08 sen 14:26olke

Ramili azarkeşlərin əlindən jurnalistlər xilas edib

Ramili azarkeşlərin əlindən jurnalistlər xilas edib
Ruslan Qurbanov: “Ona görə də sürüb getdim”
Yığmanın San Marino üzərindəki qələbəsindən sonra futbolçuların üzü gülürdü. Odu ki, heç biri müsahibə verməkdən boyun qaçırmırdı. Həmin gün futbolçuları sorğu-suala tutanlardan biri də bəndəniz olduğundan, “miks-zona”da yaşananlar gözümün önündədi. Deməli, Rəşad Sadıqovla söhbətimiz bir qədər geniş alındı. Bu an Ramil Şeydayev avtobusa tərəf yön almaq istəsə də, gözləyib müsahibə verməsini xahiş etdik. Sadıqov sualları cavablayandan sonra növbə Ramilə çatdı. İnsaf naminə, o da tələsmədən müsahibə verdi. Yığmanın avtobusu stadionu tərk etmək üzrəydi.
Şeydayevlə ayrılandan təxminən yarımsaat sonra həmkarımız Kənan Məstəliyevin “feysbuk”da paylaşdığı status çoxlarının marağına səbəb oldu. Təcrübəli jurnalist Ramilin başına gələnlərdən yazmışdı: “Stadionun çölündə Ramil Şeydayevi balaca xuliqanlar - bunlar əsl xuliqanlar idilər - forma, paltar almaq üçün az qala zədələyəcəkdilər. Çox biabırçı vəziyyət idi. Əməlli-başlı belinə çıxırdılar. Tapdalamağa belə hazır idilər, buna cəhd də etdilər. İlk dəfə belə halla qarşılaşırdım. Hiss elədim ki, Ramil şokdadı, nə edəcəyini bilmir. Yaxınlaşıb kömək təklif etdim, "narahat olmayın, dayım burdadı" dedi. Dayı da dayı ola. Çəlimsiz, balaca bir adam idi. Hiss olunurdu ki, o da nə edəcəyini bilmir. Hər keçən saniyə durum daha da pisləşdiyindən biz jurnalistlər məsələyə müdaxilə etdik. Hacı Mərdan maşını yaxın sürdü, güc-bəla ilə başa saldıq ki, qorxma, otur, səni aparaq. Şokda olduğundan razılaşmırdı Ramil. Birtəhər oturtduq. Sağ olsun, Hacı Mərdan dayısını ayrıca aparıb "Neftçilər"də, sonra Ramili "Xətai"də düşürtdü. Orda onu atası gözləyirdi. Çox qəribədi: atası onu niyə stadionda yox, xeyli uzaqdakı metroda gözləyirdi? Dayısının Ramili mənzil başına çatdırmaq planı nə idi? Çünki anladığım qədər adamın heç taksipulu da yox idi... Belə durumlarda futbolçunun meneceri yükü öz üzərinə götürməlidi. Ancaq bu başqa söhbətin mövzüsudu. Bir sözlə, başlı-başına buraxılan gənc futbolçunun aqibəti yaxşı olmaya bilərdi. Ailəsi də, dost-tanışları da bu hadisədən ibrət götürməlidilər. Ramil hələ qəribdi burda, ona kömək, dəstək lazımdı”.
Azərbaycanda qeyri-adi hal kimi görünsə də, dünyada bu cür hadisələrə tez-tez rast gəlinir. Tanınmış futbolçular azarkeşlərin əhatəsinə düşəndə, ordan çıxmaq müşkül olur. Ona görə də bacardıqca fanatlardan, kütlə olan yerdən uzaq durmağa çalışırlar. Forma, buts, getr istəyən fanatları başa düşmək asandı. Amma bunu etməyin də təhəri var. Zədələmədən, futbolçunu məcbur etmədən, üstünə hücum çəkmədən. Deyilənə görə, vəziyyətin bu həddə çatmasının səbəbkarı yığmanın başqa bir üzvü Ruslan Qurbanov olub. “Qəbələ”nin futbolçusu Şeydayevə onu şəxsi avtomobili ilə “Xətai”yə apara biləcəyini deyib. Ramil də ona arxayın olaraq yığmanı daşıyan avtobusa ehtiyac duymayıb. Arenanı tərk edəndə isə azarkeşlərin əhatəsinə düşüb. Buna görə millinin inzibatçısını, yaxud başqa rəsmini qınamaq olmur. Futbolçunu stadionda unudub getsəydilər, başqa məsələ. Amma futbolçu özü onu gözləməmələrini istəyərək, “Xətai”yə gedəcəyini bildirib. Ona qalsa, Rəşad Sadıqovla Ruslan Abışov da “Bakcell Arena”nı şəxsi avtomobilləri ilə tərk etmişdi. Belə deyək, oyun və təlim-məşq toplanışı başa çatdısa, komanda üzvləri azaddı. İstəyən avtobusla gedər, istəməyən də öz maşınıyla, ya da piyada.
Di gəl ki, Ruslan Qurbanovun Ramilə söz verdiyi halda sözünə əməl etməməsi qəribə görünür. Odu ki, Ruslanla danışdıq: “Oyundan sonra Ramil mənə “Xətai” tərəfə getmək istədiyini dedi, mən də ona “onsuz da yolum o tərəfədi, yolüstü səni düşürərəm” cavabını verdim. Matçdan sonra stadionu tərk edib maşına tərəf gedəndə, azarkeşlər üzərimə gəlib forma, buts istəyirdi. Saylarının çoxaldığını görüb, Ramili yolda gözləyə bilmədim. Maşına mindim ki, harda olsa, gəlib çıxar. 5-10 dəqiqə gözlədim, gəlmədi. Düşündüm ki, yəqin başqa futbolçu ilə gedib, ya da qohumlarından kimsə dalınca gəlib. Ona görə də sürüb getdim. Sonradan öyrəndim ki, azarkeşlər onu da dövrəyə alıb, futbolka, buts istəyiblər. Sən demə, müsahibə vermək üçün xeyli yubanıb. Bayırda hələ də onu gözlədiyimi düşünüb. Futbolda belə hallar olur, bunun özü də gözəllikdi. Futbolu azarkeşlər üçün oynayırıq, belə sevgi göstərmələri normaldı. Sadəcə, aramızda anlaşılmazlıq olub”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar