25 avq 13:20olke

Elxan Məmmədov Tərlan Əhmədovun “Neftçi”də çalışmasına qarşıdı

Elxan Məmmədov Tərlan Əhmədovun “Neftçi”də çalışmasına qarşıdı
ARDNŞ-nin vitse-prezidentinin isə Kamal Quliyevi gətirəcəyi gözlənilir
Hazırda “Neftçi” azarkeşlərinin üzü gülür. Sevimli komandalarının turnir cədvəlinin zirzəmisində qərarlaşması da veclərinə deyil. Aylardı gözlədikləri hadisə baş verib deyə, sevinclərinin həddi-hüdudu yoxdu. Zarafat deyil, daha 3 il “Neftçi”də qalacağı deyilən, gözlənilən Elxan Abdullayevdən canları qurtardı. Lakin bir o qədər də narahatdılar. “Görəsən, yeni baş məşqçi kim olacaq” sualını düşünəndə gözlərinə yuxu getmir. Üç gündü elə biz də bu haqda düşünürük, amma hələ ki cavab yoxdu. “Yuxarılar”ın qərarı həlledici olacaq.
Məsələ ilə bağlı bəzi məlumatlar əldə etmişik ki, sizlərlə bölüşməyə bilmərik. Hazırda “Neftçi”nin baş məşqçisi olmağa namizədlərdən biri, bəlkə də birincisi Tərlan Əhmədovdu. Vaxtilə futbolçu kimi ağ-qara formanı geydiyini, məşqçi və baş məşqçi kimi çalışdığını nəzərə alsaq, ictimaiyyətin bu ada sevgisi normaldı. Sərt xarakteri ilə seçilməsi də ölkənin ən köklü klubunda çalışa bilər. Di gəl ki, alınan işə oxşamır. Səbəb isə arada Elxan Məmmədovun “barmağının” olmasıdı. Klubda görülən işlərin AFFA-nın baş katibinin xeyir-duası ilə gerçəkləşdiyini nəzərə alsaq, yaranmış vəziyyət başadüşüləndi. Hər şeydən əvvəl “Neftçi”yə gələn baş məşqçi rusdilli və mümkünsə, “şəhər uşağı” olmalıdı. Digər tərəfdən, Tərlan Əhmədov heç vaxt Elxan Məmmədovun əhatəsində olmayıb. Münasibətləri isti deyil. Yəni Əhmədovu baş məşqçi qoysalar, sabah baş katibin “çaldığı havaya oynamayacaq”, verdiyi tapşırıqlar qarşısında baş əyib “baş üstə” deməyəcək. Odu ki, Elxan bəy “Neftçi”yə himayədarlıq edənləri inandırmağa çalışır ki, Əhmədov komandanı yüksək səviyyəyə çatdıracaq mütəxəssis deyil. Deyilənlərə inansaq, son 3 ildə “Neftçi”də işləməyən azərbaycanlı məşqçi qalmadığından AFFA-nın ideoloqu əcnəbi məşqçi sevdasına düşüb. Berti Foqtsu, Robert Prosineçkini, Bernard Lipperti, Oliver Pilzeri, Nikolay Adamı, Bernard Raabı və 10-a yaxın əcnəbi idman direktorlarını Azərbaycan futboluna calayan bu şəxs “ağ-qaralar”ın legioner mütəxəssislə müqavilə bağlamasında maraqlıdı. Qısası, Tərlan Əhmədovun işi yuxarıdan “burulur”.
Təbii ki, qərarı Mikayıl İsmayılov verəcək. “Neftçi” İdman Klubu İctimai Birliyinin rəhbəri, yəni ARDNŞ-nin vitse-prezidenti. Dövlət büdcəsindən “Neftçi”yə maliyyə ayıran, klub rəhbərliyindən hesabat tələb edən İsmayılov hazırda məzuniyyətdədi deyə, məsələ açıq qalıb. Mikayıl bəyin istirahət müddəti avqustun 27-də başa çatacaq və ertəsi işə çıxacaq. Elə həmin gün də yeni baş məşqçinin adı açıqlanmalıdı.
Kamal Quliyev olsa, təəccüblənməyin. İş burasındadı ki, Quliyev də İsmayılov kimi, əslən Ağsu rayonundandı. Ortaq tanışları və qohumları kifayət qədərdi. “Neftçala”dan ayrılandan sonra işsiz qalan mütəxəssisin yenidən “Neftçi”yə qayıtmasının səbəbkarı da ARDNŞ-nin vitse-prezidenti olmuşdu. Onsuz da son 3 ildə baş məşqçilər tapşırıqla, məsləhətlə təyin olunur. Belədə Kamal Quliyev niyə akademiyada görülən işlərə nəzarət etsin ki?! Oturar baş məşqçi postunda, həm öz üzü gülər, həm də ona güvənən klubdakı bir nömrəli söz sahibinin. Bizdən yazmaqdı, sizdən oxumaq. Bu ayın 28-ni gözləyək, görək nə olur. Tərlan Əhmədovu gətirsələr, sözün yaxşı mənasında təəccüblənməyə dəyər.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Bu gün, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Bu gün, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Bu gün, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Bu gün, 15:14 Çempion üç günə iki qələbə qazandı Bu gün, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Bu gün, 15:10 Joze Alesio limitin tərəfdarıdı Bu gün, 15:08 Hər iki finalçı cəzalandırıldı Bu gün, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Bu gün, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Bu gün, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Bu gün, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Bu gün, 13:53 Nə tez ayıldın, Özil?! Bu gün, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Bu gün, 13:47 Kamal Bayramov “Səbail”də Bu gün, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Bu gün, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Bu gün, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Bu gün, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Bu gün, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Bu gün, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı Bütün xəbərlər
Ən çox oxunanlar