26 avq 02:15olke

“Qarabağ”ın uğuru xalqımızın qələbə acı olduğunu göstərdi

“Qarabağ”ın uğuru xalqımızın qələbə acı olduğunu göstərdi
“Qarabağ”ın “Kopenhaqen”lə səfər oyunu həddən artıq böyük maraq doğurmuşdu. Çünki bu görüşdə qazanılacaq sərfəli nəticə ölkə futbol tarixində ən böyük uğur sayılacaqdı. İnsanlar sanki sevinci “Qarabağ”ın, ölkəmizin tərəfində hiss etmişdilər. Hamı sosial şəbəkələrdə vəd verir, oyuna baxmağa yer axtarırdı. Srağagün şəhərdə, demək olar ki, oyuna baxmaq üçün yer yox idi. Hər yer bir neçə saat, hətta bir neçə gün əvvəl rezerv olunmuşdu. Kafelər, çayxanalar, publar insanlarla dolu idi. Xeyr, onlar yalnız “Qarabağ” azarkeşləri deyildi. Əksəriyyəti ölkəni, bayrağı, himni və təbii ki, futbolu sevən həmyerlilərimiz idi. “Qarabağ” ölkədə hər kəsin üzünü güldürdü. Baxmayaraq ki, Danimarkadan 1:2 hesablı məğlubiyyətlə qayıtdı. Son illərin dəyişməz çempionu səfərdə vurduğu qol sayəsində ölkə futbol tarixində ilkə imza atdı. Uzun illərdi arzuladığımız Çempionlar Liqasının qrupunda axır ki komandamız da iştirak edəcək.
Kimi bu uğuru göz yaşları ilə qarşıladı, kimi qışqıraraq, kimi fit çalaraq, kimi də “anadır arzulara, hər zaman Qarabağ” deyərək. İspan referi Undiano Malyenkonun final fitindən dərhal sonra hər kəs küçələrə axışmışdı. İnsanlar əllərində Azərbaycan və “Qarabağ” bayraqları dalğalandıraraq bir-birini təbrik edir, qucaqlayırdı. Onlar avtomobillərin pəncərələrindən çıxıb mahnılar oxuyur, bayraqlar dalğalandırırdı. Siqnal səsi isə şəhərin hər yerini bürümüşdü. Sevinənlər arasında milli musiqi alətlərində ifa edənlər, qol qaldırıb oynayanlara da oldu. Ölkənin ən böyük meydanı olan Azadlıq meydanı isə 90-cı illərin əvvəllərini xatırladırdı. Bəli, həmin vaxt xalqımız sovetlər birliyindən qurtulmağını necə bayram edirdisə, bu dəfə də “Qarabağ”ın ÇL-ə düşməsini xoşbəxtliklə qarşıladı. Həmin anlara canlı şahidlik etdikcə, insanlarımızın qələbələrə nə qədər ac olduğunu görmək olardı.
Bildiyiniz kimi, BOS rəhbərliyi ölkə futbolu adına tarixi matçı azarkeşlərə təqdim etmək üçün stadion ərazisində böyük ekran quraşdırmışdı. Öncə ora 600 nəfər insanın gələcəyi gözlənilsə də, azarkeşlərin sayı 850-dən çox oldu. Azarkeşlər hakimin final fitindən sonra böyük coşqu yaşadılar. Yaşlı, gənc, kişi, qadın - fərq etmirdi. Hər kəs sevincini özünəməxsus şəkildə yaşadı. Bir sözlə, Azərbaycan sözlə ifadə olunmayacaq dərəcədə möhtəşəm bir gecə keçirdi. Bəlkə də ölkə idmanında belə sevinc heç vaxt yaşanmamışdı. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və “Formula-1”in ölkəmizdə keçirildiyi zaman yaşanmadığını əminliklə deyə bilərik.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Dünən, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Dünən, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar