22 avq 18:29olke

Futzal çempionatına iddialı debütantlar gəlir

Futzal çempionatına iddialı debütantlar gəlir
“Marafon”un icraçı direktoru: “Azərbaycanda bazası olan yeganə futzal klubuyuq”
Avqustun 17-də Futzal Federasiyası rəsmiləri ilə yüksək liqada iştirak edəcək komandaların nümayəndələri arasında keçirilən görüş bir məqama aydınlıq gətirdi: çempionatda iki debütantın olacağı təsdiqini tapdı. Düzdü, nə “İtaldizayn”, nə də “Marafon” divizionda qızıl və ya gümüş mükafatçısıdı. Müvafiq olaraq, çempionatı 3-cü və 5-ci yerdə başa vurublar. Ancaq hər ikisi yüksək liqaya iddialı gəlir. Hazırlıqlar, transferlər, qarşıya qoyulan hədəf belə düşünməyə əsas verir.
“Marafon”un icraçı direktoru Samir Məmmədov: “Hazırlıq prosesinə bir ay olar start vermişik. İlk mərhələdə komanda quruculuğu həyata keçirildi. Heyətdə xeyli struktur dəyişikliyi etdik. Ötən mövsümdəki heyətdən bir çoxuyla yollar ayrıldı ki, onların arasında kapitan Rüfət Hüseynov da var. Əvvəlki heyət üzvlərindən qapıçı Bayram Rüstəmov, Rasif Səfiyarov, Rəvan Abdullayev və Fəyar Hüseynovu saxlamışıq. Komandaya “Araz”ın üçüncü qapıçısı Kamran Hacıyevi, “Neftçi”dən Rüstəm Bağırzadəni, “İtaldizayn”dan Tofiq Əliyevi, “Xəmsə”dən Qüdrət İsmayılovu cəlb etmişik. Bundan başqa, 5 legioner transfer etmişik. Hamısı iranlıdı: Kesra Mehdipur, Hamed Xudayi, Əliəsgər Madani, Məcid Morovati və Səid Qudarzi Nasiriyə böyük ümidlər bəsləyirik. Artıq komanda komplektləşib. Baş məşqçimiz Elşad Quliyev növbəti mərhələdə oyun planında lazımi texniki işlər görəcək. “Yüksək liqaya çempion olmaq üçün gəlirik” demək reallıqdan uzaqdı. Sponsorlar bunu tələb edə bilər, amma peşəkar yanaşma da lazımdı. Həm Elşad müəllim, həm də mən rəhbərliyə izah etmişik ki, ilk mövsümdən fantastik nəticə tələb etmək doğru deyil. Azərbaycan çempionatında elə klublar olub: böyük vədlərlə gəlib, ilk mövsümdə çempion olub, böyük pullar xərcləyib və elə qələbə şadyanalığında sponsoru deyib ki “hər şey bitdi, daha param yoxdu”. Belə aqibətlə üzləşmək istəmirik. “Marafon” Ədliyyə Nazirliyindən qeydiyyatdan keçən peşəkar klubdu. Öz bazamız var və bu baxımdan ilk və yeganə klubuq. Gələcəyə hesablanmış hədəflərimiz var, yeri gələndə onları açıqlayacağıq. Çalışırıq ki, Azərbaycan futzalının inkişafına təkan verək, əvvəlki kimi, zallarımızı azarkeşlərlə dolduraq. Bu mövsüm üçün əsas tapşırıq ilk “4-lüy”ə düşməkdi”.
“İtaldizayn”ın baş məşqçisi Rafael Abdulov: “Avqustun ilk günlərindən məşqlərə başlamışıq. Açığı, hələ seleksiya mərhələsindəyik. Divizionda yararlandığımız heyətdən çox az futzalçını saxlamışıq. Veteran futzalçımız Ağatahir Əzimov, ötən mövsümün ikinci yarısında sıralarımıza qoşulan və çempionatın ən yaxşısı olan Elşən İbrahimxəlilov, qapıçı Ramin Həsənzadə, çimərlik yığmamızda çıxış edən Elvin Quliyev yüksək liqada da bizə kömək edəcək. “Araz”ın gənc üzvü Adil İsmayılovla da müqavilə bağlamışıq. Hazırda düşərgədə bir neçə nəfər baxışdadı. Məşqlərimizi “Dinamo”da keçirik. Ayın sonuna kimi seleksiya prosesini yekunlaşdıracağıq. Qarşıda bir ay vaxt var. Sentyabrda yoxlama görüşlərimiz olacaq. Maddi durumumuz normaldı. Hədəfdən danışmaq üçün bir qədər tez olsa da, “general olmaq istəyən əsgər”lərdənik. İnşallah, çempionatda ilk “3-lüy”ə düşmək uğrunda mübarizə aparacağıq”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar