09 avq 14:44olke

Çimərlik futbolu yığmamız sabah vətəni tərk edir

Çimərlik futbolu yığmamız sabah vətəni tərk edir
İlham Əzizzadə: “Əsas məqsəd A divizionunda qalmaqdı”
Çimərlik futbolu yığmamız avqustun 9-dan 14-dək Macarıstanın Siofok şəhərində Avropa çempionatının ilk, 23-dən 28-nə kimi isə Almaniyanın Varnemunde şəhərində ikinci seçmə mərhələdə iştirak edəcək. Artıq millinin heyəti də açıqlanıb: Vaqif Şirinbəyov, Elçin Qasımov, Renat Sultanov, Elvin Quliyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Sabir Allahquliyev, Əbdül Əliyev, Hikmət Bağırov, Comərd Baxşəliyev.
İlham Əzizzadənin komandası ilk oyunu avqustun 11-də Bakı vaxtı ilə saat 19.00-da Portuqaliyaya qarşı keçirəcək. Ertəsi Belarusla 17.45-də üz-üzə gələcək milli ilk mərhələdəki son oyunu avqustun 13-də keçirəcək. Yığma həmin gün saat 16.30-da Polşa ilə münasibətləri aydınlaşdıracaq.
Daha sonra vətənə qayıdacaq komanda məqşləri Bakıda davam etdirəcək, ardınca Almaniyaya üz tutacaq. Milli Varnemunde şəhərində ilk oyununu avqustun 25-də yerli komandaya qarşı keçirəcək. Bu qarşılaşma 18.00-da başalayacaq. Növbəti gün İtaliya ilə 19.15-də üz-üzə gələcək yığma ayın 27-də saat 15.30-da Ukrayna ilə münasibələrinə aydınlıq gətirəcək. Qeyd edək ki, təmsilçimiz A divizionunda mübarizə aparır.
Səfər ərəfəsində komandanın baş məşqçisi ilə danışmağı lazım bildik. Əzizzadə öncə təxminən bir ay davam edən toplanış haqda fikirlərini dilə gətirdi, heyətlə bağlı bəzi informasiyalar verdi: “Bildiyiniz kimi, iyulun 8-dən hazırlığa başlamışıq. İlk bərpa məşqini AFFA-da etdik. İki gün yüngül hazırlıqdan sonra quma keçdik. Əslində iyulun sonunda komandaya istirahət vermək istəyirdik. Lakin çempionat oyunları keçirildiyinə görə plan bir qədər fərqli quruldu. Bildiyiniz kimi, 4 komanda - “Neftçi”, “Sumqayıt”, “Səbail” və “Zirə”nin qatıldığı və iki dövrədən ibarət olan birincilik reallaşdı. Yarış 3 həftə davam etdi. Yığma üzvlərini 4 yerə böldük. Hər həftə cümə və şənbə günləri 4 oyun keçirildi. İki qarşılaşma cümə, ikisi də şənbə günü baş tutdu. Hər komanda həftədə iki oyun keçirdi. Çempionat 3 həftəyə sığdı. Ona görə də yalnız bazar günləri dincələ bildik. Çünki həftənin ilk 4 günü məşq edirdik, sonrakı iki gündə isə qeyd etdiyim kimi oyunlar olurdu. Yığma üzvlərini bu komandalar arasında bölmüşdük. Hər iştirakçıya 1 qapıçı və 3 oyunçu vermişdik. Düzü, qapıçımız 3 nəfər olduğundan bir komandaya qapıçı verə bilmədik. Elə böldük ki, son günə qədər kimin çempion olacağı bilinmirdi. Çox maraqlı bir yarış oldu. Komandalar yığma üzvlərindən başqa oyunçular da dəvət etmişdilər. Srağagün (söhbət dünən olub – F.) oyunlar bitdi, “CBC Sport”da da iki qarşılaşma canlı yayınlandı. Sonda mükafatlandırma mərasiminin olduğunu, həm ilk 3 yeri tutan komandaların, həm də fərdi nominasiyalar üzrə fərqlənən oyunçuların təltif olunduğunu bilirsiz. Bu çempionatın təşkili AFFA-nın təşəbbüsü idi. Yarışın gerçəkləşməsi üçün assosiasiya hər kluba 5 min manat pul vermişdi. Çempionat bitdi, dünən bərpa məşqi keçdik. Bu gün komandaya istirahət verdik ki, tam özlərinə gəlsinlər. Sabah axşam məşq edirik, çərşənbə günü saat 10.30-da isə vətəni tərk edirik. Artıq heyət açıqlanıb, 12 nəfərlik komanda ilə gedirik. Heyətdə 2 qapıçı, 10 oyunçu var. Yarış ərəfəsində sonuncu məşqimiz avqustun 10-da baş tutacaq. Həmin məşqdən sonra ilk 3 oyun üçün sifariş ərizəsinə daxil ediləcək 10 nəfərin adı bəlli olacaq. Bəzi yüngül zədəlilər var ki, komandanın həkimi hazırda bu işlə məşğuldu, starta kimi bütün futzalçıların tam hazır olmasına çalışır”.
İlham bəy qarşıdakı yarışla bağlı düşüncələrini də bölüşdü: “Macarıstandakı rəqiblərimiz Portuqaliya, Belarus və Polşadı. İlk oyunumuz portəgizlərə qarşıdı. Yəqin ki, bu komanda haqda müəyyən məlumatınız var. Hazırda dünya reytinqində yüksək yerlərdən birini tutur. Belarus da yaxşı komandadı. Artıq 5-6 ildi A diovizionunda çıxış edir. Polşa da bir neçə ildi məhz bu mərhələdə mübarizə aparır. Bundan başqa, daha üç rəqiblə Almaniyada oynayacağıq. Meydan sahibləri ilə yanaşı, İtaliya və Ukrayna ilə qarşılaşacağıq. Biz vaxtilə Almaniyanı məğlub etmişik. Ancaq neçə ildi ki, onlar da A divizionundadılar. Lakin bu o demək deyil ki, bu komandalar məğlubedilməzdi. Əksinə, biz bütün matçlara qələbə üçün çıxacağıq. Düzü, turnirdə vəziyyət elə alındı ki, Yunanıstan keçirdiyi bütün oyunlarda uduzub. Xalları yoxdu. Bizə A seriyasında qalmaq üçün bir qələbə də bəs edir. Ancaq şəxsən özüm istərdim ki, heç olmasa, iki oyunda qalib gələk. Rəqiblərdən üçünü məğlub etsək, final mərhələsinə də gedə bilərik. Ona görə də tam gücümüzlə oynamağa çalışacağıq. Ancaq əsas məqsəd A divizionunda qalmaqdı. Çünki bu səviyyə çimərlik futbolunun elit mərhələsi sayılır. Burda güclü komandalar mübarizə aparır. A divizionunda möhkəmlənib qalmaq lazımdı ki, komandanı daha da komplektləşdirəsən, oyun təcrübəsini artırıb, final mərhələsində mübarizə aparasan. Burda müntəzəm çıxış edən komanda güclü rəqiblərlə oyunlarda bərkiyir, güclənir, daha yaxşı nəticələr verir. Qarşılaşmalar hər biri 12 dəqiqədən ibarət üç hissəlidi. Matçın əsas vaxtında qalib gələnə 3 xal verilir. Əsas vaxtda qalib müəyyənləşməsə, 3 dəqiqəlik əlavə vaxt oynanılır. Bu müddətdə qələbə qazanan tərəf 2 xal qazanır. Oyun penaltilərə gedərsə, orda üstün olan komandaya 1 xal verilir. Hətta 1 xalımız olsa belə, A divizionunda qalacağıq. Çünki yunanlar yarışı xalsız bitirib. Lakin biz komandaya motivasiya verəndə, qələbə üçün oynayacağımızı aşılamışıq. Nə qədər gücümüz və ya təcrübəmiz çatacaq – bu artıq zamanla görünəcək. Hər bir qarşılaşmada var gücümüzü qoyacağıq. Ən azı 2 qələbə qazanmaq istəyirik. İki mərhələnin nəticəsinə görə ilk “8-liy”ə düşən komandalar İtaliyada təşkil olunacaq final mərhələsində mübarizə aparacaq. Qalan 9-11-ci yerlər A divizionunda yerini qorumuş sayılırsa, sonuncu yeri tutan B divizionunun komandaları ilə yenidən “A”-ya yüksəlmək uğrunda oynayır. Təbii, “8-liy”ə düşmək bizim üçün böyük uğur olardı. Ötən il 9 xal toplayan komanda final mərhələsinə yollanıb. Ancaq dediyim kimi, ilk ildə bu çətindi. Bu il məqsəd A divizionunda qalmaqdı. Artıq gələn il üçün hədəf böyüyə bilər. Çünki komanda təcrübə qazanmış olacaq. Hər halda, qələbəyə köklənmişik. Ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq. Həm də aprel ayından məşq edirik. Çəkdiyimiz əziyyətin bəhrəsini görmək istəyirik”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu Bütün xəbərlər
Ən çox oxunanlar