25 avq 13:33olke

“Neftçi” azarkeşləri namizədlərin adlarını açıqladı

“Neftçi” azarkeşləri namizədlərin adlarını açıqladı
Ceyhun Bədəlzadə: “Komandaya “yemək” üçün yox, nəticə vermək üçün gəlməlidi”
Elxan Abdullayevin “Neftçi”dən ayrılmasını israrla tələb edənlər “Forza Neftçi”nin üzvləriydi. Ötən mövsüm sona yaxınlaşanda komandanın hədəfə çatmayacağını duyan fanatlar hər oyunda “istefa” şüarını işə salırdı. Nəticədə baş məşqçi onları “xuliqan” adlandırmaqla bir növ ocağın üstünə benzin tökmüş oldu. Düzdü, tərəflər çox keçmədən iftar süfrəsi arxasında üz-üzə gəldi və münasibətlər nisbətən düzəldi. Amma yenə də içlərində ümid yox idi.
İndi həm “forzalılar”, həm də digər azarkeşlər rahat nəfəs alır. Lakin yeni məşqçinin kim olacağı onları narahat edir. Heç şübhəsiz, onların da öz seçimi, komandanın “sükanı arxasında” görmək istədiyi mütəxəssis var. Məhz bu suala aydınlıq gətirmək üçün illərdi ağ-qara rənglərə könül verən şəxslərdən ikisi ilə danışdıq.
Ceyhun Bədəlzadə, “Flaqman”ın rəhbəri: “Guya yeni baş məşqçi gəlib nə edəcək ki? O da bir müddət işləyəndən sonra “mənim komandam deyil, vaxt lazımdı” kimi bəhanələrlə əsəblərimizi korlayacaq. Mourinyo da gəlsə, həmin sözləri deyəcək. Mövsümün ortasında gələn istənilən məşqçi üçün yaxşı bəhanədi. Legioner məşqçiyə birmənalı qarşıyam. Onlar bura ancaq pul qazanmaq üçün gəlirlər, “Neftçi”nin futbolumuz üçün nə məna verməsindən xəbərsizdilər. Məndən olsa, təcrübəli mütəxəssisin gətirilməsinin tərəfdarıyam. Komandanı belə vəziyyətdən “bişmiş” məşqçi çıxara bilər. Amma bu da alınana oxşamır. Böyükağa Hacıyevin səhhəti imkan verməz. Vaqif Sadıqov AFFA-nın İcraiyyə Komitəsinin üzvüdü, həm də Məşqçilər Komitəsində sədrdi. Ağasəlim Mircavadovu da qoymazlar. İllər öncə yaşanmış məlum hadisədən sonra dəfələrlə “Neftçi”yə qayıtmaq imkanı yaransa da, təyin etməyiblər. Ona görə də ümid qalır gənc mütəxəssislərə. Tərlan Əhmədovla Kamal Quliyev variantı daha real görünür. Hər ikisi gözümüzün qabağında “Neftçi”də futbol oynayıb. Daha sonra məşqçi işləyiblər. Pis-yaxşı uğurları da olub. Kamal birinci divizionda “Neftçala”nı iki dəfə çempion elədi. Tərlan da acınacaqlı durumda olan AZAL-da çalışanda iddialı rəqiblərə “meydan oxuyurdu”. 2015/16 mövsümünün başa çatmasına 2-3 tur qalmışa qədər AZAL Avroliqaya vəsiqə qazanmaq üçün mübarizə aparırdı. Hansı olur-olsun, “Neftçi”nin dəyərini bilsin. Komandaya “yemək” üçün yox, nəticə vermək üçün gəlməlidi. “Neftçi”ni çempion eləsin, Avropada uğurlar qazansın, ondan sonra nə qədər istəyir, “yesin”. Ağ-qara rəngi İqor Getman qədər sevməlidi həmin məşqçi. Təbii ki, xarakteri də öz yerində. Futbolçu baş məşqçini görəndə hiss etməlidi ki, bu adam baş məşqçidi. Futbolçunun yanında gözükölgəli işi olmamalıdı. Mənə elə gəlir ki, Tərlanla Kamaldan birini gətirəcəklər. Bu iki məşqçiyə sözümüzü demək də asan olacaq. Həm də iradlarımızı anlayışla qarşılayarlar”.
Sübhan Əliyev, “Forza Neftçi”nin rəhbəri: “Axtarışa çıxmışıq, görək kimi tapırıq, hardan tapırıq (gülür). Açığı, bu qədər yaşananlardan sonra əcnəbi mütəxəssisin gətirilməsinin tərəfdarıyam. Neçə ildi özümüzkilər gəlib-gedir, ortada heç nə yoxdu. Amma əcnəbi də gəlib vaxt istəyəcək, hər cür bəhanə uyduracaq. Üstəlik, maliyyə imkanı da, bildiyimə görə, yaxşı deyil. Ona görə də yenidən yerli məşqçilərdən birinə güvənəcəklərini düşünürəm. Qrup olaraq oturub müzakirə etdik, belə qənaətə gəldik ki, ya Tərlan Əhmədov ola bilər, ya da Kamal Quliyev. Ağasəlim Mircavadova güvənəcəklərinə inanmıram. Yunis Hüseynovla Nazim Süleymanovun adlarını çəkirlər, məncə, onların işi də alınana oxşamır. Tərlan Əhmədov variantı daha realdı. Məhdud budcə ilə AZAL-da necə işlədiyini görmüşük. Xarakterinə da bələdik. Bu dəqiqə “Neftçi”yə xaraktercə sərt, möhkəm məşqçi gəlməlidi. İkisinin arasında seçim etməli olsalar, yəqin ki, Tərlan Əhmədova üstünlük verərlər”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar