08 sen 16:58olke

“Şərurspor” uşaq futbolu ilə qayıdır

“Şərurspor” uşaq futbolu ilə qayıdır
Sərdar Bağırov: “Uğurun memarları ölkə başçısı ilə görüşdə olanlardı, siz yox”
Oyun alğı-satqısına görə ötən mövsüm birinci divizondan uzaqlaşdırılan “Şərurspor”un fəaliyyətini dayandırdığnı xəbər vermişdik. Ancaq bugünlərdə əldə etdiyimiz məlumata görə, “ağ-yaşıllar”ın prezidenti Sərdar Bağırov yenidən futbola sərmayə qoymağa qərar verib. Sərdar bəy bu dəfə uşaq futboluna diqqət ayıracaq. Mənbəmizin sözlərinə inansaq, artıq bu yöndə əməli işlər də görülüb. Məsələyə aydınlıq gətirmək üçün Sərdar bəyi aradıq və söylənilənlərə aydınlıq gətirməsini istədik.
- Bizdə olan məlumata görə, “Şərurspor” yenidən fəaliyyətini bərpa edib, ancaq bu dəfə uşaq futboluna diqqət ayırmağa qərar vermisiz.
- Söylənilənlər həqiqəti əks etdirir. İdmanı, xüsusilə də futbolu sevən bir insan kimi bu sahədən kənarda qalmaq mənim üçün çətindi. Bu üzdən qərara gəldim ki, “Şərurspor”un nəzdində aşağı yaş qrupları təşkil olunsun və gənc futbolçular yetişdirək. Artıq bu məsələ ilə bağlı bir toplantımız olub. Həmin iclasda gələcək planlar müzakirə olundu, əməkdaşlıq etmək istədiyimiz mütəxəssislərlə bağlı fikirlər sələndirildi. Yaxın günlərdə işbirliyi qurmaq istədiyimiz məşqçilərlə görüşəcəm.
- Neçə yaş qrupu formalaşdırmaq istəyirsiz?
- 10-17 yaş aralığında qrupların olmasını planlaşdırmışıq.
- Həmin komandalar AFFA-nın bayrağı altında təşkil olunan çempionatda iştirak edəcək?
- Belə fikrimiz var.
- AFFA rəhbərliyi ilə münasibətlərinizin pozulduğunu nəzərə alsaq, “Şərurspor”un aşağı yaş qruplarının qurumun bayrağı altında keçirilən yarışlara qatılmaq qadağası ilə üzləşəcəyinizdən çəkinmirsiz?
- Nədən çəkinməliyəm?! Mənim problemim baş katib Elxan Məmmədov və vitse-prezident Elşad Nəsirovladı. Uşaqları bu məsələyə qatmaq kişiliyə sığmaz. Aşağı yaş qrupları üzrə təşkil olunan çempionatın oyunları da bukmeker kontorlarında yoxdu ki, desinlər “Şərurspor”u cəzalandırmışıq və buna görə yarışlara buraxmırıq”. Mən yenə o fikridəyəm ki, adını çəkdiyim şəxslər Azərbaycan futbolunu məhv ediblər və bu yolla da irəliləyirlər.
- Aşağı yaş qrupları üçün ayrıca bina və meydança inşa etdirmək fikriniz var?
- Açığı, bu haqda düşündüm. Ancaq sonradan fikirləşdim ki, hələ bu işləri görmək bir qədər tezdi. Futbol məktəbimiz “Bakı”nın bazasında fəaliyyət göstərəcək. Nə vaxt ki, Məmmədovla Nəsirovun ölkə futbolunda hakimiyyəti başa catacaq, onda da “Şərurspor” üçün ayrıca stadion, baza inşa etdirəcəm. Bunun üçün torpaq sahəmiz, normal infrastruktur yaratmaq üçün imkanımız da var.
- Müsahibələrinizin birində “Şərurspor”un Naxçıvan birinciliyində iştirak edəcəyini söyləmişdiz. Ancaq bu istəyi reallaşdırmadız. Ümumiyyətlə, nəyə görə bu gün nə aşağı dəstədə, nə də premyer-liqada Muxtar Respublikanın təmsilçisi yoxdu?
- Biz naxçıvanlılar heç vaxt haqsızlığa göz yuma bilmirik. Bizlər ağa ağ, qaraya qara deməyə öyrəşmişik. Muxtar Respublikanın rəhbərliyi, iş adamları görür kü, indi Azərbaycan futbolu bir qrup kələkbazın, ancaq öz cibini düşünən şəxslərin nəzarəti altındadı. Ona görə də Muxtar Respublikanın ayrıca birinciliyini keçirirlər. “Araz Naxçıvan” kimi köklü, ənənəsi olan klubun ölkə çempionatına qatılması üçün başqa problem yoxdu.
- Unutmayın ki, AFFA prezidenti Rövnəq Abdullayev də əslən Naxçıvandandı. Siz AFFA rəhbərliyini hər dəfə tənqid edəndə, istər-istəməz onun da bostanına daş atmış olursuz...
- Bildiyim qədər Rövnəq müəllim ölkə futbolunun inkişafı üçün əlindən gələni edir. Ancaq ətrafındakılar onun etimadından sui-istifadə edirlər. AFFA prezidenti vaxtında həmin şəxsləri yanından, tutduğu postdan uzaqlaşdırmasa, özünün də imici əvvəl-axır korlanacaq. Cəmiyyətdə elə fikir formalaşacaq ki, Abdullayev bilərəkdən həmin “leşyeyənlər”ə imkan yaradır. Onlar da bu fürsətdən yararlanıb ölkə büdcəsini “futbolun inkişafı” adı altında tar-mar edirlər. 8 komandalı çempionat olar?
- AFFA rəhbərliyini tənqid etsəz də, reallıq budu ki, 8 komandalı çempionatın qalibi Çempionlar Liqasının qrupuna vəsiqə qazanır. Bu da istər-istəməz ölkədə futbolunun inkişaf etdiyini göstərir.
- Gəlin bir-birimizi aldatmayaq. “Qarabağ”ın, “Qəbələ”nin və yaxud başqa klubların avrokuboklarda uğurlu çıxışının arxasında nə Məmmədovun, nə də Nəsirovun zəhməti var. Ağdamlıları bu səviyyəyə çatdıran Gözəl ailəsinin düzgün idarəetmə sistemi və hamımızın fəxri olan Qurban Qurbanovun gərgin əməyi oldu. “Qəbələ” Tale Heydərovun və Roman Qriqorçukun sayəsində ötən il bizləri sevindirdi. Məmmədovun ortaya atdığı layihələr isə fiaskoya uğradı. Siz mənə deyin görüm, geridə qalan illər ərzində Elxan - Elşad cütlüyü ölkə futboluna nə verib? Hansı yığmamız hansısa böyük uğura imza atıb? İslamiada? İştirakçıların adına və onların heyətində yer alan futbolçuların yaşına baxın və sonra qərar verin. İndi də utanmırlar, “Qarabağ”ın uğurunu öz adlarına çıxmaq istəyirlər. Bəzi mətbu orqanlarda, saytlarda gedən yazıları oxuyub gülürəm. Deyirlər ki, “Qarabağ”ın zəfərində bizim də payımız var. Uğurun memarları ölkə başçısı ilə görüşdə olanlardı, siz yox. Məndən olsa, Qurban Qurbanovun komandası premyer-liqadan imtina edib Türkiyə superliqasında çıxış edərdi. Dünya təcrübəsində belə hallar var. Məsələn, Uels təmsilçisi İngiltərə premyer-liqasında çıxış edir. Belədə komanda həm daha səviyyəli rəqiblərlə qarşılaşar, həm də yerli futbolçuların ustalıq səviyyəsi artar. Görək onda baş katiblə vitse-prezident nə deyəcək?
- Cari seçmə mərhələnin ilk üç oyununda qeyd alınan nəticələrə də kölgə salmaqla yadda qalmışdız...
- Bəli, mən demişdim ki, Norveçlə evdə, Çexiya ilə səfərdəki qarşılaşmaların nəticələri əvvəlcədən razılaşdırılıb. Bunların planı o idi ki, yığma nə yolla olur-olsun, qrup ikincisi kimi ən azı pley-offa vəsiqə qazansın. Ancaq Bakıda Şimali İrlandiyaya məğlubiyyət onların planlarını alt-üst etdi. Noveçin əsl gücünü Oslodakı matçda gördük.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu Bu gün, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi Bütün xəbərlər
Ən çox oxunanlar