08 sen 17:00olke

Qurban Qurbanovun oğlu ÇL-də “Qarabağ”a kömək edəcək

Qurban Qurbanovun oğlu ÇL-də “Qarabağ”a kömək edəcək
Rəşad Sadıqovu baş məşqçi postunda Aftandil Hacıyev əvəzləyəcək
“Qarabağ” ÇL-in qrupundakı debüt oyununun həyəcanıyla yaşayır. Milli üzvlərinin qayıtması ilə komanda artıq tam heyətlə hazırlıq keçir. “Səbail”lə premyer-liqa matçının təxirə salınması da məhz Londondakı matça səfərbər olmağa hesablanıb. Artıq yeni transfer Pedro Enrike də Bakıya gəlib. PAOK-dan Ağdam təmsilçisinə icarə əsasında keçən braziliyalı keçidi və gələcək hədəfləri haqda klubun rəsmi saytına açıqlama verib. O, bura gəlməmiş komandanın hədəfləri ilə maraqlandığını deyib: “Qarabağ”a gəlməmiş komandanın uğurları və hədəfləri haqda maraqlandım. Kollektiv, azarkeşlər və Bakı haqda artıq məlumatım var. Paytaxtınız da olduqca gözəldi. Klubun bazasıyla tanış oldum, burda futbolçu üçün hər cür şərait yaradılıb. Bakıya gəlməmişdən bir gün əvvəl Riçard Almeydayla danışdım, o da kifayət qədər məlumat verdi. “Qarabağ”ın sabiq komandam PAOK-la oynadığı haqda da məlumatım var idi. Həmin ilin qışında Yunanıstan klubuna keçdim. Komandamız Azərbaycan futbol tarixində Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk klubdu. Mən də bura öz oyunumla kömək etməyə gəlmişəm. Yarımmüdafiənin həm sağ, həm də sol cinahında oynaya bilirəm. Komandada rəqabətin olması hamımızın xeyrinədi. “Qarabağ” üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam”.
“Qarabağ”ın Gənclər Liqasında mübarizə aparacaq U-19-u da heyətini UEFA-ya təqdim edib. Qitə futbol qurumu artıq təmsilçimizin 40 futbolçudan ibarət heyətini açıqlayıb. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda turnir üçün 4 qapıçı, 11 müdafiəçi, 19 yarımmüdafiəçi və 6 hücumçu sifariş edib. Ancaq ayın 12-də Londonda komandanı meydana Rəşad yox, əvəzedici heyətin baş məşqçisi Aftandil Hacıyev çıxaracaq. Digər klublardan dəvət olunmuş futbolçularla güclənən U-19-un heyətində xeyli dəyişiklik var. Hətta ölkə xaricindən də oyunçu gətirilib. Gürcüstandan İbrahim Hüseynov, Ukraynadan Yaroslav Deda, həmçinin iki makedoniyalı – Oliver Stoymenovski və Boyan Miovski “Qarabağ”ın uğurları üçün çalışacaq. Komandanın ən gənc futbolçusu isə 15 yaşlı Musa Qurbanlıdı. Qurban Qurbanovun oğlu neçə illər “Neftçi”də çıxış etsə də, Gənclər Liqasında “Qarabağ”a kömək edəcək: qapıçılar - 1. Məmməd Hüseynov, 12. Nicat Mehbalıyev, 25. Rəhim Rəhimli, 26. Əfqan Fərruxlu; müdafiəçilər - 2. Yusif Həsənov, 3. Rahid Ağazadə, 4. Əsgər Hüseynov, 6. Elçin Əsədov, 7. Turan Manafov, 14. İbrahim Hüseynov, 21. Oliver Stoymenovski, 27. Nihad Quliyev, 28. Samir Ağakişiyev, 30. Bəşir Ayralov, 39. Aslan Bədəlzadə; yarımmüdafiəçilər - 6. Əli Əliyev, 8. Nicat Süleymanov, 10. Famin Əliyev, 11. Zaur Fərzəliyev, 13. Davud Mahmudov, 15. Pilağa Mehdiyev, 16. İbrahim Qədirzadə, 17. Ülvi İbrahimov, 18. Süleyman Əhmədov, 19. Boyan Miovski, 20. Akif Hümbətzadə, 22. Taleh Rzayev, 24. Yaroslav Deda, 29. Bilal Hüseynli, 30. Kənan Qasımov, 31. Nicat Quluzadə, 35. Tural Bayramov, 37. Nurlan Xəlilov, 38. Hüseyn Əhmədov; hücumçular - 9. İbrahim Əliyev, 23. Nicat Məmmədov, 32. Xəqani Sadıqov, 33. Musa Qurbanlı, 34. Turan Vəlizadə, 40. Misir Rüstəmov.
Bu arada “Qarabağ” “Kopenhagen” üzərində qələbənin qazancını büdcəsinə qatıb. Söhbət 2 milyon avrodan gedir. Çempionlar Liqasının pley-off mərhələsində qazandığı qələbəyə görə UEFA-nın ayırdığı bu məbləğ klubun hesabına köçüb. UEFA-dan AFFA-ya bu gün daxil olan bonus vəsait assosiasiya vasitəsilə “Qarabağ”a çatdırılıb.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu Dünən, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi Bütün xəbərlər
Ən çox oxunanlar