04 sen 21:48olke

30 avqust 2012: yada düşən xatirələr...

30 avqust 2012: yada düşən xatirələr...
Gündüz Abbaszadə baş nazirin başına su tökübmüş
2012-ci il, avqustun 30-u. İllər keçsə də, bu tarix çətin unudular. Azərbaycanlı futbolsevərlərin sevincinin həddi-hüdudu yox idi. Gecə saatlarında küçələrə axışan insanlar, maşın karvanlarının yaratdığı tıxaclar və əsl futbol bayramı. “Neftçi” Avqoliqanın qrup mərhələsinə vəsiqə qazanmışdı. Hamı şokdaydı, nə baş verdiyini anlamaqda çətinlik çəkirdik.
“Ağ-qaralar” Bakıda məğlub edə bilmədiyi APOEL-in qapısına səfərdə 3 qol vurub Avqoliqanın qrupuna düşməklə ölkə futbolu tarixində ilkə imza atmışdı. Bilirsiz, bu hansı APOEL idi? 2009/10 və 2011/12 mövsümlərində Çempionlar Liqasının qrup mərhələsində çıxış edən, “Çelsi”, “Atletiko”, “Portu”, “Şaxtyor”, və “Zenit”ə qarşı mübarizə aparan komanda. “Neftçi”yə boyun əydiyi mövsümdən sonra müntəzəm Avroliqanın və Çempionlar Liqasının qrup mərhələlərində çıxış edən APOEL. Bakılılar rəqibin ad-sanından çəkinmədən Nikosiyada kiprli futbolçuları dizlərini yerə qoymağa məcbur etdi. Məhz bu uğur ölkə futbolunda canlanma yaratdı, “Qarabağ”la “Qəbələ”yə əlavə ruh verdi. Belə deyək, təmsilçilərimizin avrokuboklarda adından söz etdirməyə başladığı tarix məhz avqustun 30-dan başladı.
Təəssüf ki, bəzi qüvvələr həmin uğurları unutmağa və unutdurmağa çalışır. Son ikiilyarımda “Neftçi”də heç bir iş görməyən, komandanı biabırçı vəziyyətə salanlar məlum uğura biganədi. Bunu klub saytındakı xəbərlərdən də görmək mümkündü. Başını “N-kart” satmağa, Nadir Nəbiyevin ad gününü qeyd etməyə qatanlar karyerasının 10 ilini ağ-qara rənglərə həsr etmiş Bəxtiyar Musayevin anasının rəhmətə getməsinə görə başsağlığı vermədiyi kimi, avqustun 30-da adi xatırlatma etməyi də məsləhət bilmədi. Halbuki üstündən 5 il ötürdü. Adi bir xəbərlə “Neftçi” azarkeşlərini keçmişə qaytarmaq olardı. Rəqib komandaların azarkeşlərinə “Neftçi”nin tarixini xatırlatmaq pis olmazdı. Etmədilər. Niyə, nə üçün? Səbəbini bilənlər bilir.
“Futbol+” olaraq 2012-ci il avqustun 30-nu indiyə qədər xatırlayırıq. O gün təkcə ölkə futbolunun uğur günü deyildi. O qələbə həm də biz jurnalistlərə xeyli material vermişdi, qrup mərhələsi çərçivəsində “İnter” kimi İtaliya nəhəngi Bakıya səfər edəcəkdi, azərbaycanlı jurnalistlər Milandan, Belqraddan, Kazandan reportajlar hazırlayacaqdı. Avqustun 30-u unudulmadığı kimi, 2017-ci il avqustun 23-ü də ömürlük yaddaşlara həkk olunacaq (“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandığı gün).
Nikosiya zəfərinin iştirakçısı olmuş “Neftçi” rəsmiləri ilə qısa söhbətdə həmin gündən yadda qalan maraqlı xatirələri bizimlə bölüşməyi xahiş etdik.
Tahir Süleymanov: “İlk növbədə sizə təşəkkür edirəm. Azərbaycan klub futbolu üçün tarixi günü, anları unutmursuz. 30 avqust 2012-ci il klublarımızın böyük futbolda qrupların qapısını açdığı gündü. 5 il böyük məsafə deyil, artıq "Qarabağ" Çempionlar Liqasının qrupundadı... Maraqlı hadisələr çox olub. Hamısını yada salsaq, 2-3 səhifəyə sığmaz. Oyundan bir gün öncə yerli çılğın azarkeşlərin yerləşdiyimiz otelin qarşısında komandamıza təzyiq göstərmək istəyi, mətbuat konfransında yerli jurnalistlərin "tribunaya 25 min azarkeş Yunan Kiprinin bayraqları ilə gələcək, qorxmursuz ki" sualları, Böyükağa Hacıyevin isinmə hərəkətləri zamanı azarkeşlərlə insidenti, Gündüz Abbaszadənin qol zamanı çılğınlıq edib naziri sulaması və s. Unutmadığım hadisələrdən biri oyunun fasiləsində yaşandı. Bizimlə səfərə 14 jurnalist getmişdi. Onlardan biri Anar Cəfərsoy idi. Gördüm Gündüz Abbaszadə narahatdı və telefonda kiməsə deyir ki, “sonra qəzasını qılarsan, indi başımız qarışıqdı”. Məsələ ilə maraqlandım. Sən demə, Anar Cəfərsoy fasilədə namaz qılmaq istəyirmiş. Təsəvvür edin, stadion ərazisində özümüz təhlükəsizlik xidmətinin nümayəndələrinin müşayiət ilə hərəkət edirdik. Vəziyyət çox gərgin idi, APOEL hesabda geridə olduğuna görə tribunalar "dağılırdı". Bütün bu çətinliklərə baxmayaraq, Anar Cəfərsoyun namaz qılması üçün xüsusi otaq, mühafizə xidməti təşkil etdik və tribunadan düşüb namazını qıldı... Oyundan sonra isə nələr baş vermədi. 3-4 saat stadionu tərk edə bilmədik. Çılğın azarkeşləri polislər sakitləşdirə bilmirdi. Məşqçi və futbolçuların paltardəyişmə otağından çıxmasına icazə vermirdik. Klub rəhbərliyi olaraq, UEFA nümayəndəsinə şikayət edirdim ki, bu an tuneldə sifəti qana bulaşmış polislərin xərəklərdə təcili yardım maşınına gətirildiyini gördüm. Vəziyyət çox kritik idi. Ara sakitləşəndən sonra ən unudulmaz anlardan biri APOEL-n idman direktorunun boynunda olan qrup oyunları üçün akkreditasiyasını çıxararaq mənim boynumdan asması və təbrik etməsi oldu”.
Gündüz Abbaszadə: “Səfərə 14 jurnalistlə getmişdik. Onlardan biri də “Futbol+”in əməkdaşı idi. Nikosiyada yaşananların canlı şahidi elə həmkarlarımızdı. Jurnalistlərin stadionda hansı çətinliklər altında çalışdığını şəxsən gömüşdüm. Yerli azarkeşlər əllərinə keçən əşyaları həmkarlarımıza tərəf atırdılar. Məcbur olub polislərdən “canlı sədd” düzəltdirdik ki, xəsarət alan olmasın. Qələm əhli 90 dəqiqə ərzində sanki müharibə şəraitində yaşadı. Oyun başa çatandan sonra bir neçə saat stadionda qalmağımız, azarkeşlərin polisləri yaralaması, Böyükağa Hacıyevin mətbuat konfransında dedikləri – bütün bunlar öz yerində... Oyunu rahat izləmək üçün “Neftçi” rəhbərliyinə, rəsmilərinə “skay-boks” ayrılmışdı. Sadıq, Sadıqov, Tahir Süleymanov, eləcə də klubun başqa rəsmiləri matçı birgə izləyirdi. Bizə “skay-boks”da siqaret çəkməyin qadağan olduğunu bildirdilər və deyilənə əməl etdik. Təxminən 10-15 dəqiqə sonra bizdən bir neçə metr aralıda əyləşən APOEL rəsmilərindən biri siqareti yandırıb belə də olmalıymış kimi damağına qoydu. Bunu görən bizim klub rəsmilərindən biri də siqaret yandırınca, mühafizəçi yaxınlaşıb növbəti dəfə siqaret çəkməyin qadağan olduğunu dedi. Mən də dözməyib, “sizinkilərə olarsa, bizə niyə olmaz” sualını verdim. Çünki eyni kabinetdə oturmuşduq. Mübahisənin böyüdüyünü görən Sadıq Sadıqov əsəbləşdi və oyuna Zaur Mütəllimov və mənimlə birgə eyvandakı monitorda baxmağı üstün tutdu. Belə deyim, onlarla bir otaqda oturmaq istəmədi. Televiziya işçisi olduğumdan, televizora ötürülən siqnalın 10-12 saniyə gecikdiyini bilirəm. Hesab 0:0 idi deyə, həyəcan zirvə həddinə çatmışdı. Oyuna gecikmə ilə baxa bilməzdim. Ona görə də yenidən “skay-boks”a qayıdıb, əlimdə su oyunu izlməyə davam etdim. Yanımda bəstəboy idmançı dayanmışdı. Qulaqlarına baxanda başa düşülürdü ki, güləşçidi. Kim olduğunu bilməsəm də, kiprli olduğuna əmin idim. Hər nə isə, “Neftçi” birinci qolu vuranda sevincimdən atılıb-düşdüm. Və bir də baxdım ki, ayaqlarım yerdən üzüldü. Haqqında danışdığım idmançıydı, ayaqlarıma girib havaya qaldırdı. Dərhal iki polis peyda oldu, qollarımdan tutub ordan uzaqlaşdırmağa çalışırdılar. Eskalatora tərəf aparanda başda Sadıq Sadıqov olmaqla, digər klub rəsmiləri yaxınlaşıb nə baş verdiyini, hansı günah sahibi olduğumu soruşdular. İşə APOEL-in prezidenti qarışdı. Rus dilində yaxşı bilirdi deyə, onunla ünsiyyət qurmaq bizim üçün asan idi. Məlum oldu ki, sevindiyim anda əlimdəki suyu bilmədən baş nazirin başına tökmüşəm. Dediyim güləşçi də nazirin şəxsi mühafizəçisi imiş. Sonradan həmin mühafizəçi də, polislər də məndən üzr istədi, qonaq klubun rəsmisi olduğumu bilmədiklərini dedilər”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var Dünən, 12:35 Almeyda Şeferin komandasında oynayacaq Dünən, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi Dünən, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı Dünən, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu Dünən, 12:29 “Neftçi”də ispan məşqçi Dünən, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” Dünən, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi Dünən, 12:20 “Zirə” Krnetanı qaytardı Dünən, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü Dünən, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı Dünən, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir Dünən, 12:07 Rüfət Dadaşovu qınayırlar... Dünən, 12:05 2020-ci ildə ilk heç-heçə Dünən, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... Dünən, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Bütün xəbərlər
Ən çox oxunanlar