17 avq 18:07olke

Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı

Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı
Nurlan İbrahimov: “UEFA-nın nəzarət etdiyi prosesdə bu baş verirsə...”
“Qarabağ” – “Kopenhagen” oyunu böyük ajiotaj doğurdu. Təkcə iki günə 20 mindən artıq biletin satılmasını qeyd etmək kifayətdi. Oyun vaxtı Toqif Bəhramov adına Respublika stadionunun tam dolması müsbət hal idi. Ancaq bilet satışı zamanı üzə çıxan problemlər, azarkeşlərin narazılığı heç də xoş olmadı. Təbii, “qara bazar”ın fəaliyyəti yenə də tam məhdudlaşdırılmadı. Əslində futbolsevərlərin biletləri rahat şəkildə əldə etməsi, sonda işbazların “caynağına keçməməsi” üçün bir neçə variantdan yararlanmaq olardı. Bunlardan ən əsası onlayn satışın həyata keçirilməsidi. Yığmanın oyunlarından öncə AFFA məhz bu təcrübədən yararlanır və effekti də olur. Düzdü, yığmanın hansısa oyununda biletə bu qədər tələbatın olduğunu xatırlamaq çətindi. Lakin müəyyən mənada onlayn satış problemi aradan qaldıra bilərdi. Həmçinin biletləri bir neçə mənətəqədə, Bakıya ən yaxın və ən iri şəhərlərdən olan Sumqayıtda da satışa çıxarmaq olardı. Beləcə bilet satışı zamanı yaranan basırığın, qarışıqlığın, “qara bazar”ın “əl-qol açmasının” qarşısı alınmış olardı.
Məsələ ilə bağlı “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun fikirlərini öyrəndik: “Başlayaq onlayn satış məsələsindən. Düzdü, bunun üstün cəhəti var. Onlayn sistem iki cür olur. Bileti sifariş edən sonradan gəlib kağızı da götürməlidi. Buna görə yenə də kassada növbəyə durmalısan. Digər sistem isə bileti alıb birbaşa çap etməkdi ki, bu texniki cəhətdən daha ağır prosedurdu. Azərbaycanda 1000 evdən birində rəngli printer var. Eynilə də iş yerlərində. Onu da deyim ki, bu “qara bazar”ın qarşısını almaq üçün çıxış yolu deyil. Yenə də alverçilər yığacaq qohum-əqrəbasının, tanış-bilişinin şəxsiyyət vəsiqəsini, alacaq biletləri. Hətta yadınızdadısa, Gürcüstanda keçirilən UEFA Superkubokunda da bu cür hal yaşanmışdı. Onlyan sistemi çökmüşdü. Tiflisdəki oyunda onlayn satışın təşkil olunmasına baxmayaraq, qeyri-qanuni biletlər təklif olunurdu. Qitə futbol qurumunun nəzarət etdiyi prosesdə belə şey baş verirsə, artıq sözə ehtiyac qalmır. Ümumiyyətlə, bu məsələdə tələb-təklif məsələsi var. Tələb çoxdusa, bu söhbətlər mütləq oalcaq. Biz onlayn satış haqda hələ bu söhbətlər meydana çıxmamış düşünmüşük və biletlərin müəyyən qismini bu cür satışa çıxarmaq olar. Ancaq tam olaraq bu mümkün deyil. Çünki bizdə hamı elektron vərdişlərə yiyələnməyib, həmin sistemə tam şəkildə uyğunlaşacaq səviyyədə deyil. “Qarabağ” – “Kopenhagen” matçı ölkə futbolu adına tarixi bir oyun idi. Bu qarşılaşmaya marağın böyük olması da normaldı. Stadion 100 min yerlik olsaydı, yenə dolacaqdı. Nəinki Bakıdan, demək olar, ölkənin hər yerindən azarkeş gəlmişdi. Ayrı-ayrı yerlərdə satış həyata keçirmək məsələsinə gəlincə, belədə alverçilər həmin yerlərə axışacaq. Yenə də həmin məntəqələrdə eyni basırıq olacaq. Biz klub olaraq bu məsələnin ən yaxşı həlli yolları haqda düşünürük. Hissə-hissə satışda məqsəd də azarkeşlərin kassalardan bilet ala bilməsi üçündü. Qiymətə fikir verin. Ən aşağı standartla etmişik. Bəziləri deyir ki, klub “qara bazar”a “işləyir”. Təxminən 30 min civarında bilet satışa çıxarılıb. Məgər klub kiminsə 20 min manatına qalıb? Buna görə “Qarabağ” öz adına xələl gətirər? 5 il öncə onlayn-satış yox idi. 80, 100 minlik stadionlarda keçiriləcək oyunlara camaat səhər saat 6-da durub gedib bilet alırdı. Hər kəs kassadan bilet alsa, heç alverçilərin də işi alınmaz. Lakin bəziləri düşünür ki, kassaya getməyim, onsuz da bilet satan olacaq, alaram. Hansısa fərd özü üçün bilet alıb sonra onu satırsa, nə edə bilərik? Klub yalnız o zaman məsuliyyət daşıyar ki, kassadan hansısa alverçiyə hətta öz qiymətinə belə bilet verilsin. İnanın ki, kassada oturan qızlar ora daxil olarkən və çıxanda çantası, üst-başı yoxlanılır, pulu sayılır. Hər gün kassada bir nümayəndəmiz olur. Biletləri o xanımlara təqdim edir, sonra da təhvil alır. Bütün satış siteminin, bilirsiz, nə qədər xərci var? Elə millinin oyunlarında da bilet satanlar olur. Biz də istəyirik ki, azarkeşlərimiz üçün hər şey rahat olsun. 1 manat heç biletin hazırlanma xərcini ödəmir. Ancaq klubun eyni zamanda məcburi köçkünləri də təmsil etdiyini unutmayın. 1 manat rəmzi məbləğdi. O qiymət heş biletin izafi xərcini ödəmir. Klub həmin qiymətə olan 6-7 sektordan pul qazanmır. Bütün bunları nəzərə almalıyıq. Bu gün Çempionlar Liqasının qrupundan danışırqsa, təfəkkürcə ona hazır olmalıyıq”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:27 Karantin Ruslanın “başına oyun açıb” Bu gün, 12:11 AİJF Baş nazirə müraciət etdi Bu gün, 12:06 “9 aydan sonra doğuş sayında inanılmaz artım yaşansa, təəccüblənmərəm” Dünən, 21:12 Teymur Rəcəbov 100 min dollar ziyana düşüb Dünən, 21:09 Fərid Qayıbov payızı nişan verdi Dünən, 20:59 Yaşar Vahabzadəni bu gün hamıdan tez nəvəsi təbrik edib Dünən, 16:03 Mourinyo və oyunçular parkda məşq etdi Dünən, 15:59 Terim koronavirusdan qurtuldu! 7-04-2020, 22:15 Belarus çempionatında futbolçular nə qədər qazanır? 7-04-2020, 21:54 Koronavirus Qvardiolanın anasını öldürdü 7-04-2020, 21:50 Rusiya və Qətər mundialı pulla alıb? 7-04-2020, 21:40 “Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm” 7-04-2020, 21:28 “Qarabağ” boş dayanmır 7-04-2020, 21:19 “Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil” 7-04-2020, 21:07 Kimdi günahkar? 7-04-2020, 20:51 Evdə qal, yemək bişir! 7-04-2020, 15:17 Arif Rəhimov dəqiqliyin tərəfdarıdı 7-04-2020, 15:11 Klublarda qeyri-müəyyənlik davam edir 7-04-2020, 15:07 Azarkeş qrupları imkansızları sevindirməkdə davam edir 7-04-2020, 15:02 “Zaqatala”dan örnək addım 6-04-2020, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür 6-04-2020, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı 6-04-2020, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır 6-04-2020, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! 6-04-2020, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” 6-04-2020, 16:30 Karius FIFA-ya şikayət etdi 6-04-2020, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” 6-04-2020, 16:20 Tramp da videokonfrans keçirdi 6-04-2020, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı 6-04-2020, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? 6-04-2020, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib 6-04-2020, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan 5-04-2020, 11:22 Fonda daha hansı klub pul köçürəcək? 5-04-2020, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb Bütün xəbərlər
Ən çox oxunanlar