09 avq 14:11olke

Kanibolotski “Qarabağ”ın Ukraynada ilk “üçlüy”ə düşə biləcəyini düşünür

Kanibolotski “Qarabağ”ın Ukraynada ilk “üçlüy”ə düşə biləcəyini düşünür
“Təkcə karyeramda yox, həm də həyatımda yeni mərhələ başladı”
“Qarabağ”ın yayda heyətinə qatdığı ukraynalı qapıçısı Anton Kanibolotski yeni klubunda hələ ki bir oyuna çıxıb. O, “Samtredia” ilə səfər qarşılaşmasında debüt etdi ki, insafən, heç də pis təsir bağışlamadı. Ancaq “Şerif”lə oyunlarda “çərçivə”də yenə İbrahim Şehiç dayanmalı oldu. Ukrayna mətbuatı təcrübəçi qapıçı ilə tez-tez maraqlanır. “Qarabağ”la münasibətlərini rəsmiləşdirəndən dərhal sonra onunla danışmışdılar. Kanibolotski dünən yenidən ölkəsinin mətbuatına müsahibə verib. Təcrübəli qolkiper bu dəfə sport.com.ua saytına danışıb.
- Azərbaycana getmək qərarınız Ukraynada çoxlarını təəccübləndirdi. Seçiminizdə nə rol oynadı?
- Hər şey sadədi: “Qarabağ”ın təklifi bütün variantlar arasında ən ciddisi idi. Azərbaycan klubu mənimlə real şəkildə maraqlandı. Fikirləşdim ki, rəhbərlik və məşqçilər korpusu məni heyətdə görmək istəyirsə, niyə də özümü sınamayım?!
- Başqa klublardan da təklif almışdız? Ukraynada qalmaq variantınız var idi?
- Başdan deyim ki, karyeramı Ukraynada davam etdirmək variantına, ümumiyyətlə, baxmadım. “Şaxtyor” kimi komandadan ayrılıb, ölkənin başqa klubuna keçmək məntiqlidimi? Özünüz də başa düşürsüz ki, sabiq komandamda olan şərtlər - “Dinamo” istisnadı - Ukraynanın heç bir klubunda yoxdu. Buna görə də çempionatımızın digər təmsilçisinə keçid karyeramda geriyə addım olardı.
- “Şaxtyor”da heç cür əsas qapıçı ola, “11-lik”dən Andrey Pyatovu çıxara bilmədiz. Komandanızı bir qədər tez dəyişdiyinizə görə peşman deyilsiz?
- Müqaviləm var idi, buna görə də təkcə öz istəyimlə hərəkət edə bilməzdim. “Şaxtyor”da keçirdiyim vaxta görə təəssüflənmirəm. Donetsk klubu ilə 3 dəfə Ukrayna çempionatının, 3 dəfə ölkə kubokunun və Superkubokunun qalibi adını qazandım. Hər ukraynalı futbolçu bu qədər mükafat əldə etmir.
- “Qarabağ”a keçidinizlə bağlı nə deyə bilərsiz?
- Karyeramda yeni mərhələdi. Dəyişiklik etmək istədim. Ukraynada qalmaqda məna görmədim. Vəziyyəti dəyişməyə, yeni bir şey öyrənməyə can atırdım. Deyərdim ki, təkcə karyeramda yox, həm də həyatımda yeni mərhələ başladı. Bu vaxta qədər ölkəmdən kənarda yaşamamışdım.
- “Şaxtyor”dan Azərbaycan klubuna keçid irəliyə, ya geriyə addımdı?
- Hələ bu suala cavab verə bilmərəm. Seçimimin doğru olub-olmadığını zaman göstərəcək.
- Yeni komandanıza uyğunlaşa bilmisiz? “Qarabağ” haqda ümumi fikirləriniz necədi?
- Hər şey yaxşıdı. Komanda yoldaşlarım məni çox isti qarşıladılar. Məişət problemim yoxdu. Deyə bilərəm ki, “Qarabağ” qarşısına maksimum hədəflər qoyan, çox ciddi klubdu.
- “Qarabağ” Ukrayna premyer-liqasında çıxış etsəydi, hansı pilləni tutardı?
- “Şaxtyor”la ayaqlaşmaq çətin olar. Amma “üçlüy”ə düşmək uğrunda mütləq mübarizə apara bilərdik. “Şaxtyor” və”Dinamo”dan başqa Ukraynanın bütün komandaları ilə eyni səviyyədə oynamaq, onları məğlub etmək gücündəyik.
- Çempionlar Liqasında “Şerif”lə matçlarda “Qarabağ”ın qapısını niyə İbrahim Şehiç qorudu? İndiki məqamda komandanın əsas qolkiperi odu?
- İbrahim 2013-cü ildən klubdadı. Bu müddət ərzində 4 dəfə çempion adını qazanıb, 3 dəfə isə Avropa Liqasının qrup mərhələsində iştirak edib. Amma inanıram ki, mənə də etibar edəcəklər, oynayacam. Əks halda, məni komandaya dəvət etməyin nə mənası var idi?!
- “Qarabağ” qarşısına Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq tapşırığı qoyub?
- Avrokuboklarda bacardığımız qədər irəliləmək niyyətindəyik. Təbii ki, ÇL-in qrup mərhələsinə düşməyi çox istərdik. Axı bu, Avropada çıxış edən hər futbolçu üçün yüksək göstəricidi.
- Yəni bu mövsüm “Qarabağ” BATE və “Astana” kimi sensasiyaya imza ata bilər?
- Buna çalışacağıq.
MİRAĞA hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar