23 avq 20:29olke

Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi

Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi
11 ayda 18 transfer, bir o qədər də məğlubiyyət…
Və o an yetişdi. “Neftçi” azarkeşlərinin, futbol ictimaiyyətinin aylardı istefaya səslədiyi Elxan Abdullayev, nəhayət, öz xoşu ilə komandadan ayrıldı. Dünən günortaya yaxın klub saytı bu haqda məlumat yaydı. Ardıcıl iki məğlubiyyətdən sonra işdən ayrılmaq fikrinə düşən mütəxəssis istefa ərizəsini klub rəhbərliyinə təqdim edincə, “yuxarılar” Abdullayevin müraciətini qəbul edib.
Səbəbkar klub saytına verdiyi açıqlamada son söz kimi bunları deyib: "Hər şeydən əvvəl "Neftçi” PFK-nın rəhbərliyinə mənə inandığı və şans verdiyi üçün minnətdarlığımı bildirirəm. 3 illik müqaviləmin qüvvədə olmasına rəğmən, komandanın ilk iki turda göstərdiyi nəticələrin məsuliyyətini üzərimə götürərək istefa verdim. Bu qərar heç də asan başa gəlmədi və hər hansı bir kənar təzyiqlə bağlı deyil. Mübariz bir insan kimi indiyədək hansısa təzyiq və tənqidlərdən çəkinməmişəm. Sadəcə, son nəticələri "Neftçi”nin böyük tarixinə yaraşdırmadım. Hər şeydən maksimum əldə etməyə çalışan bir insanam və bu çətin vəziyyətdən çıxış yolunu getməkdə gördüm. Ümid edirəm ki, qərarım "Neftçi”yə yalnız xeyir verər. Klubda çalışdığım müddətdə mənə inanan və dəstək olan hər kəsə, hər bir azarkeşə təşəkkür borcluyam! Çox sağ olun!”.
Elxan bəyin dediklərindən də göründüyü kimi, klubdan ayrılmağı özü istəyib. Yəni vəziyyətin bu həddə çatmasına onu heç kim məcbur etməyib. Hər halda, özü belə deyir. Bu isə o deməkdi ki, sabiq çalışdırıcı 3 illik müqaviləsinin olmasına baxmayaraq, “Neftçi” ilə təzminat davası etməyəcək. Adam özü getmək istədiyini deyirsə və yekunda tərəflər qarşılıqlı razılığa gəlib əl sıxırsa, təzminatdan söhbət gedə bilməz. Bir də ki, yerli məşqçilər nə vaxtdan təzminat davası edib? Qardaşyana müqavilə bağlayırlar, elə o cür də sağollaşırlar.
Əslində Abdullayev indi yox, üç ay əvvəl getməliydi. “Neftçi” ölkə kubokuyla vidalaşanda, çempionatı mükafatsız başa vuranda, avrokuboklardan kənarda qalanda. Yəni apreldə “Zirə”ylə oyundakı yanlış əvəzetməyə görə İqor Getmanla Aleksandr Deriberin göndəriləndə, baş məşqçi də onlarla birgə yola salınmalıydı. Lakin futboldan başı çıxmayan təsisçilər ictimaiyyətin tələbinə zidd qərar verərək, özləri təyin etdiyi baş məşqçini postunda saxladı. Yüksək səviyyəli təlim-məşq toplanışı təşkil olundu, bir neçə milli üzvü və legionerlər alındı. Ancaq bu da Abdullayevin uğurlu olmasına bəs etmədi. Çünki baş məşqçi kimi “Neftçi”yə fayda verməyəcəyini bir ilə yaxındı yazırdıq, deyirdik, qabardırdıq. İyulda “ağ-qaralar” yoldaşlıq görüşündə “Kəpəz”ə məğlub olanda, “Binə”ni güc-bəla ilə udanda bu komandanın çempionatda ciddi mənada heç nə ilə yadda qalmayacağını bildirmişdik. Baş məşqçi isə “çempionatda fərqli “Neftçi” görəcəksiz, təki “Kəpəz”ə belə oyunlarda uduzaq” deməklə bir növ vaxt qazanırdı. “Səbail”ə yenilgi Elxan Abdullayevin həm məşqçi kimi lazımi bacarığa malik olmadığını göstərdi, həm də ona daha 3 il güvənmək eşqinə düşənlərin futbol savadsızlığını ortaya qoydu.
Maraq üçün qeyd edək ki, uzun illər millidə köməkçi-məşqçi kimi çalışmış mütəxəssis “Neftçi”yə ötən ilin sentyabrında gəlmişdi. “Neftçi”nin “Qəbələ”yə 0:8 hesablı yenilgisini qəbul etməyən klub rəhbərliyi Vəli Qasımovu göndərib postu Abdullayevə tapşırmışdı. Geridə qalan 11 ayda “ağ-qaralar” bu məşqçinin rəhbərliyi altında 31 oyuna (26-sı çempionat, 5-i ölkə kuboku) çıxıb. Bu qədər oyunda komandanın qazandığı qələbə sayı 10 olub. Məğlubiyyətlətin sayı isə 18-di. Bakılılar cəmi 3 dəfə meydanı heç-heçəylə tərk edib. Vurulan qolların sayı 29-dusa, buraxılan topların sayı 38-ə bərabərdi. Bir sözlə, Elxan Abdullayev “Neftçi” adını tarixininə ən faciəvi nəticəyə imza atan məşqçilərdən biri kimi yazdırdı. Onun dönəmində, yəni geridə qalan 11 ay ərzində “Neftçi”yə 18 yeni futbolçunun (11-i legioner) cəlb olunduğunu da maraq üçün diqqətinizə çatdıraq: Mahir Şükürov, Jonas Pesalli, Boban Baykoviç, İqnasio Errera, Zdenek Folprext, Pavel Dreksa, Georgi Navalovski, Kiril Petrov, Hüqo Barqas, Daniel Seqoviya, Ruslan Abışov, Namiq Ələsgərov, Səlahət Ağayev, Rəşad Əzizli, Məhəmməd Mirzəbəyov, Elnur Cəfərov, Derlis Meza Kolli, Mateo Mujek.
Saytdakı istefa xəbərindən bir neçə saat sonra komandanı avqustun 25-də “Kəpəz”lə oyuna çıxaracaq məşqçinin adına aydınlıq gəldi. Həmin şəxs cari mövsümdə əvəzedicilərə rəhbərlik edən və 2 oyundan 6 xalla ayrılan komandanın baş məşqçisi Elşad Əhmədov olacaq. Elşad bəyə əsas komandanın məşqçilər korpusu yardım edəcək. Həmin vaxta qədər isə yeni baş məşqçinin adına aydınlıq gəlməlidi. Çox güman, ya Tərlan Əhmədov olacaq, ya Kaxaber Tsxadadze, ya da Yaşar Vahabzadə. Hər halda, bu gün üçün real namizədlər bu üç mütəxəssisdi. Ancaq Ağasəlim Mircavadovu da unutmaq olmaz.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar