17 avq 02:35olke

Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı

Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı
“Rəhim Həsənovla bir-birimizi itələdik, bir az da artıq ifadələr oldu, vəssalam”
Son üç ildə klublarda vaş verən “şuralaşma” prosesi uğurla davam etdirilməkdədi. İlk belə hal “Sumqayıt”da yaşanmışdısa, zamanla digər klublarda da Müşahidə Şurası görünməyə başladı. “Neftçi”, “Kəpəz”, “Zirə”, “İnter” və “Səbail”. Və həmin Müşahidə Şuralarının tərkibində adı futbol ictimaiyyətinə bəlli olmayan şəxslərin sayı kifayət qədərdi. Elə “Səbail”dəki şurada yer alan İxtiyar Asyabi də ilk baxışdan yad sima təsiri bağışlayırdı. Lakin tarixə vardıqda İxtiyar bəyin Azərbaycan futboluna tanış sima olduğunu görmək çətin deyil. Bu həmin şəxsdi ki, 2009-cu ildə həvəskarlar liqasında 11-ci ölkə çempionatında mübarizə aparmış “Dənizçi”nin baş məşqçi funksiyasını daşıyıb. Oyunun sonlarına yaxın əsəblər tarıma çəkildiyindən, Asyabi iki futbolçusu ilə birgə hakimlərin üzərinə hücum çəkib. Nəticədə yetirmələri 10, özü isə 20 oyunluq cəzalandırılıb. Bununla da futboldan uzaq düşüb. İxtiyar bəylə söhbətin məzmununu sırf bu fakta bağlasaq da, söhbət əsnasında başqa məqamlara da toxunduq. Qısaca xatırladaq ki, müsahib soyadından da göründüyü kimi, əslən Cənubi Azərbaycandandı. Valideynləri 1946-cı ildə Azərbaycana köç edib, özü isə 1968-ci ildən Səbail rayonu ərazisində yaşayır.
- Futbolda yad sima olmadığınızı bilirik. Mümkünsə, özünüz haqda ətraflı məlumat verərdiz.
- Uşaq yaşlarımdan, yəni 70-ci illərdən futbol oynamağa başlamışam. 80-ci illərin əvvəllərində Bakıxanov qəsəbəsini təmsil edən “Vışka” komandasında oynamağa başladım. Sonradan “Termist”də rəhmətlik Karmayevin komandasında çıxış etdim. Komandanın adı dəyişib “Gənclik” oldu və 2-ci liqanın 9-cu zonasına yüksəldik. Həmin dönəmlərdə dizimdən gözlənilməz zədə aldım deyə, əməliyyata ehtiyac duyuldu. Bu azmış kimi, əməliyyat da uğursuz alınmışdı. Ona görə də futbolçu karyeramı başa vurmalı oldum. Belə deyim, 20-21 yaşlarında futbolu başlamamış bitirdim. Müəyyən vaxt keçəndən sonra yenidən futbola qayıtmağı qərara aldım. İlk ölkə birinciliyində çıxış etdim. Bir müddət ADBTİA-nın yığmasında oynadığımı da xatırlayıram. 1989-cu ildə ali məktəbi bitirəndən sonra Xəzər Dəniz Neft Donanmasına baş idman təlimatçısı təyin olundum. Həmin dönəmdən sonra əsas diqqəti işimə, peşəmə ayırmağa başladım.
- Həvəskarlar liqasında mübarizə aparan “Dənizçi”nin baş məşqçisi də olmusuz.
- Bəli, oynayan məşqçi idim. Bundan başqa, vaxtilə birinci dəstədə mübarizə aparmış “Səbail”də də çalışmışam. Sonradan adını dəyişib səhv etmirəmsə, “Fərid” qoydular.
- Bu yaxınlarda “Səbail”in Müşahidə Şurasına üzv seçiləndə 8 il öncə baş vermiş hadisə yada düşdü. Söhbətin nədən getdiyindən, yəqin ki, xəbərdarsız.
- Eşitmişəm, oxumuşam.
- Həmin hadisəni necə xatırlayırsız? Nə baş vermişdi?
- Həvəskarlar liqasında 1-ci və 2-ci yerlər uğrunda oyun keçirilirdi. Beyləqan təmsilçisi ilə qarşılaşırdıq. Həmin görüş final oyunu sayılırdı. O vaxt “Dənizçi” – “Mil” matçına Rəhim Həsənovu təyin etmişdilər. Mən də Rəhimi futbolçu olduğu dönəmlərdən tanıyırdım, “salam-sağ ol”umuz var idi. Oyunu elə bərbad vəziyyətə gətirdi ki, mənim kimi sakit adamın da əsəbləri dözmədi. Aramızda müəyyən münaqişə yaşandı.
- Nəticədə Rəhim Həsənovu döydüz...
- Döymək söhbətini şişirdirlər.
- Hər halda, əl qaldırmısız, hakimi vurmusuz. Videogörüntülər olmasaydı, İntizam Komitəsi sizə 20 oyunluq ağır cəza verməzdi.
- Videogörüntülərin olması mümkün olan şey deyil. Yalan söhbətdi. Rəhim Həsənovla bir-birimizi itələdik, bir az da artıq ifadələr oldu, vəssalam. Sadəcə, biz tərəfdən hakimə təzyiq göstərilmişdi ki, bu da qəbulolunmazdı. Vurmaq, döymək – bunlar boş söhbətdi.
- Nəticədə 20 oyunluq cəzaya məruz qaldız.
- Düzü, yadımda deyil.
- Həmin hadisədən sonra futboldan uzaqlaşdız?
- Onsuz da həmin vaxt futbol sahəsində deyildim. Dediyim kimi, Xəzər Dəniz Neft Donanmasında çalışırdım və “Dənizçi” də həmin qurumu təmsil edirdi. Məlum olaydan sonra komandamız dağıldı deyə, mən də bütün diqqətimi işimə, sənətimə ayırdım. Donanmada idman sahəsində işləyirdim.
- Bu gün də ordasız?
- Bəli, işimi davam etdirirəm. Hətta öz sahəmdəki nailiyyətlərimə görə Dövlət Neft Şirkətinin prezidenti cənab Rövnəq Abdullayev məni azarkeş qismində 2008-ci ildə Pekin Olimpiadalarına göndərmişdi. 4 il sonra London Olimpiadasına da getməliydim. Belimdən ağır əməliyyat keçirmişdim deyə, uzun səfərə çıxa bilmədim.
- “Səbail”in Müşahidə Şurasına üzv seçilməyiniz necə baş verdi? Sırf öz istəyinizin nəticəsidi, yoxsa təyinat verdilər deyə, “yox” deyə bilmədiz?
- “Səbail” Xəzər Dəniz Neft Donanmasının maliyyə yardımı sayəsində fəaliyyət göstərəcək. Yəni bundan sonra şirkət klubla əməkdaşlıq edəcək. Maliyyə dəstəyi verənlərdən birincisi məhz donanmadı. Mən də şirkətin rəsmisi kimi Müşahidə Şurasında yer alacam. Açığı, özüm də Səbaildə böyük futbolun olmasında maraqlıydım. Hər zaman uşaqların futbolla məşğul olmasına, özünü göstərməsinə can atmışam. Çünki özüm də uşaq yaşlarımdan bu rayonda böyümüşəm. Bayıldan neçə-neçə istedad çıxıb. Rauf Əliyev, Maksim Medvedev, Elvin Əliyev – bunlar hamısı Ramiz Səadətovun yetirmələri olub. Ramiz müəllim vaxtilə mənim komandamda oynayan məşqçi kimi işləyirdi.
- Rəhim Həsənovla münaqişəyə toxunduq. Həmin hakim ki, birinci turda “Zirə” – “Səbail” qarşılaşması ona tapşırılmışdı. Bir-birinizi gördüz, danışdız?
- Xeyr. O vaxtdan sonra Rəhimi üzbəüz görməmişəm. Düzü, oyunun Rəhimə tapşırıldığını da stadionda olanda gördüm. Matçdan sonra nə görüşdük, nə də danışdıq.
- Allah eləməmiş, sabah həmin Rəhim, yaxud bir başqa hakim yenə səhvə yol versə, qərəzli görünsə, meydana daxil olub haqq-hesab “çürüdəcəksiz”?
- Belə sualları kənara qoysaq, yaxşıdı.
- Əsəbi, emosional olduğunuza görə soruşdum.
- Artıq məşqçi deyiləm.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür Bu gün, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı Bu gün, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır Bu gün, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! Bu gün, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” Bu gün, 16:30 Karius FIFA-ya şikayət etdi Bu gün, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” Bu gün, 16:20 Tramp da videokonfrans keçirdi Bu gün, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı Bu gün, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? Bu gün, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib Bu gün, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan Dünən, 11:22 Fonda daha hansı klub pul köçürəcək? Dünən, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür Bütün xəbərlər
Ən çox oxunanlar