04 sen 18:42olke

“Qarabağ” U-19-a üç legioner cəlb edib

“Qarabağ” U-19-a üç legioner cəlb edib
Rəşad Sadıqov: “Gənclərlə əsas komanda eyni gündə oynayacaq”
“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması təkcə əsas komandanın üzvlərinin üzünü güldürmədi. Onlarla yanaşı, U-19-un futbolçuları da “göyün yeddinci qatına qalxanlar” arasındaydı. Zarafat deyil, ölkə çempionu olan gənclər Azərbaycan futbolu tarixində ilk dəfə UEFA Gənclər Liqasının qrup mərhələsində çıxış edəcək. Ən diqqətçəkəni “köhlən atlar”ın 19 yaşlılarının “Çelsi”, “Roma” və “Atletiko”dan olan həmyaşıdları ilə üz-üzə gələcəyidi. Şübhəsiz, çətin olacaq. Futbolçular kimi, baş məşqçi Rəşad Sadıqov da məsuliyyətin nədən ibarət olduğunu dərk edir. Cəmi 35 yaşında, həm də əsas komandanın üzvü ola-ola Gənclər Liqasının qrup mərhələsində iştirak üçün komanda hazırlayan yığmanın kapitanı məşqçi kimi ciddi sınaq qarşısındadı. Bu, Rəşad üçün həm də böyük təcrübə olacaq. İlk matç səfərdə “Çelsi”yə qarşı olacaq ki, oyuna qədər 10 gündən artıq vaxt var. Buna baxmayaraq, qaranlıq məqamlar yetərincədi. Suallara ən dolğun cavabları Sadıqovun özündən ala bilərdik.
- U-19-da vəziyyət necədi? Bildiyimizə görə, ötən il çempion olan futbolçuların böyük əksəriyyəti komandanı tərk edib, onların əvəzinə yenilər cəlb olunub. Baş məşqçi kimi bu məqam səni narahat etmir ki?
- Mövsüm başa çatandan sonra böyük problemlərlə qarşılaşdım. Ötənilki heyətdən vur-tut 2-3 futbolçu oynaya biləcək. Oyunçuların 90 faizi dəyişib. U-19-da işləmək bu yaşda mənim üçün böyük təcrübə oldu. Həm Çempionlar Liqasına vəsiqə qazandıq, həm dəyişikliklər etdik. Qısa zaman kəsiyində bu cür işin öhdəsindən gəlməyin, çətinliklərin həllinə çalışmağın özü böyük təcrübədi. Çempionatda eləydi ki, istədiyim oyun üslubunu futbolçulara aşılaya bilmişdim. Onlardan nə istədiyimi bilirdilər. Lakin bu dəfə hər şeyə sıfırdan başlamalı olduq. Bəzi transferlər etdik, bir neçə futbolçunu icarəyə götürdük. Xaricdən üç legioner dəvət etdik. Əlbəttə, çox çətindi, çox. Hazırlaşırıq, görək necə olacaq.
- Komandanı hazırlamağı başa düşdüm. Bəs oyuna kim çıxaracaq?
- Bu haqda indidən nəsə deyə bilmərəm. Son qərarı oyun günlərində verəcəyik. Komandanı əvəzedicilərin baş məşqçisi Aftandil Hacıyevlə birgə hazırlayırıq. Sağ olsun, mənə çox kömək edir, dəstək olur. Mən də olmasam, komandanı oyuna Aftandil müəllim çıxaracaq. Onsuz da Gənclər Liqasında mübarizə aparacaq komandanı əvəzedici heyətin üzərində hazırlayırıq. Çempionatın ilk 3 turunda həmin kollektiv meydana çıxıb. Ola bilsin, texniki zonada özüm oldum. Açığı, belə istəyim var. Qurban Qurbanovla söhbətim olacaq, icazə versə, məsləhət bilsə, özüm çıxaracam. Olmasam da, Aftandil Hacıyev ordadı.
- Rəqibləri tanımaq yönündə nə etmisən? Hər halda, adlı-sanlı rəqibləri yaxından tanımaq, oyunlarını təhlil etmək olduqca vacibdi.
- Düzünü desəm, bu günə qədər “Çelsi”nin U-19-nun oyununa baxmamışam. Qarşıda bizi millinin iki vacib qarşılaşması gözləyir. Bütün diqqətimi bu oyunlara yönəltmişəm. Bəzi mütəxəssislər bu yöndə bizə kömək edir. Material toplayır, yeni nələrisə öyrənib bizə çatdırmağa çalışırlar. Yığmanın Norveç və San Marino ilə matçlarından sonra 2-3 gün dincəlmək imkanım olacaq. Məhz həmin vaxtı “Çelsi”ni təhlil etməyə ayıracam. Rəqib güclüdü, son üç ildə 2 dəfə bu yarışın qalibi olublar. Üstəlik, səfərdə oynayacağıq. Həm mənim, həm də futbolçular üçün ciddi sınaq olacaq. İstənilən halda, vətənə sərfəli nəticə ilə qayıtmağa çalışacağıq.
- Rəqiblərin adlı-sanlı komandalar olması baş məşqçi kimi səni narahat etməyə bilməz. Komanda yeni yığılıb, sən də bu sahədə yenisən. Yəni həyəcanın olması normaldı. Bəs arxayın olduğun nədi? Kimə, nəyə güvənirsən?
- Məni ən çox sevindirən amil uşaqların bu oyunlara böyük həvəslə, istəklə hazırlaşmasıdı. Yəni onlarda hansısa həyəcan, qorxu hiss etmirəm. Əksinə, oyunun başlamasını arzulayır, gözləyirlər. Məşqlərdə hamı bir nəfər kimi canını qoyur. Belə deyim, onların xarakterinə, xüsusi istəklərinə arxayınam. Məni ən çox narahat edən son günlərdə komandaya 5 yeni futbolçunun qoşulmasıdı. Onlarla birlikdə oyun keçirə bilməmişik. “Çelsi”ylə matça qədər də çempionatda cəmi 1 tur olacaq. İlk qarşılaşmada oyun təcrübəsinin azlığı baxımından müəyyən çətinliklərimiz olacaq. Bir-birinə alışmaları üçün istər-istəməz zamana ehtiyac var. Çətinlikləri aşmaq üçün bütün enerjimi sərf edəcəm. Yığmada və “Qarabağ”da oynayıram, PRO kateqoriyasına sahib olmaq üçün təhsilimi artırıram, eyni zamanda baş məşqçi kimi U-19-u Gənclər Liqasına hazırlayıram. İçimdə belə bir hiss var ki, Allah məni bu sınaqlarla böyük işlərə hazırlayır.
- Bu yay başını qaşımağa vaxtın olmadı. Şimali İrlandiya ilə oyuna hazırlıq, “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışı və zədələr. Belədə U-19-a necə vaxt ayıra bildin?
- Dediyiniz kimi, işlərimin çoxluğuna baxmayaraq, çalışırdım prosesləri diqqət mərkəzində saxlayım. Səfərdə olanda işləri telefon əlaqəsi ilə tənzimləyirdim. Məşq planıdı, transfer çalışmalarıdı və s. Bakıda olanda isə birbaşa özüm məşğul olurdum. Hamısına vaxt ayırmağa çalışırdım.
- U-19-un oyunları əsas komandanın qarşılaşmasından bir gün əvvəl baş tutacaq. Belədə əsas komandanın üzvləri ilə klub rəhbərliyinin U-19-un çıxışını canlı izləmək imkanı olacaq. Ən azı futbolçulara ciddi motivasiya olar.
- Gənclərlə əsas komanda eyni gündə oynayacaq. Avropa vaxtıyla günorta 1-də U-19 meydana çıxacaq, bundan 8 saat sonra, yəni axşam 9-da əsas komanda mübarizə aparacaq. Növbəti turda U-19 günorta 3-də “Roma”nı qəbul edəcək, axşam 9-da əsas komanda oynayacaq. İmkan olsa, təbii ki, əsas komanda və rəhbərlik oyunları izləyəcək.
- Legionerlər dedin. Kimdilər, hansı ölkələrdəndilər?
- Biri ukraynalıdı. Ötən mövsüm Ukraynanın elitasında “Volın”ın heyətində 7 oyunda meydana çıxıb. Digər iki nəfər isə Makedoniyanın U-19 yığmasının üzvləridi. Klub olaraq “Rabotniçki”nin şərəfini qoruyublar. Ukraynalının keçidini həll etmişik, makedoniyalıları isə icarəyə götürmüşük. Bizi qane etsələr, gələcəkdə birbaşa müqavilə bağlaya bilərik.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar