08 sen 13:41olke

Əvəzedicilərin çalışdırıcıları futbolçu qıtlığından gileylənir

Əvəzedicilərin çalışdırıcıları futbolçu qıtlığından gileylənir
Elmar Baxşiyev: “Bu qədər adamın “milliləşdirilməsinin” tərəfdarı deyiləm”
21 yaşadək futbolçular arasında AÇ-2019-un seçmə mərhələsində mübarizə aparan millimiz ardıcıl iki görüşdə məğlub oldu. 5-ci qrupda çıxış edən komandamız əvvəlcə səfərdə İsrailə 1:3, ardınca isə evdə İrlandiyaya eyni hesabla yenildi. Təbii, yığma hər iki qarşılaşmada rəqiblərindən aşkar zəif oyun sərgilədi. Məğlubiyyətlərə görə ən çox qınanılan isə baş məşqçi Yaşar Vahabzadədi. Onu daha çox yığmadanın formasında meydana çıxan “milliləşdirmiş” oyunçulara görə tənqid edirlər. Futbol ictimaiyyəti bu qənaətdədi ki, kənardan futbolçu gətirib uduzmaqdansa, elə özümüzkülər oynayıb, məğlub olsunlar. Hazırda komandanın tərkibində dörd “milliləşdirilmiş” futbolçu var. Bunlar qapıçı Mustafa Kamal Özhitay, sol cinah yarımmüdafiəçisi Onur Albayrak, mərkəz müdafiəçisi Sərkan Baloğlu və hücumçu Ozancan Kökçüdü.
Yaşar Vahabzadə həmişə açıqlamalarında yığmada futbolçu çatışmazlığından şikayətlənib. Görəsən, güclü əvəzedici heyətə malik klublarımızın heyətində U-21-də yuxarıda qeyd etdiyimiz mövqelər üzrə futbolçular varmı? Bununla maraqlanmaq üçün bir neçə klubun əvəzedici komandasının baş məşqçiləri ilə əlaqə saxladıq.
Aftandil Hacıyev, “Qarabağ”: “Millilərin məşqçilər korpusu ilə daimi əlaqədəyik. Onlar gəlib oyunlarımıza baxırlar. Yaşar Vahabzadənin seleksiya işinə bələdəm. O hər zaman ən yaxşıları seçir. Bizdən U-21-in heyətinə üç futbolçu cəlb olunub. Düşünürəm ki, onlar heyətdən kənarda qalacaq oyunçular deyillər. Yaşar müəllimin açıqlamalarını oxumuşam. Həqiqətən də çox doğru vurğulayıb ki, gənc futbolçular az-az üzə çıxır. Nədənsə bu problem mövcuddu. Vahabzadə komandamızda forma geyən futbolçuların hamısını tanıyır. Siyahı həmişə onun qabağındadı. Biz özümüz də kömək edirik. Düşünürəm ki, futbolçu çatışmazlığı ilə bağlı onun iradı və narahatlığı doğrudu. Adını çəkdiyiniz mövqelərə uyğun hansısa futbolçu yalnız “Qarabağ”da yox, başqa klublarda da oynasaydı, milliyə çağırılardı. Düşünürəm ki, bəlkə də bizim heyətdən kimlərsə yenə U-21-in növbəti toplanışlarına dəvət alacaq”.
Hüseynqulu Quliyev, “Zirə”: “Bizdən Yusif Nəbiyev U-21-in heyətinə cəlb olunub. Baş məşqçi Yaşar Vahabzadə öz seçimini edir. O ən yaxşı formada olanları yığmaya çağırır. Hər bir baş məşqçinin fikrinə hörmətlə yanaşmaq lazımdı. Mən cəmi iki aydı “Zirə”nin əvəzedicilərdən ibarət komandasını çalışdırıram. Hamımız istəyirik ki, həm əsas komandamız, həm də milli üçün futbolçu yetişdirək. Bütün problemləri görürük. Həqiqətən də ölkədə gənc futbolçuların yetişməsi problemi var. Millinin baş məşqçisi də bunu görür. İstərdik ki, “Zirə”dən bir neçə oyunçu yığmaya cəlb olunsun. Hər bir məşqçi üçün bu qürurverici olar. Yığmanın baş məşqçilərinə kömək etməliyik. Bu yolda əlimizdən gələni edəcəyik”.
Elmar Baxşiyev, “Qəbələ”: “Əslində bu sual millinin baş məşqçisinə verilməlidi. Bəli, gənc futbolçular gec-gec üzə çıxır. Onların yetişmələrində problem var. “Qəbələ”dən bir neçə oyunçu milliyə cəlb olunub. Biz də istəyərik ki, onların sayı artsın. Rəqabət nə qədər yüksək olarsa, heyət o qədər güclü olar. Amma “oyunçu yoxdu” deyib oturmaq olmaz. Futbolçulara dəstək olmaq, onların inkişafı üçün çalışmaq lazımdı. Hər şeyi oyunçuların üstünə atmaq da doğru deyil. Mən özüm də İrlandiya ilə oyuna baxdım. Bu qədər adamın “milliləşdirilməsinin” tərəfdarı deyiləm. Yığmada yerlilər oynamalıdı. Çalışmaq lazımdı ki, həmin yerlilər üzə çıxsın, özlərini sübut eləsinlər”.
Azər Məmmədov, “Kəpəz”: “Bilirsiz, bu bir az çətin sualdı. Şəxsən biz son illər əsas komandaya üç futbolçu vermişik. Bunlar 1996-1997 təvəllüdlü uşaqlardı. Həmin futbolçular millidə oynamağa qadirdi. Mən sizə reallığı danışacam. U-21-in məşqçilər korpusu “Kəpəz”in əsas heyətinə diqqət edir. Yəni əsas komandadan oyunçu cəlb etmək istəyirlər. İndiyə kimi Yaşar Vahabzadə bir-iki dəfə bizimlə əlaqə saxlayıb, əvəzedici heyətdə işlərin necə getdiyini soruşub. Bizim strategiyamız fərqlidi. İndi mənim baş məşqçi olduğum kollektiv əsasən 1996, 1999 və 2000 təvəllüdlü uşaqlardan təşkil olunub. Həmin futbolçuların da U-21-in heyətində oynaya biləcək gücdə olduğunu düşünmürəm. Çox istərdim ki, yığmada bizim komandadan da futbolçular oynasın”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:04 “Cəhənnəm”də “sülh” Bu gün, 15:59 “Neftçi” ümid verib, uduzdu Bu gün, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu Bu gün, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir Bu gün, 15:46 Coşqun yenə atasını məyus etdi Bu gün, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” Bu gün, 15:38 5 və 10 manatlıq biletlər tükəndi Bu gün, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı Bu gün, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi Bu gün, 15:35 Kamran yenə ehtiyatda qaldı Bu gün, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi Bu gün, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı Bu gün, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu Bu gün, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi Bu gün, 15:25 Cüdoçular Mariborda tarix yazdı Bu gün, 15:21 Millimiz Bakıda italyanlara uduzdu Bu gün, 15:20 Lunyov mövqeyini qorudu Bu gün, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir 10-09-2017, 18:34 DİVİZİON XƏBƏRLƏRİ Bütün xəbərlər
Ən çox oxunanlar