17 avq 19:50olke

Reaksiyalar

Reaksiyalar
Mahir Mədətov: “Açığı, qoil vurmağım özüm üçün də sürpriz oldu. Amma yaxşı sürprizdi. Belə uğura nail olduğuma görə sevinirəm. Bəli, qol vuran zaman biranlıq fikirləşdim ki, ofsayd da ola bilər. Ona görə də öncə laysmana baxdım. Amma yan xətt hakiminin meydanın mərkəzini göstərdiyini gördüm. Qələbə qazanmağımıza baxmayaraq, hələ hər şey həll olunmayıb. Qarşıda cavab oyunu da var. Danimarkadakı matça olduqca ciddi hazırlaşmalıyıq. Çətin olacağı aydındı. Rəqibin üstünlüyü azarkeşləri önündə oynayacağıdı. Biz də Çempionlar Liqasının qrupuna düşmək üçün əlimizdən gələni edəcəyik. Tarix yazmaq üçün gücümüzü səfərbər etməliyik. Bu gün azı iki top fərqiylə qələbə qazansaydıq, daha yaxşı olardı. Çünki 1:0 hesabı bir qədər sürüşkəndi. İstənilən halda, hesab arasındakı fərq böyük olsaydı belə, arxayınlaşmayacaqdıq. Rəqibimizin adı, gücü ortadadı. Səfərdə necə oynayacağımızı zaman göstərəcək. İndidən nəsə demək olmaz. Bu gün yaxşı oynadıq. İndi bir qədər dincəlməli və çempionat oyununa hazırlaşmalıyıq”.
Maksim Medvedev: “Çox ağır oyun oldu. Rəqibin heyətində yüksək səviyyəli futbolçular yer alıb. Çalışdıq ki, yaxşı mübarizə aparaq. “Kopenhagen”i 3 gün idi təhlil edir, keçirdikləri oyunların videoyazısına baxırdıq. Bu, tarixi bir şansdı, əldən qaçırmaq istəmirik. Tək biz yox, bütün ölkə meydanda idi. Çempionlar Liqasının himni səslənən zaman azarkeşlərin çıxardığı səs tüklərimizi biz-biz etdi. Onlara təşəkkür edirik. Cavab oyununda da Avropadakı azarkeşlərimizin bizə dəstək olacağına inanırıq. Düzdü, 2-ci qolu vurmaq imkanlarımız oldu. Amma 1:0-a görə də naşükürlük etməməliyik. Oyundan əvvəl sual versəydiz, heç-heçəyə də razı ola biləcəyimizi deyərdik. Amma bu gün 1:0 hesabıyla qələbə qazandıq. Əsas məqsəd evdə qol buraxmamaq idi. Düzdü, fərqi artıra bilərdik, amma qapıçıları üç epizodda yaxşı oynadı. Onlar təcrübəli futbolçulardı, çoxu müxtəlif yığmaların üzvləridi. Bilirlər ki, emosinal futbolçularımız var, təxribata gedə bilərik. Ona görə də aqressiv hərəkətlərlə bizi təxribata çəkmək istəyirdilər. Lakin matçdan əvvəl baş məşqçimiz bununla bağlı bizə xəbərdarlıq etmişdi. Skandinaviya ölkələrinin təmsilçiləri həmişə belə olub. Çalışırdıq vərəqə almayaq. Rəqib məni tuturdu, mən də onu tuturdum, beləcə oyunu başa çatdırdıq. Biz bu yerə öz gücümüzlə, əziyyətimizlə gəlmişik. Bütün respublika bilir ki, səfərə “vuruşmağa” gedirik. İnanıram ki, Avropadakı azarkeşlərimiz bizi yalqız qoymayacaqlar. Onlar hətta sosial şəbəkələrdə bizə müraciət edirlər ki, bilet verin, stadiona gələk. Avropada türklər, azərbaycanlılar çoxdu. Onları cavab oyununda gözləyirik. Qrup mərhələsində oynamaq hər birimizin arzusudu. Amma mərhələ 2 oyundan ibarətdi. Bizi daha çətin oyun gözləyir. Çempionlar Liqasının himnini ilk dəfə səsləndirdik. Davamı gəlsə, lap yaxşı olar”.
Riçard Almeyda: “Qələbə qazanmağımıza baxmayaraq, qətiyyən rahatlaşmamışıq. Çünki qarşıda daha bir 90 dəqiqə var. Belədə hansı rahatlıqdan danışmaq olar?! Bilirik ki, “Kopenhagen” güclü rəqibdi. Bu gün vacib addım atdıq, amma tam addım atmamışıq. Fikrimizi cavab oyununa yönəltmişik. Səfərdəki matçdan sonra nəsə demək olar. Bizim onlardan açıq-aşkar güclü olduğumuzu demək düzgün olmaz. Bugünkü oyun heç kimi aldatmasın. Çünki hər komandanın öz oyun dəst-xətti var. Bizim oyun üslubumuz belə, onlarınkı isə fərqlidi. Evdə başqa cür oynaya bilərlər. Yenə deyirəm, onlardan aşkar güclü olduğumuzu səsləndirmək düzgün olmaz. Çempionlar Liqasında kiçik, zəif komanda anlayışı yoxdu. Azərbaycan çempionatında avrokubok matçlarına nisbətən daha çılğın və aqressiv olduğumu düşünürsüz? Onda oyunları bir az da diqqətli izləməlisiz” (gülür).
Vild-Donald Gerye: “Bu gün olduqca vacib qələbə qazandığımıza görə sevinirik. Lakin qarşıda bizi daha bir çətin oyunun gözlədiyini unutmamalıyıq. Bir həftə sonra işimiz bundan da çətin olacaq. “Kopenhagen” doğma meydanda daha inamlı təsir bağışlayır. Döyüşməli, meydanda canımızı qoymalıyıq. Açığı, indiyə qədər heç vaxt Skandinaviya ölkələrində rəqib qismində meydana ayaq basmamışam. Lakin “Visla”da oynayanda, təxminən 3-4 il əvvəl İsveç “Malmö”sündən təklif almışdım. İlk cəhddə “yox” dedim. Bu gün mənə daha çox ötürmə verilməməsini nə iləsə əlaqələndirmək olmaz. Hansısa komanda yoldaşım əlverişli mövqedə olduğumu görsəydi, topu mənə verərdi. Burda paxıllıqdan, bilə-bilə nəsə etməkdən söhbət gedə bilməz. Onların “3 nömrə”sinin məni təxribata çəkdiyini görür, hiss edirdim. Tez-tez mənə əl qol atırdı, bəzən yüngül toxunurdu. Amma mən axmaq deyiləm, yetərincə təcrübəm var. Mənim işim rəqibə cavab vermək yox, komandama fayda verməkdi. Bu gün ancaq bu haqda düşünürdüm. Səfər qarşılaşmasında da buna bənzər hərəkətlər etsələr, önəm verməyəcəm”.
Ansi Aqolli: “Bu cür zəfərdən sonra olduqca sevincliyik. Buna görə həm komanda yoldaşlarıma, həm də sona qədər bizi dəstəkləyən azarkeşlərə təşəkkür etmək istəyirəm. Uduzmasına baxmayaraq, güclü rəqib olduğunu bilirik. Sadəcə, bu gün onlara meydanda istədiklərini etməyə imkan vermədik. Üzərimizə düşən işin 50 faizini yerinə yetirdik. İnşallah, yerdə qalan 50 faizini də Danimarkada həll edərik. Əlbəttə, çox çətin olacaq. Lakin ÇL-in qrupuna vəsiqə qazanmaq istəyiriksə, hər cür çətinliyə sinə gərməliyik. “Kopenhagen”dən üstünlüyümüz komanda halında daha üstün təsir bağışlamağımız idi. Deməzdim ki, rəqib bizdən zəif idi. Sadəcə, səfərdə oynayırdılar deyə, bir qədər ehtiyatlı və həyəcanlı görünmələri normaldı. Azarkeşləri önündə daha təhlükəli təsir bağışlayırlar. Baş məşqçi hər birimizi təbrik etdi. Sabahdan etibarən səhvlərimiz üzərində çalışacağıq”.
Peter Ankersen: “Çətin oyun oldu. Bunun səbəbi də güclü rəqibə qarşı oynamağımız idi. 1:0 uduzduğumuza görə bəxtə minnətdarlıq etməliyik. “Qarabağ” daha böyük hesabla qələbə qazana bilərdi. Əllərimizi yana salacaq hesab deyil. Evdə daha inamlı təsir bağışlayırıq ki, 0:1-in əvəzini çıxmaq çətin olmamalıdı. Düzü, Bakıya gələndə məğlub olacağımızı ağlımdan keçirməmişdim. Bura qələbə dalınca gəlmişdik. Hər nə qədər “Qarabağ”ın güclü komanda olduğunu bilsəm də, gücümüzə inanırdım. “Qarabağ” kimi rəqiblərlə oyunda məğlub olmaq normal haldı. Bu gün bizdən açıq-aşkar üstün oynadılar. Cavab oyununda azarkeşlərimizə və hücum xəttində yer alan təcrübəli komanda yoldaşlarıma güvənirəm. Bir az xarakter nümayiş etdirsək, istəyimizə çata bilərik. Bizimkilərin rəqib oyunçuları təxribata çəkdiyini düşünmürəm. Çünki özüm belə hərəkət etmədim, edənləri də görmədim. Baş məşqçi isə belə bir tapşırıq verməmişdi. “Qarabağ”da hücum xəttində yer alan “üçlüy”ü (Ndlovu, Gerye, Mədətov – H.) çox bəyəndim. Çox çalışdılar, həm də bir-birini yaxşı başa düşürlər. Stadiondakı ab-havaya gəlincə, azarkeşlər həqiqətən möhtəşəm idi. Açığı, təəccüblənmədim. Çünki 3 il əvvəl “Zalsburq”un heyətində Bakıya gələndə də eyni ab-havanı müşahidə etmişdim. “Qarabağ”da 4 il əvvəllə müqayisədə bəzi dəyişikliklər olub. Amma oyun üslubu o vaxtkı kimi qalıb. Topa nəzarət etməyi, əks-hücumlar qurmağı bacarırlar”.
Pyer Benqtsson: “Məğlub olmağımız heç yerinə düşmədi. Amma bu son deyil. Bir həftə sonra “Qarabağ”ı doğma meydanda qəbul edəcəyik. Futbol oynaya bildiyimizi orda göstərməliyik. Bu gün bizim günümüz deyildi. Düşündüyümüzü ortaya qoya bilmədik. Şansları rəqibin xeyrinə qiymətləndirməzdim. 90 dəqiqə ərzində çox şey başa verə bilər. Sadəcə, “Vardar”la oyundakı xarakteri nümayiş etdirməliyik. Stadionda yaradılan ab-hava isə mükəmməl idi. Kopenhagendə burdakından da yaxşı olur”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar