28 avq 19:16olke

Tanıtma

Tanıtma
Atletiko
Tam adı: Club Atletico de Madrid

Ləqəbi: qırmızı–ağlar, hindular
Yaranma tarixi: 1903
Stadionu: Vanda Metropolitano (67703 yerlik)
Təmsil etdiyi şəhər: Madrid
Sahibləri: Migel Marin, Enrike Sereso, Van Tsyanlin (Vanda Qrup)
Prezidenti: Enrike Serezo
Baş məşqçisi: Dieqo Simeone
Çıxış etdiyi çempionat: La Liqa
Son mövsüm tutduğu yer: 3
Forma rəngi: qırmızı-ağ (ev), sarı-bənövşəyi (səfər)
Uğurları: 10 dəfə ölkə çempionu (1940, 1941, 1950, 1951, 1966, 1970, 1973, 1977, 1996, 2014), 10 dəfə ölkə kubokun qalibi (1960, 1961, 1965, 1972, 1976, 1985, 1991, 1992, 1996, 2013), 2 dəfə ölkə Superkubokunun qalibi (1985, 2014), 2 dəfə AL-in qalibi (2010, 2012), 2 dəfə UEFA Superkubokunun qalibi (2010, 2012), Kuboklar Kubokunun qalibi (1962), İntertoto kubokunun qalibi (2007), Qitələrarası kubokun qalibi (1974).

Avrokuboklardakı göstəricisi
ÇL 113 59 28 26 176-100
AL 108 62 16 30 181-113
Kuboklar Kuboku 62 38 13 11 118-57
UEFA Superkuboku 2 2 0 0 6-1
İntertoto kuboku 8 5 0 3 13-9
cəmi 293 166 57 70 494-280

Tarixi
“Atletiko”nun əsasını 1903-cü il aprelin 26-da Madriddə təhsil alan üç bask tələbə qoyub. Bu klub əvvəllər özünü müstəqil saymır, Bilbao “Atletik”inin bir filialı hesab edirdi. Elə ona görə də rəsmi yarışlara qatılmırdı. Ancaq aşağı səviyyədə yoldaşlıq oyunlarında özünü cəsarətli komanda kimi göstərə bilmişdi. Yalnız 1907-ci il fevralın 20-də İspaniya Futbol Federasiyasında “Atletik Klub de Madrid” adı ilə qeydiyyatdan keçdi. Bununla da klub tam müstəqil oldu və rəsmi yarışlarda iştirak hüququ qazandı. Yarandığı vaxt komandanın rəngləri “Atletik”in təkrarı olaraq göy və ağ idi. 1911-ci ildən etibarən isə formalarının üzərində olan şaquli zolaqlar qırmızı və ağ rənglərə dəyişdirildi. İlk vaxtlar komandanın öz stadionu yox idi. Ancaq tezliklə klub prezidenti Xulian Ruetenin səyi nəticəsində vəziyyət dəyişdi. 1913-cü il fevralın 9-dan isə komanda ev matçlarını “O`Donnell” stadionunda keçirməyə başladı. 1923-cü ildə “Atletiko” 35800 tamaşaçı tutumuna malik “Estadio Metropolitano” arenasına köçdü. 20-ci illərin ilk yarısında komanda regional turnirlərdə üç dəfə qalib oldu. 1926-cı ildə “hindular” hətta İspaniya kubokunu qazanmağa yaxın olsa da, finalda “Barselona”ya uduzdular. Bu nəticələrə görə ilk İspaniya çempionatına (1928/29) dəvət olunan “qırmızı-ağlar” həmin mövsümü 6-cı yerdə başa vurdu. Ancaq növbəti “futbol ili”ndə sonuncu olan “Atletiko” elitadan “uçdu”. Komandanın 1934-cü ildə yenidən güclülər dəstəsinə qayıtması bu yarışda iştirakçı sayınının artırılıb 12-yə çatdırılması ilə bağlı idi. Tezliklə Madrid təsmilçisi yenidən 2-ci diviziona düşəcəkdi. Lakin İspaniyadakı vətəndaş müharibəsi nəticəsində, ümumiyyətlə, ölkə birinciliyi dayandırıldı. Klub 8 üzvünü müharibədə itirmişdi, bu üzdən Hərbi Hava Qüvvəllərinin komandası ilə birləşməyə məcbur oldu. 1934-cü il oktyabrın 4-də komanda “Atletik Aviasion de Madrid” adlandırıldı. Madridlilər noyabrın 26-da isə elitaya yüksəlmək uğrunda “Osasuna” ilə qarşılaşdı və Valensiyadakı matçda 3:1 hesablı qələbə qazandı. Bundan sonrakı iki mövsümdə “hindular” çempionatın qalibi oldu. Bu hamı üçün əsl sürpriz idi. Təbii, bu uğurların qazanılmasında komandanın baş məşqçisi, dünyanın ən yaxşı qapıçısı olmuş Rikardo Zamoranın əməyi danılmazdı. 1941-ci ildən etibarən komandanın əvvəlki adının qaytarılması prosesi işə düşdü və nəhayət, 1947-ci ildə klub yenidən “Atletiko Madrid” adlanmağa başladı. Komanda hazırda da bu cür çağırılır. Maraqlıdı ki, məhz həmin il “qırmızı-ağlar” Madrid derbisində “Real” üzərində indiyəqədərki ən böyükhesablı qələbəsini (5:0) qazandı. 1949-cu ildən etibarən Elenio Erreranın rəhbərliyi altında uğurlu trayektoriya yaxalayan “Atletiko” 1950 və 1951-ci illərdə İspaniyanın ən güclüsü oldu. Həmin illərdə komandanın şərəfini tanınmış və olduqca yüksək səviyyəli futbolçular qoruyurdu. Bunlardan biri də klub tarixinin ən yaxşı bombardiri Adrian Eskudero idi. Maraqlıdı ki, Eskudero peşəkar kareyrasını yalnız “Atletiko”da keçirib və qırmızı-ağ formada 150 qol vurub. Elə irəli xəttin gücünü anlamaq üçün 1950/51 mövsümündə “Atletiko”nun özü üçün ən yüksək nəticəni əldə edərək çempionatda 87 qol vurduğunu qeyd etmək kifayətdi. Erreranın “Malaqa”ya gedişi ilə “Atletiko” müəyyən mənada zəiflədi. Növbəti çempionluğa – 1966-cı ilə qədər 4 dəfə çempionatın gümüş medalçısı olan “hindular” 7 dəfə kubokun finalına yüksəldi. Ancaq bunlardan yalnız 3-də “ikinci cəbhə”nin ən güclüsü adını qazana bildi. Bu illərdə “Atletiko” ilə “Real” arasında barışmaz rəqabət gedirdi. 1959-cu ildə Çempionlar Kubokunun (ÇL) yarımfinalında məhz bu komandalar üz-üzə gəldi. İlk görüşdə “Real” (2:1), cavab matçında isə “Atletiko” (1:0) qalib gəldiyindən finala çıxmaq üçün daha bir oyun keçirildi və “Kral klubu” daha güclü oldu - 2:1. “Hindular” isə bunun əvəzini sonrakı iki ildə (1960, 1961) İspaniya kubokunda “Real”dan çıxdılar. İndiki “Santyaqo Bernabeo”da keçirilən finallarda “Atletiko” prinsipial rəqibindən qisasını aldı. Madridlilər 1962-ci ildə Kuboklar Kubokunun finalına yüksəldi və həlledici matçda “Fiorentina”dan güclü oldu (3:0). Növbəti il də “hindular” bu yarışın son görüşünə vəsiqə qazandı. Lakin budəfəki finalda komanda “Tottenhem”ə böyük hesabla (1:5) məğlub oldu.
Visente Kalderonun “qızıl” dövrü
1964-cü il yanvarın 21-də Visente Kalderonun prezidentlik postuna yiyələnməsi ilə “Atletiko”da “qızıl” dövr başladı. 1966-cı ildə onun rəhbərliyi altında tikilmiş yeni stadion açıldı və tezliklə arenaya prezidentin adı verildi. 1966, 1970, 1973 və 1977-ci illərdə qazanılan ölkə çempionluqları ilə “Atletiko” İspaniyanın 3-cü klubuna çevrildi. Bu illərdə komandada bir sıra məşhur futbolçular top qovurdu ki, onlar arasında gələcək məşqçilər – Xavyer İrureta və Luis Araqones var idi. 1973-cü ildə legioner qadağası aradan qaldırıldıqdan sonra klub argentinalı fubtolçularla gücləndi. Onların zahiri görünüşündə hindu cizgiləri olduğundan komandanın yeni ləqəbi “hindular” oldu. “Atletiko” 1974-cü ildə Çempionlar kubokunun finalında “Bavariya” ilə qarşılaşdı və turnirin qalibi almanlar oldu. Həmin il “Bavariya” Qitələrarası kuboku əhəmiyyətsiz saydığından “ürəkaçıqlığı” ilə “Atletiko”nun həmin yarışa qatılmasına nail oldular. Madrid təmsilçisi isə həmin turnirin qalibi adını qazana bildi. 1974-1980-cı illərdə komandanın baş məşqçisi olan Luis Araqones bundan sonra daha 3 dəfə (1982-1987, 1991-1993, 2001-2003) “hindular”ı çalışdırdı. Komanda 1986-cı ildə onun rəhbrəliyi altında Kuboklar kubokunun finalına yüksəlsə də, Kiyev “Dinamo”suna 3 cavabsız qolla məğlub oldu. 1987-ci ildə “Atletiko”da Visente Kalderon erası başa çatdı və prezidentlik postuna Xesus Xil gəldi. Yeni rəhbər gələn kimi heyəti gücləndirdi. Komanda yaxşı oyun göstərməklə yanaşı, 1991 və 1992-ci illərdə ölkə kubokunu qazandı. Ancaq yeni prezident məşqçiləri əlcək kimi dəyişirdi. Nəhayət, o, 1995-ci ildə Radomir Antiçin üzərində dayandı. “Hindular” 1996-cı ildə həm çempionluğu qazandı, həm də kuboku əldə etməklə tarixində ilk dəfə “qızıl dubl” etdi. Həmin komandanın heyətində rəqibə qarşı şiddətli taktikadan istifadə edən orta sahə oyunçusu Dieqo Simeone və mərkəz müdafiəçisi, 65 oyunda 44 sarı vərəqə alan Xuan Manuel Lopes var idi.
Eniş və yüksəliş
1999/2000 mövsümündə komanda elitada 19-cu yeri tutaraq, 65 ildən sonra aşağı diviziona yuvarlandı. “Hindular” 2002-ci ilin yayında Araqonesin rəhbərliyi altında primeraya qayıtdı. Maraqlıdı ki, 2001-ci il mayın 27-də “Atletiko”nun əsas komandasında debüt edən Fernando Torres 19 yaşında “qırmızı-ağlar”ın kapitanı idi. 2007-ci ildə klub daha bir neçə tanınmış futbolçu - portəgiz yarımmüdafiəçilər Koştinya və Manişe, eləcə də argentinalı Serxio Aquero ilə güclənsə də, komanda çempionatda yalnız 7-ci yeri tutdu. Torresin “Liverpul”a gedişindən sonra komandaya Luis Qarsiya, Dieqo Forlan, Simao Sabroza kimi futbolçular cəlb olundu və yenilənmiş heyətlə “Atletiko” 2007/08 mövsümündə La Liqada 4-cü yeri tutdu. 2008-ci ildə ÇL-in 3-cü təsnifat mərhələsində “Şalke-04”-ü yolundan kənalarşdıran “Atletiko” qrupa vəsiqə qazandı. Qrupdan 2-ci yerdə çıxan “hindular” 1/8 finalda səfər qoluna görə “Portu”ya yenildilər (2:2, 0:0).
2010-cu il mayında Hamburqda “Fulhem”i gərgin və dinamik keçən matçda Forlanın qolları ilə məğlub edən madridlilər yenilənmiş Avropa Liqasının qalibi adını qazandı. Həmin ilin avqustunda UEFA Superkubokunda “hindular” ÇL-in qalibi olan “İnter”i məğlub etdilər (2:0). Madrid təmsilçisi 2 il sonra AL-in finalında digər ispan klubu “Ateltik”i 3:0, UEFA Superkubokunda isə “Çelsi”ni 4:1 hesabı ilə məğlub etdi. Təbii, uğurlarda böyük rolu olan baş məşqçi Dieqo Simeonenin formalaşdırdığı əzmkar komanda 2013/14 mövsümündə 90 xalla İspaniya çempionatının qalibi oldu. Həmin mövsüm “hindular” hətta ÇL-i də qazanmağa yaxın idi. 1/4-də “Barselona”nı (1:0, 1:1), yarımfinalda “Çelsi”ni (0:0, 3:1) yolundan kənarlaşdıran “Atletiko” finlada əzəli rəqibi “Real”la üz-üzə gəldi. 36-cı dəqiqədə Dieqo Qodinin qolu ilə hesabda önə keçən “hindular” 3-cü uzatma dəqiqəsində qapısında qol gördü. Serxio Ramosun başla zərbəsinin qarşısını ala bilməyən “qırmızı-ağlar” əlavə vaxtda buraxdığı 3 qolla ÇL-i qazana bilmədi. Maraqlıdı ki, növbəti mövsüm ÇL-in 1/4 finalında məhz “Real” “Atletiko”nun yolunu kəsdi. Qitənin ən nüfuzlu klub turnirində son iki mövsümdə də Madrid derbisi baş tutub. 2016-cı ildə yenidən tərəflər finalda üz-üzə gəldi və əsas vaxtda 1:1-lik heç-heçə qeydə alındı, əlavə vaxtda tərəflər fərqlənə bilmədi, penaltilər seriyasında isə “hindular” məğlub oldu (3:5). Ötən mövsüm isə “Atletiko” yarımfinalda əzəli rəqibini keçə bilməıdi (0:3, 2:1). Ümumiyyətlə, “Real”la bütün oyunların necə dramatik alındığını hər kəs yaxşı xatırlayır.
Heyət və baş məşqçi
Qeyd etdiyimiz kimi, “Ateltiko”nun bu səviyyəyə çatmasında Dieqo Simeonenin əməyi danılmazdı. Komandanın heyəti isə dünyanın ən güclü futbolçularından formalaşdırılıb. Ulduz futbolçu kimi Fransa yığmasının da əsas oyunçularından olan Antuan Qrizmanı göstərmək olar. Ötən mövsüm İspaniya çempionatında 3-cü olan komandada, demək olar, dəyişiklik olmayıb. Onsuz da Madrid təmsilçisi bu yay heyətini yeni futbolçu ilə gücləndirə bilməzdi. Çünki klubun qışa qədər transfer qadağası var. “Hindular” yeni mövsümdə 2 oyun keçirib və 1 qələbə qazanıb, 1 heç-heçə edib.
Azərbaycana bağlılıq
Yeri gəlmişkən, “Atletiko”nun bizə tanış və yaxın bir komanda olduğunu da vurğulayaq. 2013-cü ilin əvvəlindən 2015-ci il iyunun 1-nə kimi madridlilər oyunlara üzərində “Land of fire Azerbaijan” yazılmış formalarla çıxıb. Bu əməkdaşlıq “Bakı”nın prezidenti Hafiz Məmmədovun tərəfindən qurulmuşdu. Xatırlayırsızsa, həmin vaxt ispanlara 20 milyon dollar ödənilməsi haqda informasiyalar yayıldı, daha sonra 6 milyon söhbəti ortaya çıxdı. Bu reklam əməkdaşlığı müqabilində “Atletiko”nun qazandığı çempionluq kuboku Bakıya gətirildi, hətta “Bakı” bu komanda ilə Tofiq Bəhramov adına Respublika stadionunda yoldaşlıq oyununda (0:3) da qüvvəsini sınadı.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar