26 avq 02:21olke

Qurban Qurbanov iddialı danışdı

Qurban Qurbanov iddialı danışdı
“Çəkindiyimiz rəqib yoxdu”
Müstəqillik illərində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqqla bütün ölkəni sevincə qərq edən “Qarabağ” dünən səhər saatlarında vətənə döndü. Hava limanında jurnalistlərin əhatəsinə düşən Qurban Qurbanov yorğun olmasına baxmayaraq, ona ünvanlanan sualları məmnuniyyətlə cavabladı.
- Əvvəlcə belə gözəl, tarixi nəticəyə görə sizi və komandanızı təbrik edirik. Qələbə təəssüratlarınız necədi və hər qoldan sonra hansı hissləri keçirirdiz?
- Bütün azarkeşlərimizi, xalqımızı təbrik edirəm. Bir qədər çətin oyun keçdi. Düşünürəm ki, əsl final matçı idi. Belə oyunlar bizə ancaq fayda verir. Çempionlar Liqasının qrup mərhələsinə yüksəldik. İlk dəfə bu turnirin pley-off mərhələsində iştirak edirdik. Allaha şükürlər olsun ki, hər şey bizim tərəfimizdə oldu. Hisslərimi tam olaraq sözlə ifadə edə bilmərəm.
- Sizi ilk təbrik edən kim oldu?
- Təbriklər çox olduğundan artıq yadımda deyil ilk təbriki kimdən aldım (gülür).
- Final fitindən sonra sonra emosiyalarınıza, göz yaşlarınıza hakim ola bilmədiz. Sizin kimi yüzminlərlə azərbaycanlı da sevinc göz yaşlarına doldu...
- Oldu... Bu da normaldı (səsi titrəyir). Bizim işimizdə belə hallar olur.
- İbrahim Şehiçin səhvindən sonra qapınızda qol gördüz. Həmin an nə fikirləşdiz?
- Heç bir şey. Səhvsiz futbol olmur. Qollar da məhz səhvlərdən vurulur. Bu üzdən xüsusi bir şey fikirləşmədim.
- Qrup mərhələsində arzuladığınız rəqib var? Püşkdə kimlərin “Qarabağ”la eyni qrupda yer almasını istərdiz?
- Çəkindiyimiz rəqib yoxdu. Kiminlə eyni qrupa düşəcəyiksə, çıxıb oynayacağıq.
- Azərbaycan xalqı sevincindən bu gecə yatmayıb. Azarkeşlərə nə sözünüz var?
- Hər kəsə təşəkkür edirəm. Düşünürəm ki, bu uğurumuz Azərbaycan xalqına futbolu daha da sevdirdi. Azarkeşlərimiz şadlanır, düşünürəm ki, bundan sonra futbola maraq daha da artacaq. Biz futbolu onlar üçün oynayırıq. Hər birini təbrik edirəm. Fikrimcə, son oyunlar bizi daha da möhkəmləndirəcək.
Baş məşqçinin ardından “köhlən atlar”ın kapitanı Rəşad Sadıqov mikrofonlar qarşısına çıxdı.
- “Qarabağ” dünən qollar buraxanda hansı hissləri keçirdiz?
- Əvvəlcədən bilirdik ki, bizi çətin səfər matçı gözləyir. Rəqibin mərhələ keçmək üçün son dəqiqəyə qədər əlindən gələni edəcəyini anlayırdıq. “Kopenhagen” təcrübəli, hər an təhlükə yarada bilən komandadı. İlk dəqiqədən son dəqiqəyə qədər mübarizə apardıq. Allaha şükürlər olsun ki, qrup mərhələsinə vəsiqə qazanan tərəf biz olduq.
- Azarkeşlərə nə sözün var?
- Hamıya təşəkkürümü bildirirəm. Bütün Azərbaycan xalqı olaraq, bu uğuru çox istəyirdik. Neçə illər idi buna doğru gedirdik. Keçən il Çempionlar Liqasını çox üzücü tərk etmişdik. Bu il toplanış dövründə məğlubiyyətlərimiz oldu, hətta adamlarda bizə inamsızlıq yaranmışdı. Amma birinci gündən bilirdik ki, nəyəsə nail olmaq üçün əziyyət çəkməliyik. Həqiqətən də komanda şəklində çox çətin dönəm keçirdik. Düşündüyümüz transferlər alınmadı. Hamı daha çox transfer gözləyirdi. Qurban müəllimi bir daha təbrik etmək istəyirəm ki, transfersiz, bu qədər çətinliklərə baxmayaraq, zədəli futbolçularımızın olmasına rəğmən, dünən son nöqtəni qoya bildik və Çempionlar Liqasının qrupuna düşdük. Elə şeylər var ki, bəlkə də çox adam bunu kənardan hiss etmir. Dünən Qurban müəllim oyunun gedişində 2-3 dəfə sistemi dəyişdi. Bu tip matçlarda dəyişiklik etmək böyük riskdi. Amma baş məşqçi onları etdi. Hətta birinci hissədə məğlub olmağımıza baxmayaraq, fasilədə uşaqlara dedi ki, çox yaxşı futbol oynayırsız, biz bu mərhələni keçəcəyik, mən sizə inanıram. Yekunda da komanda şəklində buna nail olduq. Bütün xalqımızı təbrik edirəm. Bu təkcə bizim qələbəmiz deyil. “Qarabağ” xalqın komandasıdı, biz də hansı komandanı təmsil etdiyimizi bilirik. Son damla qanımıza qədər mübarizə apardıq ki, arzumuza çataq.
- Bu gün axşam qrup mərhələsinin püşkü atılacaq. Bakıda görmək istədiyiniz rəqiblər kimlərdi?
- Biz heç vaxt püşkdə kimisə istəməmişik və ya kimdənsə çəkinməmişik. Allah kimi məsləhət bilirsə, onu da nəsib etsin.
- Hakimin final fitindən, yəni Çempionlar Liqasının qrup mərhələsinə çıxdığınızı biləndən sonra nə düşündün?
- Yolda çox şey haqda danışdıq. Xeyli anları yadımıza saldıq. Biz də 5 saat yatmadıq. Bizim bu yolçuluğumuz “Rusenborq”la oyundan başladı. Onlarla səfərdə heç-heçə edəndə hamı bizi təbrik edirdi. Deyirdilər ki, böyük nailiyyət əldə etmisiz. Həmin uğuru bu gün Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla davam etdirdik. Sonrası necə olacaq, Allah bilir. Gələn ildən Çempionlar Liqasında uğur qazanmaq çox çətin olacaq, çünki reqlament dəyişəcək. Biz də başa düşürdük ki, belə fürsət bir də ələ düşməyə bilər. Şəxsən mənim üçün ola bilər bir də belə fürsət yaranmasın. Buna görə də dişimizi dişimizə sıxıb, əlimizdən gələni etdik.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar