09 avq 14:55olke

Ruslan Əmircanov premyer-liqa klublarından təklif gözləyir

Ruslan Əmircanov premyer-liqa klublarından təklif gözləyir
“Son iki-üç ildə bəxt məndən qaçıb”
Hazırda klubsuz olan futbolçulardan biri də Ruslan Əmircanovdu. Vaxtilə millinin də şərəfini qoruyan müdafiəçi ilə maraqlanan yoxdu. Son mövsüm AZAL-da çıxış edən futbolçu qeybə çəkilib. Bir müddət əvvəl onun Gürcüstan çempionatına yollanacağı haqda söz-söhbət dolaşırdı. Görəsən, indi vəziyyət necədi? Təkliflər varmı, danışıq aparırmı?
Bu suallara aydınlıq gətirmək üçün özünə zəng etdik. Lakin Əmircanov hələ ki təklifin olmadığını söylədi: “Bekarçılıqdı. Hələlik heç yerdən konkret təklif almamışam. Maraqlananlar var. Uzun müddətdi futbolsuzam. Buna baxmayaraq, fərdi məşqlər edirəm. İstəyirəm formada qalım. Çünki sabah hansı kluba keçsəm, formada olmaq vacibdi”.
Əmircanov hər yerlə əlaqə saxladığını bildirdi: “Futbolda o qədər tanışım var. Zəng etmişəm, hamı ilə əlaqə saxlayıb danışmışam. Lakin konkret söz deyən yoxdu. Hərə bir fikir söyləyir. İndi premyer-liqanın istənilən klubunda oynaya bilərəm. Heç bir problem yoxdu”.
32 yaşlı müdafiəçi yaşının oyununa heç bir təsirinin olmadığını açıqladı: “Yaş məsələsi yalnız bizim futbolda var. Heç bir çempionatda yaşı bu qədər qabartmırlar. Avropada 38-40 yaşına qədər futbol oynayırlar. 32 yaşım var. Bu nədi ki?! Yaş yalnız əziyyət çəkmək istəməyənlər üçün önəmlidi. İstənilən komandaya qoşulum, toplanışda iştirak edim, orda ən yaxşı qaçanlardan biri mən olaram. Hətta cavan oyunçulardan da yaxşı qaçaram. Yaş həddinə diqqət edənlər açıb “İnStat”a baxsalar, yaxşı olar. Orda bütün detallar var. 29 turda meydana çıxmışam. Onların 20-də komandada hamıdan çox mən qaçmışam. Yaş, sadəcə, pasportda özünü göstərir. Meydanda isə bacarıq sözünü deyir. Mən boşda qalmaq istəmirəm”.
Ruslan ancaq premyer-liqa klublarından təklif gözlədiyini bildirdi: “Türkiyənin PTT liqasına gedə bilərəm. Lakin özüm istəmirəm. Ancaq premyer-liqa klublarımızdan təklif gözləyirəm. Həmişə uğur qazanan komandalarda oynamışam. Yüksək liqada oynayanda yalnız “Standard” və AZAL-da nəsə əldə etməmişəm. Qalan hamısında uğur qazanmışam. Futbolda hamıda eniş və yüksəliş ola bilər. Adamda gərək idman bəxti olsun. Son iki-üç ildə bəxt məndən qaçıb. Ümid edirəm ki, bu çətin dönəm də geridə qalar”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi! Dünən, 21:05 “Binə” Batumi “Dinamo”sunu da məğlub edib Dünən, 21:04 Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı Dünən, 21:01 2000 manata görə məhv olan uşaq futbolu Dünən, 20:58 "Qəbələ" darmadağınla zirvəyə yüksəldi Dünən, 20:57 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 20:55 TURDAN MƏQAMLAR Dünən, 20:43 U-13 gürcülərə qalib gəldi Dünən, 20:41 Zirvədəki “Zirə” Dünən, 20:40 Yevlax stadionunun qazonu hamını şoka saldı Dünən, 20:37 “Qarabağ” azarkeşlərinin piketi nəticəsiz qaldı Dünən, 20:34 “Qarabağ” Kopenhagenə çatdı... Dünən, 20:31 “Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur! Dünən, 20:30 “Neftçi” azarkeşi uğuru olan məşqçi istəyir Dünən, 20:29 Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi Dünən, 20:27 AFFA “Bakcell Arena”nı elə-belə seçməyib Dünən, 20:26 "İmarət Avropa" Kopenhagenə "casus" göndərib Dünən, 20:24 Mehdi Nağıyev ittihamlara cavab verdi Dünən, 20:23 Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib Dünən, 20:18 İlk görüşdə qələbə Dünən, 20:17 Güləşçilər çox pis başladı... 22-08-2017, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi 22-08-2017, 18:37 Qol vuran qələbə qazandı 22-08-2017, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı 22-08-2017, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi 22-08-2017, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! 22-08-2017, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi 22-08-2017, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir 22-08-2017, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi 22-08-2017, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə 22-08-2017, 18:21 “İnter” 88 dəqiqə dözdü 22-08-2017, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib 22-08-2017, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” 22-08-2017, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... 22-08-2017, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür 22-08-2017, 18:07 Faiq Həsənov susdu! 22-08-2017, 18:06 Qısa xəbərlər 22-08-2017, 18:04 Belfor pula qaçır... 22-08-2017, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi Bütün xəbərlər
Ən çox oxunanlar