17 avq 18:06olke

“Qarabağ”dan gözəl oyun və tarixi qələbə

“Qarabağ”dan gözəl oyun və tarixi qələbə
Çempionlar Liqası
Pley-off, ilk oyun
Qarabağ – Kopenhagen (Danimarka) 1:0 (1:0)

13. İbrahim Şehiç
25. Ansi Aqolli
52. Yakub Jezniçak
55. Bədavi Hüseynov
5. Maksim Medvedev (k)
2. Qara Qarayev
20. Riçard Almeyda
11. Mahir Mədətov
8. Miçel
17. Vild-Donald Gerye
9. Dino Ndlovu
(22. Əfran İsmayılov, 90+5)
Ehtiyat oyunçular
1. Anton Kanibolotski
7. Rahid Əmirquliyev
14. Rəşad Sadıqov
30. Abbas Hüseynov
32. Elvin Yunuszadə
91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov

25. Robin Olsen
3. Pyer Benqtsson
20. Nikolay Boylesen
27. Mixael Lüftner
22. Peter Ankersen
6. Uillyam Kvist (k)
8. Uroş Matiç
24. Yussef Tutu
(32. Danni Amankvaa, 68)
7. Benyamin Verbiç
(14. Nikolay Tomsen, 86)
11. Andriya Pavloviç
(28. Pieros Sotiriu, 74)
9. Federiko Santander
Ehtiyat oyunçular
1. Stefan Andersen
15. Mikael Antonsson
17. Kasper Kusk
18. Mads Roerslev
Baş məşqçi: Stole Solbakken
Qol: M.Mədətov, 25.
Vərəqələr: B.Verbiç, 86. D.Amankvaa, 90+3 – sarı.
Hakimlər: PAOLO TALYAVENTO, Alessandro Calyatini, Alessandro Kostantso, Filippo Meli, Massimiliano İrrati, Antonio Damato (hamısı İtaliya).
Hakim-inspektor: Frits Stuxlik (Avstriya).
UEFA nümayəndəsi: Andrey Medintsev (Bolqarıstan).
15 avqust. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 31250 tamaşaçı.
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.

16 (7) qapıya (“çərçivə”yə) zərbə 7 (1)
5 korner 5
5 ofsayd 3
13 qayda pozuntusu 6
0 vərəqə (qırmızı) 2

Hər kəsin səbirsizliklə gözlədiyi an yetişdi. “Tofiq Bəhramov”u Çempionlar Liqasının möhtəşəm himninin sədaları bürüdü. Bu, “Qarabağ”ı növbəti qələbəyə həvəsləndirən, kökləyən bir bəstə idi. “Köhlən atlar” ölkə tarixinə düşən bu qarşılaşmada “Kopenhagen”i yenmək üçün əlindən gələni edəcəkdi. Axı, mümkün uğur daha bir ilk anlamına gəlirdi. Həmçinin hədəf ÇL-in qrupudusa, ilk oyundakı nəticə çox önəmliydi. Nə olsun ki, Danimarka çempionunun avrokubok təcrübəsi daha zəngindi?! Nə olsun ki, cütün favoriti “şirlər” göstərilirdi?! Məgər “Qarabağ” özündən daha təcrübəli rəqiblərə zaman-zaman gücünü göstərməyib?! Deməli, bu dəfə də uğurlu nəticəyə inam var idi. Şimal ölkələrini təmsil edən komandaları məğlub etməkdə, necə deyərlər, ixtisaslaşan “köhlən atlar” bu dəfə də azarkeşlərinə eyni sevinci yaşatmaq üçün meydana çıxmışdı. Tribunaları tam dolan mərkəzi arenada azarkeşlərin güclü dəstəyi fonunda qələbə üçün münbit şərait yaranmışdı. Təkcə “Qarabağ”ın inamlı, əzmkar, qorxmaz oyun sərgiləməsinə ehtiyac qalırdı.
“Qarabağ”ın start heyətində qeyri-adi heç nə yox idi. “Şerif”lə cavab görüşündə meydanda olan ilk “11-lik”lə müqayisədə yalnız bir dəyişiklik var idi. Belə ki, Sadıqov ehtiyatda qalmış, Jezniçak start heyətində mübarizəyə başlamışdı. Hadisələri qabaqlayaraq qeyd edək ki, Mahirin ilk dəqiqələrdən meydanda olması qərarı özünü yenə də doğrultdu. Ümumiyyətlə, Qurbanovun rəqibi yaxşı incələdiyini, düzgün seçim etdiyini, yetirmələrinə lazımi tapşırıqları verdiyini vurğulamalıyıq.
Oyun “Qarabağ” üçün elə də yaxşı başlamadı. Belə ki, 2-ci dəqiqədə Dino zədələnərək meydanı xərəkdə tərk etdi. Təbii, startdaca belə bir durumun yaşanmasını heç kim istəməzdi. Artıq gözlər ehtiyat oyunçular skamyasına dikildi və “forvardı kim əvəz edə bilər” sualı beyinlərdə dolaşdı. Bu ərəfədə Mədətov cinahda rəqib müdafiəçini aldadaıb, cərimə meydançasına daxil oldu və qapı önünə ötürmə etdi. Ancaq Gerye topa toxuna bilməməklə onun zəhmətini boşa vermiş oldu. Az sonra Ndlovu alqışların müşayiəti altında meydana döndü. Topa daha çox nəzarət edən ağdamlılar hücumları davam etdirirdi. 12-ci dəqiqədə Miçel uzaqdan qapını nişan alsa da, zərbəsində dəqiqlik çatmadı. Qonaqlar bunun cavabını çox geçikdirmədi. Cəmi 3 dəqiqə sonra Şehiç çıxışda səhvə yol versə də, Qarayev onu “sığortaladı”. Hücumun davamında isə Santanderin başla zərbəsi olduqca təhükəli alındı. Lakin onun vuruşundan sonra “mərmi” az fərqlə qapının yanından keçdi. 20-ci dəqiqədə Mişel yenidən Olsenin sayıqlığını yoxladı, lakin bu dəfə də “Kopenhagen”in qapıçısı topu ələ keçirməkdə çətinlik çəkmədi. “Qarabağ”ın təzyiqi 25-ci dəqiqədə bəhrə verdi. Əks-hücum zamanı Dino topu sol cinahla irəliləyən Riçarda ötürmək istədi. Ancaq top Ankersenin ayağına dəyib geri qayıtdı və Ndlovu yenidən topa yiyələnərək qüvvətli zərbə ilə onu qapıya ünvanladı. “Mərmi” dirəyə tuş gəlsə də, lazımi anda lazımi yerdə olan və müdafiəçilərin gözündən yayınan Mahir toru silkələməkdə çətinlik çəkmədi. Son vaxtlar sərgilədiyi oyunla rəğbət qazanan Mədətov ÇL-in pley-offunda vurduğumuz ilk qolun müəllifi kimi tarixə düşdü.
Qoldan sonra “Qarabağ” bir qədər sakitləşdi və müəyyən qədər təşəbbüsü rəqibə verdi. Hesabı bərabərləşdirmək istəyi ilə irəli atılan “şirlər”in hücumları elə də təhlükəli alınmırdı. 35-ci dəqiqədə “Kopenhagen”in ən fəallarından olan Santander yenə də diqqət mərkəzinə düşdü. Onun başla vuruşundan sonra top tirin üstündən keçdi. Hər halda, rəqib hansısa kombinasiyalı hücumla azarkeşlərimizi həyəcanlandıra bilmirdi. Danimarkalılar gözlənilən hücumlar qururdu: standart zərbələrə və qapı önünə asmalara hesablanan qol axtarışı. “Qarabağ” isə əksinə, fasilə ərəfəsində daha iki dəfə rəqib çalışdırıcını özündən çıxaracaq hücumlar qurdu. 43-cü dəqiqədə Miçelin qapı önünə ötürməsinin qarşısını müdafiəçilər kəsdisə, Geryenin zərbəsindən sonra top qapıdan aralı keçdi.
İkinci yarıya Solbakkenin yetirmələri fəal başladı. Bununla belə, ilk yaddaqalan vəziyyəti ağdamlılar yaratdı. Aqolli qüvvətli zərbə ilə Olsenin qoruduğu qapını nişan alsa da, qeyri-dəqiq oldu. Az sonra əks-hücum zamanı Gerye də “çərçivə”yə “düşə” bilmədi. Bir müddət qapılar qarşısında ciddi təhlükənin şahidi olmadıq. “Qarabağ” daha çox topa nəzarət edir, bu həm qonaqları yorur, həm də onların əsəblərini korlayırdı. Ancaq “Kopenhagen” kor-koranə şəkildə irəli atılmağın mənasız olduğunu, ağdamlıların belə vəziyyətlərdən istifadə edə biləcəyini yaxşı anlayırdı.
Nəhayət, 68-ci dəqiqədə norveçli mütəxəssis dəyişikliyə əl atdı. Doğrudu, Amankvaa meydana çıxandan sonra bir qədər “Qarabağ” üçün başağrı ola bildi. Ancaq təhlükəli vəziyyətlər baxımından üstün tərəf yenə də “köhlən atlar” idi. 76-cı dəqiqədə Riçarddan ötürmə alan Miçel qüvvətli zərbə ilə topu qapıya ünvanlasa da, Olsen əla reaksiya ilə qola imkan vermədi. Ardınca qapıçı ispan yarımmüdafiəçinin yerlə vuruşunu da zərərsizləşdirə bildi. Cəmi 2 dəqiqə sonra Olsen yenidən diqqətləri üzərinə çəkdi. O bu dəfə Mahirin dubl etməsinə mane oldu. Son dəqiqələrdə Bədavinin akrobotik hərəkəti, həmçinin Şehiçin bir epizodda inamlı oyunu matçın yaddaqalan anları idi. Yeri gəlmişkən, Qurbanov son saniyələrdə cəmi bir dəyişiklikdən istifadə etdi ki, Əfran Dinonu əvəzlədi.
Beləliklə, “Tofiq Bəhramov”da növbəti tarixi qələbənin şahidi olduq. Belə uğurun sevincini yaşatdığına görə “Qarabağ”a təşəkkür düşür. Ancaq tamaşanın növbəti pərdəsini də unutmayaq. Avqustun 23-də “Telia Parken” stadionunda bu komandalar cavab görüşündə üz-üzə gələcək. Təbii, həm nəticə, həm də sərgilənən oyun Qurbanovun yetirmələrini ÇL-in qrupuna yaxınlaşdırıb. Sadəcə, səfər matçında da soyuqqanlılığı qoruyub, daha bir tarix yazmaq lazımdı. Ola bilər, “Kopenhagen” tərəfi əvvəlki mərhələni düşünüb, ümidini itirməsin. Axı, “şirlər” “Vardar”a səfərdə 0:1 hesabıyla uduzsa da, evdə makedoniyalılardan bunun əvəzini artıqlamasıyla çıxmışdı (4:1). Ancaq inanırıq ki, “Qarabağ” belə nəticəyə imkan verməyəcək və ölkə futbolu adına daha bir tarix Danimarkada yazılacaq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar