13 avq 12:51olke

Elxan Abdullayev azarkeşi təhqir etdi, “Bakcell Arena”da bayraqlar qaldırılmadı

Elxan Abdullayev azarkeşi təhqir etdi, “Bakcell Arena”da bayraqlar qaldırılmadı
Premyer-liqada 103 günlük sükut başa çatdı. Özü də Azərbaycan derbisi ilə. Yeni mövsümün ilk matçında “Neftçi” “Qarabağ”ı qəbul edirdi. Hələ püşk atılandan bu matç ətrafında ajiotaj hiss olunurdu. Səbəb yalnız “Qarabağ”ın son illər çempionluğu heç kimə verməməsi və ölkə tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması deyildi. Azarkeşlərə həm də son illərin, bəlkə də tarixinin ən zəif “Neftçi”sinin yeni mövsümdə necə çıxış edəcəyi maraqlı idi. Odu ki, stadiona getməyə dəyərdi.
“Neftçi” “Qarabağ”ın yaranma tarixinə eyham vurdu
Azarkeşlər ilk dəqiqələrdən çox fəal idi. Hər iki komandanın fanatları ucadan mahnılar oxuyur, şüarlar səsləndirirdi. Matçdan öncə hər iki komandanın futbolçuları təqdim olunan zaman maraqlı məqam diqqətimizi çəkdi. Belə ki, “Qarabağ” oyunçularının adları çəkiləndə “Neftçi” azarkeşlərindən səs çıxmadı. “Ağ-qaralar”ın təqdimatı zamanı isə “köhlən atlar”ın tərəfdarları onları fitə basdı. Diktor yalnız oyunçuların adını çəkir, azarkeşlər isə soyadlarını uca səslə qışqırırdı. “Neftçi” azarkeşlərinin səsi “Qarabağ”lıların fit və hak-küyü arasında boğuldu. Meydan sahiblərinin azarkeşləri maraqlı pankart da açmışdı. Deməli, pankartın birində 1937 yazılmışdı. Yəni sevimli komandalarının yaranma ili. Digərində isə 19?? qeyd olunmuşdu. Fanatlar bununla “Qarabağ”ın hələ də dəqiqləşməyən quruluş diqqəti çəkmək istəmişdi.
Bu dəfə bayraqlar qaldırılmadı
Komandalar meydana çıxanda “Neftçi”nin 5 bayrağı da stadiona gətirildi. Ardınca dövlət himni səsləndirildi. Himn zamanı “Neftçi” oyunçuları çiyin-çiyinə sıx dayanmışdısa, “Qarabağ” oyunçuları pərakəndə, bir-birindən aralı düzülmüşdülər. Hər dəfə mövsümün açılış matçında stadionda hər komandadan bir futbolçunun iştirakı ilə Dövlət və Peşəkar Futbol Liqasının (PFL) bayraqlaı qaldırılır. Lakin “Baycell Arena”da bunu görmədik. Çünki arenada bunun üçün şərait yoxdu və bayraqlar tribunanın yuxarısına bərkidilib.
Azarkeşlərə vəd olunan viktorina baş tutmadı
Fasilədə azarkeşlər üçün viktorina nəzərdə tutulmuşdu. Belə ki, futbolçular topu tribunaya vurmalı, topu tutan azarkeş isə penalti vurub, qalib olacağı təqdirdə “Lenovo” şirkətindən hədiyyə qazanacaqdı. Lakin viktorina baş tutmadı. Qapıçı Rəşad Əzizli topu tribunaya vurmaq əvəzinə onu var gücü ilə çölə vurdu. Nəticədə yarış baş tutmadı.
Elxan Abdullayev azarkeşi təhqir etdi
3-cü qoldan sonra “Neftçi”nin bəzi azarkeşləri komandanı, xüsusilə kapitan Ruslan Abışovu tənqid və təhqir atəşinə tutdu. Onların arasında qeyri-etik ifadələr işlədənlər də var idi. Bir azarkeş isə emosiyalarını cilovlaya bilmədiyindən matçı vaxtından əvvəl tərk etməli oldu. Bəli, polis əməkdaşları fanatı VİP tribunadan uzaqlaşdırdı. Sən demə, həmin azarkeş fasilədə baş məşqçi Elxan Abdullayevə “Neftçi” “sənlik deyil, çıx get” deyib. O isə cavabında fanatı “Get s….” deyərək, təhqir edib. Məsələyə PFL prezidenti Ramin Musayev də qarışıb. Sonradan fanat digər tribunaya göndərilib.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir Dünən, 15:26 TRANSFER DOSYESİ Dünən, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı Dünən, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı Dünən, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi Dünən, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb Dünən, 15:15 “Neftçi” yeni kartların satışına başladı Dünən, 15:14 “Parken”də anşlaq gözlənilir Dünən, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu Dünən, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd Dünən, 15:10 Dima qol hesabını açdı Dünən, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq Dünən, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? Dünən, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı Dünən, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi Dünən, 14:00 Almaniyaya səfər ərəfəsində görüş Dünən, 13:59 Bu dəfə Sloveniyaya uduzdular Dünən, 13:58 Ruslan bir pillə irəlilədi Dünən, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? Dünən, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir Dünən, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı Dünən, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək Dünən, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı Dünən, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı 19-08-2017, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? 19-08-2017, 18:52 “Qarabağ” iki gün əvvəl gedir 19-08-2017, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları 19-08-2017, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” 19-08-2017, 16:32 Ramil yenə meydana çıxmadı 19-08-2017, 16:29 Kəmaləddin Heydərov postunda qaldı 19-08-2017, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı 19-08-2017, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır 19-08-2017, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar