31 avq 22:29olke

Böyükağa Hacıyev Prosineçkinin iş metodunu bəyənir

Böyükağa Hacıyev Prosineçkinin iş metodunu bəyənir
“Məhz o açara sahib çıxan şəxs “Neftçi”ni uğura daşıya bilər”
İstəsək də, istəməsək də, ən azı bu gün üçün “Neftçi” Azərbaycan futbolunun simasıdı. Bu gün bütün respublika “Qarabağ”ın tarixi uğuruna sevinib Qurban Qurbanov və yetirmələrinin qəhrəmanlığından ağızdolusu danışsa da, ölkənin ən yaşlı klubunun tarixdə izi tam başqadı. Bəlkə də illər sonra nəsillər və futbola baxış dəyişəcək, “Qarabağ”, “Qəbələ” və ya başqa klublar önə çıxaraq Azərbaycanın adını zirvələrə daşıyacaq. Ancaq etiraf edək ki, “Neftçi” hələ də ölkədə “flaqman” statusunu daşıyır. Baxmayaraq ki, son illər paytaxt təmsilçisi “qara zolağ”a düşüb, eniş dövrünü yaşayır. Müstəqillik illərində “ağ-qaralar”ın ən uğurlu çalışdırıcılarından sayılan, hazırda Məşqçilər Komitəsinin üzvü olan Böyükağa Hacıyevi aramaqda məqsədimiz komandanın bugünkü durumu ilə bağlı söhbətləşmək, təcrübəli mütəxəssisin böhrandan çıxmaq üçün nə təklif etdiyini bilmək idi.
- Birvaxtlar böyük uğurlara imza atdığınız “Neftçi” yeni “futbol ili”nə də yaxşı başlamayıb. Baş məşqçisi istefaya göndərilən komandanın bugünkü durumu ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Çox heyfsilənirəm. Mənim qoyub getdiyim “Neftçi”dən əsər-əlamət qalmayıb. Ölkənin ən köklü komandası miskin duruma düşüb ki, bu da ürəyimi ağrıdır. Ötən mövsümdən sonra fikirləşirdim ki, rəhbərlik, məşqçilər korpusu uğursuzluqdan dərs çıxarar, mövsümlərarası fasilədə komandanı gücləndirər, oyun planında inkişafa nail olarlar. Ancaq geridə qalan 3 tur göstərdi ki, “Neftçi”də heç nə dəyişməyib. Əksinə, vəziyyət daha da pisləşib.
- Sizcə, komandanı böhrandan çıxarmaq üçün nə lazımdı?
- Mənim kimi baş məşqçi.
- Özünüzdən başqa bu işin öhdəsindən gələ biləcək mütəxəssis tanımırsız?
- Bəlkə də var, ancaq mən uğurun açarını Xəzər dənizinin dibinə atmışam və özümdən başqa da heç kim yerini bilmir. Məhz o açara sahib çıxan şəxs “Neftçi”ni uğura daşıya bilər (gülür).
- Nə vaxta kimi “uğur açarı”nı gizlətməyə çalışacaqsız?
- Nə vaxt mənə müraciət olunacaq, onda da açarı təqdim edəcəm.
- Belə çıxır ki, yenidən “Neftçi”ni çalışdırmağın əleyhinə deyilsiz. Ancaq komandadan ayrılanda demişdiz ki, Sadıq Sadıqov geri qayıtmasa, baş məşqçi postunu tutmaram...
- Mən yenə o fikirdəyəm, sözümü də danmıram. Komandanı əvvəlki rəhbərliyə tapşırsınlar və bizdən nəticə tələb etsinlər. Onda görərlər ki, necə işləmək lazımdı.
- İndiki heyətlə nəticə qazanmaq mümkündü?
- Açığı, bu gün “Neftçi”də top qovan futbolçuların səviyyəsi aşağıdı. Başa düşmürəm, onları hansı əsasla düşərgəyə dəvət ediblər? Bildiyim qədər heç də az maaş almırlar. İranlı tacirlərin bir sözü var: həmişə çalış alver zamanı alanda ud. Satanda onsuz da xeyrin olacaq. İndiki rəhbərlik isə bəzi futbolçulara layiq olduğundan artığını verib.
- Ancaq suala konkret cavab vermədiz.
- Konkret nəyə deyirsiz? Böyükağa işlədiyi yerdə həmişə nəticə verib. Bu komanda ilə mövsümün sonunda ən azı ilk “üçlük”də yer ala bilərəm.
- Doğrudan elə düşünürsüz ki, komandanı hazırkı böhrandan çıxara biləcək yerli məşqçi yoxdu?
- Yalnız bir nəfərin adını çəkə bilərəm. Ancaq o da bu gün başqa klubda çalışır.
- Yəqin Qurban Qurbanovu nəzərdə tutursuz?
- Bəli.
- Qurban bəydən söz düşmüşkən, “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacağını gözləyirdiz?
- Qurban buna pillə-pillə yaxınlaşdı. Onu da bildirim ki, “Qarabağ”ın bu gün belə möhtəşəm uğura imza atmasında baş məşqçisi olduğum “Neftçi”nin də böyük xidməti var. Mənim komandam ölkə klubları arasında ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəlməklə başqaları üçün motivator rolunu oynadı. Qurban fikirləşdi ki, Böyükağanın komandası bunu bacarıbsa, “Neftçi”nin kölgəsində qalmamaq üçün bundan da artığını etməliyik. Rəqabət olan yerdə isə inkişaf qaçılmazdı. Sadıq müəllim kimi prezidenti olan klub ölkə futboluna daha çox xeyir verə bilərdi. Bizim dönəmimizdə “Neftçi” vahid mexanizm kimi işləyirdi. Gətirdiyimiz legionerlərlə indikilər müqayisə olunmazdı. Dəfələrlə demişəm və yenə təkrarlayıram: “Neftçi” markadı, heç kim onu aşağılaya bilməz. Bu gün “xalq komandası”nı sınaq poliqonuna çeviriblər. Komandada sabitlik çatışmır. Son iki ildə yoldan keçəni futbolçu adı ilə kluba dəvət edib vəsait xərcləyiblər.
- Premyer-liqa matçlarını izləyirsiz?
- Əlbəttə. Məni yaxından tanıyanlar bilir ki, oyunlara stadionda yox, televizorda baxmağı xoşlayıram. Tribunada olanda bəzən meydanda yaşananları dəqiq görmək olmur, nəyisə gözdən qaçırırsan. Ekran qarşısında oturanda isə maraqlı məqamları təkrar-təkrar izləmək imkanın olur. Evimdə 3 televizor var və premyer-liqanın bütün qarşılaşmalarını izləyirəm.
- Geridə qalan 3 turda hansı qarşılaşmanı bəyənmisiz?
- Düzünü desəm, heç birini. Bilirsiz, niyə?
- Niyə?
- Ona görə ki, çempionatda rəqabət yoxdu. Artıq neçə ildi hamı bilir ki, çempion ya “Qarabağ” olacaq, ya da “Qəbələ”. İllər öncə isə vəziyyət fərqli idi. 4-5 komnada “qızıl” uğrunda son tura qədər vuruşurdu. “Neftçi” – “Xəzər Lənkəran” oyunlarını xatırlamayan yoxdu. Bütün respublika həftəboyu həmin qarşılaşmanın həyəcanı ilə yaşayırdı. Futbolçularla yanaşı, azarkeşlər də oyuna hazırlaşırdı. Indi həmin ab-havanı görə, duya bilmirəm. Bu da ondan xəbər verir ki, rəqabət yoxdu. Çempionatda rəqabətin olmaması, klubların sayının azlaması yığma məşqçilərini də çətinə salır. Artıq neçə illərdi millidə yeni sima görə bilmirik. Nəyə görə? Çünki klubların sayı azdı və bütün məşqçilər də nəticə qazanmaq üçün bərkə-boşa düşən oyunçulara güvənməyi lazım bilir.
- Qarşıda millini Norveç və San Marino ilə oyunlar gözləyir. Ancaq baş məşqçisi Robert Prosineçki yayı, demək olar ki, vətənində dincəlməklə yola verdi. Xorvat mütəxəssis heç klublarımızın avrokubok matçlarını da canlı izləmədi.
- Sizə bir söz deyim. Şəxsən mən Prosineçkinin iş metodunu bəyənirəm. O qorxaq futbol oynatmır. Yığmamız onun rəhbərliyi altında yetərincə “artırıb”. Onsuz da bütün komanda ilə müdafiə olunanda da uduzurduq. Hesabın nə fərqi var? 3 xal sənin deyilsə, 0:1 və ya 0:5 uduzmaq eyni şeydi. Futbolçularımızda da onun gəlişindən sonra özünəinam artıb. O ki qaldı təmsilçilərimizin avrokuboklardakı oyunlarını izləməməyə, buna görə narahat olmağa dəyməz. O yetərincə məlumatlıdı.
- İctimaiyyət arasında belə fikir formalaşıb ki, yığma artıq Prosineçki üçün maraqlı deyil. Xorvatiyalı müqaviləsinin müddətinin bitməsini gözləyir ki, Avropada və ya Türkiyədə hansısa klubla anlaşsın.
- Heç kim narahat olmasın. O gedəcək, başqası gələcək. Unutmayın ki, Qurban kimi məşqçimiz var. Məncə, Qurban artıq yığma üçün yetişib və ölkənin əsas komandasını uğura daşıya biləcək səviyyədədi.
- Bu gün Məşqçilər Komitəsinin dörd üzvündən birisiz. Sizə elə gəlmir ki, bu komitə formallıq xatirinə yaranıb?
- Nəyə əsasən bu fikiri səsləndirdiyinizi başa düşmürəm. Məşqçilər Komitəsi yarandığı gündən ölkə futboluna fayda verməyə çalışıb. Komitə üzvləri klubların düşərgəsinə baş çəkir, əsas komanda ilə yanaşı, müxtəlif yaş qrupları üzrə millilərin hazırlıq prosesini izləyir, rəsmi görüşlərdə iş başında olur. Müşahidələrimizə əsasən rəy yazıb AFFA rəhbərliyinə təqdim edirik.
- Məşqçilər Komitəsinin yazdıqları yığma məşqçiləri tərəfindən ciddi qəbul olunur? Məsələn, qeydləriniz Prosineçki üçün nə dərəcədə önəmlidi?
- Təki bütün komitələr bizim kimi işləsin. Hər şeyi mətbuata açıqlamaq da düzgün deyil. Ancaq bir məqamı unutmayın ki, bu gün Vaqif Sadıqov, Ağasəlim Mircavadov müvafiq olaraq əsas yığma və U-21-lə səfərə yollanırsa, deməli, bizim də sözümüzə dəyər verilir.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu Bu gün, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər Bu gün, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… Bu gün, 10:28 Koronavirus olmasaydı... Bu gün, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” Dünən, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır Dünən, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş Dünən, 10:58 AFFA-da qanvermə aksiyası Dünən, 10:57 Bakı UEFA-ya təminat verib Dünən, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri 17-05-2020, 11:17 Klublar Komitəsinin iclasında daha çox təqvim müzakirə olunub 17-05-2020, 11:13 Skarlatake “Sumqayıt”la əlavə oyun istəyir 17-05-2020, 11:10 “Ağsu Siti” yeni arenaya köçür 16-05-2020, 10:56 Hər şey hazırdı, başlaya bilərik! 16-05-2020, 10:31 “Qəbələ”nin 195 iddialısı 16-05-2020, 10:27 “Neftçi” liderdi, baş məşqçinin oğlu bombardir 16-05-2020, 10:23 Namaşko “Keşlə”dən yeni müqavilə gözləyir 16-05-2020, 10:19 Baba yaşında ...ata olacaq 16-05-2020, 10:15 Elnur Əşrəfoğlu: “İndi həmin şərhimə qulaq asanda gülməyim gəlir” 16-05-2020, 10:09 Türklərə qarşı oynayan yığmanı Ələkbər Cəfərov çalışdırıb Bütün xəbərlər
Ən çox oxunanlar