15 avq 11:26olke

“Neftçi” “Asan xidmət”lə vidalaşır

“Neftçi” “Asan xidmət”lə vidalaşır
Rüstəm Əfsərli: “Viktorinanın davam etməsi ikinci hissənin başlamasına mane ola bilərdi”
Mövsüm başa çatandan sonra ciddi kadr islahatlarının müşahidə olunduğu “Neftçi”dəki dəyişiklik, deyəsən, təksə adam adları ilə bağlı deyil. Klub prezidenti kimi Orxan Hüseynzadənin seçilməsindən, Mətbuat və Marketinq Departamentinə Rüstəm Əfsərlinin təyin olunmasından sonra bəzi yeniliklər diqqəti çəkməkdədi. Görməyə alışmadığımız məqamlardan birinə cümə günü baş tutan “Neftçi” – “Qarabağ” matçında rast gəldik.
Müstəqillik tarixində indiyə qədər ağ-qara rəngli futbolkaların önündə müxtəlif şirkətlərin adları həkk olunub. Nümunə kimi bir neçəsinin – “Riad”, ANEZ, SOCAR və son olaraq “Asan xidmət”in adlarını göstərmək olar. Lakin bu dəfə fərqli mənzərə ilə rastlaşdıq. Belə ki, bakılılar meydana bu il martın 18-də, “İnter”lə matçda “Neftçi”nin yubileyinə həsr olunmuş nostalji formada çıxmışdı ki, gördüyümüz hal təəccüb doğurmaya bilməzdi. Həmin formalar ki, formal olaraq bir oyun üçün hesablanmışdı. Üstəlik, futbolkaların qarşısında sponsorlardan heç birinin adı yox idi. Düşünmək olardı ki, “Neftçi” “Asan Xidmət”lə əməkdaşlığa son qoyub deyə, köhnə formalardan istifadə məqsədəuyğun sayılmayıb. Amma yox. Çünki “ağ-qaralar” iyulda keçirdiyi yoldaşlıq görüşlərində “Kəpəz”, “Binə” və “Şüvəlan”a qarşı da həmin geyim dəstindən yararlanmışdı. Keçmişi xatırladan, önündə sponsor adı olmayan formalardan.
Deməli, söhbət heç də sponsor dəyişikliyindən getmir. “Asan Xidmət”lə müqavilənin başa çatmasına hələ iki ay vaxt var. Dərindən düşünsək, ortaya iki problem çıxır: ya “Kappa” yeni geyim dəstlərini göndərməyib, ya da qənaət rejiminə keçən klub rəhbərliyi forma almaq üçün pul xərcləməyi əlavə pul itkisi sayır. Çox güman, bu iki variantdan biri, yəqin ki, birincisidi. Sualımıza ən dolğun cavabı Rüstəm Əfsərlidən ala biləcəyimizi düşünüb, klub sözçüsü ilə əlaqə saxladıq: “Hazırda titul sponsoru ilə bağlı danışıqlar aparılır. Necə nəticələnəcəyini bilmək üçün gözləməliyik. Futbolkalar üzərində gördüyünüz “Asan xidmət”, çox güman, olmayacaq. “Kappa”ya gəlincə, şirkət “Neftçi” üçün eksklüziv məhsul hazırlayıb. Bakıya gəlib-gəlmədiyini sabah (bü gün) dəqiq biləcəyik. Qarşıdakı oyunlarda həmin dəstlərdən istifadə olunacaq. Hansı şirkətin adının yazılacağı danışıqların nəticəsindən asılıdı. Yaxın günlərdə bu haqda məlumat veriləcək”.
Məlum qarşılaşmada diqqəti çəkən daha bir məqam, belə deyək, “Neftçi”nin yeni rəhbərliyinin ideyası azarkeşlər arasında viktorinanın təşkil olunmasıydı. 15 dəqiqəlik fasilə zamanı ehtiyat qapıçı Rəşad Əzizli topu tribunalara vurmalı, topu tutan azarkeş isə meydana daxil olub Rəşadı penalti zərbəsiylə məyus edib “Lenovo” məhsuluna sahib çıxmalıydı. Lakin bu baş tutmadı. Belə ki, Əzizlinin zərbəylə vurduğu toplardan heç biri tribunalara getmədi. Biri reklam lövhəsində dəyib geri qayıtdı, digəri tribunanın damına “qismət oldu”. Bununla da viktorina başlamamış qurtardı. Belə çıxır ki, viktorinanın təşkili üçün cəmi iki top ayrılıbmış. Ya da Rəşada bununla bağlı məlumat verilməyib və o da topu tribunaya göndərmək yönündə işləməyib. Əfsərli ilə söhbətdə bu iki ehtimalı irəli sürsək də, o heç birini yaxına buraxmadı: “Viktorina sırf texniki səbəblər üzündən baş tutmadı. Topun azlığı məsələsi deyil. “Neftçi”də yüzlərlə top var. Sadəcə, zərbələr dəqiq olmadı deyə, yubandıq. Belədə müəyyən gecikmə yarandı ki, viktorinanın davam etməsi ikinci hissənin başlamasına mane ola bilərdi. İrəlidəki ev oyunları üçün belə bir ideyamız var. Bu sırf tərəfdaşlıq məsələsidi. Müxtəlif layihələr nəzərdə tutulub. Lakin indidən formasını və yerini demək çətindi”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı Dünən, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi Dünən, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” Dünən, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu Dünən, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı Dünən, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir Dünən, 16:26 “Sabah”dan darmadağın Dünən, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər Dünən, 14:50 Birinci divizionda ilk istefa Dünən, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı Dünən, 14:47 Abasov yetirmələrini təriflədi Dünən, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu Dünən, 14:42 “Araz” mübarizəni dayandırdı... Dünən, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı Dünən, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq Dünən, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi Dünən, 14:34 Antalyada ikiqat uğur Dünən, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” Dünən, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu Dünən, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı 15-10-2017, 12:36 Gürcü mütəxəssis Cavid Çələbiyevi fərqləndirdi 12-10-2017, 18:20 ABF-nin vitse-prezidentləri arasında fikir ayrılığı 12-10-2017, 18:19 Natalya Məmmədova Rusiyaya iddialı yollanıb 12-10-2017, 18:15 Nicat Muxtarov psixoloji müalicə alır 12-10-2017, 18:14 Rahidin himni oxumamasına sərt münasibət 12-10-2017, 18:13 “CBC Sport”un superliqa fiaskosu 12-10-2017, 18:12 “Qarabağ” rəsmisi Avropa Klublar Birliyinin işçi qrupuna seçildi 12-10-2017, 18:09 UEFA klubları sevindirdi 12-10-2017, 18:06 Divizionun kisəsindən 200 manat çıxdı 12-10-2017, 18:02 İK üzvləri Prosineçki ilə bağlı mövqeyini açıqladı 12-10-2017, 18:00 Prosineçki Bakıya gələn həftə gələcək 12-10-2017, 17:58 U-19 penaltilərlə yıxıldı 12-10-2017, 17:57 Siyasət Əsgərov U-17-nin şansının olduğunu düşünür 12-10-2017, 17:55 Millətlər Liqasında mənzərə aydınlaşdı 12-10-2017, 17:52 U-17-ni də kötəklədilər 12-10-2017, 17:50 BOS-da monitorlar üçün kabellər quraşdırılıb 12-10-2017, 17:47 Kubok mövsümünə start verildi 12-10-2017, 17:44 Veteranlar jurnalistlərə güzəşt etmədi 12-10-2017, 17:36 Yubileyə maliyyə problemləri ilə 12-10-2017, 17:35 Tərlan Əhmədovlu “Neftçi”nin avazı yaxşı gəlir 12-10-2017, 17:32 Rəşad məşqlərə başlayıb, Səlahət də qayıdır Bütün xəbərlər
Ən çox oxunanlar