22 avq 18:33olke

“İmarət Avropa”dan “Vətən”ə cavab gəldi

“İmarət Avropa”dan “Vətən”ə cavab gəldi
“Bir təşkilat 25 avrodan yığıb stadiona 100 azarkeş gətirə bilmirsə, niyə fəaliyyət göstərir...”
“Kopenhagen” – “Qarabağ” matçının necə keçəcəyi, oyunun hansı hesabla bitəcəyi qalıb bir tərəfə, artıq bir neçə gündü əsas söhbət mövzüsu ağdamlıları Danimarkada neçə nəfərin dətəkləyəcəyi, biletləri hardan əldə edəcəkləridi. Xüsusilə sosial şəbəkələrdə bu yöndə qızğın mübahisələr gedir, fikir ayrılıqları yaranır. Kimisi bileti asan yolla əldə edə bilmədiyinə görə “Qarabağ”ı qınayır, kimisi də klubun bilet satmaq kimi borcunun olmadığını əsas gətirir.
Elə dünən bizimlə əlaqə saxlayan “İmarət Avropa”nın üzvü Vüsal Əhmədovun dedikləri də məsələylə bağlı idi. Onu danışmağa məcbur edən isə Danimarkadakı “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqinin qəzetimizə verdiyi müsahibədi: “2013-cü ildən bu yana “Qarabağ”ı azı 20 oyunda tribunadan dəstəkləmişik. Dəstək deyəndə ki, belimizə bayraq bağlayıb oturub tum çırtlamamışıq. Yeri gələndə ikihəftəlik maaşımızı yola xərcləyib, həmin günlərdə işdə olmadığımıza görə bir o qədər ziyana düşmüşük. Elə vaxt olub oyunun təkrarına qatar stansiyasında, hava limanında baxmışıq, orda gecələmişik. Çünki arxamız meydana olub deyə, oyuna baxa bilməmişik. Bilet çatmadığına görə bəzi həmvətənlərimizlə üz-göz olmuşuq. Halbuki oyuna vaxtında yox, matç başlayandan 15 dəqiqə sonra gəliblər. Öz cibimizdən kassadan bilet almışıq ki, həvəsləri ölməsin. Bunu özümüzə borc bilib eləmişik. Sadaladıqların çəkdiyimiz əziyyətin cəmi 30 faizidi. Sadəcə, danışmırıq ki, kimlərsə “İmarət Avropa” özünü gözə soxur” şəklində düşünməsin. Heç vaxt özümüzü mediada, sosial şəbəkələrdə reklam etməmişik. “Kopenhagen” – “Qarabağ” oyunu xoşbəxtlikdən daha fəal olduğumuz Skandinaviya ölkəsinə təsadüf edib. Məhz buna görə boğaza yığılmışıq. Sizinlə əlaqə saxlamağımız da məcburidi.
Qardaşlar, 25 avroya görə kluba demədiyiniz söz qalmayıb. Ayıbdı! Günlərdi “feysbuk”da aldığımız mesajlar biletlə bağlıdı: “klub bilet vermir, niyə vermir, bizi saymır, onda mən niyə stadiona getməliyəm”? Cəmiyyətlər öz səhifələrində camaata 300 bilet söz verir, sonra da məsuliyyəti atır klubun üstünə. Başa düşmürəm, Avropada yaşayan biri üçün 25 avro nədi ki? Bir təşkilat 25 avrodan yığıb stadiona 100 azarkeş gətirə bilmirsə, niyə fəaliyyət göstərir... Neçə ildi getdiyimiz Avropa ölkələrində bir cəmiyyət və ya fəal adam peyda olur. Maliyyədən, işgüzarlıqdan danışırlar. Amma oyun başlayanda tribunada görünmürlər. O qədər azərbaycanlı tanıyırıq ki, səsləri Madriddən, Barselonadan, Münhendən gəlir. Bir ətək pul töküb pərəstiş etdikləri komandaların oyunlarına gedirlər. Amma iş “Qarabağ”a gələndə, ağız büzürlər, belə də olmalıymış kimi davranırlar. Bir nəfər var, zəng vurub ki, mənə VİP-sektora bilet təşkil edin. Bir başqası yazır ki, filan ölkənin filan şəhərində yaşayırıq, klub rəhbərliyi Kopenhagenə gəlməyimiz üçün avtobus təşkil edə bilər? Biz kimik bəs? Oliqarx balalarıyıq? Mən 2000 kilometr yolu qət edə bilirəmsə, siz niyə 150-200 kilometrlik məsafəni gözdağı bilməlisiz? Gedək otelin qabağında üstümüzə benzin töküb özümüzü yandıraq ki, bizə yolpulu, qalmaq pulu, yemək pulu verin. Etmərik. Çünki “Qarabağ”ın adına olan sevgimiz nəinki 25, 50, 100, milyonlarla avroyla ölçülməyəcək qədər zəngindi. İnşallah, avqustun 23-də 40 nəfərə yaxın üzvümüzlə stadionda olacağıq. Artıq biletlərimizi də almışıq. Nə cəmiyyətin, nə təşkilatın, nə də “Azərsun”un puluyla. Sırf öz vəsaitimizlə. Hər şey içdən gəlməlidi. Sevgini pulla ölçmək olmaz. Siyasətdə, başqa işlərdə bir ola bilmirik. Heç olmasa, futbolda birləşək. Canımıza əziyyət verək. Necə ki Bakıdakı “İmarət Tayfa”nın üzvləri Danimarkaya gəlmək üçün lazım olan vizanı almaq yönündə min əziyyətə qatlaşır”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar