10 sen 14:35olke

Əsri yarılayan Vidadi Rzayev təyyarədən qorxurmuş...

Əsri yarılayan Vidadi Rzayev təyyarədən qorxurmuş...
“Arzu edirəm ki, oğlan nəvəm olsun və ona futbolun sirlərini öyrətməyi Allah mənə qismət etsin”
Əslində onunla sentyabrın 4-də, doğum günündə görüşüb söhbətləşməliydik. Ancaq həmin vaxt ailəsi ilə birgə Türkiyədə olduğundan görüşümüz baş tutmadı. Srağagün gecə saatlarında vətənə qayıtdığından söhbətimiz dünənə təsadüf etdi. Yəqin ki, söhbətin kimdən getdiyini başa düşdüz. Ötən sayımızda Azərbaycan futbolunun ən istedadlı yetirmələrindən biri, texnikalı, ağıllı oyunu, vurduğu qollar ilə eçə-neçə nəslin sevimlisinə çevrilmiş Vidadi Rzayevin 50 yaşını qeyd etdiyini xəbər vermişdik. Millinin gürcülərlə ilk yoldaşlıq oyununda adını tabloya yazdıran 3 futbolçudan biri, yığmaya rəsmi matçlarda qələbə gətirən yeganə qolun müəllifi, “Birlik kuboku”nda “Pünik”in qapısının torunu silkələyən, yaddaşlarda daha “fantastik Vidoş” kimi qalan Rzayevlə söhbətdə yarım əsrlik həyat kitabını vərəqləyib, gələcəklə bağlı arzularını öyrəndik.
- Öncə sizi yubileyiniz münasibəti ilə təbrik edirik. Deyirlər ki, 50 yaş cavanlığın qocalığı, qocalığın isə cavanlığıdı. Siz necə düşünürsüz?
- Köhnə kişilər deyiblərsə, deməli, elədi. O vaxtkı ağsaqqallar hər saat boş-boşuna saqqal tərpədib söz deməzdilər (gülür). 50-ni yeni tamamladığımdan hələ bu haqda fikir bildirə bilmərəm. Gəlin, Allah izn versə, bir-iki il də səbr edək. Onda bu sualınıza dəqiq cavab verərəm. Belə götürəndə heç vaxt ad günü keçirməyi sevməmişəm. Çünki yaşın üstünə yaş gəlir, insan daha bir il qocalır.
- Yubileyinizi harda və necə keçirdiz?
- Ailəmlə birgə Türkiyəyə getmişdim. Yubiley deyəndə ki... Hamımız bir yerdə oturub Allah verəndən bir tikə yedik.
- Futbol ənənəsi olmayan Göy-Göldə (Xanlar) futbolla məşğul olmağa başlayanda, fikirləşirdiz ki, nə vaxtsa ölkənin adlı-sanlı futbolçularından biri olacaqsız?
- Mənim futbola gəlişim təsadüfən olub. İndiki kimi yadımdadı, ikinci sinifdə oxuyurdum. Atamın dayısı oğlu və idman müəllimizin oğlu dəhşətli dərəcədə futbol fanatı idi. Bir gün “Neftçi” Bakıda “Ararat”a 0:1 hesabı ilə uduzmuşdu. Sonradan bildim ki, hətta həmin məğlubiyyətə görə azarkeşlər bazanın qarşısında maşınları yandırıb, futbolçuların üzr istəməsini tələb ediblərmiş. “Neftçi”nin uduzması atamın qohumu ilə müəlimimin oğluna necə təsir etmişdisə, məni əlimdən tutub 1 saylı məktəbin stadionuna apardılar və dedilər ki, mütələq futbolçu olmalısan. Əvvəlcə sağ ayağımla qapıya zərbə vurdum. Solla vuranda isə ayağım boşa çıxdı və yıxılaraq qarnımı cızdım. Ağlaya-ağlaya onların əlindən çıxıb evimizə qaçdım. Həmin vaxt evdəkilər məni qarmona qoymuşdular, musiqiçi olmağımı istəyirdilər. Ancaq sonaradan futbola elə bağlandım ki, evdən “qarmona gedirəm” adı ilə çıxıb, Tariyel müəllimin kilsədə təşkil etdiyi bölmədə məşq edirdim. İndi həmin məkan muzey kimi fəaliyyət göstərir. Və beləcə özüm də hiss etmədən həyatım futbola bağlandı. Qarmondan isə həmişəlik ayrıldıq.
- Ardınca Gəncə, sonra isə Bakı, hamının arzuladığı “Neftçi”.
- Gəncədə az oynadım. Təxminən 3-4 aydan sonra məni “Neftçi”yə dəvət etdilər. Bu komandada top qovmaq o vaxt istənilən gənc üçün ən böyük şərəf idi. Birvaxtlar adını eşitdiyin usta futbolçuların yanında olmaq, onlarla birgə məşq etmək – təsəvvür edin, bu nə deməkdi?
- Azərbaycan klublarında oynadığınız illəri bir çoxları yaxşı xatırlayır. Güclü futbolçu olduğunuza görə çempionluğa oynayan komandaların hamısının şərəfini qorumusuz. Ancaq nədənsə uzunmüddətli legioner həyataı yaşamamısız. Türkiyə, Rusiya və İran səfərləriniz qısa olub.
- Bəlkə də bu mənim səhvim olub. Ancaq Azərbaycandan kənarda çox qala bilmirdim. Daha doğrusu, bunu şərtləndirən səbəb var idi.
- Sirr deyilsə, nə idi o səbəb?
- Mən təyyarəyə ilə səfərə çıxmaqdan qorxurdum. Türkiyədə, Rusiyada şəhərlərarası məsafə uzaq olduğundan komandalar əsasən səfərə təyyarə ilə yollanırdı. Bu üzdən hər dəfə o dünyanı görüb-gəlirdim. Axırda bu iztiraba dözmədim və özümə söz verdim ki, karyeramı ancaq Azərbaycanda davam etdirəcəm. Ötən əsrin 90-cı illərində mənə bir çox ölkələrdən təklif gəlirdi. Hətta ABŞ-da MLS liqası yeni yaranan vaxt komandalardan biri məni heyətində görmək istəyirdi.
- “Birlik kuboku”nda Yuri Syominin barəndə dediklərini xatırlayırsan?
- Bəli. Həmin vaxt mənim 37 yaşım var idi. Syomin oyunumuzu canlı izləyib “Lokomotiv”in skautlarına məni nişan verərək, “o gənclə maraqlanın və onu “Lokomotiv”ə gətirin” göstərişi verib. Onunla yanaşı oturan rəhmətlik Ələkbər Məmmədov isə “Yura, o gənc deyil, Vidoşdu, sən ki onu çoxdan tanıyırsan” söyləyib. Syomin də ruslara xas söyüş işlədərək, “o hələ də oynayır? Özü də bu səviyyədə” deyib təəccübünü gizlətməmişdi.
- Futbol oynadığınız dönəmlərdə sizinlə bağlı müxtəlif söz-söhbət dolaşırdı. Sizin hansısa futbolçu və ya məşqçi ilə bağlı səsləndirdiyiniz fikirlər, yaşıl meydanlarda başınıza gələnlər az qala lətifəyə çevrilmişdi. İndi həmin hadisələrədn birini yada sala bilərsiz?
- Açığı, o qədər yaddaqalan hadisələr olub ki, heç bilmirəm, hansını danışım. Bir dəfə yığma Türkiyəyə uduzmuşdu. İqor Ponomaryov da məğlubiyyətə görə ən çox məni günahlandırırdı. Bununla bağlı mətbuata da açıqlama vermişdi. Həmin ərəfədə evimdə təmir işləri gedirdi. Ustalar dəmirdən olan dam örtüyünü vururdular. Onların yanına yaxınlaşanda necə oldusa, həmin dəmirlərdən biri sürüşüb əlimin üstünə düşdü və barmağımı kəsdi. Təsəvvür edin, barmağım az qala qopub yerə düşəcəkdi, qan dayanmadan axır və bu zaman telefonuma zəng gəlir və dəstəyin o başından sizin qəzetyin əməkdaşlarından biri “Vidadi, Ponomaryov sənin barəndə belə fikirlər sələndirib. Sənin buna münasibətini bilmək istərdik” deyib məndən cavab gözləyir. Ağrıdan başımı itirmişəm, bilmirəm barmağımın halına yanım, yoxsa həmkarınıza cavab verim. O da dayanmadan elə hey “səndən cavab gözləyirəm” deyib əl çəkmir. Başım döndü, Ponomaryovu AFFA-ya, AFFA-nı Fuad Musayevə qatıb telefonu söndürdüm. Həmin açıqlamaya görə, daha doğrusu, xoşagəlməz sözlərə görə başım ağrıdı, xeyli müddət futboldan kənarda qaldım.
- Sizinlə çiyin-çiyinə oynayan həmyaşıdlarınızın çoxu bu gün Bakıda yaşasa da, siz doğma rayondan kənara çıxmadız. Niyə yaşamaq üçün Bakını yox, Göy-Gölü seçdiz?
- Vallah, səbəbini bilmirəm. Bakı məni çəkmədi, ora uyğunlaşa bilmədim. Şəhər mühitinə alışmadım. Elə uşaqlar da orda qalmadılar. Qızlarımdan biri bu gün orta məktəbdə müəllimə işləyir. O biri də ali təhsillidi.
- Heç olub ki, Vidadi Rzayevə görə ali məktəbdə qızlarınıza güzəşt etsinlər?
- Heç vaxt. Onlar öz savadlarına görə qiymət alıblar. Onlar oxuyan vaxt bir dəfə də olsun, ali məktəbin qapısını açıb içəri girməmişəm. Düzdü, arada aparıb-gətirirdim. Bundan o yanası olmayıb.
- Sizi təbiət vurğunu, mahir ovçu kimi tanıyırıq. Adətən, belə incə ruhlu insanların hərdən əlinə qələm alıb şeir yazmaqları da olur. Siz heç təbiət gözəlliyini vəsf edən şeir yazımısız?
- Təbiət yox, ancaq futbola aid yazmışam. Səhv etmirəmsə, orta məktəbin 8-ci və ya 9-cu sinifində oxuyurdum. Futbolu o qədər sevirdim ki, bir dəfə bədahətən şeir yazdım. 5 bənddən ibarət həmin şeiri indi unutmuşam. Ancaq son misralarının təxmini məzmunu belə idi ki, mən öləndə, məni meydanın mərkəzində basdırarsız (bu yerdə yubilyar bunları yazmamağımı xahiş edir. Ancaq Rzayevin şairlik qabiliyyətinin olmasını onu sevənlərdən gizlətməməyi lazım bildim. Yəqin ki, ov yoldaşım buna görə məni bağışlayar).
- Hər bir insanın gələcəklə bağlı arzuları var. Əsri yarılayan Vidadi qarşıdakı illərlə bağlı nə xəyallar qurur?
- İnsanı yaşadan arzudu, istəkdi. Geridə qalan 50 ildə ağlı-qaralı ömür yaşamışıq. Şükür Allaha ki, ağ zolaq daha çox olub. Qara da olmasa, həyat monoton, darıxdırıcı təsir bağışlayar. Çox istərdim ki, futbolçu kimi qazandığım uğurlardan məşqçi kimi də əldə edim. Bundan başqa, arzulayıram ki, oğlan nəvəm olsun və ona futbolun sirlərini öyrətməyi Allah mənə qismət etsin. Fürsətdən istifadə edib sizə, məni yaddan çıxarmayan bütün mətbu orqan və telekanllara təşəkkür edirəm. Mən heç vaxt özüm barədə danışmağı, bəziləri kimi “bunu etmişəm, belə olmuşam” deməyi xoşlamamışam. Çətin ki, bundan sonra da xasiyyətimi dəyişim. Sizlər isə hər şeyi görür, qələmə alır, arxiv yığır və vaxtı çatanda onu ictimaiyyətə təqdim edirsiz. Məni təbrik edənlərə də ayrıca “çox sağ ol” deyirəm.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar