisəli Məsələlərin Həlli Palatasına müraciət etmiş bütün futbolçularla danışmışıq. Orda borclar var ki, klub tərəfindən ödənilməsi ilə bağlı qərar qəbul olunub. Amma bu gün “Bakı” peşəkar liqalarda iştirak etmədiyi üçün həmin məbləğlər dondurulub. “Bakı” yenidən nə vaxtsa premyer-liqada, yaxud birinci divizionda çıxış etmək fikrinə düşsə, o zaman borcların ödənilməsi gündəmə gələcək. Amma bu da ciddi problem olmamalıdı. Şəxsən bütün futbolçularla danışığım olub. Onlar tələb etdikləri yüksək məbləğlərin simvolik məbləğlə əvəzlənməsi təqdirində şikayətlərini geri götürməyə hazırdılar. Məsələn, 200 min dollar tələb edən futbolçunu 20-30 min dollara razı sala biləcəyik. Özləri də vəziyyətin ürəkaçan olmadığını bilir.
- Bəs həmin 20-30 minləri kim ödəyəcək?
- Sözsüz ki, klubun prezidenti Hafiz Məmmədov.
- Nə vaxt?
- Komandanın yenidən premyer-liqada mübarizə aparmasını istəsə, borclar klubun sahibi tərəfindən ödəniləcək.
- Bu gün FİFA sizi “sıxmır”?
- Xeyr. Artıq məsələ ilə bağlı FİFA həmin futbolçulara məktub göndərib və vəziyyəti başa salıb. Bildiyiniz kimi, “Bakı” heç bir peşəkar liqada mübarizə aparmır. Bizə də məktub göndərilib ki, nə vaxtsa premyer-liqada oynamaq istəsəz, öncə borcları ödəməlisiz.
- Şikayətçilərin sayı neçə nəfərdi?
- Hardasa 10-15 arası.
- Valehdən nə xəbər var?
- Valeh buna qədər də Portuqaliyadaydı. Təxminən 3 ay orda oldu, sınaqdan və tibbi yoxlanışdan uğurla keçdi. Orda futbolçulara böyük diqqət və tələb var. Özü də vəziyyətdən xəbərdardı. Əsas məsələ müqavilənin bağlanmasıydı ki, buna nail oldu. Qalır meydana çıxıb bacarığını ortaya qoymaq.
- “Louletano” sentyabrın 3-də oyun keçirib. Valehin adına “18-lik”də rast gəlmədik.
- Valeh bir müddət rəsmi oyunlarda meydana çıxa bilməyəcək. Yerli qanunlara uyğun olaraq müəyyən sənədləşmə işləri qalıb ki, hazırda onların həlli ilə məşğuluq. Təxminən 10-15 günə qaydaya salmalıyıq. Ondan sonra oynayacaq.
- Nə ilə bağlıdı?
- Problem bilirsiz nədədi? Səhvə özüm yol vermişəm. Valeh burdan gedəndə mənə etibarnamə verməliydi ki, bəzi sənədləri toplayıb Portuqaliyaya göndərə bilim. İndi oğlumun adına olan lazımi sənədləri ala bilmirəm. İndi Portuqaliyada notariusda təsdiq etdirib Bakıya göndərməlidi. Mən də Bakıdakı poçt idarəsindən götürüb 1 saylı notariusa göndərməliyəm. Ondan sonra sənədləri toplayıb yenidən Portuqaliyaya göndərməliyəm. Getməmişdən mənə etibarnamə versəydi, problem olmayacaqdı.
- Dil bilir?
- Valeh Ankara litseyini qızıl medalla bitirib. Hazırda İqtisadiyyat Universitetinin 3-cü kurs tələbəsidi. Ona görə də ingilis dilini mükəmməl bilir. Başqa dillərdən də anlayışı var. Di gəl ki, portuqalcada “axsayır”. Hazırda kurslara yazılıb və mənə söz verib ki, 2-3 aya portuqalca sərbəst danışacaq.
- İnşallah, yanına nə vaxt gedirsiz?
- Getmək fikrim yoxdu. 21 yaşı var, yekə kişidi. Sərbəst həyata öyrəşməlidi. Çətinlikləri görə-görə böyüməlidi. İndiyə qədər dalınca düşüb getməmişik. Nə edibsə, öz zəhmətiylə, alın təriylə edib. Ona görə də narahat deyiləm.
- Harda qalır?
- Klub ona ev verib. Bir neçə futbolçuyla qalırlar. Məskunlaşma, qidalanma, nəqliyyat – bu baxımdan heç bir problemi yoxdu. Xərcləri klub rəhbərliyi qarşılayır.
- Bir ildə iki qızı köçürtdüz, burdan da Valeh Portuqaliyaya getdi. Ev darıxdırıcı olmur?
- Biri var pis darıxmaq, biri də var xoş darıxmaq. Şükürlər olsun ki, məndə ikincidi. Əlbəttə, darıxırıq. Təki canları sağ olsun, özlərinə həyat qursunlar. Ömürboyu onlar bizim, biz də onların yanlarında qalan deyilik ki. Allah bütün övladları xoşbəxt eləsin, içində bizimkilər qarışıq. Valehdən tək istəyim ölkəmizi layiqincə təmsil etməsidi.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar