26 avq 02:05olke

Tarixi zəfərə aparan yol

Tarixi zəfərə aparan yol
“Qarabağ”ın qazancı 15 milyon avronu keçdi
Ölkə futbolunda yeni tarix Danimarkada yazıldı. “Qarabağ” daha bir ilkə imza atmaqla azərbaycanlı futbolsevərləri sevindirdi. “Köhlən atlar” Bakıda məğlub etdiyi (1:0) “Kopenhagen”ə səfərdə uduzsa da (1:2), Çempionlar Liqasının qrupuna vəsiqə qazandı. Bu isə indiyədək görmədiyimiz bir mərhələdi. Uzun illər xəyallarını qurduğumuz mübarizənin bir parçası olmağın qürurunu yaşamağı sözlə ifadə etmək çətindi. Axı bu elə bir mübarizə meydanıdı ki, ən güclülər kəllə-kəlləyə gəlir. ÇL təkcə Avropanın yox, bütün dünyanın diqqətini üzərinə çəkir. Qitənin ən nüfuzlu klub turnirində mübarizə aparacaq “Qarabağ” üçün bu yeni səviyyə, ölkə üçün isə əla təcrübədi. Həm mənəvi, həm də maddi baxımdan böyük qazanc əldə olundu. Təbii, istər klub, istər heyətdəki azərbaycanlı futbolçuların yiyələnəcəyi təcrübə, istərsə də bu uğurun memarı olan Qurban Qurbanovun məşqçilik karyerasında önəmli irəliləyiş deməkdi ÇL-in qrupu. “Bizdə futbol yoxdu” düşüncəsi ilə bu idman növünə yanaşanlar bir daha həmin məqam haqda fikirləşməli olacaqlar. Sabitlik və inam fonunda əldə olunan uğur futbola maliyyə yatırmaq istəyən iş adamalarının da tərəddüdünə son qoya bilər. Fakt budu ki, “Qarabağ”ın sponsorları uzun müddət kluba baxdı və artıq bir neçə ildi bunun bəhrəsini görür. O ki qaldı məsələnin siyasi tərəfinə, bu gedən informasiya mübarizəsində də “Qarabağ”ın uğuru önəmli faktdı. Hər kəs ÇL-in qrupunda mübarizə aparan komandanı daha yaxından tanımağa çalışacaq və bizim dünyaya çatdırmaq istədiyimiz həqiqətlərlə bilavasitə tanış olacaq.
Uğura gedən yol
Ardıcıl 4-cü dəfə ölkə çempionu olan “Qarabağ”ın hədəfi ÇL-in qrup mərhələsi idi. Hələ ötən mövsümlərdə bəzən bəxtsizlik, bəzən isə son andakı soyuqqanlılıq komandanı məqsədindən uzaq salmışdı. Hər halda, ardıcıl 3 mövsüm Avroliqanın qrupunda mübarizə aparan komanda təcrübə qazandı, möhkəmləndi, uğura alışdı. Əslində bu mövsüm komandanı çoxları əvvəlki mövsümlərlə müqayisədə zəif sayırdı. Bu cür düşünənlərə haqq qazandırmalıyıq. Bir sıra önəmli oyunlarda meydana çıxaraq həlledici qollarla yadda qalan Muarem Muarem getdi, Dani Kintana kimi önəmli füqur zədə səbəbindən “Qarabağ”a kömək edə bilmədi. Ən maraqlısı isə yoldaşlıq oyunlarında “köhlən atlar”ın heç də yaxşı nəticə ortaya qoymaması idi. Ancaq razılaşaq ki, 2-ci mərhələdə “Samtredia”nın, növbəti mərhələdə “Şerif”in rəqib olması Ağdam təmsilçisi üçün müsbət məqam idi. Ancaq buna əsaslanıb “Qarabağ”ın uğuruna kölgə salmaq ədalətsizlik olardı. Ən azı ona görə ki, təmsilçimiz yığdığı reytinq xalının hesabına bu cür rəqiblərlə qarşılaşmalı olur. Deməli, beynəlxalq arenadakı sabitlik də əsas məqamlardan biridi. “Samtredia” səddi hər nə qədər asan keçilsə də (5:0, 1:0), “Şerif” müəyyən qədər “Qarabağ”a başağrı ola bildi. Hələ Bakıdakı görüşdə (0:0) rəqibdən aşkar üstün olan “köhlən atlar” səfərdə qələbə qazanaraq (2:1), ilkə imza atdı. Çünki buna kimi heç bir klubumuz ÇL-in pley-offuna adlaya bilməmişdi. Təbii, Moldova tərəfinin Bakıdan sərfəli nəticə ilə döndüklərini dilə gətirmələri, eləcə də cavab qarşılaşmasında üstün olacaqlarını söyləmələri anlamsız qaldı. Pley-off mərhələsinin püşkü atılanda nikbin proqnoz verənlər də vardı, ÇL-in qrupundan erkən əlini üzənlər də. “Kopenhagen”in inadkar komanda olması, avrokuboklardakı təcrübəsi “Qarabağ”ın şansını azaldırdı. Ancaq “Tofiq Bəhramov”da baş tutan ilk oyun (1:0) da göstərdi ki, “köhlən atlar” bu rəqibi yolundan kənarlaşdıra bilər. Həm nəticə, həm də sərgilənən oyun buna ümid verirdi. “Telia Parken”də reallaşan qarşılaşmada arzuolunmaz durumların şahidi olduq. Vild-Donald Geryenin erkən zədələnməsi, İbrahim Şehiçin kobud səhvi, eləcə də bəzi futbolçuların potensialından aşağı çıxış etməsi vəziyyəti çətinləşdirdi. Hər halda, Dini Ndlovu bir daha səhnəyə çıxaraq, “Qarabağ”a necə faydalı hücumçu olduğunu göstərdi. Bu isə daha bir tarix demək idi. Uğura gedən yolda futbolçuların, baş məşqçinin, eləcə də çalışdırıcıya dəstək olan rəhbərliyin əməyi qeyd olunmalıdı. Təbii, bu zəfərə görə “Qarabağ”a və Qurban Qurbanova təşəkkür düşür.
Transferə ehtiyac özünü göstərdi
Qeyd etdiyimiz kimi, ÇL-in qrupu ölkəmiz, futbolumuz üçün artıq yeni səviyyə, yeni mərhələdi. Bu mübarizədən hərtərəfli yararlanmalı, həmçinin təmsilçimizin iştirakından zövq almalıyıq. Lakin fakt budu ki, bu heyət bu cür yarış üçün kifayət etmir. Hələ “Kopenhagen”lə oyunda da göründü ki, Qurbanovun oyunu gücləndirmək üçün əlinin altında lazımi material yoxdu. Ola bilər, indiki heyət ölkədaxili yarışlar üçün kifayət etsin. Ancaq bu gün “Qarabağ” ÇL-in qrupundadısa və qitə nəhəngləri ilə qarşılaşacaqsa, “əlavə qan”a ehtiyac var. Söhbət hücum xəttindən gedir. Onu da qeyd edək ki, istər Qurbanov, istərsə də klubun vitse-prezidenti Tahir Gözəl transfer məsələsinə ciddi yanaşdıqlarını qeyd ediblər. Özü də çalışdırıcı “çalışacağıq bir-iki transfer edək” deməklə təkcə bir futbolçu cəlb etmək haqda düşünmədiklərini etiraf edib. İnanaq ki, bu prosesdə ləngimə olmayacaq və qarşıdakı günlərdə “Qarabağ” heyətini səviyyəli futbolçularla gücləndiriəcək. Yeri gəlmişkən, qazanılan məbləği də nəzərə alsaq, transfer çalışamalarında pul məsələsi problem olmamalıdı.
“Qarabağ”ın qazancı 15 milyon avronu keçdi
Sözsüz, qazanılan uğurla ölkə futbolunda bir ilk yaşandı, yeni tarix yazıldı, milyonlar sevincə qərq oldu, reytinq əmsalımıza əlavə edildi. Mənəvi cəhətdən qələbənin verdiyi ruh yüksəkliyini sözlə ifadə etmək çətindi. Bütün bunlar öz yerində. Məsələnin maliyyə tərəfini də unutmamalıyıq. Müasir futbolda pulun hansı mənanı kəsb etdiyini izah etməyə ehtiyac yoxdu. Özü də bizim klublar üçün UEFA-dan gələn vəsait böyük önəm daşıyır. Razılaşaq ki, bu gün təmsilçilərimiz marketinqdən o qədər də qazanc əldə etmir. Futbolçu transferindən də qazanc yox dərəcəsindədi. Ancaq qitənin ən nüfuzlu klub turnirinin qrupuna vəsiqə tam ayrı gəlir deməkdi. Nəzərə alaq ki, ÇL-in 2-ci təsnifat mərhələsində 320, növbəti mərhələdə isə 420 min avro əldə edən “köhlən atlar” pley-offa vəsiqə qazanmaqla 3 milyon avronu da özü üçün təmin etmişdi. Artıq “Qarabağ” pley-offu uğurla dəf etdiyindən həmin 3 milyon 2 milyona endirilir və ÇL-in qrupunda düşdüyünə görə 12,7 milyon avro əlavə verilir. İkinci təsnifat mərhələsindəki 320 mini, 3-cü mərhələdəki 420 mini, pley-offdakı uğura görə 2 milyonu və qrupa düşməyə görə verilən 12,7 milyonu nəzərə alsaq, deməli, ÇL-in qrupuna vəsiqə qazanan “Qarabağ”ın qazancı 15 milyon 440 min avrodu. Maraq üçün qrupdakı heç-heçə və qələbələrə görə verilən mükafatları da diqqətinizə çatdıraq. Belə ki, qrupda qazanılan 3 xal 1,5 milyon avro gəlir deməkdisə, heç-heçə kluba 500 min qazandırır. Deməli, “köhlən atlar” büdcəsini qışa qədər əldə etdiyi müsbət nəticələrdə daha da zənginləşdirə bilər.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:27 Karantin Ruslanın “başına oyun açıb” Bu gün, 12:11 AİJF Baş nazirə müraciət etdi Bu gün, 12:06 “9 aydan sonra doğuş sayında inanılmaz artım yaşansa, təəccüblənmərəm” Dünən, 21:12 Teymur Rəcəbov 100 min dollar ziyana düşüb Dünən, 21:09 Fərid Qayıbov payızı nişan verdi Dünən, 20:59 Yaşar Vahabzadəni bu gün hamıdan tez nəvəsi təbrik edib Dünən, 16:03 Mourinyo və oyunçular parkda məşq etdi Dünən, 15:59 Terim koronavirusdan qurtuldu! 7-04-2020, 22:15 Belarus çempionatında futbolçular nə qədər qazanır? 7-04-2020, 21:54 Koronavirus Qvardiolanın anasını öldürdü 7-04-2020, 21:50 Rusiya və Qətər mundialı pulla alıb? 7-04-2020, 21:40 “Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm” 7-04-2020, 21:28 “Qarabağ” boş dayanmır 7-04-2020, 21:19 “Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil” 7-04-2020, 21:07 Kimdi günahkar? 7-04-2020, 20:51 Evdə qal, yemək bişir! 7-04-2020, 15:17 Arif Rəhimov dəqiqliyin tərəfdarıdı 7-04-2020, 15:11 Klublarda qeyri-müəyyənlik davam edir 7-04-2020, 15:07 Azarkeş qrupları imkansızları sevindirməkdə davam edir 7-04-2020, 15:02 “Zaqatala”dan örnək addım 6-04-2020, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür 6-04-2020, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı 6-04-2020, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır 6-04-2020, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! 6-04-2020, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” 6-04-2020, 16:30 Karius FIFA-ya şikayət etdi 6-04-2020, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” 6-04-2020, 16:20 Tramp da videokonfrans keçirdi 6-04-2020, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı 6-04-2020, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? 6-04-2020, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib 6-04-2020, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan 5-04-2020, 11:22 Fonda daha hansı klub pul köçürəcək? 5-04-2020, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb Bütün xəbərlər
Ən çox oxunanlar