17 avq 22:48olke

Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir

Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir
“Buz aslanları”nı Bakıda döydülər”
Artıq neçə illərdi ölkə futbolsevərlərini sevindirən “Qarabağ” bu dəfə də ənənəsini davam etdirdi. Qarşısına Çempionlar Liqasının qrupuna düşməyi hədəf qoyan “köhlən atlar” çətin yolda ilk ciddi addımını atdı. Rəqib avrokubok təcrübəsi zəngin olan, dəfələrlə ÇL-in qrup mərhələsində çıxış edən “Kopenhagen” olmasına baxmayaraq, Azərbaycan çempionu danimarkalılara şans yeri qoymadı. İsveç yığmasının qapıçısı Robin Olsen olmasaydı, ağdamlılar 1 yox, daha çox top fərqi ilə qalib gələcəkdi. Maraqlıdı ki, danimarkalı həmkarlarımız da bu məqamı xüsusi qabardır.
Nəzər saldığımız bir neçə idman nəşrində oyunun yekun nəticəsi, vurulan qolun müəllifi və hakimin göstərdiyi 2 sarı vərəqədən başqa ciddi heç nəyə rast gəlmədik. Lakin iki sayt var ki, bizim üçün maraqlı ola biləcək məqamlara toxunub, xüsusi ifadələr işlədib.
cphpost.dk: “Buz aslanları”nı Bakıda döydülər. Səfər oyunu və növbəti 0:1 hesablı yenilgi. Qarşısında ciddi hədəflər duran “Kopenhagen” Bakı səfərində meydanı məğlub tərk etdi. Halbuki hesab daha faciəvi ola bilərdi. Robin Olsenin xüsusilə ikinci hissədə möhtəşəm qurtarışları olmasaydı, kim bilir, hakimin final fitindən sonra tabloda hansı rəqəmlər əks olunacaqdı. 2, 3, bəlkə də 4... Olsen baxımlı seyvləri ilə komandasına ümid vermiş oldu. “Nəticə öz yerində, məni məyus edən son 30 dəqiqədə sərgilədiyimiz oyun oldu” – baş məşqçi Stole Solbakkenin oyunsonrası mətbuat konfransında dediyi sözlərdi. Həqiqətən də matçın son üçdəbirində “Kopenhagen”i tanımaq mümkün deyildi. 0:1 üzücü hesabdı, amma ölümcül deyil. Bəli, “Qarabağ” bu qələbə sayəsində bir addım önə keçdi. Kopenhagendə bir qol vursalar, bununla da məsələ həll olunacaq. Digər tərəfdən psixologiya terminini unutmayaq. Qolu Danimarka çempionu, yəni meydan sahibi vursa, ciddi üstünlük qazanacaq. Qonaqlar çətin ki, təzyiqin qarşısında tab gətirə bilsin. Geridönüş etmək olmaz ki? Cəmi iki həftə əvvəl səfərdə “Vardar”a 0:1uduzan “Kopenhagen”in evdə 4:1-lik qələbəyə sevindiyi unudulmayıb. Təxminən eyni mənzərə yaranıb. Üstəlik, Bakıdakı matçda cəza səbəbindən oynamayan Yan Qrequş da qayıdacaq. Erik Yuhansson isə zədəyə görə ilin sonuna qədər oynaya bilməyəcək. Mahir Mədətovun vurduğu qol zamanı “yatan” müdafiə xəttində Yuhanssonun yeri görünürdü. Ümumi götürsək, arxa xətt oyunçuları Bakıda yaxşı mənada heç nə ilə yadda qalmadı. “Kopenhagen” biabırçı məğlubiyyətdən qurtulduğuna görə Olsenə təşəkkür etməlidi. Avqustun 23-də, yerli vaxtla saat 20.45-dən etibarən Kopenhagendə əsl şou başlayacaq”.
dr.dk (Danimarkanın tanınmış futbol şərhçisi Andreas Krol yazıb – H.): “Qarabağ” “atıldı” və istədiyini əldə etdi. Meydan sahibləri Bakıda qazandığı qələbədən sonra bu gün üçün cütün favoritidi. Yekun nəticə oyunun gedişini əks etdirmir. Halbuki “Kopenhagen” daha böyük hesabla məğlub ola bilərdi. “Qarabağ” 90 dəqiqə boyunca sərgilədiyi oyunla meydan sahibi olduğunu göstərdi. Bizimkilər isə iki hücumçu ilə oynamasına baxmayaraq, müdafiə olunmaqdan qurtula bilmirdi. Bunun nəticəsiydi ki, rəqib orta sahəni ələ keçirmişdi. Matçdan öncə hamı kimi, mən də “Kopenhagen”i cütün favoriti görürdüm. Lakin müşahidə etdiklərim fikirlərimi böyük ölçüdə dəyişdi. “Qarabağ” son illər avrokuboklarda Azərbaycan adına ciddi uğurlar qazana bilib. Futbol ölkəsi sayılmayan Azərbaycanın çempionu buna layiq olduğunu təmsilçimizlə qarşılaşmada göstərdi. Rəqib ağıllı futbol oynamağı bacarır və aparıcı fiqurların bacarığından maksimum yararlanır. Heyətində müxtəlif ölkələrdən olan legionerlər əsas söz sahibləridi. “Kopenhagen” Makedoniyadan da məğlub qayıtmışdı, həm də bu hesabla. Amma evdə rəqibə heç bir şans vermədən 4:1 hesabıyla qələbə qazanmağı bacardı. Təkrarlamaq olacaq, ya yox - çərşənbə günü görəcəyik. Bir fakt var ki, “Qarabağ” “Vardar” deyil. Solbakken daha çox düşünməli, nələrisə dəyişməlidi. Əks halda çox çətin olacaq”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Dünən, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Dünən, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar