15 avq 15:00olke

“Qarabağ”ın oyunu italiyalılara tapşırıldı

“Qarabağ”ın oyunu italiyalılara tapşırıldı
Kintana daha üç həftə gözləməli olacaq
Sabah “Kopenhagen”lə taleyüklü matça çıxacaq “Qarabağ”da yeganə narahatlıq Dani Kintananın “Neftçi” ilə matçda bəxtsiz şəkildə zədələnərək, növbəti dəfə uzun müddətə sıradan çıxmasıdı. Düzdü, ağdamlılar pley-offa qədər ispan yarımmüdafiəçisiz irəliləyib, onsuz da bu oyunlarda onun xidmətinə bel bağlamırdı. Əksinə, Qurban Qurbanov Avstriya toplanışından döndükdən sonra qəzetimizə verdiyi müsahibədə Daninin sentyabrda tam gücüylə komandaya kömək edə biləcəyini demişdi. Həmçinin əlavə etmişdi ki, ispan meydana tez qayıtmaq üçün alışıb-yanır, hər fürsətdə ona şans verməyi xahiş edir.
“Neftçi”ylə görüşün 78-ci dəqiqəsində Qara Qarayevin əvəzinə meydana çıxan Kintananın qayıdışı uğursuz alındı. O heç 10 dəqiqə deyildi ki oyuna qoşulmuşdu, növbəti dəfə xəsarət aldı. Kintananın həmin an dəlicəsinə qışqıraraq haray çəkməsi bəxtsizliyinə etiraz idi... Həqiqətən də qismətdən qaçmaq mümkün deyil. Bundan əvvəl fevralda AZAL-la matçda diz bağları qırılan və 6 ay yaşıl meydanlardan uzaq qalan ispaniyalı yarımmüdafiəçi daha üç həftə sağalmağını gözləyib sentyabrda komandasına kömək edə biləcək. Belə ki, o, şənbə günü MRT müayinəsindən keçib. Futbolçunun əzələsinin dartılması müəyyən edilib. Bu səbəbdən Dani təxminən 3 həftə sonra məşqlərə start verəcək.
"Qarabağ"ın transfer yönündə əsas planları pley-offdan sonra, yəni qrup mərhələsi üçün nəzərdə tutulub. Hansı ki, klubun vitse-prezidenti Tahir Gözəl bir neçə gün əvvəl “sürpriz transferimiz olacaq” deməklə müjdəsini vermişdi. Ağdamlılar həmin futbolçunun keçidini reallaşdırmaq üzrədi. Söhbət İtaliyanın "Palermo" klubunun futbolçusu Karlos Embalodan gedir. Başqa sözlə, İtaliya mətbuatının yazdıqları həqiqətə yaxındı. Çempionumuz Embalo ilə yaxından maraqlanır. Futbolçunun məxsus olduğu "Palermo"ya yeni təklif göndərilib. “Qarabağ” 22 yaşlı afrikalı futbolçunu icarəyə götürmək niyyətindədi. Qeyd edək ki, hücumçunun xidmətində "Peskara" və "Breşiya" da maraqlıdı.
Gözlənildiyi kimi, sabahkı oyuna maraq həddən artıq böyükdü. Biletlərin şənbə günü satışa çıxarılması və iki günə 20 mindən çoxunun alınması da bundan xəbər verir. “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevin “Kopenhagen”lə oyuna bilet alması qəribə görünə bilər. Futbolçu özü-özünə bilet alıb? Axı “Kopenhagen”lə matçda o, meydanda olacaq. Məsələ burasındadı ki, Qara yaxınları və doğmalarını biletlə təmin etmək üçün “Tofiq Bəhramov”a üz tutub. Sözsüz, futbolçunun bu addımı bilet satışı yönündə kampaniyaya bir qədər də rəvac verib.
“Qarabağ”ın daha bir futbolçusu Əfran İsmayılov isə nümunəvi addım atıb. Hücumçu yardım aksiyasına qoşulub. Gənc fəal Qurban Məmmədlinin xərçəng xəstəliyindən əziyyət çəkən anasının müalicəsi üçün keçirdiyi kitab satışına dəstək olanlardan biri də məhz İsmayılov olub. O, “Park Bulvar” ticarət mərkəzində yerləşən satış mərkəzindən bir neçə kitab almaqla bunu reallaşdırıb.
Bu arada "Qarabağ" - "Kopenhagen" oyununa bütün təyinatlar açıqlanıb. Qarşılaşma italiyalı hakimlər briqadasına həvalə olunub. 45 yaşlı baş hakim Paolo Talyaventoya Alessandro Calyatini və Alessandro Kostantso yan xətt, Massimiliano İrrati və Antonio Damato əlavə köməkçi, Filippo Meli isə dördüncü hakim qismində yardım edəcəklər. Hakim-inspektor avstriyalı Frits Stuxlik, UEFA nümayəndəsi bolqarıstanlı Andrey Medintsev olacaq. Azərbaycanlı FİFA referisi Əliyar Ağayev isə hakimlərlə əlaqələndirici funksiyasını yerinə yetirəcək.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:27 Karantin Ruslanın “başına oyun açıb” Bu gün, 12:11 AİJF Baş nazirə müraciət etdi Bu gün, 12:06 “9 aydan sonra doğuş sayında inanılmaz artım yaşansa, təəccüblənmərəm” Dünən, 21:12 Teymur Rəcəbov 100 min dollar ziyana düşüb Dünən, 21:09 Fərid Qayıbov payızı nişan verdi Dünən, 20:59 Yaşar Vahabzadəni bu gün hamıdan tez nəvəsi təbrik edib Dünən, 16:03 Mourinyo və oyunçular parkda məşq etdi Dünən, 15:59 Terim koronavirusdan qurtuldu! 7-04-2020, 22:15 Belarus çempionatında futbolçular nə qədər qazanır? 7-04-2020, 21:54 Koronavirus Qvardiolanın anasını öldürdü 7-04-2020, 21:50 Rusiya və Qətər mundialı pulla alıb? 7-04-2020, 21:40 “Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm” 7-04-2020, 21:28 “Qarabağ” boş dayanmır 7-04-2020, 21:19 “Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil” 7-04-2020, 21:07 Kimdi günahkar? 7-04-2020, 20:51 Evdə qal, yemək bişir! 7-04-2020, 15:17 Arif Rəhimov dəqiqliyin tərəfdarıdı 7-04-2020, 15:11 Klublarda qeyri-müəyyənlik davam edir 7-04-2020, 15:07 Azarkeş qrupları imkansızları sevindirməkdə davam edir 7-04-2020, 15:02 “Zaqatala”dan örnək addım 6-04-2020, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür 6-04-2020, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı 6-04-2020, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır 6-04-2020, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! 6-04-2020, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” 6-04-2020, 16:30 Karius FIFA-ya şikayət etdi 6-04-2020, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” 6-04-2020, 16:20 Tramp da videokonfrans keçirdi 6-04-2020, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı 6-04-2020, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? 6-04-2020, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib 6-04-2020, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan 5-04-2020, 11:22 Fonda daha hansı klub pul köçürəcək? 5-04-2020, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb Bütün xəbərlər
Ən çox oxunanlar