10 avq 18:39olke

Tarixi oyuna az qaldı

Tarixi oyuna az qaldı
Avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda ilklərlə dolu bir matça şahidlik edəcəyik. Futbol ictimaiyyəti ilk dəfə ölkəmizdə Çempionlar Liqasının pley-off oyununu izləyəcək. Qitənin ən nüfuzlu klub turnirinin ənənəvi himninin sədalarını tam həcmdə dinləyəcəyik.
5 il əvvəlki “özfəaliyyət”
Ona görə “tam həcm” deyirik ki, 5 il əvvəl himn paytaxtımızda – “Neftçi” – “Hapoel” oyununda eşidilib, qısa səsləndirilib və dərhal da kəsilib. Hərçənd, o vaxt, konkret, 2012-ci ilin avqustunda “Dalğa Arena”da baş tutan oyunda bu, “özfəaliyyət” nəticəsində həyata keçirilib. Klubun sabiq rəsmiləri Tahir Süleymanovla Gündüz Abbaszadə “xatırlamıram” desə də, Tahir bəy qeyri-qanuni iş görmədiklərini əlavə etdi: “Dəqiq xatırlamıram. Mənə də elə gəlir ki, stadionda həmin musiqi səslənib. Pley-off oyunlarında isə tələb tam başqadı. Bütün stadion ÇL-in atributları ilə bəzədilir. Özfəaliyyətdən getmir söhbət. ÇL-in oyununda AL-in və ya hansısa ölkənin himni səslənməyib ki. Himnin səsləndirilməsində qəbahət yoxdu. Yarış eyni yarışdı. Təsnifat görüşləri də bu yarışın tərkib hissəsidi. Düzdü, təsnifat mərhələlərində tələb kimi qoyulmur himnin səsləndirilməsi, amma qadağa da yoxdu. Əksinə, burda heç bir qayda pozuntusu yoxdu. Bütün oyunlarda UEFA-nın rəsmi nümayəndələri olur, nəzarət edirlər. Biz hətta təsnifat mərhələlərində mərkəz bölmədə reklam banerini də yerləşdirirdik. Pley-offda isə qeyd etdiyim kimi, təşkilatçılıq tamamilə UEFA-nın nəzarətinə keçir və tələblər daha yüksək olur”.
“Tofiq Bəhramov”da “Goal line”
“Qarabağ” – “Kopenhagen” oyununda daha bir ilk “Goal line” sisteminin tətbiqi olacaq. UEFA-nın tələbinə əsasən, Tofiq Bəhramov adına Respublika stadionunda topun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirən texnoloji sistem quraşdırılır. Bu sistem Azərbaycan futbol tarixində ilk dəfə olaraq, tətbiq olunacaq. İngiltərənin “Havk ay” şirkəti tərəfindən aparılan iş yaxın günlərdə yekunlaşacaq. Qeyd edək ki, xərc Ağdam təmsilçisinin yox, qarşı tərəfin hesabınadı.
Biletlər nə vaxt satışa çıxarılacaq?
“Qarabağ” – “Kopenhagen” matçına 5 gün qalsa da, biletlər hələ satışa çıxarılmayıb. Tarixi qarşılaşmanı canlı izləmək istəyən azarkeşlər şənbə günündən etibarən bilet əldə edə biləcəklər. Tələbatın böyük olacağı proqnozlaşdırılsa da, biletləri yalnız bir satış nöqtəsindən - Respublika stadionunun kassalarından əldə etmək mümkün olacaq. Biletlərin qiymətinin nömrəli sektorlara görə 1 - 10 manat, VİP sektoruna isə 50 manat olacağı gözlənilir.
“Loqo söhbəti” zarafatdı
Mətbuatda xəbər yayılıb ki, “Qarabağ” “Neftçi” ilə oyuna üzərində ÇL-in loqosu əks olunan formada çıxacaq. Hətta Ağdam təmsilçisinin ümumiyyətlə, qarşıdakı mövsümdə bu formada çıxış edəcəyi iddia olunur. Bu iddiaya isə Ağdam təmsilçisinin feysbuk səhifəsində əzəli derbi ilə bağlı yerləşdirilən status rəvac verib. Ancaq klubdan aldığımız bilgiyə görə, bu, azarkeşlərin “Neftçi” – “Qarabağ” oyununa ilgisini artırmaq üçün düşünülən “zarafat”dı.
Qeyd edək ki, qarşılaşma sabah saat 21.00-da "Bakcell Arena"da keçiriləcək.
Gerrye zədələnib
“Neftçi” – “Qarabağ” oyunundan söz düşmüşkən, Ağdam təmsilçisi oyuna itkilərlə çıxacaq. Qurban Qurbanovun mümkün islahatı, əsas heyət üzvlərini qorumaq planları bir yana, iki məcburi dəyişiklik gözlənilir. Kapitan Rəşad Sadıqovla yanaşı, Donald Gerryenin də əzəli derbidə oynamayacağı gözlənilir. Yarımmüdafiəçi zədələnib və Qurbanov onu riskə atmaq istəmir. Ancaq Donaldın zədəsi ciddi deyil, həkimlər onun “Kopenhagen”lə matça qədər sıraya qayıdacağına söz veriblər.
MIRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi! Dünən, 21:05 “Binə” Batumi “Dinamo”sunu da məğlub edib Dünən, 21:04 Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı Dünən, 21:01 2000 manata görə məhv olan uşaq futbolu Dünən, 20:58 "Qəbələ" darmadağınla zirvəyə yüksəldi Dünən, 20:57 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 20:55 TURDAN MƏQAMLAR Dünən, 20:43 U-13 gürcülərə qalib gəldi Dünən, 20:41 Zirvədəki “Zirə” Dünən, 20:40 Yevlax stadionunun qazonu hamını şoka saldı Dünən, 20:37 “Qarabağ” azarkeşlərinin piketi nəticəsiz qaldı Dünən, 20:34 “Qarabağ” Kopenhagenə çatdı... Dünən, 20:31 “Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur! Dünən, 20:30 “Neftçi” azarkeşi uğuru olan məşqçi istəyir Dünən, 20:29 Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi Dünən, 20:27 AFFA “Bakcell Arena”nı elə-belə seçməyib Dünən, 20:26 "İmarət Avropa" Kopenhagenə "casus" göndərib Dünən, 20:24 Mehdi Nağıyev ittihamlara cavab verdi Dünən, 20:23 Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib Dünən, 20:18 İlk görüşdə qələbə Dünən, 20:17 Güləşçilər çox pis başladı... 22-08-2017, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi 22-08-2017, 18:37 Qol vuran qələbə qazandı 22-08-2017, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı 22-08-2017, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi 22-08-2017, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! 22-08-2017, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi 22-08-2017, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir 22-08-2017, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi 22-08-2017, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə 22-08-2017, 18:21 “İnter” 88 dəqiqə dözdü 22-08-2017, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib 22-08-2017, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” 22-08-2017, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... 22-08-2017, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür 22-08-2017, 18:07 Faiq Həsənov susdu! 22-08-2017, 18:06 Qısa xəbərlər 22-08-2017, 18:04 Belfor pula qaçır... 22-08-2017, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi Bütün xəbərlər
Ən çox oxunanlar