26 avq 02:47olke

Əsgər Abdullayev “Neftçi”də təcrübəli mütəxəssis görmək istəyir

Əsgər Abdullayev “Neftçi”də təcrübəli mütəxəssis görmək istəyir
Elxan Abdullayev isə “yaş rol oynamır” dedi
Başıbəlalı “Neftçi”də başlar düşünür. Elxan Abdullayevin istefa verməsindən sonra klub rəhbərliyi yeni baş məşqçi axtarışındadı ki, bu yöndə hansısa yenilik yoxdu. Komandanı “Kəpəz”lə oyuna əvəzedicilərin çalışdırıcısı Elşad Əhmədov çıxaracaq, bu öz yerində. Bəs sonrası?
Hazırda bununla bağlı axtarışlar gedir, müzakirələr aparılır. Rəhbərlik baş məşqçi məsələsində növbəti dəfə yanılmamaq üçün bu dəfə daha ağıllı davranmağa çalışır. Yerli mütəxəssislərdən biri olacağı dəqiqdi. Məlum maliyyə şərtləri altında əcnəbiyə güvənməyin mənasız olduğunu anlayanlar sonda komandanın hədəfə çatmayacağını da yaxşı bilir. Legioner məşqçi vaxt və yeni futbolçular istəyəcək. Bunu futbolla dünən maraqlanmağa başlayanlar da bilir. O ki qalmışdı “Neftçi” boyda kluba rəhbərlik edənlər. Odu ki, ümid qalır yalnız yerlilərə. Belələrinin sayı isə kifayət qədərdi.
Hələ ötən sayımızda “Neftçi”ni düşdüyü durumdan çıxaracaq gücdə olan namizədlərin adlarını çəkmişdik: Tərlan Əhmədov, Arif Əsədov, Yaşar Vahabzadə və Ağasəlim Mircavadov. Hamısı “ağ-qaralar”a yaxından tanış olanlardı. Kimisi futbolçu kimi ağ-qara formanı geyib, kimisi də vaxtilə “sükan arxasında” olub. Yəni “mətbəx”ə bələddilər. Amma son söz “Neftçi”yə maliyyə ayıran qurumun, lap dəqiq desək, ARDNŞ-nin vitse-prezidenti Mikayıl İsmayılovla prezident Orxan Hüseynzadənindi. Biz isə qeyri-müəyyən olan dövrdə yaxın keçmişdə “Neftçi”də çalışmış mütəxəssisləri arayıb, “sizcə, baş məşqçi gənc mütəxəssislərdən biri olmalıdı, yoxsa təcrübəli” sualına cavab tapmağa çalışdıq. Hər halda, klubda və komandada yaşananları, baş verən prosesləri onlardan yaxşı bilən olmaz.
Əsgər Abdullayev: “Sualınıza cavab verməmişdən öncə fürsətdən istifadə edib “Qarabağ” camiəsini və həmkarım Qurban Qurbanovu məlum uğurla bağlı təbrik etmək istəyirəm. İnşallah, davamı qrupda gələr. O ki qaldı dediyiniz məsələyə, “Neftçi”ni bu vəziyyətdən çıxarmaq üçün təcrübəli mütəxəssis lazımdı. Yəni bu an yükün altına girib, çıxış yolunu tapa biləcək məşqçi olmalıdı. Təzyiq var və olacaq da. Elə bir adam olmalıdı ki, təzyiqlərə tab gətirə bilsin, bununla yanaşı, işinin öhdəsindən gəlsin. “Neftçi”də çalışmaq çox böyük məsuliyyətdi. Təklif olsa, yenidən orda çalışarammı? Bu suala klub rəhbərliyi cavab verə bilər. “Neftçi”də uğur qazanmaq üçün rəhbərlik məşqçiyə inanmalı, etimad göstərməlidi. O vaxt orda işləyəndə hiss edirdim ki, müvəqqətiyəm, nə vaxtsa gedəcəm. Udanda da, uduzanda da eyni münasibət görürdüm. Belə olan halda adam istər-istəməz narahat olur, işə tam köklənə bilmirsən. Çalışmaq üçün inam, subordinasiya və motivasiya olmalıdı”.
Elxan Abdullayev: “Belə suala cavab verə bilmərəm. “Neftçi”də işini bilən rəhbərlik var. Kimi baş məşqçi təyin etməyi də özləri götür-qoy edib müəyyənləşdirəcəklər. Təcrübəli, ya təcrübəsiz – fərq etməz, təki gələn adam “Neftçi”yə xeyir versin, komandanı uğura daşısın. “Neftçi” mənim üçün çox doğmadı. Tərlan gələcək, Arif, yoxsa Yaşar – kim gələcəkcə, Allah işini avand eləsin. Yaş vacib rol oynamır. Əsas odu, işini bilsin, nəticə verməyi bacarsın”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Dünən, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Dünən, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar