19 avq 19:36olke

Federasiya klublarla çempionatı müzakirə etdi

Federasiya klublarla çempionatı müzakirə etdi
Mahmud Sadıqov: “Təklif var ki, yarışı dörddövrəli edək”
Dünən Bakı İdman Sarayında Futzal Federasiyasının rəsmiləri ilə premyer-liqa klublarının nümayəndələri arasında görüş keçirilib. İclasda bir çox məsələlər müzakirə olunub. Reqlament, püşkatma, çempionatın start tarixi və başqa məsələlərlə bağlı qərarlar qəbul olunub ki, yeniliklər haqda federasiyanın baş katibi Mahmud Sadıqovla söhbətimizdən xəbər tutacaqsız.
- Dünən və bu gün gərgin qrafikdə çalışmalı oldunuz.
- Elədi. Bildiyiniz kimi, Zaur müəllim (Futzal Federasiyasının prezidenti, “İnter”in Müşahidə Şurasının sədri Z.Axundov – red.) həm də “Araz”la bağlı təşkilati məsələləri mənə tapşırıb. Komandanı tibbi müayinədən keçirdik. Şükürlər olsun, 13 futzalçının heç birində problem olmadı, zədə və başqa çatışmazlıqlar aşkarlanmadı. Bu gün Bakı İdman Sarayında premyer-liqa təmsilçilərinin nümayəndələri ilə bir araya gəldik. Yeddi klub dəvət olunmuşdu. “Araz”ı idman direktoru Marat Salyanski, “Neftçi”ni baş məşqçinin köməkçisi Aslan Cavadov, “Ekol”u komandanın rəisi Məzahir İsgəndərov, “Yasamal”ı komandanın rəhbəri Orxan Məmmədov, “Xəmsə”ni baş məşqçi Arif Vəliyev, “İtaldizayn”ı baş məşqçi Rafael Abdulov və “Marafon”u rəhbəri Samir Məmmədov təmsil edirdi. Görüşdə çempionata hazırlıqla bağlı müzakirələr oldu. Müvafiq göstərişlərimizi, tövsiyələri verdik. Artıq AFFA-nın qeydiyyat şöbəsində sənədlərin qəbulu başlayıb. Tapşırıq verdik ki, qeydiyyat sənədlərini, həmçinin tibbi müayinənin nəticələrini AFFA-ya təqdim etsinlər. Üstəlik, bu gün mövsümün açılışı üçün gün təyin olundu.
- İlk tur nə vaxt olacaq?
- Qərara aldıq ki, çempionata sentyabrın 23-də start verək. Ölkəmizi UEFA kubokunda təmsil edəcək “Araz”ın da mənafeyini və millinin baş məşqçisi Joze Alesio da Silvanın istəyini də nəzərə aldıq. Belədə Naxçıvan komandasının üzvləri oktyabra kimi bir neçə oyuna çıxmış olacaqlar.
- Yenə 7 komandalı çempionat keçiriləcək? 8-ci iştirakçını tapa bilmədiz?
- İndiki vəziyyətdə 7 komandanın iştirakı dəqiqləşib. “Araz”, “Neftçi”, “Ekol”, “Xəmsə”, “Yasamal”, “İtaldizayn” və “Marafon”un müraciətləri təsdiq olunub. Ola bilər ki, sonradan kimsə qoşulsun. Amma hazırda elə birisi yoxdu.
- Püşkatma nə vaxt baş tutacaq?
- Dəqiq tarix hələ müəyyənləşməyib. Sentyabrın 10-15-i aralığında keçiriləcəyini deyə bilərəm. Gününü gələn ayın ilk həftəsi ərzində müəyyənləşdirəcəyik.
- Çempionatın reqlamentində hansısa dəyişiklik yoxdu?
- Limit və başqa məsələlərlə bağlı dəyişiklik nəzərdə tutulmayıb. Ancaq bugünkü görüşdə təklif olundu ki, çempionatı dörddövrəli edək. Halbuki bizdə 7 komandanın iştirakıyla üç dövrə keçirilir. Təklifə baxılacaq və imkanlar götür-qoy ediləcək. Məsləhət olsa, yarışı daha bir dövrə uzatmaq olar.
- Bu gün həm də “Araz”ın “Ekonomaç”la yoxlama oyunu keçirməsiylə bağlı məsələyə aydınlıq gəlməliydi.
- Xəbər odu ki, görüş artıq razılaşdırılıb. “Ekonomaç”la səfərdə iki oyun keçirəcəyik. Sadəcə, Serbiya tərəfindən dəvətnamə gözləyirik ki, viza işləmlərinə, bilet məsələlərinə başlayaq. Oyunlar sentyabrın 17-si və 19-da olmalıdı. Rəsmi dəvətnamə göndərilməyib deyə, hələlik mən sizə şifahi razılaşmanın detallarını açıqlayıram. Yaxın günlərdə rəsmi dəvət məktubu alacağımıza ümid edirik.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:04 “Cəhənnəm”də “sülh” Bu gün, 15:59 “Neftçi” ümid verib, uduzdu Bu gün, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu Bu gün, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir Bu gün, 15:46 Coşqun yenə atasını məyus etdi Bu gün, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” Bu gün, 15:38 5 və 10 manatlıq biletlər tükəndi Bu gün, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı Bu gün, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi Bu gün, 15:35 Kamran yenə ehtiyatda qaldı Bu gün, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi Bu gün, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı Bu gün, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu Bu gün, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi Bu gün, 15:25 Cüdoçular Mariborda tarix yazdı Bu gün, 15:21 Millimiz Bakıda italyanlara uduzdu Bu gün, 15:20 Lunyov mövqeyini qorudu Bu gün, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir 10-09-2017, 18:34 DİVİZİON XƏBƏRLƏRİ Bütün xəbərlər
Ən çox oxunanlar