13 avq 13:09olke

“Tofiq Bəhramov”da pley-offa ciddi hazırlıq gedir

“Tofiq Bəhramov”da pley-offa ciddi hazırlıq gedir
İzzət Mahmudov: “Oyun günü bütün kafe və restoranlar bağlı olacaq”
Ölkədə futbolla maraqlanan hər kəs avqustun 15-ni səbirsizliklə gözləyir. Çünki həmin gün indiyədək heç bir arenamızda yaşanmayan hadisə baş verəcək. Söhbət Çempionlar Liqasının pley-off oyunundan gedir. Toqif Bəhramov adına Respublika stadionunda o möhtəşəm himn səslənəcək, mərkəzi arena ilk dəfə belə qarşılaşmaya “qucaq açacaq”. ÇL-in pley-offuna vəsiqə qazanmaqla neçə illər davam edən sindromu qıran “Qarabağ” daha bir ilki gerçəkləşdirməyə iddialıdı. Qitənin ən nüfuzlu klub turnirinin qrupunda iştirakı hədəfləyən “köhlən atlar” bunun üçün ilk addımı Bakıdakı görüşdə atmalıdı. Ancaq “Kopenhagen”in də “Tofiq Bəhramov”da asanlıqla təslim olacağını söyləmək düzgün olmaz. Cütün favoriti olan danimarkalılar Bakıya elə-belə gəlməyəcək. Azarkeşləri olduqca gərgin, maraqlı, barışmaz mübarizə gözləyir. Bir sözlə, mərkəzi arenanın avqustun 15-də lərzəyə gələcəyini söyləmək yerinə düşər. Özü də arenada bir sıra yeniliklərin, alışmadığımız məqamların şahidi olacağıq. Elə bu yöndə gedən işlərin hansı durumda olduğunu öyrənmək üçün dünən səhər “Tofiq Bəhramov”un yolunu tutdum.
Öncə bilet məsələsindən başlayaq. Stadionun kassaları bağlı olsa da, biletlərin qiymətini və hansı sektorlara olduğunu göstərən tablo artıq vurulmuşdu. Satış isə bu gündən həyata keçiriləcək. Hərçənd bunu daha tez etmək olardı. Hər halda, oyun gününü də nəzərə alsaq, azarkeşlərin ixtiyarında bilet almaq üçün 4 gün var. Futbolsevərlər bu gün saat 10.00-dan etibarən biletləri Respublika stadionun kassalarından əldə edə bilər. Qiymətlər 1-10 manat arası dəyişir, VİP sektoruna isə 50 manatdı. Belə ki, biletlər 1-5 və 24-27-ci sektorlara 1 manat, 6-8 və 21-23-cü sektorlara 2 manat, 9, 10 və 19, 20-ci sektorlara 3 manat, 11, 12 və 17, 18-ci sektorlara 5 manat, 13-16 və 29-38-ci sektorlara 10 manatdı.
Stadiona daxil olanda artıq hazırlıq işlərinin getdiyinin şahidi olduq. Bir neçə iri yük maşını da arenanın ərazisindəydi. Bundan başqa, meydanın kənarındakı reklam lövhələri də artıq yığışdırılıb. Qazon isə yaxşı vəziyyətdədi. Orda olduğumuz vaxtda ot biçilirdi. Həmçinin işçilərdən biri qaçış zolağını yuyurdu. Bundan başqa, “qol-layn” texnologiyası ilə məşğul olan şirkətin nümayəndələri də öz işində idi.
Qeyd edək ki, bütün görülən işlərə nəzarəti “Qarabağ”ın akademiyasının əlaqələndiricisi İzzət Mahmudov həyata keçirir. Onunla görülən işlərlə bağlı danışdıq. Klub nümayəndəsi ilə söhbətləşərkən bir sıra yeni informasiyalar əldə etdik: “İşlər qrafikə uyğun davam etdirilir. Sağ olsun, başqa qurumlar da köməyini bizdən əsirgəmir. Həm Rabitə, həm də Gənclər və İdman Nazirliyi də qayğı göstərir. Hansısa işin tezləşdirilməsində bizi nəzərə alırlar. Yəni protokol üzrə mümkün ləngimə yaşanmır, bu kimi məsələlərdə kömiyimizə çatırlar. Buna görə də onlara minnətdarıq. Bilirsiz ki, stadionun kənarındakı reklam lövhələri sökülüb, yığışdırılıb. Onların yerinə yenilər quraşdırılacaq. Bu gün daha bir maşın avadanlıq gəlməlidi. Şənbə günü səhər saat 9-dan etibarən onların quraşdırılmasına başlayacağıq. Yəqin ki, həmin gün axşama kimi işlər yekunlaşacaq. Ən pis halda, bazar günü səhər başa çatacaq. Çünki bazar ertəsi Respublika stadionunda rəqib komandanın məşqi var, baş məşqçinin mətbuat konfransı keçiriləcək. Buna görə o vaxta kimi hazır olmalıdı. Bütün lövhələr yığışdırılıb və sırf Çempionlar Liqasının reklamı olacaq. Nə “Azərsun”un, nə də “Qarabağ”ın reklamları olacaq. Düzdü, indi komandaların meydana daxil olduğu yerdə klubla bağlı bəzi lövhələr var. Ancaq onları da bu gün və sabah götürəcəyik, heç biri olmayacaq. Avropada necədisə, bizdə də elə olacaq. Stadionun kənarında yalnız ÇL-in reklam lövhələri yer alacaq. Bildiyiniz kimi, oyundan öncə qitənin ən nüfuzlu klub turnirinin himni də çalınacaq”.
Məlum olduğu kimi, bu oyunda ölkəmizdə bir ilk gerçəkləşəcək. Belə ki, “Qarabağ” – “Kopenhagen” matçında “qol-layn” texnologiyasından da istifadə ediləcək. Yuxarıda şirkət işçilərinin artıq bu sistemin quraşdırılması yönündə müəyyən işlər gördüyünü qeyd etdik. Mahmudov həmin məsələyə də toxundu: “Bu texnologiyanın quraşdırılmasına 3 gün öncədən başlayıblar. Mütəxəssislər burdadı. Bəziləri İtaliyadan, bəziləri isə Almaniyadan gəlib. Onlar hamısı həmin şirkətin işçiləridi, əməkdaşlarıdı. Demək olar, bu gün, uzağı sabaha yekunlaşdıracaqlar. O ki qaldı stadionda bu sistemin quraşdırılmasının çətin olması ilə bağlı deyilənlərə, bunlar absurddu. Heç bir problem yoxdu. Belə deyim, onların işi “su kimi gedir”. Hər hansı maneə, çətinlik görmədik. Nə tələb etdilər, nə istədilərsə, anında yerinə yetiririk”.
İzzət bəy tamaşaçıların nəzərə alındığını da qeyd etdi: “Stadion ərazisindəki bütün kafe və restoranlar bağlı olacaq. Üzərində olan reklamların da üstü qapanacaq. O ki qaldı azarkeşlərin qida və su ehtiyaclarının ödənilməsinə, bu məsələ də nəzərə alınıb. Bir neçə səyyar satış məntəqəsi fəaliyyət göstərəcək. Ancaq həmin “vaqon”ların da üzərində reklamlar bağlanacaq. Alkoqollu içkilərə də icazə verilməyəcək. Həmçinin sular da şüşə ilə satılmayacaq. Bir dəfə istifadə olunan plasmas stəkanlara süzülərək tamaşaçılara veriləcək. Ötən oyunda gördünüz ki, stadiona su şüşəsi atdılar. Buna görə “Qarabağ”a cəza da gəldi. Belə olayların qarşısının alınması üçün həmin addım atılıb. Avropada da belədi. Stadion ərazisində fəaliyyət göstərən kafe və restoran sahibləri heç bir narazılıq etmir. Hamı bizi başa düşür. Onsuz da həmin obyektlər gecə-gündüz işləyirlər. Belə bir oyuna görə hər kəs durumu anlayışla qarşlayır. Onlar da yaxşı anlayır ki, bu Azərbaycan tarixində bir ilkdi. Əksinə, belə oyunun bir parçası olmaq qürurvericidi”.
Stadion ərazisində bir PPX-nin (Post Patrul Xidməti) olduğunu da gördük. Olmaya, klub indidən polis nəzarətinə ehtiyacın olduğunu düşünür? Mahmudovu dinləyək: “Hələ ki biz polis dəvət etməmişik. Ancaq asayiş keşikçilərini görmənizdə qeyri-adi bir şey yoxdu. Bura strateji obyekt sayıldığından arabir baş çəkirlər. Çox güman, bilet satışına görə sabahdan polislər müntəzəm ərazidə olacaqlar. Bütün başqa maşınlar götürüləcək. Ot örtüyündə də, gördüyünüz kimi, heç bir problem yoxdu. Dünən “Kopenhagen”in də nümayəndələri gəlmişdi. Qazonu təriflədilər, stadion da xoşlarına gəldi. Ümumilikdə heç bir problem yoxdu. Hər kəsi bu arenada çox maraqlı və gərgin oyun gözləyir”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir Dünən, 15:26 TRANSFER DOSYESİ Dünən, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı Dünən, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı Dünən, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi Dünən, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb Dünən, 15:15 “Neftçi” yeni kartların satışına başladı Dünən, 15:14 “Parken”də anşlaq gözlənilir Dünən, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu Dünən, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd Dünən, 15:10 Dima qol hesabını açdı Dünən, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq Dünən, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? Dünən, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı Dünən, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi Dünən, 14:00 Almaniyaya səfər ərəfəsində görüş Dünən, 13:59 Bu dəfə Sloveniyaya uduzdular Dünən, 13:58 Ruslan bir pillə irəlilədi Dünən, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? Dünən, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir Dünən, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı Dünən, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək Dünən, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı Dünən, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı 19-08-2017, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? 19-08-2017, 18:52 “Qarabağ” iki gün əvvəl gedir 19-08-2017, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları 19-08-2017, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” 19-08-2017, 16:32 Ramil yenə meydana çıxmadı 19-08-2017, 16:29 Kəmaləddin Heydərov postunda qaldı 19-08-2017, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı 19-08-2017, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır 19-08-2017, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar