19 avq 16:39olke

“Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var”

“Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var”
Natiq Cəfərli problemin həll olunacağına inanmır
Rauf Əliyevin “Kukesi”yə qalmaqallı keçidi hələ də futbol ictimaiyyətinin müzakirə mövzusudu. Müqavilənin müddətiylə bağlı “İnter”lə futbolçu arasında yaşanan fikir ayrılığına hələ ki nöqtə qoyulmayıb. Bu söhbətdə kimin haqlı, kimin haqsız olduğunu zaman göstərəcək. Ancaq bir məqam bəllidi: nə qədər ki, klublarla futbolçular arasında ikili müqavilə mövcud olacaq, klubun futbolçuya ödədiyi maaş şəffaf şəkildə sənəddə əksini tapmayacaq, gələcəkdə də belə münaqişələrə şahidlik edəcəyik.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli isə ikili müqavilələrin vergi cinayəti olduğunu bildirməklə yanaşı, bu məsələdə hər iki tərəfin məsuliyyət daşıdığını bildirdi: “Əmək və vergi məcəlləsinə görə əməkhaqqından vergi tutulmalıdı. İkili müqavilənin bağlanması, heç şübhəsiz, vergidən yayınma cəhdidi. İşə götürən 20 faiz, işçi isə maaşından və yaxud qonorarından 3 faiz vergi verməlidi. Ortada ikili müqavilə varsa, deməli, həm işə götürən (klub), həm də işçi (Rauf Əliyev) vergidən yayınıb. Bu isə vergi cinayətidi. Bunun cəzası isə iki mərhələdən ibarət olur. Bu hal birinci dəfə baş veribsə, ilkin olaraq hər iki tərəf cərimələnir. Buna məhəl qoyulmasa və proses davam edərsə, artıq hər iki tərəfi vergidən yayınmağa görə cinayət məsuliyyətinə cəlb oluna bilər. Bu ikili mühasibatlığın bariz nümunəsidi. Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var. Sadəcə, bu gün üçün ictimaiyyətə məlum olan budu. Müqavilələrin tənzimlənməsi haqda qaydalara görə hüquqi və fiziki şəxslər arasında iki müxtəlif məzmunlu anlaşma imzalana bilməz. Bu hal yaşanıbsa, deməli, vergi orqanlarına daha az əməkhaqqının göstərildiyi müqavilə təqdim olunub. Bu da dediyim kimi, vergi qanunvericiliyin kobud şəkildə pozulması anlamına gəlir”.
Mütəxəssis bu məsələdə məsuliyyətin daha çox “İnter” rəhbərliyinin boynuna düşdüyünü də vurğuladı: “Qanunvericiliyə görə işə götürən şəxs daha çox məsuliyyət daşıyır və daha çox cərimələnir. Ümumi götürəndə isə hər iki tərəfin günahı var. Vergilər Nazirliyi bu işə çox ciddi yanaşmalıdı. Ancaq bizdə vəziyyət fərqlidi. Heç kimə sirr deyil ki, bizdə klubların əksəriyyəti iri ranqlı məmurların çətiri altında fəaliyyət göstərir. Vergilər Nazirliyi də istər onlarla, istərsə də AFFA rəhbərliyi ilə münasibətləri korlamamaq üçün bu işə ciddi yanaşmır. Bu da sonda büdcədən kifayət qədər böyük pulların yayınmasına səbəb olur. Heç inanmıram ki, yaxın vaxtlarda bu işdə irəliləyiş hiss olunsun. Bunun üçün sistemdə islahatlar aparılmalıdı”.
İqtisadçı ekspert sonda Avropa təcrübəsini yada salmağı unutmadı: “Son vaxtlar Kriştiano Ronaldo, Leonel Messi kimi meqaulduzlar vergidən yayındıqlarına görə böyük məbləğdə cərimələniblər. Hətta onların həbs olunması təhlükəsi də var idi. Avropada vergidən yayınmaq ən ağır cinayətlərdən biri sayılır. Təəssüf ki, biz hələ o səviyyəyə çatmamışıq. Bu yalnız o halda mümkün ola bilər ki, tutduğu vəzifədən asılı olmayaraq, hər kəs fəaliyyətini şəffaf şəkildə qursun, qanunvericilikdə göstərilən bütün tələbləri yerinə yetirsin”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar