10 sen 14:11olke

Şeydayev “Çelsi”, “Atletiko” və “Roma”ya qol vurmaq istəyir

Şeydayev “Çelsi”, “Atletiko” və “Roma”ya qol vurmaq istəyir
“Azərbaycan millisinin və “Qarabağ”ın şərəfini qoruduğuma görə xoşbəxtəm”
“Qarabağ”ın bu yay “Trabzonspor”dan icarəyə götürdüyü, millinin də şərəfini qoruyan Ramil Şeydayev bugünlərdə Rusiyanın sportsdaily.ru saytına müsahibə verib. Forvard rus həmkarımızın yığmanın DÇ-2018-in seçmə mərhələsindəki oyunları, “köhlən atlar”a keçidi və başqa məsələlər haqda suallarını cavablayıb.
- DÇ-2018-in seçmə mərhələsində Norveçə uduzduz, San Marinoya isə qalib gəldiz. Komandanızın final mərhələsinə yüksəlmək şansı qalmadı.
- Norveçlə matç istədiyimiz kimi alınmadı. San Marino üzərində inamlı qələbə isə bizi və azarkeşlərimizi ruhlandırdı. Hərçənd bu qələbə qrupdan çıxmağımız üçün kifayət etmədi. Əvvəl hər şey qaydasında idi. Düşünürdüm ki, qrupda ikincilik uğrunda mübarizə apara bilərik. Ancaq öz səhvlərimizdən ardıcıl məğlubiyyətlərlə üzləşdik. Növbəti iki oyunda maksimum xal toplamağa çalışacağıq.
- Müntəzəm olaraq Azərbaycan millisində çıxış edirsən. Bu oyunlar sənin üçün nə deməkdi?
- Təcrübə. Əvvəllər mən Almaniya kimi güclü komandaya qarşı oynamamışam. Bu cür rəqiblərə qarşı nə qədər çox oynasan, ustalıq səviyyən o qədər artar. Gələcəkdə komandamla daha çox təcrübə qazanacam.
- Bir ildən sonra AÇ-2020-nin seçmə mərhələ oyunları başlayacaq. İlk dəfə final mərhələsinin qarşılaşmaları bir neçə şəhərdə, o cümlədən Bakıda və Sankt-Peterburqda keçiriləcək. Bu haqda düşünürsən?
- Təbii ki, biz final mərhələsinə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çempionatın bəzi oyunlarının doğma ölkəmizdə keçirilməsi bizim üçün yaxşı stimuldu.
- Karyeranda növbəti gözlənilməz dönüş baş verdi. “Qarabağ”ın oyunçusu oldun. Bu necə baş verdi?
- Yarım il “Jilina”da çıxış edəndən sonra “Qarabağ”dan təklif aldım. Mən də razılıq verdim.“Trabzonspor”la 2 illik müqaviləm var. İndiki halda ən yaxşı variant bir il icarə əsasında “Qarabağ”da çıxış etməkdi.
- Karyeranın “Jilina” mərhələsini necə qiymətləndirirsən?
- Ümumilikdə pis demək olmaz. Qollar vururdum, yaxşı formada idim. Ancaq çətin ki, bir daha Slovakiyaya gedim.
- Niyə?
- Futbol baxımından çətinliklə də olsa, uyğunlaşa bildim, ancaq məişət məsələləri sarıdan alınmadı.
- “Trabzonspor”a qayıdıb, əsas heyətə düşmək şansın var idi?
- Bəli. Ancaq gözəl başa düşürəm ki, baş məşqçi mənə nə vaxt ümid bəsləyər, nə vaxt yox. İndi Türkiyəyə qayıtmaq zamanı deyildi. Yeni klubumda müntəzəm oynamaq “Trabzonspor”da ehtiyatda qalmaqdan yaxşıdı.
- Niyə məhz “Qarabağ”?
- İndiki halda mənim üçün ən yaxşı təklif idi. Klub, şəhər və Çempionlar Liqasında oynamaq ürəyimcədi.
- Gələn həftə sizi “Çelsi” ilə oyun gözləyir. Daxilən matça hazırsan?
- Əlbəttə.
- Çempionlar Liqasının debütantı belə adlı-sanlı rəqiblə səfər görüşündə nəyə ümid edə bilər?
- Azarkeşlərin əksəriyyəti deyə bilər ki, bizim heç bir şansımız yoxdu. Ancaq futbolda hər şey mümkündü. Biz İngiltərə çempionuna layiqincə müqavimət göstərmək gücündə olduğumuzu sübut etməyə çalışacağıq.
- Ümumilikdə qrupunuzu necə dəyərləndirirsən?
- “Çelsi”, “Roma”, “Atletiko”nun əlavə tanıtmaya ehtiyacı yoxdu. Bəli, bizi çətin sınaqlar gözləyir. Ancaq bizim də üzüüstə palçığa düşmək fikrimiz yoxdu. Hər şey yaxşı olacaq. Ev oyunlarımızda “Qarabağ”ı böyük azarkeş ordusu dəstəkləyəcək. Siz təsəvvür belə edə bilməzsiz ki, “Qarabağ” qrupa vəsiqə qazananda Bakıda necə böyük şadyanalıq yaşandı. Çempionlar Liqasının matçlarında dolu tribunalar bizim üçün əlavə motivasiya olacaq.
- Sənə doğma olan mədəniyyətin içindəsən. Bu sənin üçün çox vacib nüansdı?
- Bəli, Sankt-Peterburqdan Türkiyəyə gedəndə ilk vaxtlar mənə çətin idi. Ancaq sonradan orda da özümü yaxşı hiss etdim. Uyğunlaşmaq üçün bir ay vaxt lazım oldu. Slovakiyada isə bu mənada çətinlik çəkdim. Bakı mənim üçün Sankt-Peterburq kimidi. Burda həqiqətən özümü evdəki kimi hiss edirəm.
- Bəs Peterburqda necə? Mədəniyyət, din, adət-ənənə baxımından sənə rahat idi?
- Şübhəsiz. Mən Sankt-Peterburqu çox sevirəm. Ora mənim üçün top-şəhərdi.Bu günə kimi Neva sahillərində yaşamışam. Orda mənim ailəm, yaxınlarım, dostlarım yaşayır. Məzuniyyət vaxtı böyük məmnuniyyətlə bu şəhərə gəlib dostlarımla görüşürəm.
- “Zenit” barədə nə deyə bilərsən?
- “Zenit” bu yay heyətini çox gücləndirib, demək olar ki, yeni komanda qurulub. Fikrimcə, hazırda Rusiyada “Zenit”lə rəqabət aparacaq komanda yoxdu. Onların “Spartak” və “Rostov”la oyunlarına baxmışam. “Zenit” çox güclüdü.
- Heç olub ki, beyninizdə “hazırda “Zenit”də oynaya bilərdim” fikiri fırlansın?
- İlk vaxtlar var idi. Sonradan bu haqda fikirləşmədim. Mənim artıq başqa komandam və fərqli məqsədim var. İndi əsas məqsəd real həyata uyğun addım atmaqdı.
- Həmyaşıdın Sebastyan Driussi, demək olar ki, daim əsas heyətdə meydana çıxmaq şansı qazanır. Halbuki iki il əvvəl sənə daha az etibar edirdilər. Bir neçə oyunda son dəqiqələrdə əvəzetmədən meydana çıxmısan. Buna görə üzülmürsən? Bəlkə etiraf edəsən ki, Driussi səndən güclüdü?
- Bu suala cavab vermək mənim üçün çətindi. Böyük pullar qarşılığında heyətə dəvət olunan legionerlər daim daha çox oynamaq şansı qazanırlar. Ancaq mən bu məqamı qabardıb, özümü təmizə çıxartmaq istəmirəm. Etimad göstərməyiblərsə, deməli, hazır olmamışam.
- Artyom Simonyan Ermənistan, sən isə Azərbaycan çempionatında çıxış edirsən. Niyə Peterburq futbol məktəbinin yetirmələri olan sizin nəsilin nümayəndələrindən heç kim Avropanın aparıcı çempionatlarına yollanmayıb?
- Çətin sualdı. Mən həmişə belə fikirləşmişəm: oynamırsansa, deməli, səndən güclüləri var. “Zenit”də bizə niyə çox oynamaq şansı yaratmadıqlarını müzakirə etmək istəmirəm, bu mənasızdı. Bəziləri belə imkan qazandı, biz isə yox. Şəxsən mən karyerama görə o qədər pərişan olmuram. Azərbaycan millisinin və “Qarabağ”ın şərəfini qoruduğum üçün xoşbəxtəm. Üzərimdə çox çalışıram və bundan sonra da çalışacam ki, yüksək səviyyədə çıxışımı davam etdirim.
- “Atletiko”, “Roma” və “Çelsi”yə qol vuracağını təsəvvürünə gətirirsən?
- Əlbəttə. Bu komandalarla qarşılaşasan və qol vuracağını təsəvvür etməyəsən?! Doğrudan da fərqlənmək istəyirəm. Ancaq ən vacibi qələbə qazanmaqdı.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-02-2019, 16:02 Yığma üzvləri darmadağından danışdı 17-02-2019, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub 17-02-2019, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır 17-02-2019, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır 17-02-2019, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də 17-02-2019, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... 17-02-2019, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” 17-02-2019, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı 17-02-2019, 15:50 "Qəbələ" həvəslə hazırlaşır 17-02-2019, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi 17-02-2019, 15:40 10 saatlıq tur 17-02-2019, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub 17-02-2019, 15:37 Sürprizsiz tur 17-02-2019, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” 17-02-2019, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi 17-02-2019, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət 17-02-2019, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı 17-02-2019, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı 17-02-2019, 12:47 Miloş Velebit kimdi? 17-02-2019, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir 17-02-2019, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın 17-02-2019, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq 17-02-2019, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət 17-02-2019, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil 17-02-2019, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib 17-02-2019, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı 17-02-2019, 12:25 Stuxlik Xorvatiyaya gedəcək 17-02-2019, 12:23 “Red Black Army” narahatdı 17-02-2019, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli 17-02-2019, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” 17-02-2019, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib Bütün xəbərlər
Ən çox oxunanlar