08 sen 14:21olke

Vidadi Rzayev doğum gününü Türkiyədə qeyd edib

Vidadi Rzayev doğum gününü Türkiyədə qeyd edib
“Kəpəz” “Qaradağ Lökbatan”la bacarmadı
Millinin DÇ-2018-in seçmə mərhələ oyunları ilə bağlı yaranmış fasilə “Kəpəz” üçün də göydəndüşmə olub. Yayda xeyli yeni futbolçunun heyətə cəlb olunmasından sonra baş məşqçi Şahin Diniyevin istədiyini yetirmələrinə aşılaması üçün vaxt lazım idi ki, mövsümöncəsi fasilə kifayət etməmişdi. Hər halda, Gəncə təmsilçisinin 3 oyundan cəmi 1 xal toplaması belə düşünməyə əsas verir. Yığmanın matçları ilə bağlı yaranmış fasilə yoldaşlıq görüşünün təşkilinə şərait yaradıb. Odu ki, Azərbaycanla San Marino üz-üzə gələn gün, yəni sentyabrın 4-də “Kəpəz” “Qaradağ Lökbatan”ı qəbul edib. Birinci divizion təmsilçisi ilə oyun “Dalğa Arena”nın süni örtüklü meydançasında baş tutub. Bu da “Kəpəz”in növbəti turda “İnter”lə “İnter Arena”nın “sintetika”sında oynayacağı ilə bağlıdı. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Diniyev sərəncamında olan bütün futbolçulara şans verib.
“İnter”lə oyun demişkən, əslində təqvimə görə qarşılaşma “Kəpəz”in meydançasında baş tutmalıydı. Lakin Gəncə stadionunun meydançasında əsaslı təmir işləri aparıldığından “Kəpəz” iki variantdan birini seçməliydi. Ya rəqibini Yevlaxda qəbul etməli, ya da “İnter”lə yerdəyişmə etməliydi. Yəni bu dəfə “Kəpəz” Bakıda oynayacaq, 2-ci dövrədə bakılılar Gəncəyə səfər edəcək. “Sarı-göylər” məsələylə bağlı PFL-ə müraciət edincə, çempionatın keçirilməsinə nəzarət edən qurum gəncəlilərin xahişinə müsbət cavab verib. Xatırladaq ki, qərblilər 2-ci turda eyni xahişlə “Zirə”yə də müraciət etsə də, “qartallar” müraciətə “yox” demişdi. Və bu səbəbdən “Kəpəz” “Zirə”ylə Yevlaxda oynamışdı.
Sentyabrın 4-də ötənlərin məşhur futbolçusu, uzun illər yığmanın, həmçinin “Neftçi”, “Kəpəz”, “Şəmkir”, “Qarabağ”, “Turan” kimi aparıcı klubların şərəfini qorumuş, “Terek”də və “Ərzurumspor”da legioner həyatı yaşamış Vidadi Rzayevin 50 yaşı tamam oldu. Məhz əlamətdar günlə bağlı hazırda “Kəpəz”in əsas komandasında Şahin Diniyevin köməkçisi funksiyasını daşıyan mütəxəssislə yubiley müsahibəsi hazırlamaq istəyirdik. Lakin çoxsaylı telefon zəngləri cavabsız qaldı. Çox keçmədən məlum oldu ki, Rzayev Türkiyədədi. İşlə, hansısa problemlə bağlı, yoxsa ad gününü qardaş ölkədə keçirməyə görə - hər nə isə, Vidadi bəy Türkiyəyə səfər edib. Səbəbini öyrənmək üçün Diniyevlə əlaqə saxladıq: “Vidadi Rzayev məndən 3 günlük icazə istədi. Təbii ki, Türkiyəyə gedəcəyini də bildirdi. Ailəsi ilə bağlı hansısa məsələyə görəydi. Düzü, xırdalığa varmadım. Ona görə də hansı səbəbdən getdiyini dəqiq bilmirəm. Həm də ad günüydü, yəqin həmin gün Türkiyədə olmaq istəyib. Artıq bu gündən (dünən) məşqlərdə yanımızda olacaq”.
Sonda onu da xatırladaq ki, “Kəpəz”in əsas komandası kimi, əvəzedici heyəti də yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Rəqib ötən il birinci divizionda qızıl medallara yiyələnən “Turan Tovuz” olub. Tovuzda keçirilən oyun 2:2 hesabıyla bitib.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar