04 yan 12:40olke, manset

Reynaldonun adı gəldi, aləm bir-birinə dəydi

Reynaldonun adı gəldi, aləm bir-birinə dəydi
“Qarabağ”a rəsmi təklif olmayıb, agenti isə Günel Rusmana mandat verməyib
Çempionatda fasilədi, futbolçular yorğunluğunu çıxartmaqla məşğuldu. İndiki vəziyyətdə həmişə olduğu kimi əsas yük medianın üzərinə düşür. “Hansı futbolçu klubunu dəyişir, kim hara gedir” sualları aktualdı. Bu işdə “Neftçi”nin fəallıq göstərməsi də başadüşüləndi. “Ağ-qaralar” premyer-liqanın ilk yarısında olduqca bərbad nəticələrə imza atıbsa, dəyişikliklər qaçılmazdı. Və bü yöndə artıq müəyyən işlər görülməkdədi. Hələ ki yığma üzvləri – Namiq Ələsgərov və Georgi Navalovski ilə müqavilə bağlanıb. Daha bir neçə nəfərin yolüstə olması isə sirr deyil. Onlardan birinin Reynaldo olacağı güman olunur. Əvvəlki formasından uzaq düşən, son vaxtlar “Qarabağ”ın əsas heyətinə düşməkdə çətinlik çəkən braziliyalının qışdan sonra ağ-qara formanı geyəcəyi gözlənilir. Hər nə qədər inandırıcı görünməsə də, bu haqda söhbətlər gəzir. Reynaldo ilə “Neftçi”dəki həmkarı Filyonun istirahətini Braziliya çimərliklərində birgə keçirməsi də ortadakı şübhələri bir az da canlandırır. Reynaldo demişkən...
Ölkə futbolunda fəaliyyət göstərən yeganə xanım agent olan Günel Rusman şəxsi “feysbuk” səhifəsində “Qarabağ”ın adıçəkilən legioneri haqda status paylaşıb ki, oxuyanda təəccüblənməmək olmur. Həm də ortaya maraqlı suallar çıxır. Öncə statusla tanış olun: “Reynaldo üçün 3 milyonluq təklif gətirdim. Reynaldonun agenti (rəsmi agenti Odario Duraeş – H.) isə aləmi bir-birinə vurdu. Klub da kömək etmədi onunla razılığa gəlməyə. Klub özü satmaq istəyəndə görəsən, transfer qiyməti düşəcəkmi? Çünki mən indi həmin adamlarla danışıram. 3-ü salıblar 1,5-ə. Bax, belə şeylər olur həyatda...”.
Günel xanımın yazdıqlarından söhbətin nədən getdiyini anlamaq çətin deyil. Amma agent konkret detallara varmayıb. Yəni söhbət nə vaxt olub, təklif konkret hansı klubdan idi, Reynaldonun rəsmi agenti nəyi əsas gətirib və s. Odu ki, cavabsız suallara aydınlıq gətirmək üçün Günel Rusmanla əlaqə saxlamağı vacib bildik: “Reynaldoya görə xaricdə tanıdığım agentlərdən biri mənə müraciət etmişdi. “Qarabağ” rəsmiləriylə şifahi söhbətim oldu, onlar Reynaldo ilə danışmağımı məsləhət gördülər. Daha sonra Reynaldo ilə danışdım, iş gəlib çıxdı agenti Odarioya. Onunla da əlaqə saxladım, qiyməti, şərtləri danışdıq. Amma o məndən konkret klubun adını soruşdu. Mən isə bunu deyə bilməzdim. Çünki menecerlik sahəsində belə bir fənd var ki, hansısa təklif olanda futbolçu və ya rəsmi menecerinə üç klubun adını göndərirsən. Yəni onlardan konkret biri maraqlanır, digər ikisi isə iz azdırmaq üçündü. Bu da səbəbsiz deyil. Çünki sabah futbolçu və ya agenti klubun adı ilə tanış olandan sonra məni “oyundan çıxarıb”, özləri həmin klubla təmasa girə bilər. Ona görə də konkret ad açıqlamırıq, bir növ özümüzü “sığortalayırıq”. Sadəcə, üç klubun adını göstəririk ki, onlardan biri real olur. Mən bu sahəyə gələndən belə görmüşəm, yəni mənim qayda-qanunum deyil. Bu məsələni hər nə qədər Odarioya başa salmağa çalışsam da, dediyindən dönmürdü: həmin klubun adını deməlisən! Mən də demədiyim üçün söhbət bağlandı. Ona görə də “Qarabağ”a rəsmi müraciət göndərmədik. Həmin klubların adları hansılar idi? “Banyi Yas”, “Əl Ət İttihad”, ”Əl Fujayrah”. Hər üçü Dubay təmsilçisiydi. Yəni Reynaldonu heyətində görmək istəyən klublardan biri bunların arasında idı. Bu söhbət olub bir ay əvvəl. Belə vəziyyətdə Reynaldonu o qiymətə satmaq əla fürsət idi. Hardasa 2,5 milyon avro “Qarabağ”a ödəyirdilər, illik 800 min – 1 milyon aralığında da Reynaldonun özünə. Futbolçunun özü ilə danışdım, ikiəlli razı idi”.
Xanım agentin sözlərindən məsələnin qapandığını hiss etmək çətin deyil. Maraqlıdı, bundan sonra necə, Reynaldonun xaricə yollanmasına vasitəçilik edərmi? Ümumiyyətlə, bu işə həvəsi qalıb? Həmsöhbətimizi dinləyək: “Hansısa saytda açıqlamaya rast gəlmişdim ki, “Qarabağ” Reynaldonu satmağa hazırdı. Açığı, statusu da buna görə yazdım. Odario mövzusu isə mənim üçün qapanıb. Bundan sonra danışığı klub rəhbərliyi ilə aparacam. Bəlkə də braziliyalı menecer məni başa düşməkdə çətinlik çəkib, ağlına başqa fikir gəlib. Ona görə özünə dedim ki, sənin nəyinə lazım hansı klubdu. Əsas odu, verilən pul klubu və futbolçunu razı salır. Onsuz da həmin vaxt Reynaldoya ondan yaxşı təklif yox idi. Çindən istəyirdilər, onlar da o pulu vermirdilər. Yeri gəlmişkən, Reynaldoya görə Çindən mənə də təklif olmuşdu. Amma kluba 1 milyondan artıq vermirdilər. Ona görə də söhbəti davam etdirməyə dəymirdi”.
Reynaldonun rəsmi agenti Odario Duraeş olsa da, futbolçunun “Qarabağ”dakı işləriylə Tural Əsgərov məşğul olur. Təkcə sonuncu müqavilənin bağlanmasında Əsgərovun iştirak etdiyini xatırlatmaq kifayətdi. Maraqlıdı, Tural bəy haqqında bəhs etdiyimiz məsələdən xəbərdardı? Odario ilə münasibəti olan şəxs kimi braziliyalı agentin inadından dönməməsinin səbəbini nədə görür? Sualı eşidən Əsgərov məsələ ilə bağlı fikir bildirmək istəməsə də, sonda bildiklərini dilə gətirdi: “Düzü, bu xəbəri ilk dəfə sizdən eşidirəm. Reynaldonun sonuncu müqaviləsini bağlayan, həm futbolçunun özü, həm də rəsmi agenti ilə daim ünsiyyətdə olan biri kimi deyilən təklifdən xəbərim yoxdu. Halbuki söhbət təsvir edilən qədər ciddi olsaydı, mən də məlumatlandırılardım. Ona görə də konkret nəsə deməkdə çətinlik çəkirəm. Burda əsas sual Reynaldonun məxsus olduğu kluba, yəni “Qarabağ”a rəsmi təklifin olub-olmamasıdı. Futbolçunun kluba bağlılığı varsa, danışıqlar ilk növbədə klubla aparılır. Klubla danışıq aparılsaydı, uzun illərdi “Qarabağ”la əməkdaşlıq edən şəxs kimi bundan xəbərim olardı. Məsələdən məlumatlı olmadığım üçün nəsə deyib yalançı çıxmaq istəmirəm. Şəxsi fikrimi bilmək istəyirsizsə, inandırıcı görünmür. Niyə? Çünki belə təklif məndə olsaydı... Reynaldonun maaşını demirəm, amma kluba 3 milyon avronun təklif olunması həm də Odarionun böyük qazanc əldə etməsinin mümkünlüyü deməkdi. O cür qazancı bir klub adına görə “burması“ isə inandırıcı deyil. Amma Günel Rusmanın dediyi kimi, bu sənətdə konkret klub adının deyilməməsi nümunələri var. Bəzən özümüz də bu üsuldan yararlanırıq. Reynaldo məsələsi rəsmi olsaydı, təklif ortalığa çıxarılardı. Yalandı demirəm ha, sadəcə, rəsmiyyət yoxdu. Agent kimi deyə bilərəm ki, belə işlərdə futbolçunun menecerinə təzyiq etmək imkanı var. Yenə deyirəm, söhbətin detallarından xəbərsizəm. Amma sırf bu şərtlər olsaydı - kluba 3 milyon, futbolçunun özünə illik 1 milyon – mən bütün tərəfləri razı salardım. Və məni ən birinci dəstəkləyən Odario olacaqdı. Çünki futbolçudan əldə edəcəyi gəlirdən başqa, təkcə 3 milyonun müəyyən faizi ona çatır. Sizcə, bundan kim imtina edər? Bir də ki, məsələnin bir ay əvvəl yox, indi gündəmə gəlməsinin özü də düşündürücü məqamdı. Məsələ bu dərəcədə ciddi olubsa və Odario ilə danışıq baş tutmayıbsa, həmkarım yenidən kluba dönməliydi. Rəsmi təklif olmayandan sonra “Qarabağ”da kiminsə OK deyəcəyinə qətiyyən inanmıram. Klub razılıq verməyəndən sonra isə agentə üz tutmağın mənası yoxdu. İstənilən halda, mən özüm də Odario ilə danışacam”.
Təxminən yarım saatdan sonra redaksiya ilə əlaqə saxlayan Tural Əsgərov Reynaldonun söhbətdə adı çəkilən braziliyalı agenti ilə danışdığını və fikirlərinə əlavə etmək istədiyini dilə gətirdi: “Az öncə ehtimallar üzərində danışırdım. İndi isə müəyyən məlumata sahibəm. Günel Rusman Odarioya konkret hansısa klubun vasitəçisi kimi müraciət etməyib. Yəni hansısa BƏƏ klubu ona bu işlə məşğul olmağa mandat verməyib. Ola bilsin, klubda, ya həmin ölkədə olan tanışları hesabına keçidi reallaşdırmaq istəyib. Bunun üçünsə mandata sahib olmaq istəyib. Ona görə də Odarioya müraciət edib. Onun cavabı da “mandatı bir kluba ver. Mən futbolçunu hamıya təklif edən agentlərlə işləməməyə çalışıram” olub. Günel Rusman bunu mənə, yaxud kluba desəydi, biz müəyyən müddət üçün Odariodan bir, uzağı iki klub üçün mandat ala bilərdik. Uzunmüddətli və çox sayda mandatı heç kim vermir. Mən də verməzdim”.
Məsələdə “Qarabağ”ın da adı hallanırsa, klubdan münasibət öyrənməyə bilməzdik. Baş menecer Asif Əsgərovu arayıb Rusmanın yazdıqlarına fikir bildirməsini xahiş etdik: “Reynaldo ilə bağlı rəsmi təklif almamışıq. Belə bir təklif olsaydı, klub rəhbərliyi münasibət bildirərdi. Rəsmiyyət olmayan məsələyə, hər hansı yazıya münasibət bildirməyi düzgün saymırıq”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar Bu gün, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək Bu gün, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu Bu gün, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb Bu gün, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı Bu gün, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... Bu gün, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi Bu gün, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi Bu gün, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı Bu gün, 20:00 Sumqayıtda mükafatlandırma Bu gün, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Bu gün, 19:55 Avroliqada ikinci dövrə başlayır Bu gün, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı Bu gün, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür Bu gün, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı Bu gün, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı Bu gün, 19:40 Millinin heyəti açıqlandı Dünən, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı Dünən, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək Dünən, 19:17 Zaur Axundov Azərbaycana söz verdi Dünən, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi Dünən, 19:13 “Zirə” vətənə məğlub döndü Dünən, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı Dünən, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq Dünən, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” Dünən, 19:06 “Bursa BB”də qaldı Dünən, 19:05 Erməni baş məşqçidən etiraf Dünən, 19:03 Əsgərlərə açıq məktub yazdılar Dünən, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir Dünən, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma Dünən, 18:57 “Səbail” Emil Balayevi saxladı Dünən, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Dünən, 18:54 “Qəbələ” bu gün Bolqarıstan çempionuyla qarşılaşacaq Dünən, 18:52 Ölüm ayağında Fuad Musayevin yanında olan nəvəsi “Futbol+”ə danışdı Dünən, 18:49 Fuad Musayevin “üç” mərasimində 300-dən çox adam iştirak etdi Dünən, 18:46 Futzal yığmamızda “təmizlik”: Biro da getdi, Fineo da Dünən, 18:45 Hakimlərimiz Avroliqaya təyinat aldı Dünən, 18:43 Macarıstandan 7 medalla Dünən, 18:42 Daha bir tribunaya biletlər tam satılıb Dünən, 18:40 Yeddinci oldu Dünən, 18:39 Çini büdrədib, Vyetnamla bacarmadılar Dünən, 18:35 Natiq Aslanov “Qəbələ”lilərlə üzləşməyə hazırdı Dünən, 18:34 Şəhriyar Fransada yarışır 21-06-2017, 20:56 Kevin Maqnussen də BŞH-ni bəyənir 21-06-2017, 20:54 Marşalları “Qazelli” məhsullarıyla təmin edəcək 21-06-2017, 20:51 Zeynəb Məmmədyarova yığmamızın yüksəlişdə olduğunu düşünür 21-06-2017, 20:50 Tural Meksikada fərqləndi 21-06-2017, 20:47 Şahmatçılarımız ruslara şok yaşatdı 21-06-2017, 20:45 Türkiyədə ikinci oldu 21-06-2017, 20:42 Rəqiblərimiz bilindi 21-06-2017, 20:40 Eddi İsrafilov La Liqadan kənarda qaldı 21-06-2017, 20:39 Avrokuboklardakı duellər 21-06-2017, 20:38 “Samtredia”nın baş məşqçisi Svanadze ilə Tsxadadzedən məsləhət alacaq 21-06-2017, 20:36 Samir Məsimov "Fakel”də 21-06-2017, 20:35 “Mladost”un baş məşqçisi püşkdən məmnundu 21-06-2017, 17:38 Pevtsov bu dəfə Çində sözünü dedi 21-06-2017, 17:37 Həmyerlimiz Yaponiyada kəmər qazandı Bütün xəbərlər
Ən çox oxunanlar