06 sen 16:31olke

Reaksiyalar

Reaksiyalar
Rəşad Sadıqov: “Qələbə qazanmaqla üç gün əvvəlki yenilgini az da olsa unutdurmaq istəyirdik. Üstün futbolla layiqli qələbə qazandığımızı düşünürəm. Sevindirici hal qolların düşünülmüş hücumlar sonrası vurulmasıydı. Bir qədər diqqətli olsaydıq, hesab arasındakı fərq daha böyük ola bilərdi. Həyatda heç kimə heç nəyi sübut etməyə çalışmamışam. Bu gün istəkli və soyuqqanlı görünməyin içimdəki gərginliklə bağlıydı. Həm Şimali İrlandiya, həm də Norveçlə oyunlardan sonra böyük təəssüf hissi keçirmişdim. Halbuki həmin oyunları optimal formada oynamamışdım. Şimali İrlandiya ilə matça düz-əməlli hazırlaşmamışdım. Ancaq elə durum idi ki, meydana çıxmalıydım. 90 dəqiqə ərzində pis oynamadım, son saniyələrdə topu uzaqlaşdırmaq istəyərkən etdiyim səhv yığmanı uduzdurduNorveçdəki avtoqol da mənə çox pis təsir etdi. 3 gün idi San Marinoyla oyunu gözləyirdim ki, qələbə qazanaq, mən də az da olsa sakitləşim. Amma indi düşünürəm ki, avtoqol tarixdə qalır və heç vaxt unudulmur. 7 ildən sonra yığmada qol vurmağıma gəlincə, 35 yaşıma qədər texniki fəndlə vurduğum ilk qoldu. Buna qədər əsasən qüvvətli zərbələrə üstünlük verirdim. Ağabala ilə Riçard da vurmaq istəyirdi. Onlardan icazə aldım və sağ olsunlar, güzəşt etdilər. Məni Rəşad Sadıqov edən azarkeşlər olub. Pullar qazanmışıq, özümüzə şərait qurmuşuq. Ancaq mənim üçün ən vacibi xalqın sevgisi olub. İllərdi qazandığım sevgini 1-2 oyunda itirmək mənə ağır gəlir. Ona görə də çalışıram ki, sona yaxın yaxşı mənəda nəsə edim. Bu gün tribunalarda “Rəşad, Rəşad” səslərini eşitmək mənim üçün mükafatdan daha artıq idi. “Neftçi”də, yaxud U-21-də baş məşqçi kimi çalışacağımla bağlı deyilənlərə münasibət bildirmək istəmirəm. Hazırda “Qarabağ”ın futbolçusuyam və bütün diqqətimi oyunuma yönəltmişəm. Bəli, bəzən karyeramı başa vurmaqla bağlı düşünürəm. Xaraktercə həssas adamam, xoşagəlməz hal baş verən kimi getmək haqda düşünürəm. Ətrafımdakılar və dost-tanış fikrimdən daşındırır. Çempionlar Liqasının qrup mərhələsini başa vuraq, ondan sonra qərar verəcəm. Millidə sonuncu oyunum olmasa da, sona yaxınlaşıram. Tsiklin ilk 3 oyununda topladığımız 7 xal hamımızı aldatdı. İnsanlarda belə fikir formalaşmışdı ki, sanki biz daha artığını bacarırıq, siz qarışıq hamımız həvəsləndik. Halbuki hər br komandanın real gücü var. Bu gün səfərdə Norveçə uduzmağımız reallıqdı. Qrupu 13 xalla 3-cu, yaxud 4-cü pillədə başa vura bilsək, bizim üçün yaxşı nəticə olacaq. Növbəti püşkatmada 4-cü səbətdə yer alsaq, ölkəmiz adına əla göstərici olacaq. Həlledici anlarda ustalıq səviyyəsi çatmır. Hamı bizdən çox şey gözləyir, hətta özümüz-özümüzdən də. Zamanla düzələcək. Çexiya ilə oyunda mütləq qələbə qazanmalıyıq”.

Araz Abdullayev: “Norveçə uduzandan sonra əhvalımız korlanmışdı. Ancaq bu gün oyunun əvvəlində azarkeşlərin dəstəyini görəndən sonra 3 gün əvvəlki məğlubiyyəti unutduq. Azarkeşlər sağ olsunlar, möhtəşəm ab-hava yaratmışdılar. Biz də onların borcundan çıxmaq üçün əlimizdən gələni etdik. Ümid edirəm ki, qələbə onların xoşuna gəldi. “Bakcell Arena”da oynamaq daha rahatdı. Tribunalar meydançaya yaxındı deyə, ab-hava yaxşı olur. Futbolçular da bundan ruhlanır. Oyun başa çatandan sonra AFFA rəhbərliyi paltardəyişmə otağına gəlib bizi təbrik etdi və Çexiya ilə oyunda növbəti qələbəni gözlədiklərini dedilər. Uduzanda hamımızın qanı qaralır. Udanda hamı kimi, baş məşqçimizin də üzü gülür. Özümdə hansısa xüsusi motivasiyanın olduğunu deməzdim. Həmişəki Araz idim. Əlimdən gələni etdim, necə alındığına azarkeşlər qiymət verə bilər. Ola bilsin, qol vurduğuma və qol ötürməsi verdiyimə görə seçildiyimi düşünürsüz. Ancaq bu qələbə meydanda olan bütün futbolçuların zəhmətinin bəhrəsidi. Ramil Şeydayev yaxşı futbolçudu, zamanla “artıracaq”, qollar vuracaq. Belə komandalara çox qol vurmalıyıq. Ona görə də Ramilin fərqlənməsini istəyirdik. Yığma tarixində ilk dəfə 5 qol vurub, seçmə mərhələdə 10 xal topladıq. Əlbəttə, sevindirici haldı, amma bununla öyünə bilmərik. Qarşıda bizi daha iki çətin oyun gözləyir... Legioner həyatı yaxşıdı. Özümü çox rahat hiss edirəm. Vaxt ötdükcə daha da yaxşı olacaq. Bilirəm, çoxdan getməliydim. Amma yenə də gec deyil. Azərbaycanı layiqincə təmsil etmək üçün əlimdən gələnin ən yaxşısını etmək istəyirəm”.
Ağabala Ramazanov: “Norveçə uduzandan sonra hamı bizdən qələbə gözləyirdi. Biz də bunu düşünüb ən yaxşısını etmək istəyirdik. Düzdü, bacardıqca çox qol vurub top fərqindəki göstəricini yaxşılaşdırmaq istəyirdik. Amma konkret 4-5, ya da 6 qol vurmaq haqda söhbət olmamışdı. Zədədən sonra bir müddət yaşıl meydanlardan kənar qalmışdım. İstər-istəməz oyuna təsir edir. Amma bu gün çox rahat edim, hansısa ağrı hiss etmədim. Oyundan sonra Rövnəq Abdullayev bizi təbrik etdi və Çexiya ilə görüşdə də qələbə gözlədiyini dedi. Növbəti oyun üçün motivasiya verdi (gülür). İnşallah, ən yaxşısını etməliyik”.
Təmkin Xəlilzadə: “Azərkeşlərimizin önündə oynayırdıq. Şimali İrlandiya və Norveçə məğlubiyyətdən sonra xal itirmək haqqımız yox idi. Ona görə də məqsədimiz bacardıqca çox qol vurub qələbə qazanmaq idi. Baş məşqçi oyundan əvvəl tapşırmışdı ki, hər qol fürsətindən maksimum yararlanmaq lazımdı. Açığı, debüt oyunu idi deyə, həyəcan keçirmirdim. Adi oyun kimi gəldi mənə. Ən düzgün qiyməti siz və azarkeşlər verə bilər. Qələbədə az da olsa payım oldusa, buna görə çox xoşbəxtəm. Debüt matçımda rəqibin avtoqoluna səbəbkar olmağım xoş hissdi. Qolu kimin vurması önəmli deyil. Əsas odu, əla nəticəylə qalib gəldik. O qolu buraxmasaydıq, lap yaxşı olardı”.
Ramil Şeydayev: “Özümü əla hiss edirəm. Əsas odu, yığma mükəmməl nəticəylə qalib gəldi. Özüm fərqlənə bilməsəm də, çox sevinirəm. Bəli, imkanlarım oldu, qol vura bilmədim. Niyə fərqlənə bilmədim? Görünür, ustalıq səviyyəm o səviyyədə deyil (gülür). Üzərimdə çox çalışmalıyam. 2-3 şansdan 1-ni qola çevirməliydim... “Qarabağ”la müqavilə bağlamamışdan əvvəl atamla və yaxınlarımla məsləhətləşdim. Təbii ki, “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması da seçimimə təsirini göstərdi. Həm də Azərbaycanda oynayacam, yığmanın məşqçilərinin gözü qarşısında olacam. Bilirəm, “Qarabağ”da ciddi rəqabət var. Əsas heyətdə yer almaq istəyirimsə, daha çox çalışmalı, özümü göstərməliyəm”.
Renat Dadaşov: “Debüt oyunumda yığmanın bu hesabla qalib gəlməsi fantastik hissdi. Özümü ən xoşbəxt insan hesab edirəm. Xallarımızın sayı 10 oldu. Daha çox çalışmaqla sayı 13 edə bilərik, öz əlimizdədi. Neçə dəqiqə oynamağım önəmli deyil. Baş məşqçinin qərarıdı və mən buna hörmətlə yanaşıram. Vacib odu ki, əsas yığmanın formasında meydana çıxdım”.
Andrea Qrandoni: “Bu cür hesabla uduzduğumuza görə çox məyusuq. Eyni zamanda yorğun olduğumu deməliyəm. Bu gün həqiqətən çox qaçdıq, mübarizə apardıq. Rəqib topu özündə saxlamaqla bizi daha çox qaçmağa məcbur edirdi. Fikrimcə, oyun planında pis oynamadıq. Sadəcə, həlledici anlarda kobud səhvlər yekun nəticədə özünü göstərdi. Sonuncu iki qolu buraxmamalıydıq. Yəni kobud səhvlərimizdən sonra vuruldu. Düzü, Bakıya gələndə bu cür yenilgini ağlımdan keçirməmişdim. Bakıya heç-heçə etmək arzusuyla gəlmişdik. Şəxsən 0:0 gözləyirdim, 1:1 də pis olmazdı. Amma Azərbaycan yığmasındakı hücumameyilli futbolçular bacarığını ortaya qoydu. Texniki bacarıqları yüksək səviyyədədi. Şimali İrlandiya, Norveç və Azərbaycanın oynadığı futbolu müqayisə etsəm, Norveçin daha üstün olduğunu deyə bilərəm. Sadəcə, nədənsə onlarda alınmır. Komanda şəklində çox güclüdülər. 3-cü pillənin sahibi onlar olmalıdı. İrlandlar isə futbol oynamır, sırf nəticə qazanmaq üçün çalışırlar. Azərbaycan millisinin sərgilədiyi futbol irlandların göstərdiyi oyundan daha gözəgəlimlidi. Qrupda sonuncu olmağımızı və bu qapımızdan bu qədər top buraxmağımızı başa düşmək olar. Hamımız həvəskar futbolçularıq. Futbol bizim üçün ikinci iş, belə deyim, hobbidi. Məsələn, mən ali məktəbdə təhsil alan tələbəyəm. Əsas diqqətimi dərslərimə ayırsam da, futbol oynamaqdan zövq alıram. Digər komanda yoldaşlarımın hərəsi bir işdə çalışır. Vurduğumuz qolu niyə coşquyla qarşıladıq? Çünki cari seçmə mərhələdə ikinci qolumuz idi. Bunun özü də sevindirici haldı.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 10:06 Həftənin idman proqramı Bu gün, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi Bu gün, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı Bu gün, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq Bu gün, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü Bu gün, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı Bu gün, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü Bu gün, 09:43 Yığmanın heyəti açıqlandı Bu gün, 09:42 AÇ üçün rekord müraciət 15-07-2019, 14:37 PFL yeni mövsümə yenilənmiş Əsasnamə ilə başlayacaq 15-07-2019, 14:35 Çimərlik futbolu üzrə yığmanın üzvlərinə danışmaq qadağası qoyulub 15-07-2019, 14:32 Kamran Quliyev legioner transferini istisna etmədi 15-07-2019, 14:28 “Neftçi” işinin öhdəsindən gəldi 15-07-2019, 14:26 Vidadi Rzayev “Səbail”in də şansının olduğunu düşünür 15-07-2019, 14:24 Ramil “Dinamo”nun heyətində rəsmi oyuna çıxdı 15-07-2019, 14:21 Ağabala dubl edəcəyini gözləmirmiş 15-07-2019, 14:18 “Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb” 15-07-2019, 14:15 Yaşıllığa bürünən, dəbdəbədən uzaq Kişinyov... 15-07-2019, 14:13 Proqrama pul tapmadız? 15-07-2019, 14:11 Mövqeyimiz dəyişmədi 15-07-2019, 14:07 Transfer dosyesi 15-07-2019, 14:04 Rəşid Mahmudov Moskvada Peleni canlı izləyib 13-07-2019, 15:35 Voleybol yığmamız Bolqarıstana yollandı 13-07-2019, 15:28 Nazim Babayev bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir 13-07-2019, 15:23 Nikola Yurçeviçin məzuniyyəti bitdi 13-07-2019, 15:20 “İmarət”dən “Forza Neftçi”nin Moldova səfərinə atmaca 13-07-2019, 15:16 Rəmiş Malıyev “Keşlə”dən və futboldan getdi 13-07-2019, 15:09 “Forza Neftçi” Kişinyovda da tribunaya fişəng keçirdi 13-07-2019, 15:01 “Neftçi” mərhələnin taleyini Kişinyovda həll etdi 13-07-2019, 14:56 “Sperantsa”nın baş məşqçisi boşboğazlıq etdi 13-07-2019, 13:17 “Qəbələ”nin gücü bir hissəyə çatdı 13-07-2019, 13:15 Region Liqasının mükafatçısı üçün tədbir 13-07-2019, 13:09 Aftandil Hacıyev: “Əlbəttə, çalışacağıq, amma çox çətin görünür” 13-07-2019, 12:59 Ağabala “Səbail”i məğlubiyyətdən qurtara bilmədi 13-07-2019, 12:48 “Qarabağ” səhərəyaxın qayıtdı 13-07-2019, 12:44 “Qarabağ” biletləri satışa çıxardı 13-07-2019, 12:39 Aqolli heç-heçəni “Qarabağ” üçün uğurlu nəticə sayır 13-07-2019, 12:35 “Partizani” rəhbərliyi məmnundu 13-07-2019, 12:24 “Neftçi”ni məyus etmiş komandanın oyunçusu “Keşlə”də 13-07-2019, 12:18 Əsgər Abdullayev “Araz Naxçıvan”da! 13-07-2019, 12:15 Nazim Süleymanovun qalmaqallı müsahibəsinə sözardı 13-07-2019, 12:12 İki azərbaycanlı ulduzun avrokubok macəraları 12-07-2019, 12:36 Federasiya Fransa çempionu olan basketbolçuyla maraqlanmır 12-07-2019, 12:33 Yığmanın baş məşqçisi istefa verdi 12-07-2019, 12:30 Məğlubiyyətdən başqa istənilən nəticə Bordini qane edəcək 12-07-2019, 12:26 "Sperantsa" ilə oyunöncəsi 9 saatlıq yolculuq 12-07-2019, 12:22 “Forza Neftçi” gömrük məntəqəsində problemlə üzləşdi 12-07-2019, 12:20 "Neftçi" yayın hüququnu 5 min avroya aldı 12-07-2019, 12:11 “Zirə”nin prezidenti istefa verdi 12-07-2019, 12:01 Nazim Süleymanov “vulkan kimi püskürdü” 12-07-2019, 11:58 “Tofiq Bəhramov” avropalılar önünə sökük örtüklə çıxacaq 12-07-2019, 11:55 Riad Rəfiyev Nazim Süleymanova cavab verməyi lazım bilmədi 12-07-2019, 11:47 MOK və AFFA Vaqif Davudovu yubileyi münasibətilə təbrik etdi 12-07-2019, 11:45 “Qəbələ” Adeniyini 100 min avroya icarəyə verdi 12-07-2019, 11:44 “Sabah” transferlərdən “doymur” 12-07-2019, 11:42 Rəhim Həsənov Slovakiyaya gedir 11-07-2019, 18:36 Sakit Alıyevin xatirə turniri başa çatdı Bütün xəbərlər
Ən çox oxunanlar