04 yan 12:46olke

Yalnız “Bakı” və “Xəzər Lənkəran”ın muzeyi var

Yalnız “Bakı” və “Xəzər Lənkəran”ın muzeyi var
“Kəpəz”in qazandığı kubokların harda olduğu məlum deyil

“Neftçi” ilə bağlı daha bir anormal durum bugünlərdə idman mətbuatının gündəmini zəbt etdi. Söhbət ölkənin ən köklü klubunun qazandığı kubokların pərən-pərən düşməsindən gedir. Sən demə, Sadıq Sadıqovun dövründə qazanılan kuboklar hazırda “ağ-qaralar”ın muzeyində yox, “Neftçi” İdman Klubu İctimai Birliyinin inzibati binasındadı. Əslində ötən sayımızda bu məsələyə hərtərəfli toxunmuşduq. Elə araşdırmalarımız zamanı məlum olmuşdu ki, üzümüzə gələn il 80 yaşını qeyd edəcək “Neftçi”nin heç muzeyi də yoxdu. Halbuki paytaxt təmsilçisi müstəqillik əldə olunandan bəri nə az, nə çox – düz 18 müxtəlif kubok qazanıb. Belə ki, “ağ-qaralar” bu müddətdə 8 dəfə çempion olub, 6 dəfə ölkə kubokunu, 2 dəfə superkuboku, bir dəfə olmaqla “Birlik Kuboku” və “CBC Sport Kuboku”nu əldə edib. Təəssüf ki, 80 yaşlı “Neftçi”də bütün bu kubokların saxlanılması üçün bir muzey yaradılmayıb. Ölkənin ən köklü klubunun bu durumu əslində futbolumuzun hansı vəziyyətdə olmasını göstərir. Doğrudanmı bir muzey yaratmaq bu qədər çətindi? Təsəvvür edin ki, sabah hansısa bir əcnəbi qonaq ölkəmizə təşrif buyurdu və ən köklü klubumuzun muzeyinə baş çəkmək istədi. Ona nə cavab verəcəyik? “Bağışlayın, muzey olmadığı üçün kuboklar hərəsi bir yandadı” desək, həmin qonaq o klub haqda nə fikirləşər?
Maraqlıdı, o biri klublarımızda vəziyyət necədi? Onların muzeyi varmı? Özü də nəzərə alaq ki, muzeydə təkcə əsas komandanın qazandıqları yox, aşağı yaş qruplarının da əldə etdiyi kuboklar saxlanılır. Bundan başqa, formalar, kluba məxsus atributlar, klub tarixində önəmli rol oynayan futbolçu, baş məşqçi və ya funksionerdən hansısa bir xatirə də yer almalıdı. Görəsən, buna riayət edənlərin sayı nə qədərdi?
Hüseyn Cəbrayıloğlu (Xəzər Lənkəran): “Hər kəs bilir ki, ilk klub muzeyini “Xəzər Lənkəran” yaradıb. Bir xatırlatma edim. Hətta Çingiz Abdullayev muzeyi ziyarət edəndə dedi ki, 80 illik klubun – yəni “Neftçi”nin muzeyi yoxdu, sizə halaldı. Bizim muzeydə qazanılan kuboklar, komandanı çalışdırmış baş məşqçilərin şəkilləri, ən çox forma geyən futbolçuların köynəyi, ən bahalı futbolçunun – Oktay Dərəlioğlunun forması, ölkə başçısının stadionun açılışında ştirakını əks etdirən şəkillər, arenanın maketi və başqa aksesuarlar qorunub, saxlanılır. Muzeyə tez-tez ali məktəblərin tələbələri gəlir”.
Yaşar Seyidov (Bakı): “Özünüz də dəfələrlə bazamıza gəlmisiz. “Bakı”nın muzeyi var. Orda təkcə əsas komandanın yox, aşağı yaş qruplarının da qazandığı kuboklar saxlanılır. O vaxt muzeyi yaradanda fikirləşdik ki, elə yerdə edək ki, mediaya da açıq olsun. Yəni jurnalistlər sərbəst şəkildə baxa bilsinlər. Əməkdaşlıq etdiyimiz klublara – “Atletiko” və “Lans”a məxsus atributlar da var. Muzey ictimaiyyət üçündü. Ona görə də bunlar hamısı şəffaf, görülən işlər ictimaiyyətə, mediaya açıq olamlıdı. Mətbuatın 4-cü hakimiyyət olduğunu hər kəs bilir. Kimsə gedəndə qazandığı kuboku aparıb? Xeyr, bizdə belə şey olmayıb. Bilirsiz ki, ölkə kuboku keçicidi. O vaxt təklif etmişdim ki, bunun surətini çıxaraq, klubda qalsın. Sizin qəzetiniz vasitəsilə çox hörmətli Ramin müəllimdən (PFL-in prezidenti Ramin Musayevi nəzərdə tutur – F.) xahiş edərdim ki, kuboku təqdim edərkən, surəti verilsin onu qazanan komandaya. Ramin müəllim də böyük işlər görür, ölkə çempionatının təşkilatçısı kimi xoş sözlərə layiqdi, dostumuzdu”.
Nurlan İbrahimov (Qarabağ): “Bizim yəqin ki, Suraxanıdakı bazamızda olmusuz. Binaya girən kimi sağda və solda muzey kimi iki guşəmiz var. Solda avrokuboklarda qarşılaşdığımız rəqiblərdən xatirə qalan aksesuarlar yer alıb. Sağda isə klubun son 15-16 ildə qazandığı bütün kuboklar var. Daha öncə bir kubok olub – 1993-cü ildə qazanılan çempionluq. Düzü, ondan xəbərim yoxdu”.
Azad Mustafayev (Kəpəz): “Bizim klubun da muzeyi yoxdu. Bazamızın hansı səviyyədə olduğunu bilirsiz. Fikrimiz odu ki, muzeyimiz olanda qazandığımız kubokları, medalları ora yığaq. İnşallah, gələcəkdə klubun bazası təmir olunsa – hansı ki, biz buna ümid edirik, mütləq muzeyimiz olacaq. Dağınıq şəkildə olan kubokları bir yerə yığacağıq. Vallah, kubokların harda olduğunu deyə bilmərəm. Yəqin ki, əvvəlki rəhbərliyin dövründə qazanılanlar onların özlərində olar. Faktiki, hazırda bazada kubok yoxdu. Ancaq yenə də rəhbərlikdən maraqlanmaq lazımdı. Muzeyimiz olsa, məncə, əvvəlki rəhbərliklər kuboku gətirib verərlər, evlərində saxlamazlar. Çünki qazanılan titul kiminsə yox, Gəncənin, “Kəpəz”in adı ilə əldə olunub. Bir misal da çəkə bilərəm. O vaxt “Turan”ın “Tatan” ləqəbli Tahir Yusifov adlı prezidenti vardı, o gedəndə böyük bir kişilik etmişdi, klubun iki böyük avtobusu vardı – onları, ümumiyyətlə, hər şeyi qoyub getmişdi. Yəqin bizim də muzeyimiz olanda kimin evində klub adına nə qəniməti varsa, gətirib verəcək. Kuboklar məhz muzeyimiz olmadığından dağınıq haldadı. Muzey olsaydı, hamısı indi orda idi”.
Səbuhi Məmmədov (İnter): “Təəssüf ki, bizim də muzeyimiz yoxdu. Düzdü, bazada otaqlar var. Lakin hamının görməsi üçün münasib bir yer olmalıdı. Əslində planımızda var ki, müvafiq yerdə belə bir muzey yaradılsın və klubun əldə etdiyi kuboklar orda nümayiş olunsun. “İnter Arena”da bir sıra yenilənmə işləri gedir. Odu ki, muzey üçün də müvafiq bir yer fikirləşirik. Müəyyən ideyalar var. Elə yerdə olmalıdı ki, ictimaiyyət üçün əlçatan olsun. Bu baxımdan bir optimal yer düşünürük. Qazanılan kubokların hamısını bir otaqda saxlayırıq. Lakin muzey kimi həmin otaqdan yararlanmaq mümkün deyil. Bizdə nə qazanılıbsa - əsas komandanın və digər yaş qruplarının qazandığı kubokları həmin otaqda saxlayırıq”.
Zaur Əzizov (Qəbələ): “Sözsüz ki, hər bir şey saxlanılır. Stadion tam tikiləndə, muzey də nəzərdə tutulub. Lakin arenanın tikintisi başa çatmadığı üçün hələ ki muzeyimiz yoxdu. Ancaq əldə olunan bütün kuboklar bazada saxlanılır”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:57 Hakim “bürünc”ü “Qaradağ Lökbatan”ın əlindən alıb? Bu gün, 16:55 4000 tovuzlu və 5 oyuna 27 qol Bu gün, 16:53 Jaba Bal Liqasının ən çox qazanan futbolçularındandı Bu gün, 16:50 Yeni çempion “Qarabağ” oldu! Bu gün, 16:49 Oqtay Abdullayev postunu qorudu Bu gün, 16:47 Şok: əməkdar məşqçi yığmanın hazırlığından uzaqlaşdırılıb Bu gün, 16:46 Bir “bürünc”lə start Bu gün, 16:45 Biraylıq fasilə bitdi Bu gün, 16:43 İddialılar arxayınlığın qurbanı olub Bu gün, 16:41 Ömər Paşayev kubokun finalını haqq edirmi? Bu gün, 16:40 “Qarabağ” da Naxçıvana getmək istəyən azarkeşlərinə kömək edəcək Bu gün, 16:38 Bayılda mükafatçılar müəyyənləşəcək Bu gün, 16:28 Şahin Diniyev AZAL-ın döyüşəcəyinə inanır Bu gün, 16:26 “Leon” uşaq futbolunda öncüllərdən olmaq istəyir Bu gün, 16:25 Prosineçki iki oyunda “yandırdı” Bu gün, 16:24 Avroliqaya sonuncu bilet kimin olacaq? Bu gün, 16:22 Müşahidə Şurası iclas keçirdi, klub saytı xəbəri gizlətdi Bu gün, 16:21 “Sumqayıt” rəhbərliyi əvəzedicilərdən narazıdı Bu gün, 16:07 Klub rəhbərliyi Qriqorçukun xidmətində maraqlıdı Bu gün, 16:04 Qurban Qurbanov: “Quzanlıya getmək fikrimiz var” Bu gün, 16:03 AFFA-nın pulsuzluğu Heydər Əliyevin şərəfinə turnirin baş tutmasını əngəlləyib Bu gün, 16:01 Şəhriyar xal fərqini qorudu Bu gün, 15:59 Sloveniyadakı rəqiblər müəyyənləşib Bu gün, 15:58 Ölkə çempionatı başladı Bu gün, 15:56 BŞH yardım kampaniyası üçün marafona qoşulur Bu gün, 15:54 İslamiada xəbərləri Bu gün, 15:53 Avropa çempionatına ikinci heyət yollanacaq Bu gün, 15:51 Emin “Boavişta”nı tərk etmək istəyir 28-04-2017, 21:17 Təcrübəlilərdən Yaşar Vahabzadənin yekun siyahısına kimlər düşəcək? 28-04-2017, 21:16 Klublar bonus nəzərdə tutmayıb 28-04-2017, 21:15 AFFA-nın UEFA-dan qonaqları var 28-04-2017, 21:14 Abdulbari Gözəlin açıqlaması azarkeşləri məyus edib 28-04-2017, 21:12 “Trabzonspor”un baş məşqçisi “Qəbələ”nin futbolçusunu bəyənib 28-04-2017, 21:00 Fərhad Məmmədov cüdoçulara qadağa qoyub 28-04-2017, 20:59 Şəhriyar dünya çempionunu da diz çökdürdü 28-04-2017, 20:58 Çempion kim olacaq: “Qarabağ”, yoxsa “Qəbələ”? 28-04-2017, 20:56 PFL əvəzediciləri “Bakcell Arena”da mükafatlandıracaq 28-04-2017, 20:55 “Neftçi” “Qəbələ”nin müdafiəçisinə göz dikib 28-04-2017, 20:54 Namiq Məstanov Azərbaycan futbolunun xilas yolunu göstərdi 28-04-2017, 20:50 “Gümüş” “Səbail”in, “bürünc” “Ağsu”nun oldu 28-04-2017, 20:47 Kubokda sensasiya: “Araz”la “Ekol” mübarizəni dayandırdı 28-04-2017, 20:46 U-17 Podqoritsada xala və qola həsrətdi 28-04-2017, 20:37 Xaqani Məmmədovun finalı Ömər Paşayevə tapşırmaq istəyi narazılıq doğurub 28-04-2017, 20:36 “Qəbələ” fanklublarını Naxçıvana aparacaq 28-04-2017, 20:35 “Sumqayıt”da köklü dəyişikliklər olacaq 28-04-2017, 20:33 “CBC Sport” 25 dəqiqəlik icmalla kifayətlənib 28-04-2017, 19:59 Babək Quliyev Qazaxıstanda hakimlik edir 28-04-2017, 19:57 Adı siyahıda olmayan sabiq prezident medal alıb 28-04-2017, 19:56 AFFA Zaur Axundovu “İnter”in Müşahidə Şurasının sədri təyin etdi 28-04-2017, 19:54 AMADA-nın binası istifadəyə verildi 28-04-2017, 19:53 İslamiada xəbərləri 28-04-2017, 19:51 Uesli Sonun anası da ölkəmizə gəlib 28-04-2017, 19:46 Şəmkirlilər evdə qələbə qazandı 28-04-2017, 19:45 “Mauqli” sükuta Türkiyədə son qoyacaq 28-04-2017, 19:44 Millimiz Sloveniyaya yollandı 28-04-2017, 19:42 AÇ üçün heyətlər açıqlandı 27-04-2017, 17:52 İslamiada xəbərləri Bütün xəbərlər
Ən çox oxunanlar