20 avq 17:08olke

Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı

Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı
Tural Əsgərov “İnter”i suçladı, Vaqif Heydərli gözləməyi məsləhət gördü
“İnter” rəhbərliyinin səs-küy salmasına, keçidin qeyri-qanuni olduğunu söyləməsinə baxmayaraq, günlər ötdükcə Rauf Əliyevin karyerasını “Kukesi”də davam etdirəcəyi real görünür. İkili müqavilənin güdazına gedən paytaxt təmsilçisinin rəhbərliyi albanlardan hər nə qədər keçid üçün təzminat tələb etsə də, Rauf klubla müqaviləsinin bitdiyi ilə bağlı sənədin əlində olduğunu bildirir. Ötən saylarımızın birində paytaxt təmsilçisinin icraçı direktoru, AFFA-nın sabiq hüquqşünası Rəmiş Malıyevdən yaşananlara münasibət bildirməsini istəmişdik. Rəmiş bəy Əliyevin “İnter”lə müqaviləsi davam etdiyi halda, başqa kluba üz tutmasını yanlış addım adlandırmaqla yanaşı, agentlərin də “bostanına daş atmağı” unutmamışdı. Onun sözlərinə görə, ortada ikili müqavilə olmasına baxmayaraq, futbolçu agentinin sözlərinə uymamamalıydı. Rəmiş bəy həmçinin dolayısıyla əksər agentləri hüquqi cəhətdən savadsız adlandırmaqdan da çəkinməmişdi.
Məsələ ilə bağlı ölkənin sayılıb-seçilən agentlərinin fikirlərini öyrənməyi lazım bildik. Görəsən, onlar yaşananlara necə münasibət göstərir, kimin haqlı, kimin haqsız olduğunu düşünür? Öncə Tural Əsgərovu dinləyək: “Açığı, bu məsələyə münasibət bildirmək bir qədər çətindi. İki tərəf arasında imzalanan müqavilənin şərtlərini gözdən keçirmədən fikir bildirmək bir qədər düzgün deyil. Düzdü, hər iki tərəf, istər futbolçu, istərsə də klub əlində olan müqavilələri ictimaiyyətə açıqlayıb. Lakin həmin sənədləri bənd-bənd nəzərdən keçirmək lazımdı. Rəmiş Malıyev ortada ikili müqavilənin olduğunu söyləyirsə, bu məsələdə futbolçudan çox klub məsuliyyət daşıyır. Və “İnter” rəhbərliyi buna görə FİFA-ya şikayət edəcəyi halda, Raufdan çox özləri problemlə üzləşə bilərlər. Ali futbol qurumu ikili müqavilə məsələsinə çox həssas yanaşır və bu addımı qeyri-qanuni sayır. Bu üzdən inanmıram ki, Bakı klubunun rəsmiləri FİFA-ya şikayət etsin. Məsələnin digər tərəfi “Kukesi” ilə bağlıdı. Əminəm ki, Albaniya klubunun rəhbərliyi Əliyevlə müqavilə bağlamamış bu sahə üzrə ixtisaslaşan vəkillərlə məsləhətləşib, sonra sənədlər imzalanıb. Onlar bu məsələdə hansısa qaranlıq nüansın olduğunu hiss etsəydilər, risk edib Raufla anlaşmazdılar. Əliyevin seçiminə gəlincə, deməzdim ki, Albaniya çempionatı bizim premyer-liqadan üstündü. Fərq varsa da, çox cüzidi. Forvardın Albaniyaya hansı agentin vasitəçiliyi ilə yollandığını bilmirəm. Əliyev ”Kukesi”ni Avropanın aparıcı çempionatlarına yollanmaq yönündə tramplin kimi seçdiyini söyləyib. Ona qalsa, “köhnə qitə”də Balkan respublikalarının birinciliyi daha çox diqqət mərkəzindədi. İnşallah, zaman onun doğru seçim edib-etmədiyini göstərəcək”.
Vaqif Heydərli isə bunları söylədi: “Əvvəlcə onu bildirim ki, ortada ikili müqavilənin olması istər futbolçuya, istərsə də kluba başucalığı gətirmir. İndi əvvəlki vaxt deyil ki, belə qeyri-qanuni yoldan istifadə olunsun. O ki qaldı bu məsələdə kimin haqlı olmasına, burda da hər kiçik detala diqqət yetirilməli, hər nüans nəzərə alınmalıdı. “Kukesi” rəhbərliyi Raufla müqavilə bağlayıbsa, bu o demək deyil ki, onlar bütün detalları diqqətlə yoxladıqdan sonra bu addımı atıblar. Transfer məsələlərində belə bir qayda var: futbolçu ilə müqavilə bağlayan klub onun sabiq komandasına transfer vərəqinin göndərilməsi ilə bağlı müraciət edir. Qarşı tərəf 14 gün müddətində həmin sənədi göndərməlidi. FİFA hər zaman futbolçunun tərəfində olub və onun oynaması üçün çalışıb. “Kukesi” rəhbərliyi də bundan istifadə edirək, Raufla münasibətləri rəsmiləşdirib. Sabah transfer vərəqi Albaniya klubuna göndərilməyəcəyi halda, qarşı tərəf yazışmaların bir nüsxəsini ali futbol qurumuna təqdim edəcək. Böyük ehtimalla, Əliyev yeni klubunun heyətində meydana çıxacaq. Ancaq “İnter”in rəhbərliyi də özünü haqlı bilirsə, bu işdə sona qədər gedəcək. Düzdü, FİFA onların müraciətinə bir qədər gec baxa bilər. Təcrübədə belə hallar dəfələrlə yaşanıb. Ancaq sonda paytaxt təmsilçisi haqlı olduğunu sübut yetirə biləcəksə, yaşananlara görə həm futbolçu, həm də “Kukesi” cəzalanacaq. Bununla bağlı sizə bir misal çəkim. “Rubin”in oyunçusu Roman Yeryomenko klubla müqaviləsi bitmədən Moskva ÇSKA-sı ilə anlaşmışdı. Kazan klubunun rəhbərliyi həmin vaxt FİFA-ya müraciət etdi. Şikayətə baxmayaraq futbolçu təxminən bir ilə yaxın Moskva klubun heyətində çempionat oyunlarına da çıxdı. Sonradan FİFA kazanlıların haqlı olduğu barədə qərar qəbul etdi və Yeryomenko cəzalandırldı. Odu ki, indidən bu məsələdə kimin haqlı, kimin haqsız olduğunu söyləmək tezdi”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 10:06 Həftənin idman proqramı Bu gün, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi Bu gün, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı Bu gün, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq Bu gün, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü Bu gün, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı Bu gün, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü Bu gün, 09:43 Yığmanın heyəti açıqlandı Bu gün, 09:42 AÇ üçün rekord müraciət 15-07-2019, 14:37 PFL yeni mövsümə yenilənmiş Əsasnamə ilə başlayacaq 15-07-2019, 14:35 Çimərlik futbolu üzrə yığmanın üzvlərinə danışmaq qadağası qoyulub 15-07-2019, 14:32 Kamran Quliyev legioner transferini istisna etmədi 15-07-2019, 14:28 “Neftçi” işinin öhdəsindən gəldi 15-07-2019, 14:26 Vidadi Rzayev “Səbail”in də şansının olduğunu düşünür 15-07-2019, 14:24 Ramil “Dinamo”nun heyətində rəsmi oyuna çıxdı 15-07-2019, 14:21 Ağabala dubl edəcəyini gözləmirmiş 15-07-2019, 14:18 “Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb” 15-07-2019, 14:15 Yaşıllığa bürünən, dəbdəbədən uzaq Kişinyov... 15-07-2019, 14:13 Proqrama pul tapmadız? 15-07-2019, 14:11 Mövqeyimiz dəyişmədi 15-07-2019, 14:07 Transfer dosyesi 15-07-2019, 14:04 Rəşid Mahmudov Moskvada Peleni canlı izləyib 13-07-2019, 15:35 Voleybol yığmamız Bolqarıstana yollandı 13-07-2019, 15:28 Nazim Babayev bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir 13-07-2019, 15:23 Nikola Yurçeviçin məzuniyyəti bitdi 13-07-2019, 15:20 “İmarət”dən “Forza Neftçi”nin Moldova səfərinə atmaca 13-07-2019, 15:16 Rəmiş Malıyev “Keşlə”dən və futboldan getdi 13-07-2019, 15:09 “Forza Neftçi” Kişinyovda da tribunaya fişəng keçirdi 13-07-2019, 15:01 “Neftçi” mərhələnin taleyini Kişinyovda həll etdi 13-07-2019, 14:56 “Sperantsa”nın baş məşqçisi boşboğazlıq etdi 13-07-2019, 13:17 “Qəbələ”nin gücü bir hissəyə çatdı 13-07-2019, 13:15 Region Liqasının mükafatçısı üçün tədbir 13-07-2019, 13:09 Aftandil Hacıyev: “Əlbəttə, çalışacağıq, amma çox çətin görünür” 13-07-2019, 12:59 Ağabala “Səbail”i məğlubiyyətdən qurtara bilmədi 13-07-2019, 12:48 “Qarabağ” səhərəyaxın qayıtdı 13-07-2019, 12:44 “Qarabağ” biletləri satışa çıxardı 13-07-2019, 12:39 Aqolli heç-heçəni “Qarabağ” üçün uğurlu nəticə sayır 13-07-2019, 12:35 “Partizani” rəhbərliyi məmnundu 13-07-2019, 12:24 “Neftçi”ni məyus etmiş komandanın oyunçusu “Keşlə”də 13-07-2019, 12:18 Əsgər Abdullayev “Araz Naxçıvan”da! 13-07-2019, 12:15 Nazim Süleymanovun qalmaqallı müsahibəsinə sözardı 13-07-2019, 12:12 İki azərbaycanlı ulduzun avrokubok macəraları 12-07-2019, 12:36 Federasiya Fransa çempionu olan basketbolçuyla maraqlanmır 12-07-2019, 12:33 Yığmanın baş məşqçisi istefa verdi 12-07-2019, 12:30 Məğlubiyyətdən başqa istənilən nəticə Bordini qane edəcək 12-07-2019, 12:26 "Sperantsa" ilə oyunöncəsi 9 saatlıq yolculuq 12-07-2019, 12:22 “Forza Neftçi” gömrük məntəqəsində problemlə üzləşdi 12-07-2019, 12:20 "Neftçi" yayın hüququnu 5 min avroya aldı 12-07-2019, 12:11 “Zirə”nin prezidenti istefa verdi 12-07-2019, 12:01 Nazim Süleymanov “vulkan kimi püskürdü” 12-07-2019, 11:58 “Tofiq Bəhramov” avropalılar önünə sökük örtüklə çıxacaq 12-07-2019, 11:55 Riad Rəfiyev Nazim Süleymanova cavab verməyi lazım bilmədi 12-07-2019, 11:47 MOK və AFFA Vaqif Davudovu yubileyi münasibətilə təbrik etdi 12-07-2019, 11:45 “Qəbələ” Adeniyini 100 min avroya icarəyə verdi 12-07-2019, 11:44 “Sabah” transferlərdən “doymur” 12-07-2019, 11:42 Rəhim Həsənov Slovakiyaya gedir 11-07-2019, 18:36 Sakit Alıyevin xatirə turniri başa çatdı Bütün xəbərlər
Ən çox oxunanlar