27 avq 21:01olke

Tahir Gözəl Türkiyə mətbuatına danışdı

Tahir Gözəl Türkiyə mətbuatına danışdı
“Qarabağ”ın uğuru Qurban Qurbanovla bizim hədəflər üst-üstə düşdükdən sonra gəlməyə başladı”
“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Türkiyə mətbuatına - “Anadolu Ajans”a və “Sabah” qəzetinə müsahibə verib. Agentliyə daha geniş danışan klub rəhbəri işğal altında olan ərazimizin adının Avropada duyulmasının önəmli olduğunu söyləyib. Klubun ötən əsrin 50-ci illərində fəaliyyətə başladığını, 1987-dən isə “Qarabağ” adı altında çıxış etdiyini bildirən Tahir bəy özünün 2001-ci ildən etibarən Ağdam təmsilçini idarə etdiyini bildirib: “16 illik əməyin nəticəsi olaraq, ölkə bayrağını UEFA Çempionlar Liqasında dalğalandırmaq bizim üçün möhtəşəm qürur qaynağıdı. Hədəfləri düzgün müəyyənləşdirdik. Aşağı yaş qrupları və əsas komanda ilə peşəkar klub formalaşdırmağı hədəfləmişdik. Ürəyimiz istəyən məşqçini tapa bilməmişdik o zaman. “Qarabağ”ın uğurlu tarixi Qurban Qurbanovla bizim hədəflər üst-üstə düşdükdən sonra gəlməyə başladı. Artıq hədəflərimizi böyüdə biləcəyimizi hiss etdik. Qurbanov yaxşı bir komanda qurdu və bunun da barını dadmaqdayıq. İnanıram ki, uzun illər bu yola davam edəcəyik”.
Gözəl “Qarabağ”ın Ağdamı təmsil etdiyini və bu ərazinin Ermənistanın işğalı altında olduğunu xatırladıb: “İşğal altındakı torpaqların adının Avropada duyulması, Azərbaycanın ərazi bütövlüyünün gündəmə gətirilməsi vacib hədəflərimizdən idi. “Qarabağ”ı himayəmizə götürəndə bu məqsədlər uğrunda mübarizəyə başladıq”.
Daha sonra klub rəhbəri Türkiyədən də çoxsaylı təbrik mesajları aldığını bildirib: “Komandamızın Türkiyədə sevildiyini bilirsiz. İndi Türkiyənin “Beşiktaş” klubu ilə çiyin-çiyinə Avropada mübarizə aparacağıq. Bu da möhtəşəm bir hissdi. Bu uğur türk dünyası, Türkiyə və Azərbaycanı sevən insanlar üçün böyük bir hədiyyədi. Bu məsuliyyətlə qarşıdakı matçlarda da ən gözəl oyunlar izləməyi arzulayırıq”.
Agentlik Azərbaycan prezidenti İlham Əliyevin “Qarabağ” rəhbərliyi və texniki heyətini qəbul edərək, Çempionlar Liqasının qrupuna düşməsi münasibəti ilə təbrik etdiyinə də diqqəti çəkib. Ölkə başçısının “Qarabağ”a 2 milyon manat mükafat verdiyini qeyd edən həmkarlarımız qrup mərhələsində çempionumuzun “Çelsi”, “Atletiko” və “Roma” ilə mübarizə aparacağını vurğulayıb.

Təbriklər
Çempionlar Liqasının qrup mərhələsinə yüksələn “Qarabağ”a təbriklərin ardı-arası kəsilmir. Ağdam təmsilçisinin qrupdakı rəqibi “Atletiko” da təbrik mesajı göndərib. La Liqa klubunun “twitter" səhifəsində yerləşdirilən mesajda ispanlar yenidən Bakıya gələcəklərindən məmnun olduqlarını bildiriblər: “İlk dəfə Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcəyiniz üçün sizi təbrik edirik. Biz Azərbaycanın paytaxtı Bakıya qayıdacağımızdan şadıq".
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da “Qarabağ”ı təbrik edib. Dövlət rəsmisi rəsmi "twitter" səhifəsində “Qarabağ”ın şəklini paylaşaraq türk və ingilis dillərində təbrik mesajı yazıb: “Qardaş Azərbaycanın uğuru bizi də qürurlandırdı. Çempionlar Liqasının qrupuna düşərək tarix yazan “Qarabağ” futbol komandasını təbrik edirəm”.
"Bakı"nın türkiyəli sabiq baş məşqçisi Bülənt Korkmaz da "Qarabag"ın uğuruna biganə qalmayıb: "Qarabağ"ı təbrik edir, ugurlar diləyirəm. Bu uğur qürurvericidi. İnanıram ki, "Qarabağ" ÇL-in qrupunda da Azərbaycanı layiqincə təmsil edəcək".
Püşklə bağlı reaksiyalar
Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi: “Roma” və “Çelsi” ilə yanaşı, bizim də qrupdan çıxmaq şansımız çox ola bilər. Amma Azərbaycan səfəri hamı üçün çətin keçəcək. “Çelsi” ötən mövsümü əla keçirmiş komandadı. Çox yaxşı futbolçuları və baş məşqçisi var. O daim özünü inkişaf etdirir, həmişə güclü rəqabət yaradır. “Roma” da sözünü demiş komandadı. Onlar çox yaxşı futbol oynayırlar və fantastik məşqçiyə sahibdilər. Bu qrupda olduğumuza görə şadıq”.
Klemente Villaverdi, “Atletiko”nun direktoru: “Ən yaxşılardan olan “Roma” və “Çelsi” bizim qrupa düşüb. Onlarla avrokuboklarda qarşılaşmışıq. Azərbaycan klubuna gəlincə, onlar sürpriz komandadı. Lakin bizim üçün bu səfər çətin olacaq. Aradakı məsafəni nəzərə alsaq, uzaq səyahətə yollanacağıq. Lakin yaxşı haldı ki, əvvəllər də Azərbaycanda olmuşuq. Ora səfərin nə olduğunu bilirik. Azərbaycanla bizim münasibətlərimiz var. Avropanın ən yaxşıları arasında olmaqdan məmnunuq”.
Daniele de Rossi, “Roma”nın futbolçusu: “Daha asan qrupa düşmədiyimiz üçün təəssüflənirəm. Lakin digər tərəfdən bəzi böyük komandalarla qarşılaşmaq da xoşdu. Əla motivasiyamız var. Azarkeşlərimiz unudulmaz gecələr yaşayacaq. Çətin, eyni zamanda çox maraqlı qrupa düşmüşük. Bizim oyunlara hazırlaşmağa da vaxtımız var. “Qarabağ” bizim üçün tanış komanda deyil. Amma onlar qrup mərhələsində iştirak edirsə, deməli, yaxşı keyfiyyətlərə malikdi”.
Françesko Totti, “Roma”nın direktoru: “Etiraf edək ki, güclü qrupdu. Avropanın ən yaxşı komandalarının yer aldığı qrupdan bəhs edirik. Bilirik ki, “Çelsi”, “Atletiko” və “Qarabağ” hörmət ediləsi rəqiblərdi. Biz həmişə rəqiblərə qarşı bu cür davranmışıq. Dieqo Simeone və Antonio Konte kimi təcrübəli məşqçilərin çalışdırdığı komandalara qarşı mübarizə aparacağıq. Ancaq "Roma ilə qarşılaşmaq "Atletiko", "Çelsi" və "Qarabağ"a asan olmayacaq".
MİRAĞA hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:27 Karantin Ruslanın “başına oyun açıb” Bu gün, 12:11 AİJF Baş nazirə müraciət etdi Bu gün, 12:06 “9 aydan sonra doğuş sayında inanılmaz artım yaşansa, təəccüblənmərəm” Dünən, 21:12 Teymur Rəcəbov 100 min dollar ziyana düşüb Dünən, 21:09 Fərid Qayıbov payızı nişan verdi Dünən, 20:59 Yaşar Vahabzadəni bu gün hamıdan tez nəvəsi təbrik edib Dünən, 16:03 Mourinyo və oyunçular parkda məşq etdi Dünən, 15:59 Terim koronavirusdan qurtuldu! 7-04-2020, 22:15 Belarus çempionatında futbolçular nə qədər qazanır? 7-04-2020, 21:54 Koronavirus Qvardiolanın anasını öldürdü 7-04-2020, 21:50 Rusiya və Qətər mundialı pulla alıb? 7-04-2020, 21:40 “Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm” 7-04-2020, 21:28 “Qarabağ” boş dayanmır 7-04-2020, 21:19 “Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil” 7-04-2020, 21:07 Kimdi günahkar? 7-04-2020, 20:51 Evdə qal, yemək bişir! 7-04-2020, 15:17 Arif Rəhimov dəqiqliyin tərəfdarıdı 7-04-2020, 15:11 Klublarda qeyri-müəyyənlik davam edir 7-04-2020, 15:07 Azarkeş qrupları imkansızları sevindirməkdə davam edir 7-04-2020, 15:02 “Zaqatala”dan örnək addım 6-04-2020, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür 6-04-2020, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı 6-04-2020, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır 6-04-2020, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! 6-04-2020, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” 6-04-2020, 16:30 Karius FIFA-ya şikayət etdi 6-04-2020, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” 6-04-2020, 16:20 Tramp da videokonfrans keçirdi 6-04-2020, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı 6-04-2020, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? 6-04-2020, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib 6-04-2020, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan 5-04-2020, 11:22 Fonda daha hansı klub pul köçürəcək? 5-04-2020, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb Bütün xəbərlər
Ən çox oxunanlar